» » Geyim abırlı olmalıdır ( VII yazı )

Geyim abırlı olmalıdır ( VII yazı )

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

 

Qərbi Berlin!

Bir reklamdır başdan-başa,

Havası da, küləyi də

Az qalıb ki, reklamlaşa.

Hər tox reklam,

 hər ac reklam!

Divar reklam,

Qapı reklam,

Ağac reklam.

Yan-yanadır küçələrdə

maşın şəkli,

pivə dolu qədəh şəkli,

…reklam, reklam…

Qərbi Berlin tamam reklam ,

Fikir reklam,

Adam reklam…

 Sevimli şairimiz Cabir Novruzun "Qərbi Berlin” poemasındandır bu misralar. Təkcə Qərbi Berlində deyil, dollar hərisliyinin   dəyərli olan hər  şeyin fövqünə qaldırıldığı    bütün kapitalist ölkələrində  belədir.

Bəs nədir reklam?

Hər hansı əmtəəni, xidməti   geniş əhatədə tanıtmaq, təqdir etməklə    onun satışını stimullaşdırmaq, istehlakçılarla istehsalçılar arasında  etimad yaratmaq məqsədi ilə  həyata keçirilən təbliğat fəaliyyətidir.

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

Bu məsədlə yazılan mətn,  çəkilən şəkil, rəsm əsəri, film   və s. reklam vasitəsi hesab olunur.

İstər  qəzet, jurnal, radio və   televiziyada, istər  malların üzərində , nəqliyyat vasitələrində reklam, istərsə də  üzərində  tanıtma məlumatları olan hər cürə reklam lövhələrinin   məqsədi  istehsal olunan  məhsul və göstəriləcək xidmətlə    istehsalçı arasında  romantik bağlılıq yartmaq,  məhsula, xidmətə qarşı məmnunluq  yaratmaqdır.  Adətən,  reklamçılar  bu hədəflərində qadınlardan daha çox istifadə edirlər. Reklamlarda qadının bədən  cizgilərindən,  ayrı-ayrı nahiyələri  daha önə çıxarmaqla    cəlbedici təsir kimi istifadə edilir. Əslində, qadın reklamlarda  həm də bir seks obyekti halına gətirilir. Ən aşağısı, qadın bədənini moda yolu ilə əmtəə halına gətirilir, istehlaka  sövq edilir.

Bu, kapitalizm cəmiyyətinin, burjua psixologiyasının təbiətindən irəli gəlir. Burjua mühiti    gözəllik müsabiqələri düzənlənməklə, guya, dolayısı yolla  başqa çarəsi olmayan qadına   gözəlliyini  irəli sürmək imkanı yadır,  onu stimullaşdırır ki, özünü sübut et. Sübut et ki,  kişinin gücü, hegemoniyası varsa, sənin də  gözəlliyin və zərifliyin var.   Dolayısı  ilə belə reklamlarda qadın kapitalist sistemin  istehlak  mədəniyyətinə xidmət etmək məcburiyyətində qalır.

Qadın  ətrafında belə görür. Görür və artıq o mənəvi gözəllikdən daha çox müqayisə nəzəriyyəsinin standartını təşkil  edən  gözəlliyi ilə önə çıxır. Bununla bağlı  mütəxəssislər maraqlı müşahidələr də aparmışlar. Onların müşahidələrinə görə, gözəl görünüşü olan tələbələr digərlərindən daha yüksək qiymətləndirilirlər. Gözəl, şən-şux, qıvraq xəstələr  başqa xəstələrdən daha keyfiyyətli  müalicə alırlar. Başqa bir araşdırma ilə müəyyən etmişlər ki, daha az cəlbedici   qadınlar, kişilər daha cəlbedici olanlardan  15 faiz daha aşağı  qazanırlar. 

33 yaşlı məşhur amerikalı aktrisa və müğənni Skarlet Yoxanson    "LOREAL" kosmetika markasının  reklamı üzərində işləyərkən 4 000 000 ABŞ dolları qazanıb.

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

 İqtisadi baxımdan reklam etdirənin gəliri  o qədər səmərəli olur ki,   reklam edənə də, reklamda vasitə olan  qadına  da bu qədər vəsait ayırır. Amma məsələnin sosial  tərəfi  arxa plana keçir. Qadın qazandığı pulların, lüks həyatın qarşılığında əmtəələşməkdə,maddiləşməkdə  davam edir. Çünki reklamda təsvir olunan qadın  onu izləyənlərə  həzz  vermək,  cazibə obyekti olmaq  mövqeyinə məhkum edilir. Qadın həm də  mənə bu yaraşır, məni cazibədar edir duyğusu ilə ideal bədənə hədəfinə can atır.

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

 Və yaxud hansısa şirkət   avtomobillini  və yaxud avtomobil şinlərini reklam etdirir. Dünyanın gözəllik və zəriflik imicini qazanmış Qadın bu təkərlərin yanında  təsvir olunur. Qəribə deyilmi, qadın hara,  təkər hara? Aralarında bir bağlılıq varmı? Əlbəttə ki, yox. Amma istehsalçı niyyətləri ilə bu bağlılığı görmək mümkündür.

Avtobilin yanında dayanmış  bu qızlar  avtomobili də , şinləri  də görməyə məcbur edir. Düşüncələrə bu da gəlir ki,  belə avtomobilin olsa,  həmin avtomobili  xoşlayan qızlar əlində olacaq və s. Və yaxud da ki, yuxarıdakı şəkillərin birində  dili ilə dodaqlarındakı ıokoladı yalamış qız onu seyr edənlərdə başqa assosiativlik də doğurur.

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

 İnternet mənbələrində  xarici ölkələrin iaşə  xidmətlərini  nümayiş etdirən  aşağıdakı şəkilləri – reklam növünü  bəs hansı  ölçüyə sığışdırmaq olar?

Məsələn, əsrlərdir ki, Cənubi  Asiyada elit təbəqədən olan insanlar üçün servis edilən "çılpaq qadın üzərində  suşi yemək”  təqdimatı keçirirlər. Bu təqdimat "nyotaimori” adlanır, yəni,   "qadın bədəninin təqdimatı”.

 Bizim ölkə üçün  xarakterik olmasa da,  bu və ya buna bənzər reklam, moda görüntüləri, gözəllik müsabiqələri  bizim qızlarımız üçün pis nümunə olur. Qızlar, qadınlar  belə  geyim və həyat tərzini nümunə olaraq onlardn götürür.

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

 

Geyim abırlı olmalıdır  ( VII yazı )

Onsuz da avropalılara xas geyimlər müsəlman ölkələrinə  XIX əsrin sonlarından Avropadan – Fransadan ayaq açmışdır. Həm də elit təbəqə tərəfindən.  Amma bir subyektiv fikrimi də bu məqamda deyəcəyəm. "Axırıncı aşırım ” filmində Hatəmxan ağanın məşhur kəlamlarını yada salaq: "Bu saatda mən sənə qandırım, balam! Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir. Məsələn biz əlimizə həna qoyarıq, firənglər qoymazlar; biz papaqlı oturarıq, onlar başı açıq oturarlar; biz başmaq geyərik, onlar çəkmə geyərlər; biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər; biz aşkara peşkəş alarıq, onlar gizlin alırlar, biz hər zada inanarıq, onlar heç zada inanmazlar; bizim arvadlarımız gödək ( kursiv: amma  gödək  geyinsələr də,   topuğa qədər  şalvar hökmən olurdu) libas geyər, onların arvadları uzun libas; bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”.

 Müqayisəni ona görə xatırlatdım ki,  Hatəmxan ağanın vaxtından  aristokrat cəmiyyət sayılan Fransada  boşanma statistikası çox olduğu halda,  əl ilə yemək yeyən Azərbaycanda ailənin dayaqları   möhkəm olub.  Amma  Avropaya, Fransaya və s.ölkələrə oxşamağa meyil artdıqca, mənəviyyatımız da Qərb həyatına yaxınlaşır. Erkən pozulan nikahların sayı getdikcə artmaqdadır.

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz