» » Geyim abırlı olmalıdır ( V yazı )

Geyim abırlı olmalıdır ( V yazı )

 

 

Geyim abırlı olmalıdır  ( V yazı )

 

Mən hələ informasiya vasitələrindən hər rastlaşdığım bu tipli şəkillərin, yazıların ən abırlısını seçməyə çalışdım. Mümkün qədər jurnalımızın adına görə məsuliyyət hiss etdim. Fəqət, inteneti izləyən hər bir kəs onsuz da bunları görür. Paradoks olanı da budur ki, şou-biznes xəbərləri, açıq-saçıq şəkillər hər hansı tərbiyəvi-əxlaqi, tarixi mövzuda qələmə alınmış yazılardan, şəkillərdən daha çox izlənilir.  Nədir bunun səbəbi? Axı bizə hər hansı sənət nümunəsinin ideya-bədii xüsusiyyətlərini,  estetik ölçüsünü belə öyrətməyiblər.
Hər hansı sənət nümunəsi - ədəbi əsər, musiqi nümunəsi, gözəl bir tablodan sonra izləyici  hökmən özündə bir dəyişiklik hiss etməlidir.  Sənət izləyicisinə saflaşdırıcı təsir etməlidir.
Hər hansı incəsənət əsəri xalqımızın, milli kimliyimizin  bədənnüma güzgüsüdür. Onun  hər bir  nümunəsi xalqımız haqqında, onun tarixi  mədəniyyəti, əxlaq və sevgi meyarları haqqında mükəmməl  bir mənbədir.
Böyük şairimiz Hüseyn Arifin "Qonşu qız” şerinin sözlərinə Ələkbər Tağıyevin bəstələdiyi mahnı mahnı  necə gözəldir, dinlədicə adamı heyran edir. 

Sözləri: Hüseyn Arif
Musiqisi: Ələkbər Tağıyev

Uşaqkən oynardıq, biz bir bağçada,
Əsla, yorğunluğu salmazdıq yada.
Dolaşıb yanaşı çəmənlikləri,
Həvəslə toplardıq tər çiçəkləri,
Doğanda səhər, çıxardıq evdən,
Həm sən, həm də mən, qonşu qız.

Açanda güllər, qaçardıq çölə
Verib əl-ələ, qonşu qız…
Qəlbimin həmdəmi sən idin,
Niyə məndən küsüb incidin?
Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.

Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız...
Biz də yaşa dolduq, keçdikcə illər,
Nə tez varaqlanıb ötdü fəsillər,
Uşaqlıq anları qaldı arxada,
Arabir düşünüb salıram yada.
Gəl əvvəlki tək biz gülə-gülə,
Verək əl-ələ, qonşu qız…

Atmaq istərəm bugün qəlbimdən,
Keçən sözümə qonşu qız…

Asudə idin düşdün əcəb zəhmətə, könlüm, (x2)
Pozdu səni sevda bu qədər möhnətə, könlüm,
Yar ilə deyib-güldüyün anlar necə oldu?
Həsrət qoyub hicran səni bir söhbətə, könlüm.
Nadanlara baş əymə, əgər getsə həyatın,(x2)
Dəyməz bu cahanın varı bir minnətə, könlüm.

Qəlbimin həmdəmi sən idin
Niyə məndən küsüb,incidin?
Yanıma gələrdin, hər məni görəndə,
Əlvan çiçəklərdən dəstələr hörəndə,
Onu əlimdən alıb qaçardın,
Quştək uçardın, qonşu qız.
Bu əhvalatlar soruşma nədir?
Xoş xatirədir, qonşu qız...
 

Geyim abırlı olmalıdır  ( V yazı )

 


Bəzən insan ətrafındakı gözəlliyi, gözəli dəyərləndirə bilmir, daha gözəli olsun deyə, daha irəli can atır və bir də görür ki, qonşunun qızı artıq qonşu kəndə köçüb, o isə hələ idealını axtarır.
Hüseyn Arif bütün şeirləri ilə oxucunu düşündürür, özünə, ətrafındfakılara bağlayır. Şairin şeirlərində nə qədər xatirələrə dalırsansa da,  olub-keçənlər, arxada qalanlar adamı bədbinləşdirmir:şeir, fikir təəssüf edənlərdən sonra gələnləri  diqqətli olmağa, həyati hetyfiyyətlərə doğru qiymət verməyə istiqamətləndirir.
Digər bir şeirindən nümunə:

Ey Hüseyn, öz halna yan barı,
Qınayınca təbiəti, rüzgarı.
Tamaşaydı kəndimizin qızları,
Qismətə bax, biri mənə düşmədi.

Bu təəssüf də , təbii ki, kiminsə və yaxud kimlərinsə  təəssüfüdür.  Bütün təəssüflərin mayasında bir  saflaşma,  etiraf var. Bu hislərdən məhrum adamlar  elə həyatlarının sonunadək  indiyə qədər necə var, elə də yaşayacaqlar. Hüseynn Arifin  təəssüfü   bu mənada  örnək bir təəssüfdür: nə vaxtsa edilmiş
yanlışlıqların, günah və səvlərin deyil, ömrün daha əvvəlki illərində  nəyisə niyə seçə bilmədiyinin "kaş ki"-ləridir.
Və yaxud  Qasım Qasımzadənin sözlərinə aramızdan vaxtsız köçmüş istedadlı bəstəkar Haçıbaba Hüsenövun bəstələdiyi "O körpəmin anasıdır”( "İlk eşqimin növrağına”) mahnısı var, bilirsinizsə, içinizdə səssiz zümzümə edin:

Könlüm düşdü diyar-diyar,
Bir kəkliyin sorağına.
Ha yalvardım, o qonmadı,
Məhəbbətin budağına.

Meyl etmədim bir gözələ,
Sədaqətim düşdü dilə.
Mən and içdim ildən-ilə,
İlk eşqimin növrağına.

Bir gün yenə onu gördüm,
Dilə gəldi həmin dərdim.
Bir dəstə gül-çiçək verdim,
O, almadı qucağına.

Əllərimdə gülüm soldu,
Riqqətimdən gözüm doldu.
Sinəm başı hədəf oldu,
O dilbərin bu dağına.

Sanma könül sınasıdır,
Kərəm olub yanasıdır.
O, körpəmin anasıdır,
Vurulmuşam bu çağına.

 Belə musiqi əsrlərini  dinləyən heç bir kəs sevgiyə, qonşunun qızına intim ehtiyaclarını ödəmək vasitəsi kimi baxa bilməz. Amma indiki əksər  mahıların, nə onların mətnlərinin , nə də onu ifa edənlərin ifa çalarlarında dinləyicini saflaşdıran  dəruni eşq, ümumiyyətlə heç  bir  estetik ideal yoxdur. Mən "Televiziya Muğam Müsabiqəsi”ni hər zaman izləmişəm, özü də ehtiyac hiss edərək. Onun qaliblərinin hər birinin ifaçılığına rəğbətim var. Söhbət təbii ki, onlardan getmir. Söhbət şou-biznes ampulası ilə ekran və efirlərimizdə, səhnələrimizdə təqdim və təqdir olunan ifaçılardan, onun ifa etdiklərindən gedir. 
Keçən ay bir sıra kütləvi informasiya vasitələrində Las-Veqasda məşhur "Billboard Music” mükafatları və bu mükafatlar uğrunda səhnəyə çıxan sənətçilər haqqında yazmışdılar, fotolarını paylaşmışdılar. Hər birinin adına ilk dəfə idi rast gəlirdim. Amma onlardan bir neçəsinin geyiminə baxın. Bunlar səhnəyə mahnı oxumağa çıxırlar, yoxsa, bu sayaq görüntülərini paylaşmağa?
 

Geyim abırlı olmalıdır  ( V yazı )

 

Geyim abırlı olmalıdır  ( V yazı )

 

Geyim abırlı olmalıdır  ( V yazı )

 

Onlardan biri də geyim və klipləri guya gündəm yaradan Nikki Minajdır. Bu nə incəsənətdir, nə nümayişidir? Kimə lazımdır belə incəsənət? Çılınıçılpaq səhnədə əza nümayiş etdirirlər, bədənin ayrı-ayrı əza hissələri necə eybəcər şəkildə nümayiş etdirilir? İndi dinləyici musiqinin, mətnin təsirinə düşməlidir, yoxsa bütün bunları unudub vücudun, geyimin yaratdığı assosiasiyaya təslim olmalıdır? Mənə elə gəlir ki, əsl sənətdə, həqiqi sənətkarlıqda bunlar olmamalıdır. Nikki Minaj səhnədə uzanıb sağ ayağını da qaldırıb yuxarı. Böyür-başında da özü kimi geyinmişlər. Belə mahnılar dinləyicisini macəralı həyata sürükləyir.

Geyim abırlı olmalıdır  ( V yazı )

 

Geyim abırlı olmalıdır  ( V yazı )

Bizim nə qədər gözəl sənətkarlarımız var. Xalq artisti Möhlət Müslimov tarda ifa edərkən sarı simin qüdrəti ilə yanaşı,  baxışları, üz cizgiləri, musiqinin, ritmin ahənginə uyğun düşdüyü hal və vəziyyətlər də adamı düşündürür, elə bil sehrli bir əl vücuduna, ruhuna həyat iksiri çiləyir. Sarı simin nağılını dinləyənlərə "həyatı, insanları sev” deyir,  "alagöz bir qızı sevmək, onunla vüsala qovuşmaq, ailə sahibi olmaq, bu ülfətdən dünyaya şirin-şəkər övladlar gətirmək sənin haqqındır ”. Yəni, musiqi, hər hansı bir sənət əsəri dinləyicinin qəlbinə, mənəviyyatına təsir etməli, onun düşüncələrini, məram və niyyətlərini cilalamalı, ictimai səadətə yönlədə bilməlidir.
Möhlət müəllimin də, Ramiz Quliyevin də, Zamiq Əliyevin də, Vamiq Məmmədəliyevin də, Rəşid Behbudovun, Gülağa Məmmədovun, Yalçın Rzazadənin, Zeynəb xanımın, Şövkət Məmmədovanın, Sara xanımın, Elmira Rəhimovanın, eləcə də adlarını qürurla çəkə biləcəyim daha neçə-neçə sənətkarımız var ki, mən inanmıram belə sənətkarların musiqisini dinləyən və dərk edə bilən hansısa dinləyici ifa bitdikdən sonra sevgiyə, qadına, həyata əylənvə vasitəsi kimi baxsın: mahnı bitən kimi əyləncə və yaxud istirahət məkanlarına üz tutsun. Mənim düşündüyümcə Azisin, Nikki Minajın, Cennifer Lopezin, Rita Oranın, Cim Kerri və bu sıradan olan digər sənətçilərin təqdim etdiyi nümunələr Azərbaycan dinləyicisinə gözəl olan nəsə aşılaya bilməz.
Onların ifa etdikləri  mahnılar öz ölkələri və Qərbin adamları üçün , özlərinin dediyi kimi, şedevr nümunələr sayıla bilər, amma  bizm səhnəyə heç yaraşmır. Belə nümunələr səhnəmizdə də, mənəviyyatımızda da arzuolunmayan izlər qoyur.
Mən dünya musiqisinin əleyhinə deyiləm. Youtube-dən dünya musiqisi nümunələrini az izləməmişəm. Dünya musiqisinin o qədər gözəl nümunələri var ki. Qəbələ şəhərində 2009-cu ildən başlayaraq ənənəvi olaraq hər il yay aylarında keçirilən musiqi festivalları bizim dünya musiqisi ilə inteqrasiyamıza bariz nümunədir.

Geyim abırlı olmalıdır  ( V yazı )

Amma təqdim etdiyim nümunələri əxlaqa, insanlığa xidmət edən sənət nümunələri hesab etmirəm. Məhz belə nümunələr çoxaldığı üçndür ki, dünyada qəddarlığın, macəra həyatına meyilliliyin dinamikası artmaqdadır.
Belə nümunələr sənətimizdə, səhnəmizdə olan çox ölçüləri təsir dairəsinə keçirə bilib.
Deyirlər ki, məşhur cazmen Vaqif Mustafazadənin televiziyada çıxışlarına bığlarına görə qadağa qoyulubmuş, özü də kişi xeylağı ola-ola. Amma indi şou-biznes səhnəsi üçün sanki musiqidən çox əza nümayiş etdirilir. Və Azərbaycan həyatı üçün bunlar pis nümunələrdir. Bir vaxt başından örpək düşsə, həyadan Qızıləhmədi alma kimi qızaran Azərbaycan qadınlarının varisləri bu gün səhnəyə yarıgeyinmiş vəziyyətdə çıxırlar, çimərlik fotolarını paylaşırlar. Onlar istinadı məhz Qərb mədəniyyətindən götürüblər.
2014-cü ilin "Eurovision" təmsilçisi Dilarə Kazımova social şəbəkələrdə müzakirələrə səbəb olacaq fotolar paylaşıb. Eləcə də məşhur çimərliklərindən birində foto çəkdirərək instaqram səhifəsində paylaşıb. Xəbərin izlənmə sayı qısa müddət üçün 11868 nəfər olmuşdur.
Müğənni özü açıq-saçıq şəkillərindən söz açaraq deyib:
"Müğənni üçün gözəl bədən çox vacibdir. Çünki mən ilk dəfə Azərbaycanı "Eurovision” yarışmasında təmsil etdiyim zaman demişdilər ki, bədən ölçülərin çox əsasdır. Hətta mənə demişdilər ki, əl və qolların uzun olması daha vacibdir. Bədənin yaxşı görünməyi məşhurluğun bir simvoludur. Mən sosial şəbəkədə açıq-saçıq şəkillərimi paylaşandan sonra çox adam anladı ki, mənim də bədənim gözəldir. Hətta rəfiqələrim də dedi, sənin belə gözəl bədəninin olduğunu bilmirdik. Anladım ki, mən göstərməsəm, onlar anlamayacaqlar, mənim yaxşı bədənim var. Gözəlliyimdən lazımi istiqamətdə istifadə edə bilirəm. Mətbuatın mahnılarımdan, çox açıq-saçıq görüntülərimdən yazması məni narahat etmir” (Bax: http://qafqazinfo.az/news/detail/dilare-aciq-saciq-fotolarindan-danisdi-yaxsi-bedenim-var-gostermesem-209719).

Geyim abırlı olmalıdır  ( V yazı )

Belə şou, əyləncə ampulası altında nümayiş etdirilən sənət haqqında düşünmək vaxtıdır. Ətrafımızda seyr etdiyimiz hədsiz bu açıq-saçıq geyimlər həyatımıza şou təfəkkürünün dalğasında gəlmişdir.
Bu yazını yazmaq üçün bir çox mənbələrə müraciət etməli oldum. "Transparan ətək” ifadəsinə rast gəldim.
"Ətək” sözü aydın, bəs "transparan” nə deməkdir? Geoqle sistemi ilə "transparan” sözünü aradım: çılpaq şəkillər çıxdı.Translate ilə arayanda məlum oldu ki, "transparan” sözü şəffaf deməkdir. Bir qədər də incələsək, "baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçirən hər hansı cisim, geyim” anlamına gəlir, yəni, aydın, gizli deyil assosiativliyi yaradır. Amma geyimin bir vəzifəsi də  bədənin məhrəm yerlərini örtmək, gizlətməkdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz