» » Qədim inanclar - şamanizm

Qədim inanclar - şamanizm


Qədim inanclar - şamanizm

 Şamanizm nədir?

Ayin və mərasimlər təşkil edən, xeyir və şər qüvvələrlə əlaqə yaradan, xəstələri mülaicə edən, fala baxıb gələcəkdən xəbər verən insanlara şaman deyilir. Şamanizm bütün dinlərə və xalqlara təsir etmişdir. Sir inanclardan hesab olunan şamanizmin əsasında təbiət və onu əhatə edən sehrli qüvvələr dayanır. Şamanizm dindən çox, dini fikir sistemi hesab edilir. Dəqiq olaraq harda yarandığı bilinməyən şamanizm Orta Asiya, Cənubi Sibir, Şimali, Cənubi və Şərqi Asiya, Şimali, Orta və Cənubi Amerikaya qədər yayılmışdı.


Şaman  sözü haqqında

"Şaman” sözünün mənşəyi bilinmir. Tədqiqatçılar bu sözün sanskrit dilində "sırmana” və ya "çramana” olduğunu iddia edir. Qədim türkcədə "kam” adlanan şamanlara sonradan hər türk xalqı fərqli bir ad vermişdir. Anadoluda "ozan” , "aşıq” , "baxıcı” adlandırırdılar.

Maraqlıdır ki, qədim türk kitabələrində nə şaman , nə də kam sözünə rast gəlinib. Halbuki, bu kitabələrdə  dini ayinlərdən çox bəhs edilir. Qırğızlar şamanı "qan” adlandırırlar.

Şaman və şamanizm adları ruslar vasitəsilə dünya ədəbiyyatına daxil olmuşdur. Ruslar Sibiri  tutduqları zaman buradakı xalqların ənənəvi dininə şamanizm adını vermişlər. Kəlmə Avropa ədəbiyyatına XVII əsrdə daxil olub.


Kamlıq – Şamlıq

Tədqiqatçılar kamlıq və ya şamanlığı iki dövrə ayrırırlar. Birinci dövr insanlığın ibtidai dövrü ilə əlaqədardır. Şamanist inancların əsasları bu dövrdə qoyulub.

Kamlıq və şamanlığın ikinci dövrü tarixi dövrlərlə başlayır. Bu dövrdə şamanlıq bir sıra xalqlarının inancında iki şaman obrazı vardı : ağ və qara kamlar. Ağ kamlar xeyir , qara kamlar isə şər qüvvələri təmsil edir.

Amma türk və monqol xalqlarının ibtidai inancının şamanizm olduğu məsələsi mübahisəlidir. Doğrudur , türk-monqol xalqlarının inancında şamanizm ünsürləri həddindən çox olsa da,  bunları ümumilikdə şamanizm adlandırmaq  şübhə yaradır. İlk şamanların qadın olduğu qeyd edilir. Şaman olmaq insanın psixologiyasında yaranan bəzi dəyişikliklərlə əlaqədardır. Azərbaycanda belə adamlara "vergili adamlar” deyirlər. Şamanlıq irsən keçmir, amma özü və oğlu şaman olan kamlar da var. Güclü şamanlara " böyük kam”, cazibəsi zəif adamlara "kiçik kam” adı verilir.

Şamanın dəfni digər dəfnlərdən fərqlənir. Ölən şaman basdırılmır. Bir tabuta yerləşdirilib dörd sütun üstündə yerləşdirilir. Şamanın təbili və çomağı sındırılır.


Şaman geyimi

Şamaın geyimi 6 parçadan ibarət olur : uzun libas , qızıl başlıq , döş hissəsində yer alan zireh, əlcək, yüksək dabanlı ayaqqabı , qurşaq. Şamanın libası 30-60 hissədən ibarətdir. Paltarın yuxarısı qoyun və ya ceyran dərisindən hazırlanır. Paltarın yaxasına 9 balaca "gəlincik” tikilir. Bu xeyir tanrısı Ülgənin 9 qızına işarədir. Paltarın üzərinə kiçik zınqırovlar , zillər və yaylar asılır. Bu, şamana pis ruhlarla mübarizdə güc verir. Zınqırovlar 3 sıra halında düzülür və sayı 70 ədəddir. Yayların sayı 9-dur və və zınqırovların üstünə asılır.


Qədim inanclar - şamanizm

 

Şaman ayini

Qədim türklərdə dini, milli ayinlər , yaslar və toylar kamların iştirakı ilə keçirilirdi. Şaman ayinləri 2 cürdür : dini və sehri ayinlər. Dini ayinlər də 2 yerə ayrılır : ailədaxili mərasimlər və bütün obanın iştirakı ilə keçirilən mərasimlər. Ayin zamanı şaman mərasimin ortasında yer alır . Böyük bir tonqal yandırılır. Şaman ağ libasını geyinir və əlində bayraq şəklində ucunda yaşıl budağı olan uzun ağac tutur. Abu onun göyə çıxma vasitəsidir. Tonqalın ətrafında təbil çalıb müxtəlif hərəkətlər edən kaş sonunda özündən keçir. Şüursuz halda yerə yıxılır və o anda bəzi sözlər pıçıldayır. Şamanın bu vəziyyətində dediyi sözlər bir hadisə haqqında qbaqcadan verilən məlumat hesab edilir. Əmir Teymur bütün hərbi səfərləri zamanı kamlara müraciət edirdi.

Müxtəlif məqsədlər üçün fala baxılır . Uşağın anadan olmasında , ona ad verilməsində ,savaş ərəfəsində ,gələcək haqqında ,yağış yağması ,məhsulun necə olması bir sözlə sosial həyatla əlaqədar hər hadisə şaman falının mövzusunu təşkil edir.


Şamanizm təsirləri

Türklər İslam dinini qəbul etdikdən sonra da kamlıq inanclarını yaşatmış və ona İslami don geyindirmişlər. Qəbirkultu, böyüklərə hörmət, pirlərə inam, seyid və dərvişlərə nəzir vermək, göy cisimlərinin insan həyatına təsir etməsi kimi inamlar bunların bir neçəsidir.

İslam dini ayinlərində də şaman ünsürləri tapmaq mümkündür. Müsəlman türklər arasında ölü üçün ehsan verilməsi, ölünün 7, 40 və ilinin qeyd edilməsi, qəbirə hörmət, şəkilli baş daşı, yas mərasimləri və məhərrəmlik ayinləri şaman inanc sisteminin təsiri altında formalaşıb.

Misal üçünməhərrəmlik ayinində mərsiyə oxunması,yas tutmaq, qara geyinmək, qan axıtmaq, ehsanların verilməsi, qətl  günü ev təmizliyi və paltar yumağın günah hesab edilməsi şamanizmin təsiri ilə xüsusilə Səfəvilər dövründə şiə inanc sisteminə daxil olmuşdur.

Şamanizm Avropa xalqlarına da təsir etmişdir. Xüsusilə yeni ilin qeyd edilməsi və Şaxta baba ( Santa Klaus) kimliyi şaman təsiri ilə formalaşıb və XII əsrdən Avropada formalaşıb.

Çöp çıxarılması, banka qoyulması, uşağın yastığının altına dəmir parça qoymaq, paltara dua tikmək, boyuna dua asmaq ( muska), qola ağ, qara, qırmızı parça bağlamaq kamlıq inancının günümüzdə də yaşadığına və "otaçı” deyilən şaman müalicə üsullarının həyatımızda davam etdiyinə əyani sübutdur.

(Mənbə:Kalafat Y , Doğu Anadoluda Eski Türk inançlarının İzleri , Ankara 1990 , səh.144; Əkbər N.Nəcəf – İnanc yaddaşı səh-131)

 

Qədim inanclar - şamanizm

 

Şamanizmdən qaynaqlanan türk adətləri

 

Su  atmaq

Gedənin dalınca su atmaq qədim Türklərdə su kultunun doğurduğu bir inacdır. Yəni, su kimi ax, tez get, tez qayıt.Yolun aydın olsun.


 Şam

 Məscid həyətində şam yandırılması, ağaclara bez və cır-cındır bağlanması da şamanlıq  dövründən günümüzə çatdırılan ənənələrdir.


 Taxtaya vurmaq

Arzuolunmaz bir hadisə eşidiləndə taxtaya əl ilə üç dəfə vurulması pislikdən qorunmaq, pis ruhların eşitməsini qarşısını almaq məqsədi daşımışdır.

 

 Qurğuşun tökmək

Qədim inanclar - şamanizmQurğuşun tökmək də bir şaman inancıdır.Qurğuşunu əridib  mis qabın içərisindəki suyun içinə tökürlər. bu, insana hakim olan pis ruhların mənfi təsirini aradan qaldırmağa yönəlik olaraq çox qədim dövrlərdə tətbiq olunan sehr mənşəli bir ritual kimi bu gün də yaşamaqdadır.


 Qırmızı lent


 Zahı qadınların başına şamanlar qırmızı lent bağlamışlar. Eyni zamanda,  ana və yeni doğulmuş uşağı  "Albiz” deyilən cadudan,  şeytandan qorumaq məqsədi ilə edilmişdir. "Albiz” Türk və Altay xalqlarının mədəniyyətində cadu deməkdir. "Albiz", "Albas", "Alpas" və "Almas" da Anadoluda "Alkarısı" kimi də tanınır.

Atəşpərəstlikdə müşahidə olunan məzarın başına qırmızı lent bağlanmaq  da şamanların ölüyə pis ruhların yaxın gələ biməməsi inancını əks etdirir.

 

Qədim inanclar - şamanizm

 

 Ay

 Anadoluda yeni ayın görünməsi zamanı yerə diz çökərək niyaz edilir, göyə, aya və torpağa baxaraq dualar  edilir. Yeni ayın yeni ümidlərə və yeni başlanğıclara vəsilə olacağı düşünülür. Bu fakt türklərin qədim Göytanrı inancından qaynaqlanır.

 

 40 sayı

 Qədim türk inancına görə ruh fiziki bədəni 40 gün sonra tərk edir. Türk dastanlarında qırx sayına  çox rast gəlinir: "qırx gün-qırx gecə”, "qırx igid”, "qırx qız”, "qırx otaq” və s. "Manas” dastanında olduğu kimi, "Dədə Qorqud”da da qırx igid var. Bir qırğız əfsanəsində Sağyan xanın qızı və otuz doqquz xidmətçisi bir gölün kənarına gedərək sudan hamilə qalmışdılar.

 Bəzi əjdahalar var ki, onlar məğlubedilməz və ölməzlər, ancaq bunların tilsimləri pozularsa, ölürlər. Bu kimi əjdahaların qırx günlük bir yuxu vaxtı var. Əjdaha  yuxuda ikən  üstündən qırx qıl götürüb, oda atılarsa, əjdaha da ölürmüş.

İslamda ölümün ardından 40 gün keçdikdən sonra Quran və Mövlud oxutma inancları, qədim Misirdə fironun ölümündən qırx gün sonra cənnətə getmək üçün bir buğa ilə mübarizə etmək məcburiyyətində qalması, xristianların pasxaya 40 gün oruc tutaraq hazırlanması və s. inanclar totem ənənələri ilə də bağlıdır.


 Məzardaşı

 Şaman ayin zamanı yardımşı ruhlardan istifadə edir. Ölən böyüklərin ruhlarının çoxalması nəticəsində bu ruhların ən  yaşlısının ruhların başına keçəcəyinə və bunun da digərlərinin köməyi ilə şamana yol göstərəcəyinə inanırlar. Quş şəklində düşünülən bu ruhlar şamana göyə edəcəyi səfərdə yardımçı olurlar. Cəmiyyətdə ulu hesab edilən şəxslərin ölümündən sonra ruhlarından mədəd diləmə üçün  onların məzarları əziz tutmuş və bu yerlər ümidgah yerlər halına gəlmişlər. Günümüzdə sərdabə, türbə, yatır və digər yerlərin (günbəzlərin) ziyarəti və bunlardan ümidgah kimi qalması da bu inanc sisteminin davamı olaraq ortaya çıxmışdır.

Qədim inanclar - şamanizm

 

Ölüm

 Şamanlıql inancında it uzaqdan acı ulamaqla  ölüm ruhunun yaxınlaşdığını xəbər verir. Adi bir adam bu ruhu görərsə, bu onun çox tezliklə öləcəyinə işarə sayılır. Anadoluda bu gün də  it ulaması məşum sayılır. İtlərin bəzi hadisələri əvvəlcədən hiss etdiklərinə və bunu ulayaraq oxuduqlarına inanılır.

 

 Nəzər

 Anadoluda xalq arasında "nəzər" faktı çox geniş yayılmış inancdır. Bəzi insanların qeyri-adi xüsusiyyətləri olduğu və bunların baxışlarının qarşılarındakı insanlara rahatsızlıq verdiyinə, pislik etdiyinə inanılır. Bunun qarşısını almaq üçün "nəzər muncuğu", "dəvə muncuğu", "göz muncuğu" və s. taxılır.

 Xalça- kilim naxışları

Şamanın xalça, kilim  üzərinə çəkdilən ilan, əqrəb, quş, və s. bu kimi vəhşi və zərərli heyvan şəklilləri pis ruhlrı  qaçıracağına inanıldı. Bu gün Anadoluda türkmən kəndlərində toxunan xalçalar  şaman paltarlarının izlərini daşıyır.

 

 Musiqi

 Şamanlar ibadətlərində zərb alətləri  və qopuzdan istifadə etmişlər. Şamanlıqda musiqisiz bir ayin düşünülə bilməz. Halbuki, İslam dinində musiqi oxunması günahdır. 

 

Qədim inanclar - şamanizm


Qeyd: Yazı türkcədən tərcümə ilə hazırlanmışdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz