» » Geyim abırlı olmalıdır ( I yazı)

Geyim abırlı olmalıdır ( I yazı)

Geyim abırlı olmalıdır  ( I yazı)

Gözəl və yaraşıqlı görünmək, istər qadın olsun, istərsə də kişi, fərqi yoxdur, hər kəsin istəyi və səyidir. Amma ən bahalı, ən dəbli geyim tam gözəllik sayıla bilməz. Ətrafımızda o qədər zəngin geyinən insanlara rast gəlmişik ki, bir balaca hərəkətini seyr edən kimi, danışığını eşidən kimi, təəssüf etmişik. Əynindəki geyim, ayaqqabısı, qolunun saatı, eynəyi, mobil telefonu çoxlarının həsəd apardığı brend məhsullar olan belə şəxs kişidirsə, üzünə deməsək də, içimizdə pıçıldamışıq: "qalstuklu odun parçası”. Qadındırsa, "oğlumdan, nəvəmdən, 7 bina ünüm çatandan uzaq olsun”,-deyə dua etmişik.
Çox ibrətamiz bir atalar məsəlimiz var, deyərlər ki, bizdə insanları geyiminə görə qarşılayar, danışığına görə yola salarlar.
Ümumiyyətlə, geyim mədəniyyəti həm də taleyüklü və həssas bir məsələdir.
Qadınla bağlı olması isə bu həssaslığı bir qədər də artırır. Son günlər müxtəlif kütləvi informasiya vasitələrində metroda şortik geyinmiş qızla  onun geyiminə etiraz edən  gənc arasında baş verən qalmaqal, eləcə də şəhərin küçələrində vətəndaşlarla bu mövzuda  aparılan sorğular  bir daha məni bu yazıya qayıtmağa vadar etdi.
Mətbuat və televiziya cəmiyyətdə mövcud olan fikir və münasibətləri, aktual məsələləri əməlli-başlı həzm edib cəmiyyətə ötürməlidir: yaxşısını yaşatmalı, qorumalı, gələcəyə miras qoymalı, bu xalqın əsrlərlə mövcud olmuş əxlaqi-mənəvi dəyərlərinə yabançı olan meyilləri isə ictimai qınağa tuş gətirməliddir.
Təəssüf doğuran budur ki, istər cəmiyyətin, istərsə də mətbuat və televiziyanın, konkret olaraq, haqqında bəhs etdiyimiz məsələyə münasibəti seyrçi münasibətdən uzağa getmir. Kütləvi informasiya vasitələrinin son illər tirajladıqları manşetlərə, şəkil və hərəkətli süjetlərə nəzər salmaq kifayətdir ki, bu qənaətə gələsən ki, məqsəd heç də xəbərləndirmək, maarifləndirmək deyil, sadəcə, auditoriya qazanmaq naminə qalmaqallardan, model və aktrisalardan, macəralı həyat tərzindən gen –bol istifadə etməkdir.
Fikir vermisinizsə, televiziyada yayımlanan əksər şou verilişləri hər zaman qarşıdurmalarla yadda qalır.
 Metroda şortikli qızla bağlı hadisə bir neçə gün manşetləri zəbt etdi. Eşidib bilənlər də eşidib bilməyənləri məlumatlandırdı, çoxvariantlılıq yarandı. Hətta, qızın intihar etdiyi barədə də məlumat bu xəbərlər sırasında yer aldı. Məsələ ilə bağlı rəyi soruşulan qadın respondentlərin, həmçinin social şəbəkələrdəki yazılara rəy yazan oxucuların, demək olar ki, əksəriyyəti şortikli qızın, eləcə də bu sayaq geyinən digərlərinin mövqeyini dəstəkləyir, onları müdafiə edirlər.
Mənə görə, "şortikli qız”dan əvvəl də, bu gün də mənəvi həyatımızda aşınmalar var və bunlardan ən ciddisi elə geyim və həyat tərzi ilə bağlıdır.
Yəqin ki, çoxlarınız kütləvi informasiya vasitələrində erkən nikahların pozulmasını əks etdirən statisikaya rast gəlmisiniz.Deyim ki, indiki gənclərin böyük əksəriyyəti bu gün malik olduqları düşüncə və bacarıqlarla keçən əsrin 70-80-ci illərində yaşamış olsaydılar, ya evdə qqlıb qarıyardılar, ya da nikah vaxtları çox gecikərdi. Keçən əsrin 80-ci illərində yaşamış şəxslər, siz heç gördünüzmü belə gəlinlər? Şəkildəki gəlinlər(qadınlar) bizim həyatdan çəkilməyib. Amma artıq bizim həyatda da gəlin geyimləri narahatlıq doğuracaq qədər açıq-saçıqdır.

Geyim abırlı olmalıdır  ( I yazı)

Tarixdə ilk gəlinlik paltarının Qədim Misirdə e.ə. 4-cü minilliyə aid olduğu güman edilir. İlk nümunələr ağ rəngli parçaların üst- üstə birləşdirilməsi ilə yaradılıbmış.
Qədim Romada isə gəlinlik paltarının rəngi sarı olub:gəlinlər həm də sarı rəngli çadra taxıblarmış. Bu yolla evli və subay qadınlar ayırd edilirmiş.
Orta əsrlərdə isə gəlinlik paltarları üçün müəyyən bir rəng olmayıb. Sadəcə, parçanın keyfiyyəti və hazırlanan toy paltarının dəbdəbəli olması şərt idi. Bu, ailələrin nüfuzunu və iqtisadi səviyyəsini göstərmək məqsədi daşıyırdı. Çünki toylar, adətən, ailələrin statusunun göstəricisi sayılırdı və olduqca cəlbedici keçirilirdi.
Ağrəngli gəlinlik libaslarının tarixi isə XV-ci əsrin sonuncu ilindən başlanır. 1499-ci ildə 12-ci Lois ilə evlənən İngiltərəli Ana ilk ağ gəlinlik libasını geymişdir.
Bugünkü gəlinlik modellərinin ilk nümunəsini isə 1854-cü ildə kraliça Viktoriya Şahzadə Albert ilə evlənərkən geyinmişdir. Bu, 5,5 metr quyruqlu ağ atlaz parçadan tikilən dəbdəbəli gəlinlik paltarı idi.
Ağ rəng ismət və bakirəlik simvolu kimi seçilmişdi.
Şərqdə, xüsusilə Çin və Hindistanda gəlinlik kimi qırmızı ipək paltarlar hazırlanırdı. Çünki bu ölkələrdə qırmızı rəngin şans gətirdiyinə hər zaman inanılır.
Deməli, gəlinlik libasının rəngi və aksesuarları da rəmzi məna daşıyır, özü də yaranışdan. Bu gün təqdim etdiyimiz şəkillərdəki kimi açıq-saçıq görkəm isə ismət və bakirəlik anlamlarını heç əks etdirmir. Toy məclisinin iştirakçıları arasına bu cürə geyimlə çıxmaq, məncə, doğru sayılmamalıdır.
İndi bu şəkildəki gəlinlik libaslarına və geyim tərzinə diqqət yetirək.

Geyim abırlı olmalıdır  ( I yazı)


Abırlı deyilmi, gözəl deyilmi? Elə bir hökm yoxdur ki, gəlinlər mütləq hansısa bir formada, hansısa bir rəngdə geyinməlidir. Ailənin maddi imkanları daxilində istədiyin parçadan, əvvəldə qeyd etdiyimiz kimi, libas seçə bilərsən, istədiyin aksessuarı seçə bilərsən, amma gəlinlik libasının ehtiva etdiyi məsumluq ölçüləri gözlənilməklə. Mənə belə gəlir ki, geyim nə qədər ağayana olsa, onu daşıyan/geyinən insana qarşı baxış və münasibət tərzi də əxlaqi olur. Belə libas onu daşyanın özünü də, onu görənləri də saflaşdırır. Əgər kiminsə şüurunun altqatında çirkin niyyət, hərislik varsa, abırlı geyim belə adamın özünü tənzimləyir. Hətta, geyinən özü də əynindəki paltarı tamamlamalıdır. Yoxsda, ikrah doğuracaq Bu, eləcə də adi günlərdə geyinən libaslara da aiddir.
Xaricdə təhsil sistemində müəllim və tələbələrin geyim nümunələrinə aid internetdə rast gəldiyim daha  2 şəkli paylaşıram.
Ali məktəblərimizin qarşısında müşahidə etsəniz , bizdə də belə geyinənlərə rast gəlmək mümkündür.

Geyim abırlı olmalıdır  ( I yazı)

 

Geyim abırlı olmalıdır  ( I yazı)

İnanmaq olarmı ki, belə əhatədə tələbənin, müəllimin bütün diqqəti öyrənməyə və yaxud öyrətməyə xidmət edir. Mən inanmıram. Bilirəm, dostlarımızdan deyənlər çox olacaq ki, geyinənlərdə günah yoxdur, günah şüurların alt qatında gizlənən baxışlardadır. Zahirən belə görünə bilər.
Mən bir çox telekanallarda müşahidə etmişəm, şou adamı deyimmi, sənət adamı deyimmi, elə geyimdə səhnəyə çıxıb ki, verilişdə iştirak edən digər iştirakçı, aparıcı birbaşa ekranda tamaşaçıların ciddi etirazına səbəb olan hərəkətlər ediblər, qarşı tərəfə, həmsöhbətinə əl-qol uzadıblar, dəvət edilən kişi iştirakçı dəvət edən qadın iştirakçını qolları üstünə götürüb. Mən elə düşünürəm ki, qarşı tərəf geyimi ilə, oturuşu-duruşu ilə buna "povod” verib. Aşağıdakı  şəkil də xarici ölkələrin həyat tərzini əks etdirir. Müğənni səhnəyə necə çıxıb. Kimə lazımdır belə mədəniyyət, onu təbliğ edən belə ziyasız "ulduz"?

Geyim abırlı olmalıdır  ( I yazı)

Doğrudur, incəsənət — insan hisslərinin təsvir edən vasitədir, amma incəsənətin özünün də bir estetik norması, müdriklik haqqı olmalıdır. Belə sənət "ulduzları"nın auditoriyası, baxın, necə can atırlar ki, əllərini bir təhər bu "geyinmiş çılpağa" toxundura bilsinlər, müğənninin anatomiyasını, naturasını telefonlarına nəqş etmək üçün basabas salıblar. Bizdə bundan betərdir. Azisin Bakıdakı konsertində belə pərəstişkarlar qızlar oldu.

Geyim abırlı olmalıdır  ( I yazı)

 

Geyim abırlı olmalıdır  ( I yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz