» » Mingəçevir İstilik Elektrik Stansiayasında baş verən qəzanın dərsləri

Mingəçevir İstilik Elektrik Stansiayasında baş verən qəzanın dərsləri

Müəllif: Anaveusaq.az от 6-07-2018, 00:20

Mingəçevir İstilik Elektrik Stansiayasında baş verən qəzanın dərsləri

Anormal istilərin davam etdiyi bu yay günlərində bəzi rayonlarda yağış və daşqınların yaratdğı dağıntılar, bəzi rayonlarda pambıq sahələrində baş verən zəhərlənmələr, iyulun 3-də Mincəçevir İstilik Elektrik Stansiayasında baş verən qəza istər dövlətimiz üçün, istərsə də ölkə vətəndaşları üçün müəyyən qayğılar yaratdı.
Baş verənlər fövqəladəlik baxımından, təbii ki, yaradılmış Dövlət Komissiyası tərəfindən araşdırılıb zəruri addımlar atıldı və artıq insanlara, dövlətimizin iqtisadi maraqlarına xidmət edən bu sahələr bərpa edilib ahəngdar fəaliyyətlərini davam etdirməkdədir. Amma bütün baş verənlər həm də fövqəladə situasiyalar üçün hər birimizə dərs oldu: bu dərs həm də fövqəladə situasiyalarda vətəndaş mövqeyini, Dövlət – Xalq birlikdəliyini daha aktual etdi.
Baş vermiş qəzadan ölkəmizin iqtisadiyyatına nə qədər ziyan dəyməsi ilə bağlı məlumatımız olmasa da, qəza varsa, təbii ki, ziyansız ötüşməyib, istər iqtisadiyyatımıza, istərsə də insanların həyat tərzinə, keyfiyyətinə.
Buna baxmayaraq, hadisə çaxnaşma yaratmadı.
İnsanlarda əminlik vardı ki, qısa müddətdə vəziyyət normallaşacaq. Çünki müvafiq qurumlar dərhal hadisə yerinə yollandılar. Müxtəlif kütləvi informasiya vasitələri ilə tez-tez məlumatlar verildi, Ölkə başçısının sərəncamı ilə Dövlət Komissiyası yaradıldı. Xalq gördü ki, vəziyyət ciddi nəzarət altındadır: polis asayişə, nəqliyyatın hərəkətinə, digər ola biləcək məqamlara sayıqlıqla keşik çəkir, svetaforların funksiyasını canlı olaraq  özləri icra edirlər və s.
Bunlar qəza ilə qarşılaşmış ölkə üçün çox müsbət haldır. İstər təbii, istər texnogen qəzalar , Allah eləməmiş, hər ölkədə baş verə bilər, hər zaman baş verə bilər: ən qüdrətli ölkələrdə baş verə bilər və verir də. Əsas məsələ, operativlikdir, vəziyyəti dərhal nəzarətə götürməkdir. Xalqın özünün belə məqamda dövlətə dəstək olması, yüksək şüurluluq göstərməsi qəzanın miqyasını, dəyən ziyanın həcmini genişlənməməyə qoymamaqda, təhlükəni tez bir zamanda aradan qaldırmaqda çox vacib şərtdir.
Qəzanın davam etdiyi iki gündə insanların razılıqla qarşıladığı qürurlu məqamlar az olmadı: həmin ərəfədə nəqliyyatın pulsuz işləməsi, Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif metrostansiyaların ətrafında və "Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində sərnişinlərə su paylanılması təşkil edilib.

Mingəçevir İstilik Elektrik Stansiayasında baş verən qəzanın dərsləri

Əziz Əlibəyli adlı bir vətəndaş isə metronun "Nərimanov" stansiyasında tuneldən çıxanların vəziyyətlərinin pis olduğunu görərək onlara öz hesabına su paylayıb.

 
Mingəçevir İstilik Elektrik Stansiayasında baş verən qəzanın dərsləri

  Bu cür xeyirxahlıq addımları qürurvericidir.  Çətin məqamlarda, ekstremal vəziyyətlərdə insanlar başlarını itirməməli,  bir-birlərinə həyan olmalı, üz vermiş qəzanın  nəticələrinə qarşı elliklə  mübarizə aparmalıdır.

Amma saytların birində susuz qalmış məhəllələrin birində maşınla su satılmasını əks etdirən bir şəkil paylaşılmışdı. Gərək olmasın.

İnsanlar qarşlaşdıqları hər bir  çətinlikdən yalnız həmrəy olmaqla, şəfqət, mərhəmət paylaşmaqla  xətər görmədən ötüşə bilər.
 

Mingəçevir İstilik Elektrik Stansiayasında baş verən qəzanın dərsləri


 Məmməd Araz - Yaxşılıq


Yaxşılıq neçə min ilməli hana,
Nəsildən nəsilə qalan varımız.
Fəqət yaxşılığı başa qaxana
Kişi deməyibdir babalarımız.
Bəzən baş-başa gəl qarla, yağışla,
Birinə səadət
        həvəsində sən:
Əsil insanlara
        dünya bağışla,
Bir çürük qoz umma əvəzində sən.
Olma təmənnalı
        yaxşılıq acı.
O, zəhər qatılmış
        çörək kimidir.
Ya da bir kasıbın,
Bir naillacın
Könülsüz satdığı inək kimidir.
Ya gürşad aparar,
Ya həllənc vurar,
Ya da döşü yanar--
Südü quruyar...

Mingəçevir İstilik Elektrik Stansiayasında baş verən qəzanın dərsləri 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz