» » Həqiqi sevginin dəyəri

Həqiqi sevginin dəyəri

Müəllif: Anaveusaq.az от 5-08-2020, 15:20

Həqiqi sevginin dəyəri

 

Bütün borclar ödənilmişdir

Balaca bir oğlan anasının yanına gələrək əlindəki kağızı ona uzadır. Ana önlüyü ilə ərini qurulayıb, kağızı oxumağa baçladı:
1. Otları biçdiyim üçün - 2 manat
2. Gülləri suladığım üçün - 1 manat
3. Otağımı yığışdırdığım üçün – 50 qəpik
4. Mağazaya getdiyim üçün – 50 qəpik
5. Balaca qardaşıma baxdığım üçün – 25 qəpik
6. Zibil atdığım üçün – 1 manat
7. Əla oxuduğum üçün – 3 manat

Cəmi: 8 manat 25 qəpik

Anası gülümsəyərək oğluna baxır , sonra əlinə bir qələm götürüb həmin kağızın arxasında yazmağa başlayır:

1. Səni 9 ay bətnimdə gəzdirdim – pulsuz
2. Hər xəstələnəndə keşiyində durdum – pulsuz
3. Gecələr yuxusuz qaldım – pulsuz
4. Bəzən göz yaşı tökdüm –pulsuz
5. Hər gün dua etdim – pulsuz
6. Oyuncaqlarını yığışdırdım – pulsuz
7. Yeməyini hazırladım – pulsuz
8. Paltarını yudum - pulsuz

Bütün bunlar topla, həqiqi sevginin qiymətini biləcəksən.
Oğlan anasının yazdıqlarını oxuduqdan sonra gözləri doldu.Tez anasının boynuna sarılıb dedi: " Anacan, mən səni çox sevirəm”

Daha sonra qələmi götürüb kağıza böyük sözlərlə yazdı : "Bütün borclar ödənilmişdir”.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Həqiqətən də həqiqi sevgi pulla ölçülməz
Analarımızın etdiyinin yanında bizim etdiklərimiz çox acizdir
ANAMI ÇOOOXXX SEVİRƏMMM ❤
Mənim üçün çox əziyyətlərə qatlandı Allah valideyinlərimizi qorusun

AMİN........
  • Нравится
  • 0