» » Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir

 
Daha üstünü ola bilməz. Musiqi vasitəsilə Tanrıya yaxınlaşma və oradan insanlığa səslənmək . 
Bethoven

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir. Qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsinin fikridir bu sözlər.
Əgər bir cəmiyyətin  ahəngdar  işləməsini təmin edən  şərtlərin  biri və ya bir neçəsi pozulmuşsa, o cəmiyyət getdikcə süqut edər.  Əgər bir xalqın  tarixi, dili, mədəniyyəti məhv olarsa, onda  həmin xalq özü də  tədricən tarixin səhnəsindən silinmiş olar.

 Elə məni  bu yazını  yazmağa vadar edən də   gənclərimizin   həyat zövqü ilə bağlı  müşahidə etdiyim  vulqar  meyillərə  qarşı   narahatçılıqlarımla  bağlıdır, ən çoxu da musiqi ilə.

Bu gün  incəsənətimiz aşınmalara çox məruz qalıb. Adını cürbəcürə janrlar qoyub  insanların mənəviyyatını zədələyirlər.

XVII - XVIII əsrlərdə yaşamış  ingilis yazıçısı U.Konqriv  yazırdı ki, musiqinin  vəhşi  heyvanları yumşaldacaq,  qayaları mum edəcək, yüzillik çinarları  əyəcək  bir  qüdrəti  vardır. İnanın ,  bu fikrin  etik-estetik mahiyyətini heç də hamı    anlaya billmir, ya  da  belə düşünürlər ki, yəni yaxşı  şeydir, insanı sakitləşdirir, şənləndirir, qüvvətləndirir. Təbii ki, bunlar da var.   Amma  musiqinin, eləcə də  hər hansı ictimai məzmunlu  sənət  əsərinin  bu  xüsusiyyətləri    şüurun üst qatı  ilə qəbul etdikləridir, amma ən dərin mahiyyət  onun alt qatındadır.  Bir balaca  da sadələşdirib desək,  musiqi  fiziki  mənada nə heyvanları yumşalda bilər, nə qayaları mum edə bilər, nə də ki, yüzillik çinarları  əyə bilər. Heyvanlar , ağclar  canlı olduğuna görə, musiqini hiss edə bilər, bəs qaya?

Fərhad  Şirinin sevgisinə qovuşa bilmək  üçün  Bisütun dağını çapıb süd arxı çəkməli idi.   Çəkirdi də,  "yorulmaq” siqnalını  belə "de-aktivləşdirmişdi”,  nə qalmışdı ki….

Кi: Fərhad Şirini görüncə, haman

Qolunun qüvvəsi birə yüz artdı.

Hər vuranda dağdan bir dağ qopartdı.

Şirini görəndən qəlbi şad olub,

Daşların sərtliyi qoluna dolub.

Zərbələr vuranda görmüşüк onu,

Sütunsuz edəcəк o, Bisütunu.

Eşqdən artmışdır qüvvəti qat-qat,

Aləmi qoymuşdur кülüngünə mat.


Xosrov  bundan əndişələnməyə  başlayır  və   çox keçmir ki, qasidi ilə yalandan  Fərhada  guya Şirinin  öllməsi barədə   xəbər   göndərir.   Bu acı xəbərə dözməyən  Fərhad  özünü dağdan atır və ölür. 

"Bisütunu  sütunsuz  edən” güc  böyük məhəbbət idi, amma Xosrovun  şəhvani  hərislikləri  ilə  hüdudlanmış  məhəbbət yox,  külüncü ilə dağlara-daşlara səs salan  əsl Fərhad  məhəbbəti.

Ədəbiyyat, incəsənət,   bax,  budur: insanı mənən kamilləşdirir, saflaşdırır, cəsarətli edir.  Bu cür  sənət nümunələrində   həyatın gözəllikləri  insana elə təqdim olunur ki,  onu görən, duyan  heç bir ürək  sahibi  nankorluq edə bilməz,  qəddarlıq edə bilməz.

Əgər bir ölkənin  inkişf səviyyəsini,mədəni-əxlaqi  səviyyəsini müəyyən etmək istəyirsinizsə,  həmin ölkənin musiqisini dinləyin .

Konfutsi

 O insan ki, içində musiqi duyğusu yoxdur, ürəyi səslərlə riqqətə gəlməz, hissləri gecə kimi qaranlıqdır .

                                                                                                              Şekspir

Musiqinin olduğu yerdə  pislik yaxınlaşa bilməz.

                                               Servantes 

  Nisbətən       yaşları qədər   onlardan  böyük olduğumuz  gənclər    bunun fərqində ola bilməyəcək.  35 -40 il  bundan  öncəki  sevgilər  indiki sevgilərdən qat-qat mənalı və möhkəm idi.  Onda bu qədər xəyanətlər, onda bu qədər  pozulan  nikahlar,  nikahdankənar doğulan uşaqlar  yox idi. Əgər desəniz ki, o vaxt zaman  başqa idi, indi başqa.  Olsun, zaman  şairin sözü olmasın, biz yixuda olanda da  daim irəli gedir.  Bunu kimsə saxlaya bilməz. Fəqət, o dövrün ideologiyası, hədəfləri  güclü idi.  Söhbət sevgidən və mahnıdan gedirsə,   o vaxt   bir balaca  fərqlii geyinən  qız olsa idi ( bu cür geyimlərdə də  eyb yox idi, sadəcə,  dövrün  baxış  bucağı belə geyimləri də qınaqla qarşılayırdı),   onda belə qızların ailəsi, həyəti  oğlan  evindən  gələcək elçiləri daha gözləməli olurdu. Gələn elçilər isə   çox vaxt ya  digər kənddən, ya da  digər rayondan və s. olacaqdı.

 Bizim fakültəyə o vaxt   hər il 250  tələbə qəbul olunardı:  yarıdan çoxu da  qız.  Doğru deməsəm, o illərin  tələbələri    müasirlərimizdir, onlar şahiddirlər. Dekan müavinləri vardı : Mürsəl Həkimov və  Q.Bağırov.   Onların  tələbkarlığı o qədər  ciddi idi ki, hansı tələbə qız  indiki kimi  şalvarla, yarıçılpaq geyinib  dərsə gələ  bilərdi və yaxud  dizləri cırıq-sökük   şalvarla. O vaxt  şalvar geyinən  də yox idi.

 

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir

Amma    bu yaxınlarda     universitetlərin  birinə getmişdim.  Axtardığım şəxslə  universitetin  giriş qapısında görüşəcəkdik . Dərs çoxdan başlasa da,    içəri daxil olan-çıxan o qədər tələbə  vardı ki.  Geyimləri,  hərəkətləri  marağımda idi. Düşünürdüm ki, bu  qızlar 1-2 ildən sonra müəllim olacaq,  "bir evdən bir evə səadət aparacaq”,  bəs  bu natura ilə necə?

 Səbəblərini arayası olsaq ,  indiki  gənclərin baxışlarını bir ayrı mədəniyyət, bir ayrı musiqi  formalaşdırır.

 Bizim   illərin mahnılarından bir nümunə   gətirim: "Eşqimin növrağı”. Mahnı "O,  körpəmin anasıdır” kimi də məşhurdur. Mahnının  sözləri    Professor və çox gözəl  şairimiz Qasım Qasımzadənin,  bəstəkarı isə alim və həvəskar bəstəkar Hacıbaba Həsənova məxsusdur:

 

Könlüm düşdü diyar-diyar

Bir kəkliyin sorağına,

Ha yalvardım, o qonmadı

Məhəbbətin budağına.

***

Meyl etmədim bir gözələ,

Sədaqətim düşdü dilə.

Mən and içdim ildən-ilə

İlk eşqimin növrağına. 

***

Bir gün yenə onu gördüm,

Dilə gəldi həmin dərdim.

Bir dəstə gül-çiçək verdim,

O, almadı qucağına. 

***

Əllərimdə gülüm soldu,

Riqqətimdən gözüm doldu.

Sinəm başı hədəf oldu

O dilbərin bu dağına. 

Sanma könül sınasıdır,

Kərəm olub yanasıdır.

O, körpəmin anasıdır,

Vurulmuşam bu çağına.


 Bu mahnının az qala, mənim yaşım qədər  tarixi var.  Amma  təsiri-ləzzəti canımızdan, qanımızdan heç çıxmadı, çıxmasın da.  Bir vaxt ailə yuvası qurmağa  tətitdi bizi…indisə qorumağa, qədrini bilməyə: O, KÖRPƏMİN ANASIDIR .

Bu, bir  vəfa, əhd harayıdır…

 İndi təqdim edəcəyim   mahnıya  cəmi 3-4 gündür  rast gəlmişəm.


" Bilsməzdim…Bilirəm…” 

Sözləri: Azər Şirin

 Bəstəsi:  Tərlan Məmmədhüseynov

 

Sevsəm belə məni sevməyəcək

Ölsəm yenə geri dönməyəcək

Bunu bilirəm

Kimlər onu sənə bənzətəcək

Sevgin ürəyimə zülm edəcək

Bunu bilirəm

(Nəqarət)

Bilməzdim ki, bilirəm bil bu qədər

Saxta,yalan xoş sözlərini

Bilməzdim

Bilməzdim ki,sevirəm bil bu qədər

Aldanıram çək gözlərini

Bilməzdim ki,bilirəm bil bu qədər

Mənə toxunan əl izlərini

Bilməzdim

Bilməzdim ki,sevirəm bil bu qədər

Aldadıram özümü

 

göylər töksə leysanını

yağsa yağış yer üzünə

hicranından yansa ürək

çıxmasa heç gün üzünə

 

Bu mətndə  varmı  yuxarıda bəhs etdiyimiz sevgi . Ağlamaq, giley, yalvarış  süzülür misralardan.  Müğənninin bu janr üçün ifa tərzi,  səhnə  hərəkətləri pis deyil, klipin kompozisiyası  maraqlıdır, amma  mətn tələm-tələsik sevənlərin, təsadüfi tanış olanların hissləridir.

 Yaradıcı təşkilatlar  laqeyd qalmamalı, az-çox qabiliyyəti olan, ümid verən gənclərə dəstək olmalıdırlar. Məncə, mətn yaxşı olsa,  bəstə və ifa da  dövrəni tamamlayacaq.

 

 Musiqi dilini  öyrənilməsi digər dillərin  mənimsədilməsinə  bənzər, buna  yalnız uşaqlıqdan başlayaraq  öyrənənlər ona sahib ola bilərlər

                                                 Rubinşteyn

 Əsl  musiqi ruha həqiqi bir qüdrət verir və millətin tərbiyəsində vacib amil olur .

                            F. Qizo

 Mənim lüğət fondumda "hadisə" sözü olub, amma "Hadisə" adı  olmayıb, olmayacaq da. Son bir-iki ildir hərdən adını eşitsəm də, heç vaxt diqqət ayırmamışam. 5-10 gün dür söhbət gəzir ki, Hadisə Azərbaycana gəlir, özü də 1 milyona. İndi isə bir jurnalist həmkarımızın  bu mğvzuda bir statusunu oxuyub, Youtubeyə  üz tutdum:  bir neçə  klipini  izlədim. 

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir

Olsun ki, Avropa  üçün belə musiqilər, səhnə kompozisiyaları  məqbuldur: boyaboy əxlaqlarına, təfəkkürlərinə  biçilib.  

"Qayınana” filmini göz önünə gətirin xəyalən, Nəsibə xanım estrada mahnısına  "tvist” gedən  Afətə qoşulub   rişxənd mənasında onu yamsılamaq  istəyir. Baxışları qəflətən divardakı şəkildə   Məşədi Kazımın çəpəki baxışları ilə qarşılaşır və bir anlıq  çaşdığının, şeytanın onu  yoldan çıxartdığının fərqində olur. Axı onun dövründə qadınlar   belə əl-qol açıb oynaya bilməzdi, özü də  bədən əzalarını  bu cürə əsdirə-əsdirə?  Əli (Tələt Rəhmanov)    yağlı dilini işə salıb  "bibi” dediyi Cənnət xaladan  pul alarkən    sevindiyindən "gəl səni bir dəfə öpüm” deyəndə Cənnət xala  əlini xalçanın üstündə Məşədi Kazımın  şəklinə uzadıb deyir ki, bu rəhmətliklə 30 il bir yastığa baş qoyduq,  bir dəfə məni maç etmədi.

Çünki  arada hörmət-izzət vardı ,  arzuolunmnayan  intim meyillilik və akselrasiyanın doğura biləcəyi  fəsadlara tuş olmamaq üçün əza  həzzi ilə ağılın  arasında  bir sərhəd vardı,  hər kəs də bu sərhədi gözləyirdi.    

 Yumoristik olsa da, hər iki epizodda dərin hikmət var . Dünyadan köçmüşlərə   bu cürə   vəfa nümunəsinin  cövhərində   sevginin özündə, halalca ər-arvad  münasibətində  gözlənilən bu sərhəd həddi durur. 

 Bizim musiqilərimizdə  heç vaxt akselrasiyaya  meyillik olmayıb. Əgər varsa, yeni əsrin  notlarıdır.


Bu yeni musiqilər adamı  lap hürküdür,

Mətnlər söz yığını, mahnısı diringidir.


Caz muğama, rep saza guya ki, sintez olub,

Bilmək olmur bu səs-küy rusun, ya mənimkidir.


O gün qulaq asanda yüyürmüşəm qapıya,

Elə bilmişəm çalınana lap qapının zəngidir.


Buna görə məzəmət eyləyəndə onları,

Deyirlər səslənən musiqi çələngidir.


Odur ki, tıxayıram çox zaman qulağımı,

Çünki bu du diringilər ürəyimi təngidir.


Bilmirəm kim yazıb bu yumorlu  misraları,   bugünkü şou musiqisinin, Azizsin, Hadisənin, Kardaşyanın, kimin, kimin  mahnılarının  yaratdığı  ovqata  çox uyğundur.

Çox arzu edirəm ki,  gənclərimiz belə musiqilərə diqqətlə, məntiqlə yanaşsınlar.  Onlar  dünya mədəniyyətindən təcrid olunmasınlar, amma meyilli də olmasınlar. Qızlarımız isə   bir  qədər  də  ehtiyatla. Üstlərində  Məşədikazımların çəpəki baxışlarını hər zaman  hiss etsinlər. Bu, onların   əbədilik səadətlərini hifz edər.

 Saytlardan oxudum ki,  guya   bu konsertə Tarkan da gələsi imiş və  guya  Kiprdə ona  1 milyon 300000  TL  verdikləri üçün oranı seçib. Hadisə 1 ilyon TL ilə razılaşsa da,   mədəniyyətimizi, mənəviyyatımızı  əcaib təsirlərə məruz qoyan  belə müğənnilərə bu pulu niyə verməliyik?  Mən də  bu milyonların məxsus olduğu xalqın  bir nümayəndəsiyəm,  amma pul mənim deyil ki, "heyifdir, verməyin” deyə bilim.

 Azisin, Hadisənin  mahnılarında, səhnə geyimlərində, hərəkətlərində  əxz edilməli nəsə  varmı?! Şəxsən,   mən  bilmirəm.

Hörmətli  musiqi tənqidçiləri, kulturoloqlar,  mədəniyyət adamları danışın da. Bu qədər    böyük konsertlər verilir, amma  onlar haqqında heç bir yazı verilmir. Sadəcə, necə qarşıladılar, necə təzim etdilər, necə yola saldılar, məlumatlar bundan ibarət olur. Onlar gedəndən sonra bizim şouçular da  orasına-burasına  bir az əl gəzdirib, düşürlər  gənclərimizin   şüur qatlarının ən üstünə.


 Rusiyanın "Mir24" kanalında Quba almasından reportaj təqdim etmişdilər və deyirdilər ki, bu almanı yerli əhali 25-30 sentə çıxarırlar. Təəssüflə bildirilirdi ki, hətta, bəzən onlar məhsullarını bazara çıxara bilmədikləri üçün tədricən bu meyvələr mal-qaraya yem olur.Amma "Alma almaya bənzər”dəki gözəllik, dad assosiasiyası yaradan Quba almasını  bu gün maşınların  yük yerində  "navalnom” gətirib 2-3 kq-nı 1 manata satırlar,  bir qədər də miskin görkəmlə ki,  alıcıların mərhəmət duyğularını oyada bilsinlər.  Meyvənin də gərək bəxti olsun: xaricdən hər birinə yuva düzəldilmiş xüsusi taralarda gətirilən və üstünə salfet kağızlardan libas bişilmiş bu əcnəbi almalar vitrində də elə canıyananlıqla təqdim edilir ki, satan , hətta, belə matah satdığı üçün   qürurlanır da hələ.
Guya, xaricdən gətirilən almalar bir ayrı məkanda yetişdirilir, həcm, keyfiyyət və s. baxımından bir ayrı özəlliklərə məxsusdur, Quba alması, Qəbələnin "Qızıləhmədi” si isə bu özəlliklərə uyğun deyildir. Halbuki, xarici ölkələrdən ölkəmizə gətirilən belə süni "ənlikli-kirşan”lı almaların səthi müxtəlif karbohidrogenlər qarışı olan parafin və mumla dərmanlanır ki, parıltılı görünsün, bir az da çox qalsın. Bu almaları bəzən elə birbaşa alan kimi yeyirlər. Amma həkimlərin tövsiyəsinə görə, onları suyun altında yaxşı-yaxşı yumaq lazımdır ki, üstündəki daxili orqanlar üçün təhlükəli olan mum və parafindən təmizlənsin.
Bəh-bəhlə xaricdən dəvət edilən müğənnilər də, idmançılar da belədir.
Bolqar əsilli müğənnis Azis (Vasil Trayanov Boyanov)Bakıya gələndə zahirən əlçatmaz, ünyetməz təsiri bağışlayan qızlarımızın nə qədər həmcinsi oldu ki, Azisə bir ayrı  simpatiya göstərdilər. Kor-koranə, dilindən, mahnlarının məzmunundan heç nə anlamadan.  Heç o qızlardan bu bolqar müğənnisinin musiqisi " sizdə nə etik-estetik təssürat oyatdı”,-  deyə sorsanız,  çiyinlərini atmaqdan qeyri cavabları olmayacaq.
 

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir

 Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir 

Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir 

Sözsüz ki, belə "meqastar"ların  tamaşaçıya heç ehtiyacları da yox. Çünki tamaşaçıların gəlib-gəməyəcəyinin həmin müğənnilərin qanorarına heç təsiri olmur.
İndi də, yazının əvvəlində qeyd etdiyim kimi, müğənni Hadisə yeni ili Azərbaycanda qarşılayacaq.  Həm Yeni il şənliyini qeyd edəcək, həm də  bir müəllimin 80 il qəpiyinə əl vurmadan   işləyib toplayacağı puldan da çox pulla.
Çox arzu edərdim yazını oxuyanlar tərəfindən doğru anlaşılım. Mən balaca auditoriyamız olsa da, heç vaxt reytinq arxasınca qaçmadıq, auditoriyamızı məxsusi olaraq hədəflədik: özümüzü  hər zaman saf, əqidəli, intellektual oxucularımızın qarşısında hiss etdik. Saytımızın 5 illik fəaliyyəti göz qabağındadır. Yazdıqlarımızla yolumuzdan geri çəkilmədik, nəyi necə gördüksə, elə də ifadə etməyə çalışdıq. Mərəkə qaldırmağa yox, fikir mübadiləsi aparmağa boy verdik. Qarşıdurma ilə,
itaətsizliklə yox. Rastlaşdığımız bütün problemlərin demokratik yolla, dövlətçiliyimizin maraqları ən üstün tutulmaqla həll ediləcəyinə tapındıq. 

Sonuna gəlib çatdığımız bu yazı da  oxucularını bəşəri  mədəniyyəti inkara körükləməməlidir. 

Əgər   hər hansı xalqa məxsus musiqi  nümunəsi  bəşəridirsə, insanı mənən kamilləşdirəcəksə, rahat edəcəksə,  niyə də ona  laqeyd qalmalıyıq?! Dünyanı, insanlığı  qorumağa, yaşatmağa xidmət edən hər  incəsənət nümunəsi əxz edilməyə layiqdir.

 Mən bu cür düşünə bilən insanların sırasındayam, sonadək də onların sırasında olacağam, heç olmazsa, ən sonuncu. Fəqət, bu gün kor-koranə Avropa musiqisinə   meyil edən  gənclərimizin estetik görüşlərini qəbul edə bilmirəm.  Bu, həm  cəmiyyətin, həm də hər birimizin qayğılarıdır. 

Biz düşünürük ki,  insan mənəviyyatının sağlam əsaslar üzrə  formalaşması   onun oxuduğu kitablarla, tamaşa etdiyi ekran əsərləri ilə, musiqi ilə bağlıdır.

Dünyanın, insanlığın nicatını elmin, mədəniyyətin təntənəsində görürük. Amma etidal("Orta hədd”) gözlənilməklə. Etidal naqisliklə nəcib əxlaqi keyfiyyətlərin, qəddarlıqla mötədilliyin arasında sərhəddir, ara məsafədir: incanları da, cəmiyyəti də aşınma və hər cür mümkün fəlakətlərdən xilas edə bilər.



  Nəğmədir ürəyin sevinci, ahı,
Gərək nəğmələrə insan can verə.
Xalqımın "Şüştəri", "Zabul-segahı",
Quşları göylərdən endirir yerə.

     Ə.Quluzadə                      

                              Bir cəmiyyətin musiqisi pozuldumu, o cəmiyyətdə bir çox şey pozulmuş deməkdir                

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz