» » Geyim abırlı olmalıdır (IX yazı)

Geyim abırlı olmalıdır (IX yazı)

 

Geyim abırlı olmalıdır (IX yazı) 

 
Sevgi süfrəsi: Bir quru çörək,bir soğan, bir də məhəbbət

Gənclərimiz çox diqqətli olmalıdırlar. Onlar Qərb həyatının  zahiri parıltılarına aldanıb, talelərini illüziyalara qurban etməməlidirlər. Gənclər ötəri, keçici hisslərə deyil, mənəvi gözəlliklərə, insanı ucaldan, hörmətli edən duyğulara can atmalıdırlar. Həm də bunlara hazır şəkildə yox, zərrə-zərrə özləri qazanaraq çatmalıdırlar.
Bu cür həyat daha etibarlı, daha mənalı olur. Həyat hamar yol deyil: onun enişi də var, yoxuşu da. Firavan, macəralı həyata asanlıqla nail olanlar bu eniş-yoxuşla qarşılaşanda vəziyyətdən çıxa bilmirlər, doğru yol seçə bilmirlər, ağıllı qərar qəbul edə bilmirlər.Belə vəziyyətdə ən çox ailənin əsaslarına zərbə dəyir: ailədə soyuqluq, laqeydlik və qarşıdurmalar başlayır və indiyə kimi rahat yaşayanlar çox asanlıqla da ayrılırlar. Ər bu zaman tam bir ayrı yola ümid edir, qadın bir ayrı. Çünki onlar birlikdəliyə bu birlikdəliyi vacib edən, yaxınlaşdıran birgə yolçuluqla deyil, gözlərinin, baxışlarının təsadüfən çarpazlaşması ilə çatmışlar.
Gənclər qaynar həyata , xüsusən, sevgi mərhələsinə qədəm qoyarkən yolun , istəyin başlanğıcında bir-birlərindən pafoslu sözlər eşidir, xoş münasibətlər görürlər. Beyinləri o qədər xumarlanır, o qədər məmnun olur ki, belə vəziyyətdə onlar kədər və yaxud təlaş duymaq hissinə tamam yad olurlar: ağ qağayıların qanadlarında elə fantaziyalarına çatmağa can atırlar.
Oğlan gözlərinin ehtiyacı ilə, qızlar xəyallarının. Ona görə də belə izdivacların çoxu uğursuz olur.
Mətbuatda, televiziyzda bu cür uğursuz taleli qadın və qızlar haqqında çox deyilib, çox yazılıb . İnternetdən oxumusunuzsa, bu yaxınlarda Konyada 50 yaşlı bir azərbaycanlı qadın 4 il birgə yaşadığı 40 yaşlı "əri” tərəfindən güllələnmişdi. Narahatçılıq doğuran budur ki, həmin kişinin əvvəldən də digər bir qadınla evliliyi varmış və azərbaycanlı qadın da bunu bilirmiş. Deməli, həmin hadisənin, eləcə də ona bənzər digər hadisələrin
baş verməsində qadınların özlərinin də günahı var. Axı bu qadınlar, bilməli idilər ki, belə evliliklər ailə sevgisinə oxşamır. Hamımız acıyırıq. Gərək taleyin belə amansız üzü ilə qarşılaşan qadınlarımız özləri doğru seçim edə bilsinlər, xəbis niyyətləri saf niyyət kimi qəbul etməsinlər. Qadınlar özlərinə məsuliyyətlə yanaşmağı bacarsınlar. Axı sən ailəsi olan kişini necə sevə bilərsən? Axı sən özün kimi bir qadının səadətinə necə xətt çəkə bilərsən?
Təbii ki, belə kişilərin də ətəyində namaz qılınmamalıdır, hansı ki, ailəli ola-ola açıq-gizli şəkildə 2-ci, 3-cü qadına sevgi bəsləyirlər. Əgər belə vəziyyətlərdə qadınlar doğru seçim edə bilsələr, həm özlərini, həm də digər hansı bir qadını, həmçinin onun ərini rəzalətdən xilas etmiş olarlar.
Cəmiyyətimizdə bəzi sosial qruplar bu fikirdədirlər ki, gənclərimizin ailə, sevgi haqqında məlimatlarının yetərli olmaması, intim təsəvvürlərinin bəsitliyi uğursuz ailə həyatının səbəblərindən biridir. Gərək onlara bu məlumatlar vaxtında öyrədilsin, onlar evlilik həyatına hazırlansınlar. Bəziləri də iddia edirlər ki, qızlara daim öyüd-nəsihət verilməklə yanaşı, müəyyən məhdudiyyətlər də qoyulmalııdr. Guya bir qız sevgi, ailə münasibətlərinə aid söhbət və məlumatlardan nə qədər uzaq olsa, gözəl görünmək üçün geyinməyə can atmaz, kişilərin diqqətini az çəkər. Gələcək QADIN üçün belə mühafizəkarlıq daha yaxşıdır.
Təbii ki, fikirlərin hansının daha doğru olub-olmamasından asılı olmayaraq, məsələyə diqqət və gəncliyə göstərə biləcəyi təsir baxımından hər biri əhəmiyyətlidir. Gənclik doğru olanı bu qarşılaşdırmalar, müqayisələr arasından seçməlidir. Fəqət, istər ailənin, istərsə də mətbuatın, televiziyanın, ədəbiyyat və sənətin heç zaman arxa plana keçməməlidir. Onlar gənclərə doğrunu seçməyi, nəyin yaxşı, nəyin pis olduğunu fərqləndirməyi quru nəsihətçiliklə, təhdidlə deyil, ölçü, hədəf müəyyən edə bilməyi öyrətməklə, nümunə olmaqla aşılamalıdır. Müasir gəncliyin, xüsusən, qızların, başını ənənəvi formada quru öyüd-nəsihətçiliklə doldurmaq gənc qızda qadınlığa dair yanlış bir inanc sistemi formalaşdıra bilər. Belə inanca sürüklənən gələcək qadınlar tədricən qadınlıqdan uzaqlaşırlar. Bu laqeydlik və inamsızlıq bəzən o qədər dərinləşir ki, onlar qadın paltarı geyinsələr belə, görünüşcə, hal və vəziyyətləri ilə artıq qadınlıqdan uzaqlaşmış kimi olurlar. Onlar sevməyə başlayarkən də, seçimdə də, hətta ailə qurduqdan sonra da həyat yoldaşları ilə ünsiyyət qurmaqğa, ürəklərindəkini dilə gətirməkdə çətinlik çəkirlər. "Ürəklərindəkilər” dedikdə bunların heç də geyim, intim davranış ehtiyacları kimi düşünülməsini istəməzdim. Qadınlar sevdiklərinin onlara çox ayrlmasını, danışıb-dindirilmələrini, ünsiyyəti çox istəyərlər.

Geyim abırlı olmalıdır (IX yazı)

İntim münasibətlər ailə həyatının bir özəlliyi olsa da, aparıcı özəllik deyil. Aparıcı özəllik sevginin özüdür, qarşılıqlı etimad və hörmətdir.
Qərb həyatından müşahidə edilən filmlərdəki sevgi səhnələrindəki qadınlar bioloji cəhətdən qadın olsalar da, mənəvi dəyərlərlə qadın deyillər, onlar artıq əşyalaşıb, kişilərin intim ehtiyaclarını ödəyən tərəfə çevriliblər. Keçmiş zamanlarda Azərbaycan ailələri, əsasən, çoxuşaqlı olub: əksər ailələrdə 6-10, bəzən 11-12 uşaq doğulub. Bəs bu uşaqlar hardandır, leylək gətirib?
Bəs xarici seriallarda gördüyümüz qadınların niyə çoxuşaqlı ana olduğu nümunəsi yoxdur? Onlar münasibətlərində hamilə qalmamaq üçün dəridən-qabıqdan çıxırlar. Onlar dünyaya uşaq gətirmək istəmirlər. Onda bəs niyə ərə gedirlər? Aydın deyilmi?
Ər-arvad münasibətlərində, ailə ittifaqının yaranmasında məqsəd birbaşa məqsəd intim ehtiyacların təmin edilməsi deyil və olmamalıdırlar. İntim ehtiyacları ailə ittifaqı qurulmadan da ödənilə bilər.
Filosof Əbu Turxan necə gözəl deyib: "Könüllərin birləşmək əzmi insani yüksəlişin, bədənlərin birləşmək istəyi heyvani başlanğıcın əlamətidir”.
İnsan qadın əkizinə yatıb-durmaq üçün deyil, içindəki, xəyallarındakı dünyanı birlikdə qurmaq üçün ehtiyac hiss edir. Bu dünya bizim gördüyümüz fiziki dünya deyil ki, lap Yunanıstandan, İtaliyadan gələn tikinti materialları ilə ucaldılmış saraylar olsa da.
Bu, mənəvi dünyadır: birlikdə xəyal qurmaq, arzu etmək, dünyaya övlad gətirmək, ata-ana olmaq, onlar üçün yaşamaq, mübarizə aparmaq və s. Bu ünsiyyətdə ülfət, səmimiyyət o qədər məhrəmanə, pak, abırlı olur ki, bir də bilirsən ki, bir də eşidirsən ki, sən ata olacaqsan, ana olacaqsan. Belə ailələrin tərəfləri də bir-birlərinə nə qədər məhrəm olsalar da, onlar arasında da bir məsafə, sərhəd gözlənilməlidir.
Evdə, ailədə bu sərhədi gözləyə bilən qadın cəmiyyətdə də hökmən özünü qoruyacaq, şorgöz adamların millənib onları seyr etməsinə imkan verməyəcəkdir .
Mənim şəxsi fikrimə gəlincə, geyimlə bağlı cəmiyyətdə olan narahatçılığı doğru hesab edirəm, baxmayaraq ki, müasir geyim tərzini qəbul edənlər də az deyildir.
Bu, elə bir məsədir ki, necə geyinmək hər kəsin öz şəxsi işi olsa da, cəmiyyətin, milli kimliyimizin öz ölçüləri, öz sərhədləri var, onu yad təsirlərdən qorumağa heç kim laqeyd qalmamalıdır. Dilə gətirilən, müzakirəyə çəkilən iradlar da qəzəblə qarşılanmamalıdır. Əsas müzakirə və söhbətlər qadınlarla bağlı olsa da, son onilliklərdə kişilərin geyimi də narahatlıq doğurmaqdadır.
Cəmiyyətin ictimai siması belədir ki, oğlanlar da dəblə geyinməyə, brend aksessuarlar daşımağa maraqlıdırlar. Heç ola bilərmi ki, hansısa bir qız səliqəsiz, nimdaş geyimli bir gəncə diqqət yetirsin.Elə isə qızlar niyə yaraşıqlı geyinməsinlər? Yaraşıqlı geyinsinlər, amma yüngül geyinməsinlər. yoxsa özləri də yüngül təsiri bağışlayarlar. Lap kimsə onu sevməyəcəksə də. Lap qızı özü də küçəyə onu bəyənsinlər deyə geyinib çıxmasa da. Axı o da cəmiyyətin bir üzvüdür, cəmiyyətlə təmasdadır. Ona deməyəcəklərsə də, o, geyimi, davranışı ilə ətrafdakılarda mütləq bir təəssürat yaradacaqdır.
Burada əsas məsələ geyimin onu geyənin şəxsiyyətini tamamlamasıdır.
Geyimlə vacib məqamlardan biri də budur ki, bu gün geyim tərzində bir cinsin digər cinsin geyimlərinə və geyim aksessuarlarına marağı müşahidə edilməkdədir və özü də getdikcə daha da artır.
 

Geyim abırlı olmalıdır (IX yazı)

 

İstər televiziyada, istər canlı həyatda kişi şalvarı, kişi şapkası və ayaqqabıları geyinən qadınlar saysız-hesabsızdır. Kişilər də qadın geyimlərini, bəzək əşyalarını və stillərini seçməkdədirlər. Oğlanlarımızın əynində qadın köynəklərinə bənzər köynəklərə, qadın saçları kimi uzun saçlara, qollarında, boyunlarında bilərziyə, tatuirovkalara kim rast gəlməyib ? Belə geyim tərzi İngiltərədə 18-ci əsrdən mövcud olub.Günlərini eyş-işrətlə, qumarla keçirən ingilis zadəganları dəbin normal sərhədlərini aşaraq cinsiyyətsiz geyimlərə üz tuturdular. İngiltərədə onları "macaroni” adlandırır, hətta, satira mövzusu edirdilər.
Ilk baxışda, ilk addımda belə alışqanlığın, belə meylin təzahürləriağıla, gözə gəlməsə də, çox ciddi uyğunlaşmalara aparıb çıxara bilər. Cinsiyyətsiz geyinən istər qadın, istər kişi getdikcə əks cinsin əda və hərəkətlərinə adaptasiya olunur: qadın kişi təsiri bağışlayır, kişi də qadın.
Belə hallar bizim mühitdən doğmayıb. Bizim qadınlar hər zaman, hər yerdə ailənin, ərin nüfuzunu şərəflə qoruyublar. Bir bu addım.Yəni, müdrik el ağsaqqalımızdan eşitdiyim ibrətamiz nümunəni bu mövzuda söhbətlərimdə hər zaman demişəm: Azərbaycan qadını nəinki nə geyindiyinin, necə geyindiyinin, hətta harda geyindiyinin məsuliyyətini gözləyibdir. Əgər dar macalda donunu, köynəyini dəyişmək lazım gəlibsə, ancaq ərinin arxasında edib bunu. Təbii ki, rəmzi məna daşıyır, yəni qadının abırını qoruyacaq, hifz edəcək ən etibarlı, məhrəm sədd onun əridir.Qadın bu məsuliyyəti əri görməyəcəksə də, eşitməyəcəksə də, bilməyəcəksə də, qorumalı, gözləməlidir. Yoxsa, əndazəni aşan açıq-saçıq geyimlə cəmiyyət arasına çıxmaq nə qadına, nə qızımıza yaraşır. Dünyanın bütün qadınlarını hansısa bir xarakterik keyfiyyətinə və ya keyfiyyətlərinə görə səciyyələndirirlər. Azərbaycan qadınını namusuna, ailəcanlı olmasına, vəfa, sədaqətinə görə dəyərləndirirlər.
Elə həyatda insan üçün ən böyük qazanc, fəxarət  onu çox sevən və sayan bir ailəyə və qadına sahib olmaqdır.
Bir evdə, bir ailədə ki, bu borc, sədaqət yoxdur, o ailədə səmimiyyət, firavanlıq, əmin-amanlıq da ola bilməz.
Ailə insanı həm özü, həm də cəmiyyət qarşısında cavabdeh edən məsuliyyətdir. ailə həyatının saf, möhkəm olması cəmiyyətin, insanlığın da xeyrinədir. Zeydan adlı bir mütəfəkkir çox doğru demişdir:"Əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır.”
 Qoy gənclərimiz gözəl geyinsinlər, amma ədəb-ərkanla geyinsinlər. Zahirən gözəl göründükləri kimi, daxilən də gözəl və pak olsunlar. 
Görkəmli şairimiz Nəriman Həsənzadə gözəlliyi  obrazlı olaraq taxılımız, neftimiz kimi sərvət adlandırmışdır. Onun ideal qardaşı Qabil isə ”Çörək” şeirində yazır:

Bir sünbülün dənini min quşdan qorumuşuq,
Küləkdən qorumuşuq, yağışdan qorumuşuq,
Səksəkəylə bəd gözdən, baxışdan qorumuşuq,
Od ələyən Günəşdən, sərt qışdan qorumuşuq,
Lap anadan, bacıdan, qardaşdan qorumuşuq...
Bugünkü günlər üçün
Bugünkü günlər üçün.

Bugünki gəncliyimiz də mənsub olduğu xalqın  taxılımız, çörəyimiz, neftimizə bərabər tutulan əxlaqi dəyərlərini, gözəllik ölçülərini, milli kimliyini, şərəfini  bu şəkildə qorumalıdır.

Geyim abırlı olmalıdır (IX yazı)

 Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 79
  • Məqalələri: 1018
^
Müasir dövrümüz informasiya texnologiyaları əsridir. İnformasıya-kommunikasiya texnologiyaları həyatımıza elə inteqrasiya olunub ki, indi hər ailədə, az qala ailənin yetkin üzvlərindən hər birində belə vasitələr var. Dövlətin də əsas prioritet istiqamətlərindən biri budur ki, gənclərin ahəngdar inkişafını təmin edə biləcək şərait yaradılsın . Bu sahədə böyük işlər görülüb : müxtəlif Proqramlar qəbul edilib, layihələr həyata keçirilib və keçirilməkdədir də.
Məqsəd budur ki, gənclər öz xalqının, torpağının tarixini, mədəniyyətini və milli dəyərlərini dərindən öyrənsin, qorusun, yaşatsın. Xarici təsirlərə uymasın.
Bu işlərdə hər bir kəs özündə cavabdehlik hiss etməlidir.
  • Нравится
  • 0