» » Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

 

   Ailə insanlar arasında fərqli cinslər arasında sosial münasibətlərin yeni bir formasıdır. Bu birlik insan cəmiyyətinin davam etdirilməsi məqsədi ilə yaranmış  və zaman-zaman      ictimai-iqtisadi inkişafın  nəticəsində  insanların dünyagörüşlərində yaranan keyfiyyət dəyişiklikləri ilə  əlaqədar olaraq yeni məzmun və məsuliyyət kəsb etmişdir.   Şifahi xalq ədəbiyyatı nümunələrində  bununla bağlı maraqlı izlər var. Məsələn, əri vəfat edən qadının  ərinin vəfatından sonra yeni ailə qurması  hökm deyilmişsə də, yasaq da deyilmiş.Hətta, ər dünyasını dəyişərkən vəsiyyətlərində bu məqama da diqqət çəkirmiş ki, ərə gedə bilərsən. Həm uşaqlar atasız böyüməsin, həm ailə  güvəncsiz qalmasın, həm də  cəmiyyət üzvlərini çoxalması üçün  qadınlar dünyaya övlad gətirmək funksiyası  məhdudlaşdırlmasın. Amma   bir neçə əsr sonra məsələyə tam fərqli baxış formalaşmışdır.

  Sevən sevgilisini yaxşı mənada  qısqanır. Bu qısqanclıq vəfa, etibar, sədaqət  əhdi  kimi mənalanır . Maraqlı olan bir də budur ki, nə vaxtsa "Gözün kimi tutarsa, könlün kimi seçərsə,  gedərsən” deyən də  Azərbaycan əridir, indi:


Əzizim, baxdı yarım,

Baxtımın  taxtı yarım.

Üzündə göz izi var,

Sənə kim baxdı,  yarım?

 

Əzizinəm,  yad əli,

Ya divanə, ya dəli.

Məhşərim o gün qopar,

Yara dəysə, yad əli.

 

 Gözüm,  göz görə səni,

Kabab, köz görə səni.

İstəməm öz gözümdən,

 Ayrı göz görə səni.

 

Su gəlir pər gələnə,

Zülfün baş tər gələnə.

Üzün bir ay parçası,

Göstərmə hər gələnə.

 

Əzizim, sini-sini,

Doldur ver sini-sini,

 Mənə öz yarım gərək,

Neynirəm özgəsini?!,- deyən də.

 

Mən  uğursuz sevgilərin, dağılan ailələrin   səbəbkarı kimi,   qadınları qınaq mərkəzinə gətirməkdən  tam uzağam.   Amma digər   mövcud  obyektiv səbəblərlə yanaşı, subyektiv  səbəbi də  danmamalıyıq. Bu da ailə quran tərəflərin özünün sevgiyə, qadına, ərə münasibəti məsələsidir.

Sevgi münasibətlərində olan dönüklüklə ailə münasibətlərindəki dönüklük  məzmun və mahiyyət   baxımından müəyyən qədər fərqli olsalar da, aralarında subyektiv  paralellik var.  İnsanlar sevgilərini, sevdiklərini  çox asan dəyişə bilirlər, çox asanlıqla unudurlar.

 Ailə münasibətlərində fəqrqi yoxdur kim  xəyanət edib. Bir qadın ərinə xəyanət edibsə,   bu xəyanətin digər tərəfi olan kişi də öz   qadınına xəyanət edib. Başqa yöndən baxsaq, bir qadın digər bir həmcinsinin həyatını zəhərə döndərib, bir  kişi digər bir kişi həmcinsinin.   Əməl də eynidir, məsuliyyət də. 

Ona görə də, fikrimcə,  get-gedə artmağa doğru meyilli olan bu sosial  bəlaya qarşı mübarizədə   bir hind filmindən eşitdiyim  ”mən cinayətkara qarşı yox, cinayətə qarşı mübarizə aparıram” yanaşması daha doğru olardı.  

Maarifləndirmə işlərinə çox ehtiyac var. Amma formal yox. Hansısa tədbir  kampaniya xarakterində olmamalıdır.  Özəl telekanalların və mətbuatın ideya-məzmun keyfiyyətləri mütləq nizamlanmalıdır.  

 Telekanallarda  şou mahiyyətində ailə verilişləri yayımlanır. Kimə lazımdır belə layihələr? O verilişə dəvət olunanlar, yön-yöndəm göstərənlər    yaxşı olar ki, nümunəvi ailə həyatı olan  şəxslərdən seçilsin, yəni onların ağzından eşidilənlər müdrik sözü, ağbirçək tövsiyəsi ola bilsin.  Heç olmazsa,  20 ildən yuxarı ailəlik təcrübəsi olsun.

    Verilişlərə ailə psixoloqları, tanınmış hüquqşünaslar, mədəniyyət xadimləri və yazıçılar  dəvət olunsun.

 Mətbuatda  yazıların təqdimatında  müəyyən prinsiplər olun, kim hardan eybəcər bir hadisəni tapıb onu tirajlamasın. Daha pisi odur ki, bir çox saytlarda səhifənin sonunda əcaib şəkilər,  təhrikedici  yazılar verilir.Bir tərəfdən əxlaqi mövzuda danışıb, yazının sonunda belə şəkil və yazılar yerləşdirmək hansı  faydalı təsir göstərə bilər?

 

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

 Son illər ailə həyatında  baş verən xoşagəlməz  hadisələrin  baş verməsində social şəbəkələrin  pozucu rolu narahatlıq doğurmamaya bilməz.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova kütləvi informasiya vasiələrinə verdiyi açıqlamada  internet amilini də ciddi səbərlər sırasında  qeyd etmişdir: "…sosial şəbəkələrə aludəlik fərdlər arasında anlaşılmazlığa gətirib çıxarır. İnsanlar bir çox hallarda vaxtlarının çox hissəsini internetdə keçirdikləri üçün bəzən ailədə söz-söhbətə səbəb olur…

…Qəbula gələn boşanmışlardan, yaxud ailəsində problem yaşayanlardan, demək olar ki,  əksəriyyəti Facebook-da tanış olduğunu deyir. Axı sosial şəbəkədə 2-3 dəfə danışmaqla insanın xarakterinə, xasiyyətinə bələd olmaq mümkün deyil. Çox vaxt valideynlər də bu məsələyə biganə yanaşır. Fikirləşirlər ki, ailədə olan uşaqlardan heç olmasa biri ərə getsin və onların yükü azalsın. Sən övladı böyütməmisən ki, çox asanlıqla onu başından edəsən…”

  İnternetdə intenet vasitəsi ilə tanış olub, sonra atılan qılarla bağlı bir neçə yazıları mən də oxumuşam.

 

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

İstəməzdim  bütün günahları  sosial şəbəkələrin üstünə ataq, qızların üstünə ataq . Ümumiyyətlə, gənclərin ünsiyyət qura bilməsi, tanış olmaları üçün sosial bağlar, mühit mütləq lazımdır. Belə mühit məktəb, iş yerləri, nəqliyyat,  müəyyən  ədəbi-mədəni tədbirlər, internet və s. vasitələr  ola bilər. Amma , əsasən, qızların fəhmi, dəyərləndirə bilməsi, doğru seçimi  ideal olmalıdır.  Qızlar adını, özünü qorumağı bacarmalıdırlar. Yoxsa, tanış olandan iki gün sonra oğlanın guya qızı anası ilə tanış etməsi üçün evinə aparması hansı məntiqlədir? Qızlar yüz ölçüb bir biçməlidir. Onda hansısa  qaraniyyətli oğlan da payını götürüb yerində  oturar. 


  Əli Kərim


O qız kimə qismətdir?

 

Qız xəyala dalıbdır,

Sən deyən də gözəl deyildir...

Amma sifətini

Dərin fikirlər

Xoş duyğular

Elə mükəmməl

Elə gözəl

Işləyib ki...

Deyəsən, bu iş rəssamındır,

Ən odlu bir ilhamındır;

Cizgilər hamısı tamam.

 Aralarında bir boş nöqtə belə yox,

Hamısı taram:

Üzündə, alnında,

Gözlərində

Təbəssümün şəffaf rənggi var,

Kamillik ahəngi var.

Gözlərində intəhasızlıq qərq olub,

Baxışları dərin,-

Gün şası kimi uzun.

Hansı planetə qədərsə yol gedir;

Kökü ürəkdədir.

Qız baxır birbaşa ürəkdən

Gözləri ulduzla,

Günəşlə,

Musiqiylə, dünyayla dolu,

 Bu qıza rast gələcək hansı idrak oğlu?

Əlbət, beləsi var dünyada,

Mənim də arzumdur:

Belə qıza

Layiq olmaq üçün

Heç olmasa

bir  ulduz kəşf edib,

ona bu qızın

adın qoyaydı...

Yaxşı oğlan olaydı,

Yaxşı oğlan olaydı...

 

Naməlum
Qızım, utanıram, kəndə qayıtma
Bu, nə vid-fasondur, eyibdir-eyib,
Qızım, utanıram, kəndə qayıtma.
Avropanın cırıq şalvarın geyib,
Qızım, utanıram, kəndə qayıtma.
Pəhriz saxlamagın qəlbimi dəlib,
Acından ölürsən, belin incəlib,
Qara gözərinə yaşllıq gəlib,
Qızım, utanıram, kəndə qayıtma.
Şəhərə gedəndən olmusan gəlin,
Qoyunun yunutək qıvrılıb telin,
Russan, azərisən, bilinmir dilin,
Qızım, utanıram, kəndə qayıtma.
Yanağın böyüyüb, dodağın şişib,
Zaqar eyləmisən, dərin dəyişb.
Sırğan da burnuna gəlib ilişib,
Qızım, utanıram, kəndə qayıtma.
Açıqdı kürəyin, açıqdı sinən,
Bu qədər də cilpaq gəzərmi zənən?
Beləmi geyinib əvvəllər nənən?!
Qızım , utanıram, kəndə qayıtma.

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə


Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

 

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

 

Yıxdı bizim evimizi üzümüzə gülə-gülə

Aşağıda  saytların birində mövzumuzla əlaqəli rast gəldiyim  yazını sizə də təqdim edirik:

Azərbaycan üçün dəhşətli STATİSTİKA: Hər 4 ailənin biri boşanır

 
 

10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb.

BAKU.WS  xəbər verir ki, bu statistik məlumatları hüquqşünas Ələsgər Məmmədli açıqlayıb.


4 il öncə dəvət aldığım bir proqramda xırda bir araşdırma aparmış, ölkədə boşanmanın çox yüksək sürətlə artdığı, evliliyə nisbətdə boşanmanın 13,5% olduğunu görmüşdüm.   


Bu gün tənbəllik etməyib, son 10 ilin statistikasını tapıb, qarşılaşdırdım. Statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. 


2008-ci ildə ölkədə 79964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.  


Qısası, 10 ildə boşanma 146% artıb. 


İllərə görə də artımın sürətini aydın görmək mümkündür.


2008-9,92%

2009- 9,97%

2010- 11,44%

2011- 12,19%

2012- 14,02%

2013- 14,23%

2014- 13,50%

2015- 18,55%

2016- 19,64%

2017- 23,06%

2018- 24,36%


Evliliyin sayı 2007-ci ildə 81738-dən, 2017-ci ildə 62923-dək, yəni 23,01% geriləyib. Boşanma 2008-də 7933-dən, 2017-də 14514-dək yəni 83% yüksəlib.


Əslində ciddi araşdırma mövzuları var. Sosioloqlar, psixologlar bunu çoxyönlü araşdırıb, səbəbləri sıralamalı, toplumu bilgiləndirməlidir. Məsələn, mənim üçün maraqlıdır internet və sosial şəbəkə istifadəsi nisbətinin son 10 ildə artımı ilə boşanma nisbətinin artımı arasında bir əlaqə varmı, varsa nədir?


Zülfiyyə Qurbanova
Mənbə:https://az.baku.ws/lifestyle/54999-azrbaycan-ucun-dhtli-statstka-hr-4-ailnin-biri-boanr.html 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz