» » İbrət: “Bunda bir xeyir varmış”

İbrət: “Bunda bir xeyir varmış”

Müəllif: Anaveusaq.az от 1-11-2018, 00:30

İbrət: “Bunda bir xeyir varmış”

 

Qədim zamanlarda Afrikada bir hökmdar yaşayırmış. Kralın uşaqlıqdan bir yerdə böyüdüyü çox yaxın bir dostu var idi. Kral uşaqlıqda olduğu kimi, mənsəbə çatandan sonra da bu dostundan ayrılmazmış.Hara gedirdisə, onu da özü ilə aparırmış.Hökmdarlıq fəaliyyətində də dostu gərək hər zaman onun böyür-başında olmalı imiş. Bu dostunun maraqlı bir fikri varmış. İstər öz başına gəlsin. Istər kiəsə bir hadisə üz versin deyərmiş: "Bunda bir xeyir varmış”.
Bir gün kral ova çıxır və adəti üzrə dostu da onu müşayiət edirmiş. Onlar seyrangahda ov edərkən dostu tefəngi doldurub krala verirdi, kral da atəş açırmış. Təsadüfən kral tüfənglə ehtiyatsız hərəkət edir və nətcədə baş barmağını itirir.
Bunu görən dostu mütəəssirlənsə də, yenə "bunda da bir xeyir varmış”,- deyir.
Kral bu sözü dostundan çox eşitmişdi, amma indi onun özünə deyildiyi üçün qəzəblənir ki, mən baş barmağımı itirmişəm, bunda nə xeyir ola bilər daha.
Ovdan qayıdandan sonra kral qəzəbini soyuda bilməyib dostunu edam etdirməsə də, ömürlük zindana atdırır.
Üstündən bir neçə il keçir, dostu zindanda qalmaqda olsun, bu kral yenə başının adamları ilə ova çıxır.Bunlar at qovur, çöllərdən, meşələrdən keçir, öz ərazilərindən uzaqlaşdıqlarının fərqində olmurlar. Demə, onlar adam əti yeyən bir qəbilənin ərazisinə gəlib çıxıblarmış. Elə bir az ov etmişdilər ki, adam yeyən qəbilənin üzvləri basqın edərək bu yad adamları ələ keçirərək əl-qollarını bağlayaraq qəbilə başçısının yanına gətirdilər. Başçı göstəriş verdi:adamlar meydana toplaşdılar. Kralı və adamlarını meydandakı dirəklərə sarıyıb sonra tonqal qaladılar. İndi onlar bu əcnəbiləri tonqalda bişirib yeyəcəkdilər.Amma birdən kralın baş barmağının olmadığını görüb qaçıb başçıya xəbər verdilər.
 

İbrət: “Bunda bir xeyir varmış”

 

Bu qəbilə batil inanclı bir qəbilə idi və öz qanunları vardı.Onlar bədən üzvlrindən hər hansı bir hissə olmayan adamları yemirlərmiş ki, belə adamı yesələr, fəlakətə düçar olacaqlar.Odur ki, şahı açıb buraxır, başının adamlarını isə bişirib yeyirlər.
Şah çox əzab-əziyyətlə ölkəsinə gəlib çıxır və özünü saraya yetirir. Şah anlayır ki, o, məhz bir vaxt itirdiyi baş barmağına görə adamyeyənlərin əlindən xilas olmuşdur.Kral dostunun sözünü yadına salıb utanır, etdiyi hərəkətdən peşman olur. Dərhal göstəriş verir ki, dostunu zindandan azad edib onun yanına gətirsinlər. Kral dostunun üst-başını təzələyir və birlikdə çörək yeyirlər. Görüş zamanı kral başına gələnləri dostuna da söyləyir və deyir ki, sən haqlı imişsən: hər şeydə bir xeyir varmış. Səni uzun müddət zindanda saxlatdığıma görə məni bağışla. Elədiyim hərəkət ədalətsiz idi.
Dostu deyir ki, xeyr, dostum: "Bunda da bir xeyir varmış”.
Kral yenə qəzəblənir. Deyir ki, ən əziz dostunu günahsız yerə zindanda çürütməyin nə xeyiri ola bilər axı?
Dostu deyir:
-Əgər sən məni zindana atdırmasa idin, o ovda mən də olacaqdım. Və digər adamlar kimi mən də artıq adamyayən qəbilənin yeməyi olmuşdum.

İbrət: “Bunda bir xeyir varmış”

 

P.S: Rəvayət olsa da, dərin hikmətləri vardır: dostluqda sədaqətli olmaq və böyük səbrə çağırış.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz