» » Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu süjetlərə yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu süjetlərə yazılan statuslar ondan da təhlükəlidir( I hissə)


 

İki şeyin əldən çıxmadan  dəyərini bilmək lazımdır: Biri cansağlığı, o birisi isə  gənclik.

Hz.Əli 

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

Feminizm hərəkatının ilk işartıları  orta əsrlərə gedib şıxır: Pulen de Lya Barr hələ 1673-cü ildə "İki cinsin hüquq bərabərliyi haqqında" əsərində qadın azadlığı məsəlisini bəşəri bir ideya kimi irəli sürmüş, "feminizm" terminini isə ilk dəfə "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır" müəllifi , utopik sosializmin məşhur nümayəndəsi Şarl Furye olmuşdur. Feminizm hərəkatının təsirləri praktik olaraq isə  daha sonrakı əsrlərdə  dünyanın bir çox ölkələrinə yayılmışdır.
Feminizmin mərkəzində cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi məsələləri dayanır.
Bizim ölkəmiz fanatizmin, xürafatın ən geniş yayıldığı ölkələrdən olsa da, cəmiyyətin bütün dövrlərində Şərqə ən böyük işıq həmişə Azərbaycandan yayılmışdır. İslam aləmində ilk qızlar məktəbi Azərbaycanda açılmışdır. Qadınlara səsvermək hüququ bəxş edən ilk dövlətlərdən biri də Azərbaycan Demokratik Respublikası olmuşdur. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, qadınlarımız orada təmsil olunmasın və s.
Düşünürəm ki, bizim ölkəmizdə qadınlarla kişilər arasında heç bir sosial-mənəvi fərqlər yoxdur, belə baxış da yoxdur. Bəlkə də dünyanın heç bir ölkəsində qadın Azərbaycan Qadını qədər azad deyil.
Azadlıq heç bir təzyiq olmadan şəxsin fərdi seçim imkanı deməkdir. Yoxdurmu bu azadlıq?
Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir.
Lənkəran Dövlət Universitetini bitirmiş Aytəkin Əliyeva bir neçə il müəllim işlədikdən sonra Amerikaya köçmüş, Fasebook kimi böyük bir şirkətin Baş ofisində çalışır.
Lana Atakişiyeva Berlinin Noyköln rayonunda polis komissarıdır. Fransada yaşayan Aytən Mirzoyeva Parisdə Fransanın tarixi memarlıq şirkətlərindən biri olan "Vasconi Architectes”in vitse-prezidentidir.
Fidan Cavadova İngiltərənin nüfuzlu anti-pirat şirkətlərindən birində müəllif hüquqlarının qorunması sahəsində fəaliyyət göstərir.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniya Ştatında çıxışı zamanı Qarabağın ermənilərə məxsus olduğunu bildirəndə
onu sərrast mühakimələri ilə susduran Arzu Məmmədova (Cahid) ABŞ-da Lokalizasiyaların idarə edilməsi ixtisası üzrə təhsil alır və sair.
Belədirsə, Azərbaycanda cinslər arasında hüquq bərabərliyinin olmamasını küçələrə, piketlərə necə çıxarmaq olar?
Amma dünən "Tarqovı” küçəsində keçirilmiş piket, orada səsləndirilən şüarlar məhz bu təsəvvürləri doğru olanların fövqünə qaldımağı hədəfləmişdi. Həmin piketi sosial şəbəkələrdən mən də izlədim. Sonra ayrı-ayrı saytlar üzrə bu süjetlərə yazılan şərhləri də oxudum. Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu süjetlərə yazılan statuslar ondan da təhlükəlidir.
Cəmiyyətdə aşınma gedir, düşünmək və bu aşınmanın elmi, hüquqi həllini tapmaq lazımdır.
Mən bu piket təşəbbüsünün doğru və yanlış olması haqqında fikir deməyəcəyəm. Bəlkə mənə də, mənim kimi digər bütün izləyicilərə də bu piketin görünməyən tərəfləri var. Əslində, süjetlərdə  bir sıra belə məqamlar , həqiqətən də, diqqətdən yayınmadı. 
 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

 

Mən, sadəcə, piketin özünün məndə doğurduğu təəssüratları diqqətə çatdırmaq istəyirəm. 
Biz demokratiyanı, görünür, doğru dərk etməmişik. Onun verdiyi hüquqlara, təminatlara təkrar-təkrar baş vururuq, fəqət, vəzifələrimiz haqqında düşünmək istəmirik.
Dünənki  piketçilər, əslində, bunu təsdiqlədilər. Sərhədsiz "azadlıq”larını nümayiş etdirdilər: "Orta həddi” çox keçdilər.
Azad və xoşbəxt cəmiyyətdə dinc səma altında yaşamaq  hər birimizin arzusudur. Amma bu əmin- amanlığın davamlı və etibarlı olması üçün hər birimizin də cavabdeh olduğumuz unudulmamalıdır. İndi hər kəs üçrəngli bayrağımız ətrafında sıx birləşməli,  qüdrətli Azərbaycan naminə eyni hədəfə  vurmalıdır. Cəmiyyətdə başıpozuqluq yaradan, insanlar tərəfindən narazılıqla qarşılanan piketlərə, qarşıdurmalar səbəb  ola biləcək  heç bir addıma haqq qazaqndırmaq olmaz.

Mən və mənim yaşımda olan insanlar Beynəlxalq Qadın Azadlığı hərəkatı haqqında ilk məlumatları hələ orta məktəb illərində kitablardan eşitmişik. Bilirdik ki, 1908-ci ildə martın 8-də Nyu-York Sosial-Demokrat Qadın Təşkilatının təşəbbüsü ilə 15 min qadın nümayişə çıxıb. Həmin gün də tarixə Beynəlxalq Qadınlar Günü kimi daxil olub. Onun təşəbbüsçüsü alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı Klara Tsetkin olub.
8 mart 1908-ci ildə Nyu-York nümayişində qadınların şüarı "Çörək və Gül" olub: çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha firavan həyat tərzini ifadə edirmiş.
Amma dünənki piketin heç bir əndazəyə sığmayan şüarları bügünkü qadınlıq üçün, bütövlükdə cəmiyyətimiz üçün, hər birimiz üçün çox böyük utanc idi.
Həmin şüarlardan bəzilərini oxucuların diqqətinə çatdırm:

1. Məmələrə azadlıq.
2. Qız mənimdir, nə istəsəm edərəm.
3. V......a mənimdir, kimə istəsəm verərəm.
4. Bir qadının azadlıqdır zinəti...
 5. kişilər bir cüt qönçədir və s.
 

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

Bizə qadınların şüarda yazıldığı və başları eyforiya halına gətirən "azadlıq” deyil, cəmiyyətin yekdilliklə qəbul etdiyi, hörmət etdiyi adət-ənənələr, əxlaq meyarları, ölçü-biçiləri ilə dədə-babalardan günümüzə miras qalan dəyərlər lazımdır. Müharibə illərində döyüşlərdən qayıtmyan nişanlılarını, gözaltılarını əbədilik qəlblərinə həkk edərək elə bu cür də torpağa gömülən nə qədər qız-gəlinlərimiz olub. Amma indi ərli –ailəli ola-ola, başqa kişiyə qoşulub qaçan qadınlar haqqında məlumatlar eşidirik. Feminizmin gətirəcəyi azadlığı budurmu? Qadınlar onlara qarşı edilən ailə-məişət zorakılıqlarından, xəyanətdən danışırlarsa, unudulmamalıdır ki, hər kişinin/qadının etdiyi xəyanətin mərkəzində bir qadın/kişi dayanır.  Bəs niyə dünənki piketdə  buna etiraz olaraq  öz həmcinslərinizə  hürr istədiyiniz Bakı küçələrində  bu eybəcər macəra  həyatına etiraz olaraq  hamsısa çağrışı  şüar kimi, başlarınız üzərinə qaldırıb gəzdirmədiniz?
Tovuz rayonunda azyaşlı qızcığazın vəhşicəsinə öldürülməsi cəmiyyəti hələ də narahat etməkdədir. Süleymanov İlkin adlı bir şəxs müqəssir qismində həbs edilsə də, son günlər onun qatil olmaması barədə müəyyən iddialar səsləndirilməkdədir. Şüarınız elə Nərminin faciəsini ədalətli araşdırmaq tələbi olaydı, əsl qatilin tapılması olaydı?
Sadəcə, hərə ağlına gələn yöndəmsiz bir fikri  ortaya atıb cəmiyyətdə başıpozuqluq yaratmaq istəyir. Azad fikir, söz söyləmək belə olmur? Bəli, sən düşündüklərini, arzularını, doğru fikirlərini heç kimin təzyiqi olmadan istədiyin kimi ifadə edə bilərsən. Amma sənin düşündüklərin cəmiyyətin əsaslarını sarsıtmamalıdır, sərsəmləmələr olmamalıdır. Dediyin fikir ən qatı əleyhdarlarını belə etirafa məcbur edə biməlidir.
Yoxsa "Məmələrə azadlıq” kimi qeyri-etik çağırışları küçədə, ictimai yerdə səsləndirmək demokratiya deyil, feminizm prinsipi də deyil. Belə yanaşmaları cəmiyyətə təbliğ etmək olmaz. Bizi əks cinsin nümayəndəsi kimi bitərəflikdə ittiham etməyin. Məna ana və qadınlarımızın adı ilə bağlı bir elektron jurnalın redaktoruyam. Bunları ona görə yazıram ki, sərt olsanız da, ədaləti unutmayasınız.

Bu yazımı oxuyacaq-oxumayacaq elə bir kimsə varmı ki, onun evində Qadın nümayəndəsi olmasın?! Kimin anasını, bacısını sevmir? Kim alagöz bir qızın vüsalına qovuşmağa can atmayıb və atmayacaq?Kim gəlini qarşısına armudu stəkanda çay gətirəndə "oxxay” deməyib və deməyəcək?
Bu piketdə iştirak edən qızlarımzı belə ülviyyətə qovuşmaq haqqında düşünsünlər? Biz qadınlarımızı, qızlarımız belə görmək istəyirik.
Daha iki məsələyə münasibət bildirəcəyəm: biri asayiş keşikçilərinin bu piketdəki davranışları və statuslarda onlar haqqında yazılan fikirlərə, ikincisi isə mitinqdən sonra "Narmin Shahmarzade”adlı bir istifadəçinin sosial şəbəkələrdə paylaşdığı status haqqındadır.

Bu piketdə polislər son dərəcə təmkinli davranırdılar. Əvvəlki vaxtlardan ekranlardan tanıdığımız məşhur bir istifadəçi iki əli ilə polisin az qala gözlərini çıxartmaq istəyirdi. Denən, o polisin tükü belə tərpəndimi? Görünən bu idi ki, iştirakçı istəyirdi ki, polis hansısa bir addım atsın və onlar da bu anı telefonlara köçürüb aləmə car çəksinlər. Deyəsən, mənasız, motivsiz piketin məqsədi də bu imiş.
Polislər asayişimizin keşikçiləridir. Onlar olmasa, heç düşünürsüzmü halımız, gününümüz necə olar? Polisi bu qədər təhqir etmək olmaz.Belə etiraz forması yoxdur.
Polisin sıralarında digər sahələrdə olduğu kimi, təbii ki, təsadüfi adamlar var, belələrinin heç də başını sığallamırlar. Polis orqanlarında aparılan təmizləmələrlə bağlı internetdə kifayət qədər məlumatlar var.
 Bu adı şərəflə daşıyan  polislər  əsl əsgər kimi asayişimizi qoruyur, bizi qoruyur. Orada yazılanlar bizim polislərin haqqı deyil.
Polislər digər millətə mənsub deyillər, başqa planetdən gətirilməyiblər. Ola bilməz ki, indiyə kimi baş tutmuş mitinq və piketlərdə iştirak edənlərin, polis haqqında söyüş yazanların, eləcə də onların qohumlarının, hüquq-mühafizə orqanlarında çalışan dostu və ya qohumu olmasın. Nədir, biz elə bir-birimizdən xəbərsiz özümüz –özümüzü söyürük ki...

Belə piketlər nə qədər qorxulu və qoxuludursa, bu   süjetlərə  yazılan statuslar ondan da təhlükəlidir( I hissə)

 

                                                                                  Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz