» » Geyim abırlı olmalıdır (VIII yazı)

Geyim abırlı olmalıdır (VIII yazı)

   

Geyim abırlı olmalıdır (VIII yazı)

 

Məni təhlükədən qoruyan paltar geyinməyi üstün tuturam.


Кetrин Хеpbёrn, amerikalı aktrisa
 
İnformasiya portallarından: "...Rəsmi statistika göstərir ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanılan nikahların sayı həm də xeyli artıb. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova bildirib ki, birinci yarısında Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayanlarla 792 nikah bağlanıb. Bu göstərici ötən ilin müvafiq dövründə 733 olub...".

İnformasiya portallarından: "...Ədliyyə Nazirliyinin məlumatına görə 2017-ci ilin 9 ayı ərzində ölkə vətəndaşları ilə əcnəbilər arasında bağlanan nikahların sayı 1541, 2016-cı ilin 9 ayı ərzində isə 1551 olub. Belə ki, 2017-ci ilin 9 ayı ərzində əcnəbilərlə nikah bağlayanların 804-ü qadın, 737-si kişi, 2016-cı ilin 9 ayı ərzində isə 808-i qadın, 743-ü kişi olub...".

İnformasiya portallarından:"... Baş məsləhətçi əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə ailə quran və boşananlarla bağlı ötən ilin statistikasını da açıqlayıb. A.Veysəlova qeyd edib ki, 2013-cü ildə isə 2 780 nikah, 211 nikah pozulması qeydə alınıb. 2014-cü ildə isə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə 1 816 nikah, 155 boşanma faktı qeydə alınıb...".

Bu, hələ məlum olanlardır. Çox pozulan nikahlar da var ki, onlar utandıqlarından bunu gizli saxlayırlar. Biz hər bir vətəndaşımızın xoşbəxt olmasını arzulayırıq. Amma əcnəbi vətəndaşlarla ailə səadətini necə tapmaq olar, bunu ağıla sığışdırmaq olmur. Lap məşhurlardan da səadətini xaricdə tapacaqlarına ümid edənlər olub,  belə evliliklər haqqında mətbuatda dəfələrlə  yazılar verilib. Amma çox keçməyib ki, bu bağlılığın çox qısa müddətdə qırılmağa doğru getdiyi haqqında söz-söhbət gəzməyə başlayıb. Belələrinin bəziləri elə həmin yerdə qalıb və ya daha başqa ölkəni seçib, nə məhrumiyyətlər çəkir Allah bilir.
Amandı olmasın. Neyləyəsən ki, həyatın özünün təbii qanunları var: "Sürüdən ayrılanan quzunu qurd qapar”.
Mən nəinki başqa ölkələrə, hətta öz ölkəsində, məsələn qərbdə olan qızın şərqə və yaxud müxtəlif fərqli rayon və şəhərlərə gəlin köçməsinə hər zaman heyfslənmişəm. "A” yaşayış məntəqəsindən olan qız "Z” yaşayış məntəqəsində gəlin köçmüş  və yaxud əksinə, necə xoşbəxt ola bilər. Bu, müəyyən mənada ola bilər.  Amma belə xoşbəxtlik   mükəmməl xoşbəxtlik deyil. Xoşbəxtlik rahat ev-eşiyi olmaqdırmı, avtomobilə, dəbdəbəli geyimlərə malik olmaqdımı? Və yaxud həyat yoldaşın sənin nə geyinəcəyinə göz ağartmayacaqsa, bir işinə qarışmayacaqsa, əsl sevgi budurmu?
Bunlar da lazımdır, həyatın keyfiyyətinə təsirləri, əlbəttə ki, ola bilər. Amma əsl xoşbəxtlik öz obanda, öz qohum-qardaşların əhatəsində ən yaxın göy üzünü paylaşmaqdadır. Qürbətə köçənlər deməsələr də, içlərində bu nigarançılığı həmişə çəkirlər. Onların gözü həmişə itikçi olur. Həyati müşahidələrimə çox  istinad edirəm. 
Müasir informasiya-rabitə texnologiyalarının, nəqliyyat vasitələrinin yüksək inkişafına istinadən gənclərimiz düşünürlər ki, bu gün  50 il öncəki zaman-məkan çətinlikləri yoxdur. Hər gün istədiyin vaxtda skaypla, vatsapla görüntülü danışa bilərsən, təyyarə reysləri ilə uzağı 2-3 günə istədiyin yerə gedib-gələ bilərsən. Bir ölkə daxilində yaşayırsansa, şəxsi avtomobilinlə bilet problem qarşılamadan, basabas, yol narahatçılıqları keçirmədən əzizlərinlə görüşə bilərsən.Bunlar, fəqət, texniki rahatlıqlardır. Mənəvi xatircəmlik isə tamam başqa məzmunu ehtiva edir. Qərib ölkədə nə qədər saya almasan da, ha heç bir xiffətim yoxdur desən də, kəndin o başından bu başına, məhəllənin bu başından o başına köçən gəlinin qürbətdəki gəlinə nisbətən bir könül, göz toxluğu var. Bir balaca narahat oldumu, anasını özünü çatdıra bilir: zoğal mürəbbəsindən, yağından, südündən, qatığından sovqatı ilə.Bazardan alınan bu məhsullar ananın gətirdiyi nemətin təsirini verə bilərmi? Atan bir balaca kövrəlsə, durub qızının evinə gələcək. Qızı köynəyini, corabını dəyişəcək, armudu stəkanda mürəbbəli çay verəcək.Pərqu döşəyində atasını bir gün qonaq saxlayacaq. Ata da səhər böyük rahatlıqla evinə qayıdacaq. Qızı da kəndin o başında və yaxud qonşu kənddə rahatlıq tapacaq.
Xoşbəxtli çim yağın içində üzmək, qapıda xidmətçi saxlamaq, əlini paltara, soğana, bulaşıq qab-qacaqlara vurmamaqda deyil.Bu, insanları, əslində, xoşbəxtlikdən uzaqlaşdırır.

Geyim abırlı olmalıdır (VIII yazı)

Əsl ailədə qulluqçu olmamalıdır. Ailədə  firavanlığın, könül xoşluğunun  mənbəyi  tərəflərdən hər kəsin öz vəzifəsini qarşılıqlı etimad və hörmət əsasında birlikdə icra etməsindədir.
Bizim gənclər xarici filmlərdəki Qərb həyatını görüb onu idealizə edirlər. Bəziləri də xarici ölkələrdə olub gəlib gördüklərini, bildiklərini ”mətə mindirirlər”, yəni ağızdolusu tərifləyirlər. Olsun ki, Avropada bu və ya digər davranış normaları, ictimai olana münasibət məsələsi bizdəkindən fərqlidir. Bunlar göydən düşməyib ki, marketlərdən almayıblar ki. Sosial şəbəkələrin birində bu mövzuda maraqlı bir münasibətə rast gəldim. Onu olduğu kimi də oxucularımıza təqdim edirəm:

"…Artıq açıq-saçıq geyinən qızı qonşunun baxışı maraqlandırmadı, binanın tinində yeniyetmə oğlanların əllərində siqaret böyüklərlə bir ortamda dayanmaları təəccübə səbəb olmadı. İctimai nəqliyyatda özündən böyüyə yer vermək unuduldu, illər öncə şəhər sakinlərinin ən sevimli istirahət mərkəzi sayılan Dənizkənarı park başqa məqsədlər üçün istifadə olundu, qızlar ibtidai sinfi bitirər-bitirməz bir əllərində güzgü, kosmetik vasitə, bir əllərində telefon sosial şəbəkələrin yolunu tanıdılar, gənclərimizdə narkotikaya meyil baş qaldırdı. Qızlar ərə getmək xatirinə əcnəbi demədi, ağıllı-dəli demədi, təki xaricdə yaşayım deyib gəlin köçdü. Qızlar bir yana qaldı, oğlanlar qaş düzəltdilər, slikon dodaq qoydular, daha nələr-nələr… Adını nə qoydular? Biz avropalaşdıq… Sən demə avropalaşmaq bu imiş, sən demə insanın ağlını itirməkmiş Avropa mədəniyyəti…Soruşan olmadı ki, ay cahil insan, sən niyə avropanın mənim milliyyətimə xas olmayan adətini gətirib yuxarı başa keçirirsən? Mədəniyyət öyrənmək istəyirsən avropadan? Ayaqlaşmaq istəyirsən onlarla? Gəl yaxşılara qol qoy da. Niyə ictimai nəqliyyatda 20 nəfər üçün nəzərdə tutulan yerə az qala 60 nəfər minirsən? Niyə küçədə telefonuna gələn zəngə elə cavab verirsən ki, elə bir bu kənddən o kəndə adam haraylayırsan. Niyə avropalılar kimi tumun qabığını zibil yeşiyinə yox, küçəyə tullayırsan? Niyə gecənin istənilən saatında avtomobilindən gələn yüksək musiqi səsiylə yatanları narahat edirsən? Niyə tıxacda lazım olmayan halda maşının əcaib siqnalından aramsız istifadə edirsən? Axı Avropada belə deyil…”
 

Geyim abırlı olmalıdır (VIII yazı)

 Amma ailə dəyərləri,  vəfa, sədaqət kimi  əxlaqi meyarlar var ki, ata-babalarımız, ağbirçək nənələrimiz bunların  abidəsini yaradıblar, ailə həyatının etibarlılığı üçün elə ölçülər yaradıblar, elə ölçülər müəyyən ediblər ki, bunlar fransızların da, almanların da, ingilislərin də, ərəblərin də karına gələ bilər.

Amma çox təəssüf ki, dəyişən, qloballaşan dünyanın modernləşməsi  bu əxlaqi dəyərlərə də təsirsiz ötüşməyib və müəyyən aşınmalar bu gün də davam etməkdədir. Məsələn, qadınların açıq-saçıq geyimləri, erkən pozulan nikahlar; gənclərin bir balaca  problemlə qarşılaşan kimi,   boşanmağa hazır olmalsı, azyaşlıların yaşını qabaqlayaraq intim  həzzə  baş vurması,  Türkiyədən, eləcə də  digər xarici ölkələrdən  deportasiya olunan qadın və qızlarımız narahatçılıq doğuran  belə aşınmalardandandır.  Mən öz şəxsi fikirlərimi deyirəm,  artıq bu mövzuda 8-ci yazımdır. Kimsə müzakirəyə qoşulub fikir bildirməyib. Halbuki, münasibət lazımdır. Bizim son  onillərə qədər  sütunlaşmış  əxlaqi dəyərlərimizi 1-2 nəfər yaratmayıb, xalq yaradıb. Zaman-zaman seçib, müqayisə edib, pisdən imtina edib, yaxşılarını gələcək nəsillərə ötürüb. O vaxtlar bu, həm də ona görə mümkün olub ki,  həyati  məsələlərə, əxlaqi ölçülərə dünyagörmüş, dərin müşahidə qabiliyyəti olan  müdriklər  nizam verirmişlər. İctimai qınaq  güclü imiş. Gənclər ağsaqqalsız  yerdə də oturmurlarmış. Amma indi bu ənənələr çox zəifləyib. Cəmiyyətdə ahıl adamlara bir laqeydlik hiss olunur. Ən dəhşətlisi, bəzən övladlar belə, valideynlərini bəyənmir, onları eşitmək istəmirlər.

İnternetdə neçə gün öncə Türkiyəli rejissor Hamdi Alkan   və onun qızı haqqında yazmışdılar.  Rejissor ilk nikahından olan qızı Zeynəb Alkanın açıq-saçıq fotolarına görə onu qınayanlara verdiyi cavaba   diqqət edin: "Nə edim? Gedib arvadımın, qızımın saçını yolum? Belə xoşbəxt olacaqsız? Xeyr, bunu etməyəcəyəm. Dünya onsuz da pisdir.”

 Qadına qarşı şiddət və zorakılıq  Azərbaycanda da mövcuddur. Kişilərin  qadınların emosionallığından  və sadəliyindən istifadə edərək onları  aldatması ,  sonda isə küçələrə atması halları  manşetlərdə tez-tez rast gəlinən hallardır. Bu cür hallara qarşı  vətəndaşlardan başlamış hər bir qurum  televiziya, mətbuat, eləcə də ailə, cəmiyyət və məktəb  birlikdə fəaliyyət göstərməlidir. Həm də   maarifləndirilmə elə aparılmalıdır ki,  bu işi aparanların səyləri bir-birini tamamlasın.

  

Geyim abırlı olmalıdır (VIII yazı)

Xüsusilə, mətbuat və televiziya diqqətli olmalıdır.  Dünyalarca məşhur bir futbolçudan tez-tez yazırlar. Onun  müxtəlif "sevgili”lərlə dünyanın ən səfalı guşələrində istirahət  görüntülərini paylaşırlar. Bir adamın neçə sevgilisi ola bilər? Əgər  məşhurdursa, ona hər şey ola bilər? Və yaxud  bir şou  nümayəndəsinin qolbağını nümayiş etdirib  onun bir evin qiymətindən baha olduğunu diqqətə çatdırmaq  abırlı geyim, əxlaq, hansısa dəyərlər haqqında  danışmağı heçə endirir. Bəlkə də belə məşhurun həyatı  fərqli olmalıdır,  bu, onun "karyerası üçün lazımmış”.  Bəs  mətbuat niyə onu maraqla  tirajlamalıdır? Futbolçu necə istəyir yaşasın, ona sevgili olmağa təslim olmuş gözəlçələr qoy növbəyə düzlənsinlər. Amma belə imtiyazlar  niyə nümayiş olunmalı, az qala,  gözə soxulmalıdır?  Ən ucqar kəndlərimizdə  2-3 yazıçının adını bilməyən  uşaqlar   məşhur  futbolçuları  beş barmağı kimi tanıyırlar. Bu, məşhur sevgilisi olmağa çağırış deyilmi? İndi həmin məşhurların  sevgililərindən   hansısa biri bişirdiyi  yeməyə  nə qədər duz atmaq lazım olduğunu bilirmi,  gecənin  bir vaxtı uşaq altını batıracaqsa, o, hövlank ayılıb körpəsini rahatlayacaqmı, bunu bacaracaqmı?

Belə nümunələr bütün bunları bacaran, həyatları boyu can-başla ailəsinin, uşaqlarının qayğısını çəkən  Azərbaycan qadınına,  yunmşaq desək, diqqətsizlikdir. 

İnternetdə tez-tez  yeni-yeni  Azərbaycan modellərin  görüntülərini paylaşırlar.  Belə nümunələr macəra, şou həyatına  maraq və  meyil formalaşdırmırmı?


Davamı var...  

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz