» » Dəyər: Ata sevgisi

Dəyər: Ata sevgisi

Dəyər:  Ata sevgisi

Yaşlı bir ata varmış, onun da gözünün ağı-qarası bir oğlu varmış. Ömür-gün yoldaşı çoxdan rəhmətə getsə də, evlənməmiş, bütün mehrini oğluna salmışdı. Oğul da atasını. Bir sözünü iki etməzdi, bir arzusunu diqqətdən qaçırmazdı.
Bir gün atasını könlünə quzu ətindən kabab düşür və oğlu bunu bilincə atasını maşınına əyləşdirib təbiətin qoynundakı kabaxanaya aparır.
Atası bir neçə dəfə kababı ağzına aparmaq istəsə də, əlləri əsdiyindən tikələr əlləri titrədiyindən üstünə düşürmüş. Bu mənzərəni ətrafdakı insanlar da seyr edirmiş. Oğul atasının gözlərindən öpərək heç nə olmayıbmış kimi kababı xırda-xırda parçalara bölür və öz əli ilə atasına yedirir, ta sona kimi. Sonda da çox səbirlə atasının üstünü təmizləyib. Atası qəhərləndiyindən gözləri yaşla dolubmuş.Oğlu atasının eynəyini də götürüb silmiş və yerinə taxmış. Sonra da atasının qoluna girib evə qayıtmaq üçün maşınına aparmağa hazırlaşmış. əvvəldən ən yaxındakı stollardakı insanlar onlar izləyirmişsə, indi hamı bu mənzərəyə diqqət kəsilmişdi. Oğul tövrünü pozmadan atasının qolundan tutub əyləşdikləri yerdən uzaqlaşmaq istəyəndə arxadan "ay oğul, bir dayan” sözlərini eşitmiş. Çevrilib baxanda onlara ən yaxın əyləşmiş, atası qədər olmasa da, nurani bir kişi ona doğru addım atmış:
-Övladım burada nə isə bir şey unutmadığına əminsənmi?
- Xeyr, ağsaqqal, heç nə qoymayıb durduğuma əminəm.
Yaşlı kisi cavabında:
-Yox, bala, yanılırsan. Sənin burada qoyduğun cox dəyərlidir, demişdir.
Cavan oğlan təəccüblə "nə qoymusam ki?" deyə soruşanda həmin yaşlı kişi demiş:
-Sən burada hər bir övlad üçün həyat, insanlıq, övladlıq dərsi və hər bir ata üçün bir ümid nümunəsi qoyub gedirsən.
Ətrafda kim vardısa, sən onlara dərs keçdin, sanki hər kəs indiyə kimi etdiyi soyuqluq və diqqətsizliyə görə utancduyurdu sanki.Unutmusdular onlar hər zaman atalarına sıgındıqlarını.
Bütün ömürləri boyu:
-Ata, bunu istəyirəm, onu istəyirəm.
-Ata bundan mənə də al.
-Tezliklə oğum günüm olacaq, mənə nə alacaqsan?
-Ata... ata.. ata…,- demişlər.
Amma bircə dəfə də olsun deməmişlər ki, ata, sən varsansa, hər şeyə dəyər.
yetər.
-Niyə insanlar atalarından həmişə arzu etdiklərini dilə gətirir, şikayətçi olur, amma tək bir dəfə demirlər ki, ata, bəs sənin ürəyindən nə keçir, nə alaq sənə?
Müqəddəs "Quran” da yazılıb:
"Ata-ana ilə mehriban olun. Əgər onların biri və hər ikisi sənin yaşayıb qocalıqlarının ən düşkün çağına yetərsə, onlara "Uf!” belə, demə, üstlərinə qışqırıb ağır söz demə…
… Onlara o qədər diqqət yetirməlisən ki, ehtiyac duyduqları şeyləri onlar istəməzdən əvvəl dərk edib, onların ixtiyarına qoymalısan”.
-Hə, oğlum, insan bir də valideynlərini valideynlərini itirəndə anlayır ki, doğrudan da, ata onun yaxşı yaşaması, xoşbəxt olması üçün nə qədər əziyyət çəkib. Onda da gec olur.
Sən bu gün hər kəsdə mürgüləməkdə olan qədirşünaslıq duyğularını oyatdın.
 

Dəyər:  Ata sevgisi

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz