» » Geyim abırlı olmalıdır (III yazı)

Geyim abırlı olmalıdır (III yazı)

Geyim abırlı olmalıdır (III yazı)

"Şortikli qız” əhvalatı kütləvi informasiya iyun ayında baş vermişdi. Bir neçə gün bu ifadə sosial şəbəkələrdə manşetləri bəzədi, 5-10 gündən sonra isə , demək olar ki, adda-budda yazılan statusları nəzərə almasaq, mövzunun müzakirəlik aktuallığı arxa plana keçdi. Sanki, bu mövzu mənəvi tərbiyənin aktual problemlərindən biri kimi deyil, sadəcə, xəbər naminə metroda bir olay kimi diqqəti çəkmibmiş. Yaxud da deyək ki, guya
metrodakı bu olaya kimi gənclərin geyim tərzi qaydasınca olub və yaxud bu qalmaqaldan sonra qadınların geyim tərzində inqilab baş verib, hər şey qaydasıncadır. Qaydasınca geyinən, evlərimizə, ocaqlarımıza kürəkən kimi, gəlin kimi arzuladığımız oğlanlarımız da var, qızlarımız da. Amma xaricdən gətirilən stil, mahiyyətinə varılmadan əyinlərə geyilən modalar da getdikcə kütləviləşməkdədir.
 

Geyim abırlı olmalıdır (III yazı)

 

Geyim abırlı olmalıdır (III yazı)

 

Geyim abırlı olmalıdır (III yazı)

 

Geyim alüdəçiliyi keçən əsrin sonlarından başlayıb. Avropaya, dünyaya inteqrasiya sosial-iqtisadi inkişafla yanaşı, mənəvi aşınmalarla da müşayiət olundu.
Qəbul edirəm ki, həyat daim irəliyə doğru inkişafdadır. Və bir ictimai formasiyanın digəri ilə əvəzlənməsini şərtləndirən əsas amillərdən biri əvəzləyən formasiyanın özündən əvvəlki formasiyaya nisbətən daha yenilikçi olmasıdır. Qoy bu yenilik istehsal vasitələrində, texnologiyalarda olsun. Mənəvi dəyərlər təsirə məruz qalmamalııdr. Amma əfsuslar olsun ki, keçən əsrin sonlarından mənəvi həyatımızda aşınmalar başlamışdır. Belə hallar daha çox ailə həyatında, gənclərin geyim və musiqi zövqlərində tipikləşməkdədir.
Yazımızn mövzusu geyimlə bağlı olduğundan biz daha çox geyimlə bağlı fikirlərimizi müzakirəyə təqdim edir və oxucularımızın da bu məsələ ilə bağlı rəy və təkliflərini gözləyirik.
Geyimin tarixi insanlığın tarixi qədər qədimdir. İnsan cəmiyyəti formalaşmağa başlayanda geyim insanı soyuqdan, yağışdan, istidən qorumaq zərurəti ilə meydana çıxmışdır. İnsanlar o vaxt paltarı ilk ev olaraq düşünmüşlər və paltarın içinə girib özlərini təbiətin fiziki təsirlərindən qorumuşlar. Getdikcə dini inanclar, o cümlədən mədəni dəyərlər geyimin forma və məzmununa yeni mahiyyət gətirmişdir. Geyim onu geyinənin qadın və ya kişi olduğunu müəyyən etməyə ipucu olmuşdur. Geyim vasitəsi ilə ibadət adamlarını, həkimi və digər peşə sahiblərini müəyyən etmək mümkün olmuşdur.
Geyim onu  geyinən şəxsin daxili obrazını əks etdirir. Başqa sözlə, geyim əxlaqla sıx əlaqəlidir.
Təsadüfi deyil ki, geyimin məzmununda insan orqanının hissələrini, bədənin cizgilərini gizlətmək mahiyyəti də var.
Bəziləri bunu doğru olaraq başa düşür. Bəziləri isə fərqində olmadan cazibədarlığını nümayiş etirmək üçün geyimlərinə yeni çalarlar gətirirlər.
Fransalı modelyer Elza Skiaparellinin fikirləri bu mənada maraqlıdır: Modelyer deyib ki, bütün dünyada qadınlar eyni səbəblə geyinir: digər qadınlardan seçilmək, fərqlənmək üçün, onlarla öcəşmək üçün.
Digər bir fransız modelyerin  — İv Sen-Loranın fikirləri də hesab edirəm ki, istər modanın insan həyatındakı yeri, insanların modaya münasibətlərini incələmək baxlmından diqqəti cəlb edir: "Bu qədər keçən müddətdə öyrəndiyim şey -  mühüm olanın paltar deyil, onu geyinənin qadın olmasıdır”.
Qadın gözəl, dəbli geyindiyi kimi, geyiminin cəmiyyətdə, insanlarda oyatdığı təəssüratı da geyim istəyində nəzərə almalıdır.
Əvvəlki yazılarda yazdığımız fikirlərin təkrarı olmasın, yazımızın məqsədi qadınları hədəfə almaq deyil, hansısa geyimə diqqət kəsilənlərin guya heç bir qəbahəti, suçu olmadığını da düşünmürük. Geyimlər ağayana olduğu kimi, qadınlar ağayana durub-oturduqları kimi, onların ətrafında olan əks-cinslər də ağayana olmalııdr.
Bu mövzuda aparılan bir televiziya sorğusunu izlədim. Sorğunu aparan bir gəncdən soruşur ki, açıq-saçıq geyinən qızla qarşılaşsan, nə edərsən, o da irişə-irişə cavab verdi ki, baxaram.
Bax belə baxışlardan, belə nəfislərdən qorunmaaq üçün əsl Azərbaycan qadınlarının geyimlərində ağayanalıq mütləq olur. Belə qadınlar işə gedəndə də, məclis və ziyafətlərə gedəndə də, yağışlı-küləkli havada da təsadüfləri hökmən nəzərə alır.
Məşhur avstraliyalı model Nikol Trunfio ilə bağlı social şəbəkələrdə  bu cürə vəziyyəti əks etdirən bir məqam paylaşılmışdı: Nikol Trunfio Nyu-Yorkda sevgilisi ilə qaldığı oteldən çıxarkən küləyin "qurbanı” olub.
Bu məqamda qurbanlıq heç nə yoxdur. Bunu model özü belə istəyib, buna "povod” verib?

Geyim abırlı olmalıdır (III yazı)

 Səmimi deyirəm: mən ağayana qızlarımız və qadınlarımızıı geyimləri ilə manşetlərə çıxan, sensasiya yaratmağı arzulayan model və ya aktrisalara  eyni nöqtəyi-nəzərdə görmürəm də. Amma nə edəsən ki, məşhur model və aktrisalar hansı geyimi seçirlərsə, gənclər də dərhal ona alüdə olur, bu cürə geyimləri seçir, beləcə küləyin "qurbanına” çevrilirlər. Baş verən xoşagəlməz hadisələrin böyük bir hissəsinin belə mənzərələrin yaratdığı təbəddülatdır.

Geyim abırlı olmalıdır (III yazı)
Bizim social şəbəkələri incələsəniz, öz həmkarlarını təkrar etmək arzusunda olan nə qədər belə model və aktrisalarımız var.
Bir neçə illər öncə Türk cəmiyyətində də bu mövzuda ciddi müzakirələr getmişdi, həm də səs-küylə.  Səlcuq  Universitetinin ilahiyyat professoru Osman Çəkərin   dekolteli geyimlər haqqında fikirləri böyük əks-səda doğurmuşdu.  Alim  açıqlamasında kişilərin də pis nəzərlərini suçlamış, amma fikirlərini daha çox çox açıq-saçıq geyinən qadınların geyimləri  üzərində qurmuşdu.
Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz