» » Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu süjetlərə yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu süjetlərə yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

 
 
  Məndən  xoşbəxt insan kimdir deyə soruşsalar, düşünmədən cavab verərəm: 
gənclik illərini   təəssüflə   xatırlamayan insan xoşbəxtdir.

 Tarık Buğra, Məşhur türk yazıçısı


Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

Və nəhayət, piketdən sonra saytlarda "Narmin Shahmarzade"  adlı  bir piket iştirakçısının  statusu diqqətimi cəlb etdi.   "Narmin Shahmarzade" öz statusunda yazmışdı: "Aksiyanın ortasında polisin israrına dayana bilməyən məmədanım açıldı. Məmələrim də aksiyaya qoşulmuşdu)”.

Fikir verirsinizmi, feminizm hansı "azadlıq"ları körükləyir.

Sadəcə,  Azərbaycan qadınlığı adına utancdır belə təəssüratlar,  sərməstəliklər.

Sosial şəbəkələrin birində belə məlumata rast gəldim ki, həmin bu  "Narmin Shahmarzade"  bir vaxt Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında  hörmətsiz  fikirlər səsləndirmiş və buna görə  məhkəməyə də çəkilmişdir. İxtisasca psixoloq olan bir xanım cəmiyyətə əvvəlcə  Milli Qəhrəmanımız haqqında   əks fikirləri, indi isə qadınlığı şərəfləndirən abır-həya   ölçülərinə  bu şəkildə  məsuliyyətsizliyi ilə gündəmə gəldi.

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir (II hissə)


 Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

Məşhur  söz ustadımız Füzuli yaranmışların ən uca zirvəsində  insanın dayandığını  qeyd etmişdir. İnsanda isə ən qiymətli gövhərin söz olduğunu  bildirmişdir:

"Əşyanın keyfiyyətini təhqiq etmək üçün fərasət gözümü açdım. Hikmət əsərlərinin tamaşası çölünə təfəkkür qədəmi qoydum. Aləm sədəfində insandan qiymətli gövhər görmədim. İnsan gövhərində sözdən şərəfli bir cövhər görmədim".

"Narmin Shahmarzade"  də, onun  ideya tərəfdarları da , ümumiyyətlə, bütün insanlar  bu məsuliyyətin  cavabdehliyini daşımalıdırlar.

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

 

 20 Yanvar hadisəsi zamanı  Fərizə adlı qızımız  sovet əsgərləri  tərəfindən güllələnən   İlhamın ayrılığına dözməyərək  öz  həyatına  qəsd etmişdi.

İntihar hadisəsi heç kim tərəfindən  dəstəklənməsə də,  Fərizə ölümü ilə   vəfa, sədaqət adına  bir tarix yazdı: real həyatda Qu quşu məhəbbəti  nümunəsi idi bu.

Fərizə   yaşasaydı da,İlhamın sevgisinə ömrünün sonuna kimi sədaqətli qala bilərdi,  bu möhtəşəm sevgisini özüylə bərabər son mənzilə apara bilərdi.  Amma  belə  talelərin   mahiyyətinə vara bilməyən kimsə  sonralar ona sevgi də təklif edə bilərdi, lap olsun bu sevgi də  ehtiramlı olacaqdı... Təbii ki, İlhamın sevgi payına  kimsə  çəpəki baxa bilməzdi. Fərizə bunu  dünyasında qəbul etməyəcəkdi də. Fərizə belə təkliflərin, xəyalların  özünün dilə, başa gətirilməməsi üçün   həmin  addımı  qəbul etdi. Adına and içiləsi Sevgidir bu.

Bəs Fərizə hara,  8 martda keçirilən piketdə aşağıdakı eybəcər şüarlarla küçələrə - ictimaiyyət  arasına çıxan  Azərbaycan qızları hara:

 

1.Məmələrə azadlıq.

2. Qız mənimdir, nə istəsəm edərəm.

3. V......a mənimdir, kimə istəsəm verərəm.


Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

 

  Bu şüarlardan  birincisini  başı üzərinə qaldıran qızımızın adı   Vəfa Nağıdır.

 Vəfa  Neftçala rayonunun Xolqaraqaşlı  kəndindən bələdiyyə üzvü seçilib. Yenə internet məlumatlarına əsasən Türkiyədə universitet təhsili alıb.  Özünün dediklərinə əsasən,  bələdiyyə üzvü seçiləndən kəndin, bu kənddə yaşayan insanların  sosial problemlərini fəaliyyətinin  proriteti seçib və insanlar bunu razılıqla qarşılayırlar. Kənddə tikiş sexi açıb. Haqqında  internetdə olan videolardan da görünür ki, dilli-dilavər, açıqgözlü və  tükənməz enerjisi olan  mübariz bir qızımızdır.

  Bu az yaşında  yaşadığı  ərazidə müsbət imic  qazanan universitet təhsilli Vəfanın azadlıq  axtarması  bu imici  zədələmirmi?  Təmin olunmuş rahatlıqların, verilmiş nüfuzun dalğasında irəl getməyi   nənəm də bacararar. Amma ətrafındakı  maneə və çətinlikləri ram edib onların  mərkəzində əsl   karyeranı, xoşbəxtliyini qurmaq   əxz edilməli bir həyatdır. Vəfa piketə qədər  məhz bu yolu seçib, bəs niyə birdən-birə cəmiyyətin  qəbul etmədiyi  bir iğtişaşın ön cərgəsindədir?!

 Piketdən sonra saytların birində onunla müsahibə aparılmışdı və piket zamanı əlindəki  şüarla bağlı soruşanda isə, əksinə, addımına haqq qazandırmağa çalışıb:

-  ... Məgər bu cəmiyyətin əsas şüarı "başını aşağı sal çörəyini qazan” deyil? Amma heç kim demir ki, bu ifadə ilə köləlik, rəzillik və bundan doğan başqa idbar əməllər təbliğ olunur.

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

 

 

 

Yox, Vəfa xanım,  bu atalar məsəlində dediyiniz əlamətlərin heç biri yoxdur . Məsələn, siz  kəndinizdə işsizlik problemi oduğu halda, tikiş sexi açmısınız və bura xeyli qadın cəlb etmisiniz . İndi isə karyeranızın yavaş-yavaş öz axarına düşdüyü bir vaxtda  piketə qoşulmağınız, milli dəyərlərə zidd   çağırışlar səsləndirməyiniz sizə   olan  münasibətlərdə bir qədər tərəddüdlərə   yol açdı.  Baxın, bu məqamda valideynləriniz, ailənizə, sizə isti münasibəti olan şəxslər sizə tövsiyə edə bilər ki,   feminizm, gender aspektləri  hara, sən :  başını aşağı sal, çörəyini qazan.

Burada hansı köləlik və yaxud rəzillikdən söhbət gedə bilər.  Həmçinin, atalar  məsəlində  sizin dediyiniz    "bundan doğan başqa idbar əməllər” haqqında  gümana düşməyiniz də doğru deyildir.

Biz əvvəlki yazımızda  qeyd etmişdik ki, azadlıq heç bir təzyiq olmadan şəxsin fərdi seçim imkanı deməkdir.

Yəni, insan öz  arzu və düşüncələrini,  bacarıq və qabiliyyətini müstəqil şəkildə heç bir süni maneə ilə qarşılaşmadan həyata keçirə bilirsə,  bu, azadlıq  nümunələridir.

 Azadlıq real olmalıdır, məntiqli olmalıdır, onun gerçəkləşdirilməsi  insanı  ictimai ideallar üçün fəal həyat mövqeyinə  səsləməlidir. Yoxsa, "Nəzarətsiz işini gör”  hansı ölçü-biçidə azadlıqdır?

Aristoteldən, Demokritdən başlamış Bakıxanova qədər  məşhur filosofların  etikasında xoşbəxtliyə  çatmağın yolu  etidala ("Orta həddə”) əməl etməklə  bağlıdır.  "Orta hədd” insanın kamil olmaq üçün arzuladığı ən fəzilətli  bir həddir, fəqət, o, insanın həm fərdi, həm də ictimai həyatına hakim olmalıdır.

Amma  istər  bu piketin iştirakçıları, istərsə də  onlara haqq qazandıranlar  öz azadlıqlarını  yaşadıqları ictimai-iqtisadi mühitlə deyil, yalnız  öz daxili aləmləri ilə  bağlayırlar. Təbii ki, yanlış qənaətdir.

 Heç sosial şəbəkələrdə bu və ya digər mövzuda dərc edilən yazılan, süjetlərə diqqət yetirmisinizmi: söyüş, təhqir, qəzəb, atmacalı sözlər  əndazəni aşıb. Ən sərt şəkildə tənqid, ifşa etmək olar. Amma bu, söyüşlə olmamalııdr.  Adam utanır bu yazıları oxumağa. Halbuki, onu oxuyanlar arasında  qız və qadınlar, ahıl insanlar da var.  

Bu cür  məsuliyyətsiz davranış, əndazəni aşan  özbaşınalıq aparılan mübarizə və müzakirənin də  mahiyyətini heçə endirir. Hardan, kimdən öyrəndi gəncliyimiz bu söyüşü. Adi bir sözdən utanıb qızaran,  evə  qonaq gələndə belə, iç otaqlara çəkilən qızlarımız indi  nələri dilə gətirirlər. Bu meyli hamıya aid  etmək olmazsa da,belələr,  təəssüf ki, var.  Arzu edirik ki, bizim gənclər hansısa qrupların  təsirinə düşməyələr. Qərbin sərhədsiz azadlıqlarına deyil, əzəli-əbədi məskənimiz olan Vətənimizin  "hər daşına üz qoyalar",  xalqımızın  əxlaqi-mənəvi  dəyərlərinə sahib çıxalar.

 

 Bizim çox  intellektual  gənclərimiz var.  Elə bu  piketdə iştirak etmiş gənclərdən də əl üzməmişik. Ümid edirik ki,  onlar da , nəhayət, doğrunu yanlışdan fərqləndirməyi bacaracaq, öz bilik və bacarıqları  yaşadıqları torpağın,  mənsub olduqları xalqın səadəti  naminə sərf etdəcəklər.   

 Görkəmli alman dövlət xadimi -  XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs Bismark demişdir: " Gənclərə  üç  nəsihətim var: Çalış, çalış və çalış”.

Biz də gənclərimizə  Vətən  və xalqa  layiqli xidmətçi olmaq üçün  "Çalış, çalış və çalış” deyirik.

                                             

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir (II hissə)

 

 

                                                                                                  Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz