» » Geyim abırlı olmalıdır (IV yazı)

Geyim abırlı olmalıdır (IV yazı)

Geyim abırlı olmalıdır (IV yazı)
Osman Çəkər cəmiyyətin bir üzvü olmaqdan başqa, bir elm adamı, din xadimi kimi məsələyə münasibət bildirmək statusu var. Demək istədiklərim onun müdafiə etmək məqsədi daşımır. Üstündən 6-7 il keçən bu qalmaqal artıq məcrasına düşüb və alimin heç bir müdafiəyə ehtiyacı da yoxdur. Osman Çəkər heç də digərlərindən bu mövzuda az təsəvvürə malik deyil. Biz bilməsək də, kimsə bunu etiraf etməsə də, insanlar tərəfindən birmənalı qarşılanmayan bu müzakirələrdən Osman Çəkərin fikirlərini doğru sayanlar, şübhəsiz ki, olub.Şübhəsiz ki, kimlərsə geyim tərzinin müəyyən çalarlarına bir əl gəzdirib. Amma cəmiyyətin qınaqla qarşıladığı tərzdə geyinənlər, eləcə də məsələ ilə fikir bildirən bir çoxları bunu insan azadlıqlarının məhdudlaşdırılması, gerizəkalılıq adlandırdı, bunu qarşı tərəfin alt şüurundakı deformasiya kimi dilə gətirdilər. Amma onların heç biri gündən-günə kütləviləşən açıq-saçıq geyimlər haqqında bir fikir söyləməyib. Əgər qadın küçəyə, ictimai yerlərə təxrikedici qiyafətdə, məsələn,   dekolteli geyimdə, şortikdə çıxırsa, ona zillənən baxışların olması, bəzən də əks cins tərəfindən xoşagəlməz sözlərin səsləndirilməsi gözləniləndir. Bu suçda, qəbahətdə, çinayətdə günah, məsuliyyət ortaqdır, ümumidir. Mən ilahiyyatçı alımın fikirlərini belə qəbul etmişdim.
"Şortikli qız” mövzusunda cəmiyyətin fikirləri birmənalı olmadı. Bu cürə geyim tərzini, onu geyinənləri qınayanlar nə qədər oldusa, dolayısı ilə haqq qazandıranlar da heç onlardan az olmadı. Məsələn, Müşfiq Şükürov adlı bir filosof hadisəyə bir neçə status həsr edib və bildirib ki, başqasının paltarına görə hiddətlənmək əhalinin böyük hissəsinin dar təfəkkürə və pozğun mənəviyyata sahib olmasının əlamətidir.

Onlardan bəzilərini  təqdim edirik:

"Cəmiyyət yoxsul mənəviyyatlı və qadını yalnız seksual obyekt kimi qavrayan "kişilərlə” doludur. Belə cəmiyyətdə nə inkişaf, nə mədəniyyət ola bilər” (bax:https://jam-news.net/?p=108669&lang=az-AZ)
 
Geyim abırlı olmalıdır (IV yazı)

Geyim abırlı olmalıdır (IV yazı)
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev metroda şortik geyinən qızla digər sərnişinlər arasında yaranan qalmaqala münasibət bildirərkən deyib ki, metroda şortik geyinən qıza məsələ sözlə başa salınmalı idi. Dövlət məmuru daha sonra bildirib ki, "Bəziləri evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Evdə ata-ana nə tərbiyə veribsə, onlar da həmin tərbiyəni cəmiyyətdə tətbiq edirlər " (Bax:http://modern.az/az/news/169006#gsc.tab=0).
İcra başçısının fikirləri ilə razı deyiləm. Doğrudur, mən də hansı bir gəncinsə ictimai yerdə qıza qarşı bu cür rəftarını doğru hal saymıram. Belə məsələlər 1-2 nəfərin təşəbbüsü və ya hər hansı çağırışı ilə həll edilə bilməz. Həmin gəncin mövqeyi aydındır, narahatçılığı haqlıdır. Amma hər şey qanun çərçivəsində, həm də etik şəkildə həllini tapmalıdır. Ailə də bu məsələdə cavabdehlik daşıyır. Amma həmin qız və digər belə geyinən həmyaşıdları nə bu geyimi, nə bu tərbiyəni ailədən almayıblar. Uşaq və yeniyetmələrin tərbiyəsində ailə, məktəb, cəmiyyət birlikdəliyini mən də vacib hesab edirəm.
Amma hansısa bir ailənin mövqeyi ilə bu meyilin qarşısını almaq olmaz. Valideyn qızının ədəb-ərkana uyğun olmayan geyiminə icazə verməsə də, qız bu şalvarı, şortiki çantasında götürər: ya rəfiqəsigildə geyinib gedə bilər, ya da elə tədris müəssisəsinin, iş yerinin hansısa otağına girib evdən gəldiyi paltarı dəyişər, axşam evlərinə yenə abırlı paltarla əvəzləyib qayıda bilər. Bu məsələdə cəmiyyətin vahid hədəfi olmalıdır. Ailə, cəmiyyət, məktəb , ictimai qınaq prinsipial olaraq eyni hədəfi qorumalıdırlar. Digər tərəfdən, ölkəmizə gələn turistlər üçün bu hədəfi qəbul etməyə yönəli addımlar atılmalıdır. Onlar necə istəsələr geyinsinlər, amma biz öz adamlarımıza qoruq-qadağa qoyaq, nə dərəcədə doğrudur? Onlara anlatmaq lazımdır ki, bura Avropa deyil. Azərbaycana qonaq gəlmisiniz, turist sifətində gəlmisiniz, xoş gəlmisiniz, amma bu xalqın adət-ənənəsinə hörmət etməlisiniz. Bunu turist səfərini təşkil edənlər, bələdçilər səfərin başlanğıcında deyə bilərlər.
Millət vəkilinin cavabına müxtəlif fikirlər bildirilmişdi. 1-2 təhqir (Təhqir millət vəkilinin fikirlərinə qarşı deyildi), vulqar məzmunlu şərhləri şıxmaq şərtilə hər kəs düşündüyünü yazıb. Əslində, müzakirənin formatı belə də olmalıdır. Müxtəliffikirlilikdə biz ən doğru olanı tapmalıyıq. Fikrini ən sərt şəkildə ifadə et, amma təhqir omaz, auditoriyanı nəzərə almaq lazımdır. Qadınların da olduğu çevrədə vulqar ifadələr işlədilirsə, hansı bir qızınsa bizim əxlaq üçün ekzotik sayılan geyim tərzi haqqında danışması təsirli ola bilməz.
 
Geyim abırlı olmalıdır (IV yazı)

Geyim abırlı olmalıdır (IV yazı)
Bir qadın həmsöhbətimiz yazıb : "Qiz boyda bashiniza dash dushsun. Ayri movzu yoxdu qizdan bashqa".

Digər bir fikir: "Belə mənim subyektiv fikrim budur ki, hər cür geyinə bilərsən. Yalnız bir şərtlə :bədən quruluşuna yaraşanı geyinmək" .

Gözəl geyinməyin, dəbli geyinməyin heç kim əleyhinə deyil, amma  kaş ki ağayana olaydı. Geyim qadının qadınlıq cizgilərini büruzə verməməlidir, əks etdirməməlidir. 0ğlan gənclərimiz üçün də iradlar çoxdur. Məqsəd qadınları hədəfə almaq ola bilməz.
Qadın/qız bütün dövrlərdə bizim mənəviyyatımızın, ailəmizin simvolu olub. Azərbaycan kişisi hər yerdə hər zaman Azərbaycan qadını ilə öyünüb. Azərbaycan kişisini qadın/namus cəhətdən sındırmayınca kimsə at belindən yendirə bilməz.
Qadınlıq mənsub olduğumuz xalqın ən üstün, ən əhəmiyyətli sərvətidir. Ona sahib çıxmaq, qorumaq, bu əhatədə narahat olmaq hər bir Azərbaycan oğlunun haqqıdır. Amma bu gün gördüklərimizi, düşünə bildiklərimizi əxlaqımızı qorumaq baxımından hər zaman saf-çürük etməliyik.
Bizim qadınların geyim təsəvvürləri, qarderobları Qərbin təsirinə çox məruz qalıb. Və artıq ciddi xarakter almaqdadır. Söz deyən kimi, aləm qarışır bir-birinə. Sonda da söz deyəni borclu çıxarırlar. Bu istiqamətdə fəaliyyət, maariflənmə əlaqədar təşkilatların, mətbuatın, televiziyanın üzərinə düşür. Onlar da heç vaxt narahat xalqın qınağını haqlı saymağa qalxmayacaqlar. Onda adama deyərlər ki, göstərdiyiniz şoularda, əyləncəli  gecələrdə, "Maşın -şou"da  geyimləri qınaq-mınaq tanımayan qadın kəsləri ora bəs kim çıxarıb? Adətən, əxlaq, tərbiyə məsələləri ilə məşğul olan qurumlar və ya şəxslər belə məsələlərdə susur, olsa-olsa, bəzi ümumi fikirləri səsləndirirlər, əsasən də, valideynləri, ailəni, serialları ittiham edəcək, çünki əks halda özlərinin  fəaliyyətsizliyini ifadə etmiş olacaqlar. Odur ki, hər kəs bu məsələni öz cavabdehliyindən uzaqalaşdırmağa çalışır: ailənin üstünə atır, ərəblərin üstünə atır.
Siz görmürsünüz ekrana kimləri dəvət edirlər, saytları, qəzet və jurnalları daha çox hansı şəkillər bəzəyir?Azad mətbuat belə olur?
"İki sahil” qəzetinin 09-01-2018-ci il tarixli sayında "Bikinili fotolarını paylaşdı - bədən quruluşu ilə heyran etdi” sərlövhəli yazı verilib və "Victoria's secret”in əsas modellərindən olan Alessandra Ambrosionun Braziliyada istirahət zamanı bikinili fotolarını paylaşıb. Qəzet Axşam.az-a istinadən yazır ki, Ambrosionun fotolarını görənlər heyranlıqlarını gizlədə bilməyiblər.
 

Geyim abırlı olmalıdır (IV yazı)

İzləyiciləri modelin bədən quruluşunun 18 yaşlı qızın bədən quruluşuna bənzədiyini qeyd ediblər. 37 yaşlı qadının bədən quruluşunu 18 yaşlı qız bədəni ilə müqayisə etmək hansı assosiasiyanı doğura bilər? Bu izləyicilər hansı kateqoriyadan olan şəxslərdir ki, əksər qadınların bədən quruluşundan bəlkə də aşağı olan bir vücuda heyran olublarmış? Özü də Ambrosion istirahətdə ailəsi ilə birgə olubmuş. Bizim mühit və ya əxlaq üçün bu cürə azadəlik, sərbəstlik , axı, qəbul edilən deyil. Qəbul edilən deyil ki, qadın ümumi çimərlikdə olsun və ya açıq-saçıq şəkillər çəkdirsin. Bizim həmkarlarımız istinad mənbəsi göstərməklə özlərini cavabdehlikdən uzaq hesab edirlər. Belə intensiv paylaşılan təhrikedici şəkil və yazılardan sonra həmin mətbuat vasitəsində mənəvi tərbiyədən, estetik gözəllikdən söz açmaq nə qədər təsirli ola bilər?
Və yaxud bir neçə portalda 1981-ci ilin "Türkiyə gözəli” seçilmiş Aydan Şenerin bikinili fotoları yayılıb. Saytlar bildirir ki, aktrisa bikinili şəkilləri ilə izləyicilərini heyran edib.
Fotoları İnstaqram səhifəsində paylaşan Aydan ideal bədən quruluşu ilə "illərə meydan oxuyub”.

 Bu modellər, aktrisalar izləyiciləri niyə bikinili fotoları ilə heyran qoymalıdırlar ki? Niyə naməhrəm gözlərdən qaçmamalıdırlar? Niyə "illərə meydan oxuyan” ölçü  bədən quruluşu olmalıdır?

Əgər belədirsə, Niyə Osman Çəkərin sözlərini   etirazla qarşılayırıq? Əgər belədirsə, onda  məntiqlə belə çıxmırmı ki, belələri özləri onlara heyran qalmaları üçün "povod” verir.

 

Geyim abırlı olmalıdır (IV yazı)

 

Geyim abırlı olmalıdır (IV yazı)

 

Təbii ki, cəmiyyətin sağlam hissəsi əxlaq məsələsində, yaxşı mənada, mühafizəkardır, onlar geyibə ağayanalığın, abırlı geyinməyin  tərəfdarıdır.  Cəmiyyət eybəcər olan  Amma  Avropanın vulqar geyim mədəniyyətinə, əyləncəli həyat tərzinə meyil edənlər də  bu cəmiyyətin bir hissəsidir. Amma onlara "dur”deyən,  səhnədən, ekrandan, mətbuat səhifələrindən yığışdıran yoxdur. 

Saytların birində rast gəldim : "İdeal bədən quruluşu olduğunu qələbə işarəsi ilə göstərdi". Daha sonra bir aktrisanın çimərlik pozaları əks etdirilir. Hansı etalonla müəyyən ediblər ki, həmin aktrisa ideal bədən quruluşuna malikdir və yaxud kimə lazımdır bu ideallıq? Nəyə lazımmmış belə səhnələri tirajlamaq?Axı yeniyetmə və gənclər  fəal həyata atılarkən  onları ideal seçir: geyimini, həyat yolunu. Bir vaxt başı açıq olanda həyadan utanan Azərbaycan qızı indi şortiklə, yataq geyimində, orası-burası süzülmüş, kəsilmiş şalvarda (adına nə deyirlər bilmirəm) gəzirlər. Orta və ali məktəblərə belə geyimdə gedənlər nə qədərdir.
 Hər gün ətrafımızda  şəkildəki kimi süzülmüş, kəsilmiş, deşilmiş "bəzəkləri " olan şalvar geyinmiş nə qədər gənclərlə qarşılaşırıq, eyni küçədə addımlayırıq, qatarda, avtobusda yol gedirik. Aralarında o qədər təmiz, ağayana oğlan və qızlarımız var ki,  belə şalvarları geyinib öz sanballarını itirirlər.
Aşağıdakı şəkillərə diqqət edin, Sizcə, hansı adamda xoş aura yaradır?

Geyim abırlı olmalıdır (IV yazı)

 

 

Geyim abırlı olmalıdır (IV yazı)

 

 
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz