» » Müzakirə: Toyda xanımın bəzənib gözəl görünməsi doğrudurmu?

Müzakirə: Toyda xanımın bəzənib gözəl görünməsi doğrudurmu?

 

Müzakirə: Toyda xanımın bəzənib gözəl görünməsi doğrudurmu?

 


Bu məqaləni yazmağa internetdə rast gəldiyim 31 yaşlı bir gəncin məktubu və müəlliminin ona cavab məktubu oldu. Həmin gənc məktubunda yazır:

"Müəllim, mən 31 yaşında bir gəncəm. Tezliklə evlənməyə hazırlaşıram. Amma qarşılaşdığım bir problem var. Mən müsəlman bir xanım üçün makiyaj etdirməyin qətiyyən əleyhinəyəm. Nişanlım toy gününə məxsus makiyaj etdirmək istəyir, mən isə imkan vermədim, bir qədər mübahisə etdik. İndi sizə inamım olduğu üçün məsləhətinizə ehtiyacım var.”
 

Müzakirə: Toyda xanımın bəzənib gözəl görünməsi doğrudurmu?

Müəlliminin cavab məktubu isə  belədir:

"Xanımların, yaradılış tərzini dəyişməmək şərtilə gözəl görünmək üçün səy etmələri həm xarakterinə uyğundur, həm də xanım olmalarının təbii, zəruri məsələlərindəndir. Dinimiz də onların bu cəhdini lazım bilmişdir. Ancaq iki məqam əhəmiyyətlidir:
1. Bütün etdikləri həyat yoldaşlarına daha gözəl görünmək üçün olmalıdır. Xanımları nəyin üçün məhz naməhrəm kişilərin və ya fasiq qadınlar üçün gördükləri gözəlliklər caiz deyil.
2. Yaradılışı dəyişdirməyə qarşı olan işlər caiz deyil. Gənc bir xanımın toy günündə gözəl görünmək üçün hazırlanması hüququdur, hətta lazımlıdır də. Ancaq əri üçün olmalıdır bu. Xüsusən, başqa kişilərin də görəcəyi şəkildə bir bəzənmə yaxşı bir işarə deyil. Yolun başında ikən sizin belə bir mübahisə etməyiniz sizi düşündürməlidir. Çünki, qarşıda daha ağır problemlərlə qarşılaşdıqda nə edəcəksiniz? Həyat yoldaşınız sizin bir istəyinizi rədd etməməli idi. Amma siz də belə bir müzakirəyə meydan açmamalıydınız.
3. Evlilik böyük bir imtahandır. Onu böyüklüyünə uyğun bir üslubla da qarşılamaq lazımdır. Allaha əmanət olun.”

Maraqlı məktub və maraqlı da cavab. Həm də maraqlı olduğu qədər də aktualdır. Hesab edirik ki, Anaveusaq.az-ın oxucuları ilə birlikdə müzakirə edilməli bir mövzudur.  Bir də ona görə maraqlıdır ki, tək gəlinlərin deyil,   qadın  iştiraçkşıların özlərinin geyimləri də müəyyən hallarda  ölçüdən-biçidən kənara çıxır.
 İntenetdə bir sənət adamının oğlunun toyunda dekoıteli geyimdə şəkilləri paylaşılmışdı. Ciddi qınaqla qarşılanmışdı  qadın: daha nələr qalmamışdı yazılmamış...

Müzakirə: Toyda xanımın bəzənib gözəl görünməsi doğrudurmu?

Sivilizasiya, cəmiyyət irəliyə doğru getdikcə, insanlar da bu inkişafa uyğun olaraq yenilənirlər. Problemin yaranmasını da qaynaqlandıran məhz, bu amildir ki, bəzi insanlar yenilənməyi daha çox zahiri dəyişikliklərdə görürlər: imiclərini zahiri effektlərlə dəyişir, ancaq bunu yenilik hesab edir. O qədər görmüşük, ətrafımızda o qədər qalstuklu, saqqal saxlamış, köynəyi şalvardan içəri yox, çölə çıxmış, guya, centlemen oğlanlar olub ki, 5-10 dəqiqə bir yerdə olandan sonra yaratdığı təəssürat "qalstuklu odun parçası”ndan uzağa getməyib. Çöldə-bayırda, ziyafətdə, işdə ən son saç düzümlərində bəzənib-düzənmiş xanımlar var ki, görənlər-bilənlər deyir ki, çölə-bayıra elə bəzənib-düzənib çıxır ki, sanki hansısa nazirin arvadıdır. Amma evi ələ nə keçdi hara həldi atılan "sklad”a oxşayır. Hələ evdə balaca uşaq varsa, deyirlər ki, qapıdan içəri girən kimi, uşaq ifrazatının qoxusu gəlir. İndi bu evin qadını ha bəzənsə də, nə cürə zər-ziba geyinsə də, evindəki səliqə-sahman da budur.İndi bu qadının gözəl geyinib kənarda kübar, zəngin görünməsi hansı təsiri bağışlayacaq. Mən elə də düşünmürəm ki,qadın cəlbedici görünmək, fərqlənmək üçün belə geyinir.İndi, deyək ki, toy şənliyidir, qonaqlıqdır, hansısa bir ziyafətdir. Qadın ev paltarında gedəsi deyil ki. Lap kişinin də bir boxça paltarı olur. Fəqət, kişi dilə gətirməsə də, evdə gördüyü bəs deyən qədər natəmizlik, iy-qoxu artıq onun zövqünü korşaldıb.
Amma deyək ki, evində-eşiyində, həyət-bacasında əsl evdar xanımının səliqə-sahmanı hökm sürən, uşaqlarından gül iyi gələn evin qadını kübarcasına da geyinib ərinin yanında belə məclisə gedirsə, ö buraada da hökmən ağayana olaraq diqqəti cəlb edəcəkdir. Əri də toyun, ziyafətin məmnunluğunu bir qəlb rahatlığı ilə də yaşayacaqdır.
Heç ola bilməz ki, belə qadın hansısa diqqətin obyektinə tuş olsun. Digərləri də təbii ki, olmamalıdır. Amma bu, olmamalıdırsa, onda qadın da əndazəni aşan ölçüdə-biçidə geyinməməlidir.
Təəssüf ki, dövrümüzdə nəinki toy-ziyafət geyimləri, eləcə də adi günlərin geyimləri də əndazəni aşır. Bunun təsirləri Qərbdən, televiziya və internetdən izlənilən seriallardan gəlir. Gəlinlərin libasları da, qonaqların libasları da kifayət qədər narahatedicidir.Əlbəttə, hamıya aid deyil . Ağayana geyinən gəlinlərimiz də, toy iştirakçılarımız da var.
Hər kəs öz geyimi ilə öz dünyagörüşünü əks etdirir.

Azərbaycan ailəsinin etibarlılığı, uzunömürlülüyü məhz qadınlarımızın, gəlinlərimizin ədəb-ərkanı ilə mümkün olub. Ailəsi, övladı olan qadın üstündə həmişə böyük məsuliyyət hiss edib: uşağı atası böyütmək olar, heç kim acından ölmür. Amma ata-ananın birliyində səadətə, vüsala qovuşan övlad xoşbəxtliyi bir ayrı xoşbəxtlikdir.
Qadınlarımız bu məsələdə çox həssas olmalıdırlar. Bəlkə də belə həssaslıq ailədə tərəfləri bir-birləri qarşısında, ümumilikdə ailə, şəcərə, cəmiyyət qarşısında daha məsuliyyətli edir.
Sonda qiymətli qadının kim olduğunu nəzərdən keçirək:

1 Ağlının diqtəsi ilə hərəkət edən.
2. Harada hərəkət edəcəyini bilən.
3. Sosiallaşmaq üçün deyil, mövqeyinə görə sosial olan qadın. 
4. Zamanını və ətraf mühitini görən, nəzərə alan.
5. Sizin varlığınızdan ən yaxşı istifadə edən.
6. Böyük yalanlardan uzaq duran.
7. Romantik və maddi istəklərinə nəzarət edə bilən.
8. İstədiklərinə ağlamaqla deyil, ərinin arzu etdiyi, görmək istədiyi səviyyəni qazanmaqla nail olan.
9. Evini, mətbəxini heç şey etməsə belə, hər zaman qaydasında saxlayan.
10. Müstəqilliyini, azad vətəndaş olduğunu qəbul edən, amma bunu əlində dəstəvuz etməyən.
11. Ərinin də xoşladığı müəyyən xobbiləri olan, buna təşəbbüs edən .
12. Gözləri hər zaman addımlarını müşayiət edən.


Bütün bunları özündə əks etdirən qadın artıq bir insanın gözündə gözəl olmağa, şəksiz, müvəffəq olur.
Bu dəyərlərə malik bir qadının dəyəri bilinmirsə, onda həmin ərin qadını üçün dəyərli ərin xüsusiyyətlərinə yiyələnməsi lazımdır.

Müzakirə: Toyda xanımın bəzənib gözəl görünməsi doğrudurmu?

Qeyd: Yazıda bəzi intenet məlumatlarına istinad edilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz