» » Qızları əşya səviyyəsinə endirən utancverici "Drahoma" adəti və ya toy adət-ənənələri haqqında bir neçə söz

Qızları əşya səviyyəsinə endirən utancverici "Drahoma" adəti və ya toy adət-ənənələri haqqında bir neçə söz

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

Ümumiyyətlə, bu adət keçmiş zamanlardan qalma ənənədir. Dünyanın bir çox xristian və müsəlman ölkələrində mövcud olub, bu gün də var, xüsusən, yəhudilərdə və Hindistanda. Bu ənənə "Drahoma" adlanır, yəni, gəlin köçürən ailənin gəlin qəbul edən ailəyə verdiyi hərac, başqa sözlə, qızın gəlin köçərkən kürəkənə apardığı pul və ya mal. Hindularda, hətta, qızın bakirə çıxmaması vəziyyətində kişi tərəfi qız tərəfindən əlavə pul istəyə bilər.
Qız ailəsinin bu şəkildə aşağı statusda olmasının səbəbi qızdır. Tarixdən məlumdur ki, əski dövrlərdə körpə qızları diri-diri torpağa basdırırmışlar, sadəcə, heç kim qız istəmirmiş. Folklor nümunəsi kimi eşitdiyimiz:
 
Anam-bacım qız gəlin,
Əl-ayağı düz gəlin.
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin,-
 
bayatısında da həmin əski düşüncənin izləri görünməkdədir.
 
"Drahoma" sistemində kişi tərəfindən ciddi-cəhdlə nəsə tələb edilməsə də, qızın ailəsi gəlin "verən" tərəf olduğu üçün, sadəcə, əlinə keçəni verməlidir. Bu da qohum olan tərəflərin statusca bərabər olmadığını, amma əksinə, qadın tərəfinin kişi tərəfindən aşağı olduğunu göstərən qeyri-bərabər sistem olduğunu göstərməkdədir.
Sanki qız tərəf cəmiyyətdə arzu olunmayan qız uşaqlarını aldıqları üçün oğlan tərəfə mükəlləfiyyətli imiş.
Hətta, gəlin oğlan uşağı doğmayınca, atası evinə gedə bilməz, öz ata evindən heç nə istəyə bilməz.
Burada da "Drahoma”lı cəmiyyətdə oğlan uşaqların fərqli dəyəri sezilməkdədir.
Qadın ərinə ailəsinin, özünün ixtiyarında olan hər nəyi var versə də (mal, mülk, bədən və s.), ona düşən yeganə pay bir əri arvadı olma qürurudur.
 

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

 

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

 

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

Beləliklə, "Drahoma” sistemli yəhudi və hind seqmentlərində kişilərin malik olduğu varidat kişinin öz əməyi ilə qazandığı sərvət deyil, qadının ailəsi təərfindən verilən bir sərvət olaraq xəyala gəlir.
Türkiyədə və Azərbaycanda ailəsinin gəlin köçərkən qız övladına ayırdığı cehiz ailəni sıxıntısız idarə etmək, saxlamaq, yəni, müstəqil yaşaya bilməsi üçün verilir: toyuq-cücədən tutmuş maşaya, saca qədər ...
Avstriya vətəndaşlıq və Nikah Qanununda cehiz məcburi qəbul edilmiş; İsveçrə və Almaniyada isə, ümumiyyətlə, qəbul edilməmişdir.
Bizim toy adətlərində çehiz vermək ənənəsi bu gün də yaşayır. Amma "başlıq”, "südpulu”, "mehr” və s. bu adla hansısa ödənc istəmək, inanmıram ki, mövcud olsun. 40-50 il bundan əvvəl olub, ola bilsin ki, hansısa ucqarlarda buna indi də rast gəlmək mümkün olsun, amma kütləvi şəkilkdə deyil. Adı çəkilən ödəng formaları qız ailəsinin qohum olacaqları oğlan ailəsindən istənilən haqdır. Səbəbi də belə izah edilib ki, bu haqq qızı böyüdüb boya-başa çatdıran ananın zəhmət haqqıdır, ana südünün əvəzidir. Müxtəlif dövrlərdə bu haqqın qədəri müxtəlif olub. Bu da , əsasən, qızın ali təhsilli olması, gözəl və yaraşıqlı olması kimi amillərlə bağlı idi. Ana südünün dəyəri ölçülə bilməz. Bir kolxozçunun, suçunun alın təri ilə böyütdüyü, amma təhsil verə bilmədiyi qızının əmdiyi südün dəyəri heç bir korluq görmədən böyüyən, ali təhsil alan bir məmur qızının əmdiyi süddən niyə aşağı tutulmalıdır ki? Heç olmazsa, bərabər tutun da.
 

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

 

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

 

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

Necə yəni, ata qızına ali təhsil verib deyə, kasıb bir ailənin istəyə biləcəyi "südpulu”ndan miqdarca daha çox miqdarda haqq istəyib. Bu, o anlama gəlirdi ki, guya qızını oxudan ata bunun üçün daha çox xərc çəkib. Məntiqli görünməyən səbəbdir. Bəs onda qızı evin dirəyi niyə adlandırıblar? Təbii ki bu dirəkliliyin çövhərində ad-namus dəyəri də var, amma mən böyüdüyüm mühitdə, ətrafda ailələrində çox qız olan valideynlər məhz bu qızların əməyi hesabına getdikcə dirçəlirdilər. Qızlar tütünçülüklə, pambıq yığmaqla, sağıcılıqla ailənin büdcəsinə əhəmiyyətli həcmdə gəlir gətirirdilər. Və bu anlamda həmin qızlar həmin ailənin dirəyi idilər. Belə qızların "südpulu” oxumuş qızlardan heç də az istənilməməli idi. Elə əslində, ərə verilən qız üçün alınan "başlıq”, "südpulu”, "mehr” və s. ödənclər bu adlarla verilsə də, ailəni gəlirdən məhrum etdiklərinə görə müəyyən müddətdə gəlirdən məhrum edilən ailəyə verilən kompensasiya kimi yanaşmaq daha doğru olardı.
Bir səbəb də bu idi ki, keçmiş zamanlarda maddi imkanları yetərli olmayan ailə qızlarını ərə vermək, cehiz almaq iqtidarında olmadıqları üçün toy təxirə salına bilərdi.Qız tərəfə yeni qohumlar dəstək kimi müəyyən köməklik ediblər.
Bizim toylarda qız tərəf yuxarıda qeyd etdiyimiz formada müəyyən haqq alsalar da, qızları ər evinə köçərkən aldıqları puldan və ya natura şəklində ət, yağ, qənd, düyü, çay və sair nələrin dəyərindən qat-qat baha çehiz verirdilər. Hesab edirəm ki, doğru da ediblər. Lap oğlan tərəfdən pul istənilməsə də qız tərəf yenə həmin cehizi verəcəkdi. Bu, övlad sevgisi idi, candan, ocağından ayrılan cana valideynlər canlarını çehiz vermək mümkün olsaydı, canlarını da cehizin üstünə qoyardılar. Qızın evdə zəhməti çox olub, halallıq olsun yerdə qalanlar üçün kimi də düşünülə bilər. Bunlarla bərabər, qızının gələcək həyatları üçün toxtaqlıq yaratmaq istəyir ata-analar. Övladları korluq çəkməsin, qonşuya ehtiyaçı olmasın.
Bizim toy adətlərimizin ən xırda detalı belə, hikmət, əxlaq məcəlləsidir. Avropa, televiziya, internet yaman əydi belimizi. İndi gənclər deyir ki, bir dəst yorğan-döşək oldu bəsdir, heç nə istəmirik. Ona görə indiki sevgilərin, bağlanan ülfətlərin bağları adicə bir mehdən qırılır.
Çünki biz dədə-babalardan qalma ölçülərə, niyyətlərə sədaqətli qala bilmədik. Özümüzü "obrozovolski”,"intilligent” hesab etdik: ata-babaları, ağbirçəkləri isə "keçmiş adamlar”. Halbuki, dədə-babaların ölçüb-biçdiyi, dəfələrlə çınaqlardan keçirib tətbiq etdiyi qayda-qanunlar, adətlər; istər adi həyatda, istərsə xeyir və şərdə, eləcə də ekstremal hallarda insanları bir-birinə bağlamaq, çıxış yolu tapmaq üçün düşünüb tapdıqları bağları(sağdış-soldış, yengə, kirvə, nəmər, xələt, nəmər, xeyir-şərdə keçirilən mərasimlər və s.) ixtisara saldıq, topa-tüfəngə tutduq, dodaq büzdük. Nəticəsi nə oldu, getdikcə toylarımızın, yaslarımızın məzmunu, mahiyyəti dəyişdi, adi həyatda insanların bir-birlərinə olan diqqət və münasibətləri laqeydlik, etimadsızlıq, biganəlik kimi eqolarla əvəzləndi. Halbuki, haqqında bəhs etdiyimiz "südpulu”, "başlıqalma” rituallarını bəzi xarici ölkələrdəki buna bənzər nümunələrlə ("Drahoma") müqayisə edib dərindən incələsək, bizim toy-adət ənənələrimizdə utanc bir elementə rast gəlmərik.
Nə qədər gec deyil, ata-babaların mizan-tərəzisinə tapınmalıyıq.
 

Qızları  əşya səviyyəsinə endirən   utancverici "Drahoma" adəti   və  ya toy adət-ənənələri haqqında  bir neçə söz

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz