» » "Ən böyük dərd isə biganəlikdir..."

"Ən böyük dərd isə biganəlikdir..."

  

"Ən böyük dərd isə biganəlikdir..."

İntihar  xronikaları:

1. 2015-ci il yeni dərs ili ərəfəsində  İsmayıllı rayonunda 12 yaşlı İsmət Əsədov  evin anbarındakı çardaqdan özünü asaraq intihar etmişdir.

İsmətin  intihar etməsinin  səbəbi kimi   məktəbli formasının və dərs ləvazimatlarının olmadığı iddia edilirdi. Başqa bir iddiaya görə isə 12 yaşlı məktəblinin nevroloji problemləri var imiş.

 Hadisə yerində olmuş    muxbir  onun atası ilə söhbətləşib:

"Ata İsmətin intihar etməsinə səbəb olacaq vəziyyəti belə danışdı: "Ailəmizdə maddi çətinliyimiz var. Bir neçə banka kredit borcumuz var. Son zamanlar ödəyə bilmirdik. Borclar qızımın xəstəliyinin müalicəsindən sonra yaranıb. Bankdan götürdüyüm krediti verə bilmirdim. Ödənişləri başqasından borc alıb qaytarırdım. Sonra bu borclar da çoxaldı. Borcları da qaytarmaq üçün yenə də kredit götürdük. Yoldaşımın da, mənim də adıma kredit var. Heç birimiz işləmirik. Qazancımız elə bağda işləməkdən çıxır. İsmətin intiharından iki gün əvvəl bankdan evə bir neçə nəfər gəlib. Biz evdə olmamışıq. Qızım və balaca uşaqlar olub. Uşaqlara deyiblər ki, əgər borcunuzu ödəməsəniz, polislə gəlib evinizdəki əşyaları aparacağıq. Uşaqlar qorxmuşdu. İsmət də bundan təsirlənmişdi. Bilirəm ki, maddi sıxıntılar ona təsir edirdi. Amma gizlətmək də olmurdu axı. Hər şey göz qabağında idi".

"Ailəmizdə maddi çətinliyimiz var. Bir neçə banka kredit borcumuz var. Son zamanlar ödəyə bilmirdik. Borclar qızımın xəstəliyinin müalicəsindən sonra yaranıb. Bankdan götürdüyüm krediti verə bilmirdim. Ödənişləri başqasından borc alıb qaytarırdım. Sonra bu borclar da çoxaldı. Borcları da qaytarmaq üçün yenə də kredit götürdük. Yoldaşımın da, mənim də adıma kredit var. Heç birimiz işləmirik. Qazancımız elə bağda işləməkdən çıxır. İsmətin intiharından iki gün əvvəl bankdan evə bir neçə nəfər gəlib. Biz evdə olmamışıq. Qızım və balaca uşaqlar olub. Uşaqlara deyiblər ki, əgər borcunuzu ödəməsəniz, polislə gəlib evinizdəki əşyaları aparacağıq. Uşaqlar qorxmuşdu. İsmət də bundan təsirlənmişdi. Bilirəm ki, maddi sıxıntılar ona təsir edirdi. Amma gizlətmək də olmurdu axı. Hər şey göz qabağında idi".

Maddi imkanları zəif olan ailənin qızını bir aydan çoxdur ki, borc səbəbindən "Azəriqaz"ın işçiləri kəsibmiş. İntihar hadisəsindən sonra ailənin qazı verilib. Əsədovlar ailəsi İsmayıllının Müdrüsə kəndindən 2007-ci ildə rayon mərkəzinə köçüblər. 1977-ci il təvəllüdlü Qismət Əsədov fəhləliklə məşğul olur. Əlavə iş olaraq isə dağlarda itburnu yığmaqla məşğul olan Qismət Əsədov bununla ailəsinin dolanışığını təmin etməyə çalışıb. Oğlu İsmət də elə bu işdə atasına kömək edirmiş. Evin böyük qızı uzun illərdir ki, bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkir. Elə ailənin borcu da övladlarının müalicəsindən sonra çoxalıb. Qismət Əsədovla söhbətimizdə məlum oldu ki, onların 3 banka ümumilikdə 9 min manata yaxın borcu var. Amma bu borcu heç cür ödəyə bilmirlər” (Bax: https://news.day.az/society/614152.html ) .

Məktəb direktoru E.Məmmədova görə  İsmətin məktəbdəki davranışı, dərslərinə hazırlığı  yaxş olub, sinif yoldaşları ilə normal münasibətdə olan şagird olub.

 Məktəb direktoru İsmətin məktəbli formasına görə intiharı seçməsi haqda deyilənlərin doğru olmadığını dedi: "Hansı səbəbdən bunu edib dəqiq deyə bilmərik. Amma məktəb formasına görə belə bir iş tutması mümkün deyil. Onların ailəsini yaxşı tanıyıram. Maddi imkanları yaxşı olmasa da, məktəb forması almayacaq qədər deyil. Onun atası çox zəhmətkeş insandır. Elə o insanın əllərinə baxsanız, görəcəksiniz ki, o, necə əziyyət çəkir. Ailənin bütün uşaqları tərbiyəli və sakitdir".

2. 2016 –cı ilin  mart ayının 9-da Neftçala rayonunun 2-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə Rüstəm qızı   axşam özünü ip ilə asaraq intihar edib.

Mayak 2 saylı orta məktəbin direktoru Lətifə Cəfərova intihar hadisəsi ilə bağlı azvision.az-a açıqlamasında Xədicənin savadlı şagird olduğunu bildirib:

"Xədicə çox yaxşı qız idi. Heç kim onun intihar edəcəyini gözləməzdi. Niyə belə edib? Hamı onun ölümü ilə şoka düşüb. Dünən bayram günü evlərində süfrə açıb, çərşənbəni qeyd ediblər. Xədicə yemək yedikdən sonra anasına çölə çıxıb, 5 dəqiqəyə geri qayıdacağını deyib. Üstündən 5 dəqiqə vaxt keçsə də, o geri qayıtmayıb. Anası tövləyə gedərək görüb ki, Xədicə özünü asıb. Anası Xədicənin heç bir probleminin olmadığını deyir. Onlar özləri də bilmirlər ki, Xədicə niyə canına qıyıb. Müəmmalı hadisədir.

O, çox fəal uşaq idi. Dərslərini yaxşı oxuyurdu. Onlar 3 bacıdırlar. Anası hazırda hamilədir. Bir-iki aya yenidən ana olacaq. Normal ailədirlər. Həmin gün ana qızlarını başına yığaraq 8 mart bayramını və çərşənbəni qeyd edirmiş. Xədicə anasına qadınlar bayramında hədiyyə də alıbmış..."


3. 2016-cı il noyabrın 16-da Səbail rayon 6 nömrəli tam orta məktəbin şagirdi, 12 yaşlı Fərəh Yaqubova Badamdar qəsəbəsində yerləşən evində nənəsinin dərmanlarını içdikdən sonra dünyasını dəyişib.

 Milli.Az  bu barədə  xəbəri  ailənin yaxınlarının   qaynarinfo.az-a  verdiyi məlumatlara istinadən  vermişdi. Həmin məlumata görə, 7-ci sinif şagirdi Fərəh Yaqubova dərsindən "3” qiymət alıb. Buna görə anası telefonla Fərəhi tənbeh edib. Bundan sonra Fərəh evdə nənəsinin dərmanından çoxlu sayda həb qəbul edib. Həb qəbul etməmişdən əvvəl Fərəh nənəsinə deyib ki, istəyirəm dərman içim, sonra məni aparsınlar xəstəxanaya, məni ayıldandan sonra hamı mənim nazımı çəksin. Nənəsi isə bunun təhlükəli olduğunu, belə şeyləri eləməməyi tapşırıb. Nənəsinin yuxuya getməsini görən Fərəh dərmanları içib. Səbail rayon 6 nömrəli tam orta məktəbin direktor müavini Arzu Vəliyevanın sözlərinə görə, həyata inamı böyük olan bir şagirdin intiharından belə söhbət gedə bilməz:"Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı. Heç bir halda mən buna inanmıram. Bütün uşaqlar şokdadır. Uşaqların bu ölümə inanmaqları gəlmir. Anlaya bilmirik ki, bu, necə baş verib. Fərəhin məktəbdə davranışında heç bir qüsur yox idi. Onun simasında həyata gözəl ümid və baxış var."

"Ən böyük dərd isə biganəlikdir..."4. 2017-ci il yulun 25-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində  saat 20 radələrində 25 yaşlı Pərvanə Mahmudova ərinin bibisi  Dursun Mahmudova ilə məişət zəminində  mübahisə etdikdən sonra iki azyaşlı uşağını götürüb, həmin qəsəbədə yaşayan atası evinə getmək adı ilə evdən çıxıb. O, bu zaman atası evinə deyil, dəmiryolunun Qovlar-Zəyəm mənzilinin 134-cü kilometrliyinə gəlib. Daha sonra iki azyaşlı uşağının əllərindən tutaraq, onları da özü ilə birlikdə Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb. Nəticədə, hər üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, hadisə yerində ölüb.

Yaşayış yeri üzrə  icra nümayəndəsinin müavini Rasim Vəliyev hafta.az-a açıqlamasında deyib ki, Pərvanə Mahmudovanın ölümündə əsas günahkar onun ögey qayınatası və qayınanasıdır.

5. 2017-ci il oktyabrın 13-dən 14-ə keçən gecə   Şamaxının Mədrəsə kəndində faciə yaşandı. 10-cu sinif şagirdi, 15 yaşlı Polad Məmmədov özünü həyətlərindəki yarımtikilidə asaraq intihar edib.

Məktəblinin direktoru Ağamustafa Teymurov deyir bunu:" Polad ailənin böyük övladıdır. 3 uşaqdırlar, bir bacı, iki qardaş. Çox mehriban ailədirlər. Heç vaxt söz-söhbət olmayıb bu ailədə. Kənd yeridir, bilirsiz, amma normal imkanları da var. Hüquq fakültəsinə hazırlaşırdı, hazırlığa gedirdi, dərsə davamiyyəti qaydasında idi, yaxşı da oxuyurdu, idmanla məşğul olurdu. Ata-anası o uşağın üstündə yarpaq kimi əsirdi. Heç nəyi əsirgəmirdilər ondan. Əsas da təhsilinin üstünə düşmüşdülər. Deyib-gülən uşaq idi. Məktəbdi də, bir də görürdün üstünə qışqırırdın, ya danlayırdın, müəllimə cavab qaytarmaq nədi, eləcə üzünə gülürdü. Mən hələ də özümə gələ bilməmişəm, hələ də inanmıram.”

Babası Eldar Məmmədov deyir ki, həmin gün bütün axşamı qəmli mahnılara qulaq asıb. Sonra nənəsiylə birgə yemək yeyib. Nənəsinə deyib ki, məni özün yedirt. Uşaq vaxtlarında olduğu kimi. Sonra isə telefona şən mahnı qoyub. Nənəsinə, bacısına sarılıb, deyib ki, gəlin oynayaq. Beləcə, deyə-gülə baş-başa verib oynayıblar.

Gecə saat 12 radələrində isə bacısı görüb ki, ağlaya-ağlaya özünü videoya çəkir. Bir qədər sonra nənəsi onun yataq otağına gəlib. Niyə yatmadığını soruşub. Nənəsinə deyib ki, işığı söndür, yatıram. Amma... Amma yatmayıb, intihar planını cızıb...

    Qeyd: Məlumatlar  istifadə üçün müxtəlif mənbələrdən götürülmüşdür.


"Ən böyük dərd isə biganəlikdir..."

İntihar haqqında yazmağa adamın əli gəlmir, nəinki yazmaq, heç bu haqda eşitmək də istəmir.

Amma  biz  nə qədər istəməsək də , son illər intihar daha da  intensivləşməkdədir. Hətta,  bir yazıda oxumuşam  ki, 2017-ci ildə intihar hadisələrinin sayı 1000-i  keçəcək.

Gah səs-sorağı Şərqdən gəlir, gah  görürsən Qərbdədir.  Ordan   səmtini Şimala dəyişir, gah  Cənubda varid olur: hansısa  ailəyə atasızlıq, hansısa  ailəyə anasızlıq aparır. Kiminin oğluna, kiminin də qızına qıyır.  Bir də görürsən bəy  kostyumu, gəlinlik libası   geyinməyə hazırlaşan  gəncə  kəfən  biçir,  bir də görürsən  hələ oyun yerlərindən, oyunlarından ayrıla bilməyən  uşaqlarla  özü "oyun oynayır”…

Qınamayın, ölüm  böyük adamı dəstədən ayıranda  həyatın əzəli-əbədi qanununa əlləri uzadıb təslim olmaq olur, amma  uşaq intiharlarına  dözmək olmur.

 Lap nə qədər uzaqda baş versə də, lap  intihar  qurbanı kiminsə əslindən-nəslindən olmasa da, onları  eşidib- bilən   hər kəs  uzun müddət    bu hadisənin  yaratdığı ovqatdan ayıla bilmir: adamı  göyüm-göyüm göynədir.

 Üstündən  çox keçmir ki, daha biri, daha  o birisi haqqında  xəbərlər yaılır.

Artıq  bir neçə  aydır ki, cəmiyyətdə  bir "Mavi balina” xofu  yaşanmaqdadır.

Bu oyun haqqında  mətbuatda verilən  məlumatlardan belə  aydın  olur ki,   oyuna daxil olmaq istəyən uşağa "admin” tərəfindən ünvan göndərilir.  Bunlar hamısı  elə ölçülüb-biçilib ki,  oyuna qoşulan dan sonra geri çəkilmək olmur, əksinə,  yeni qonaq daha  asılı vəziyyətə düşür. O, admin tərəfindən  göndərilən ünvana daxil olandan sonra  kompüterindəki   bütün şəxsi məlumatlar özünü də xəbəri olmadan ələ keçirilir və  yavaş-uavaş təhriklər başlayır, narazılıq  fikrinə düşən olsa isə təhdidlər. Onu məcbur edirlər ki,  verilən bütün təlimatları yerinə yetirsin:, ailədən uzaqda qalmaq, qollarını, əl-ayaqlarını kəsmək, özlərinə müxtəlif işgəncələr yolu ilə zərər yetirmək ,  biləklərinə  bıçaqla, lezva ilə  balina   cızmaq və bunu  qanlı-qanlı telefonla çəkib  adminə göndərmək   və s.  Bu tapşırıqlardan sonra  həmin şəxsə intihar etmək tapşırılır:

hündür yerdən atılmaq,  sürətlə gedən maşının qarşısından qaçmaq, kəndirlə özünü asmaq və s.

 İmtina edənlər,  onların  yaxınları ölümlə hədələnir.    

Yola saldığımız   oktyabr ayının ın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı və  mətbuatda  həmin gəncin "Mavi balina” oynadıqdan sonra intihar etdiyi barədə  məlumat insanları xofa salmışdı.


"Ən böyük dərd isə biganəlikdir..."

Çox keçmədi ki,   buna bənzər hadisə  Bakıda  baş verdi: dekabrın 1- də  Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə   bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılmıağa başladı. İddia edilirdi ki, məktəbin 6-cı sinif şagirdləri yeniyetmələr üçün təhlükəli "Mavi balina” adlı oyunun təsiri ilə damarlarını kəsiblər. "Ölüm sektası” adlanan  bu cürə təhlükəli oyunlar  ("Siniy kit" ("A blue whale”), "Tixiy dom" ("A quiet house”), "More kitov" ("A sea/a bunch of whales”), "Razbudi menya v 4:20" ("Wake me up 4.20 am”) və s)  barəsində   hələ 2015 –ci ildən  Rusiyanın informasiya vasitələrində  müəyyən yazılar verilmişdi.   Azərbaycanda cəmiyyəti, xüsusilə  uşaq və yeniyetmələri  bu mövzuda maarifləndirməyə  müəyyən  təşəbbüslər olsa da,  internet texnologiyalarının   yarada biləcəyi   təhlükələrə qarşı  düşünülmüş və sistemli  addımlar atılmamışdır. Doğrudur, bəzən layihələr, proqramlar  şəklində  bu cür addımlar atılır. Amma  həmin layihə və  proqramlar əməli olaraq  uşaqların, ailənin, məktəbin fəaliyyəti ilə əlaqələndirilmir. Layihə  çox keçmir ki, tamam unudulur. Əgər bu layihələr  davam etdirilməyəcəksə, onun  gerçək həyatda bir  təsirinin olunub-olunmayacağa təqib edilmirsə, bütün bu tədbirlər kampaniyadan başqa bir şey deyildir. 

Hər hansı bir layihənin, tədbirin   müsbət təsiri üçün onu  ardıcıl  və sistemli şəkildə davam etdirmək, daha səmərəli formalarına keçid almaq lazımdır.

Hövsan məktəbindəki  hadisənin baş verdiyi ərəfədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov  kütləvi informasiya vasitələrinə verdiyi  açıqlamada həmin hadisəyə  aydınlıq gətirərərək bildirmişdi ki: "Noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib”.

Həmçinin bildirilmişdi ki, hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumatlıdır və artıq idarənin nümayəndələri məktəbə göndərilib. Valideynlərlə söhbətlər aparılıb: onlara tövsiyə edilib ki, uşaqlara nəzarəti gücləndirsinlər.

Həmin yazıda  o da   bildirilmişdi ki:"Burada intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır”.

 

"Ən böyük dərd isə biganəlikdir..." 

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarov isə  daha qəribə  fikir  söyləmişdi : "Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər. Bütün məlumatlar onlara göndərilib”.

 Arada bir haşiyə çıxım ki,  haqqında bəhs etdiyimiz   hadisələrə  bildirilən münasibətlər  bu cür hadisələrin obyektiv analizi , eləcə də  mənim fikirlərimə  oxucu  əminliyi üçün işıq tuta  bilər. Ona görə oxucularımızdan   məqaləni  izlədikcə  bu məqamlara  diqqətlə nəzər  yetirməyi xahiş edirəm.

Hurriyyet.org-un    virtualaz.org-a  istinadən  verdiyi məlumata görə Ağdaş rayonunda baş vermiş intihar hadisəsi haqqında ictimaiyyətə  həmin ərəfədə    Ləki qəsəbə bələdiyyəsinin  sədri Misir Misirov açıqlama  vermişdir:

"Göy balina”dır, nədir, o oyuna aludə olubmuş. Mən də bu gün vağzalda eşitdim. Çox tərbiyəli, ağıllı, namaz qılan, oruc tutan uşaq idi. Necə olub belə bir oyun oynamağa başlayıb, bilmirəm. Ötən gün saat 12:00-13:00 arası özünü evlərinin qarşısındakı yarımçıq tikilidə asıb…”

"M.Misirov  həm də bildirib ki, məktəbdə belə oyunlara şərait olmadığına görə, evdə oynayıbmış: "Görünür, belə hadisənin baş verməsi ailədə nəzarətlə bağlıdır. Çünki məktəbdə belə oyunları oynamaq mümkün deyil. Yəqin dost-tanışının da xəbəri olmayıb. Əslində, valideyn haradan bilsin, mənim də uşağım oynasa xəbərim olmaz”, - deyə bələdiyyə sədri əlavə edib.”

"Ən böyük dərd isə biganəlikdir..."

"Ən böyük dərd isə biganəlikdir..."

"İ. Adıgözəlovun təhsil aldığı məktəbdə də heç bir psixoloji problemdən əziyyət çəkmədiyini bildiriblər. Müəllimlərinin virtualaz.org-a dediklərinə görə, İsmayıl məktəbin ən nümunəvi şagirdlərindən olub: "Məktəbin ən yaxşı şagirdlərindən idi. Heç bir problem də yox idi. Biz özümüz də eşidəndə çox pis olduq”, - deyə məktəbdən bildiriblər.”

Doğru informasiya deyil.  Şagird intiharları haqqlnda  yazılmış məqalələrə baxın. Hamısında  yerli idarə orqanlarının  nümayəndələri, müəllimlər, məktəb rəhbəri, sinif rəhbəri, yoldaşları  deyir ki,  ağıllı uşaq idi, yaxşı uşaq idi, səmimi idi, mehriban idi və s.  Onda belə çıxır ki, intihara ancaq ağıllı, tərbiyəli, çalışqan  uşaqlar  əl atırlar.

 Bütün intihar qurbanlarına Allah  rəhmət etsin,  yerləri behiştlik olsun. Valideynlərinə Allahdan səbir diləyirik.

Biz uşaqların  malik olduğları keyfiyyətlərə  şəkk-şübhə gətirmirik. Lap dəcəldirsə, təhsildə   geridə qalırdısa,    iraq-iraq, tərbiyəsində  müəyyən  nöqsanlar   müşahidə olunan uşaqdırsa , valideynləri   belə uşağının da başından bir tük əskik olmasını istəməz.

Necə ki, deyərlər:  "Hər kəsə öz balası şirindir.”

"Ən böyük dərd isə biganəlikdir..."

 Amma fikir verirsinizsə, rəyi soruşularkən fərqli-fərqli məkanlarda, fərqli-fərqli şəxslər tərəfindən deyilməsinə baxmayaraq,  bütün  fikirlər eynidir, bir-birini təkrarıdır: 3 il əvvəl olmuş intihar hadisəsi üçün də, 5 ay əvvəl olmuş intihar hadisəsi üçün də, elə  son intihar  hadisələri üçün də.

 Hər kəs çalışır ki,  baş vermiş hadisəyə görə  onun bu və ya digər məsuliyyəti və ya cavabdehliyi olmasın.   Hamı mümkün qədər  uşağın, yeniyetmənin həyatı, sağlamlığı, təhsili və tərbiyəsi ilə bağlı  bilavasitə onun  özüylə bağlı cavabdehlik  hissəsini  sığortalamağa çalışır.

Valideynlərə tövsiyə etmək azdır ,  məktəb, özünüidarə  təşkilatları, ictimai qurumlar  məhəllələrdə, parklarda birgə   iş aparmalıdır. Cəmiyyət də  bu görülən işləri təqib etməli, nizamlamalı, dəstək olmalıdır.

 Tək məktəb və yaxud tək  inzibati orqanlar  səmərəli nəticə əldə edə bilməz.   Bu fəaliyyətlər koordinasiya olunmalıdır.  Biri digərinin  fəmaliyyətini davam etdirməli, tamamlamalıdır. Amma  bütün hallarda məktəblə işbirliyi  və tədbirlər  düşünülmüş, ciddi şəkildə ölçülüb- biçilmiş olmalıdır.

 Sirr deyil ki,  kəndlərin, qəsəbələrin əksəriyyətində, eləcə də  şəhərlərdə  uşaq və gənclərin  asudə  vaxtlarının səmərəli təşkili istiqamətində bələdiyyələrin   fəaliyyəti gözə çarpmır, yox kimidir.  Bələdiyyələr   kəndin, kənd camaatının  günü-güzəranı ilə deyil, ancaq  öz korporativ maraqlarını təmin edəcəlk mənbələrin arxasınca gəzirlər. Gənclər günlərini  çayxanalarda domino, nərd və ya kart oynamaqla  keçirirlər.   Amma bunu   bələdiyyələrin  dəstəyi ilə   çayxanalarda, yeməkxanalarda deyil,  mədəniyyət  evlərində, məktəblərdə  daha  maraqlı formalarda , məsələn uşaqlar arasında,  ailələr arasında , məktəblər arasında  və s. yəşkil etmək olar,  eləcə də digər mədəni-kütləvi tədbirləri.

Bu cürə qayğıların arxasınca düşmək , görünür, onlara sərf etmir.

 Qəsəbə, rayon mərkəzləri və şəhərlərdə  fəaliyyət göstərən  internet klublarına nə vaxt getsəniz, orada hökmən məktəb uşaqlarına rast gələcəksiniz. Dərsdən yayınıb və yaxud evdən dərs adına çıxıb  belə yerlərə gələn  məktəblilər  ora  müsabiqəyə, viktorinaya gəlmir ki.  Nizamsız və nəzarətsiz halda    internet  məkanına    daxil olan məktəbyaşlı uşaqlar  burada ən "yaxşı” halda   qəddarlığı təbliğ edən   oyunlar a alüdə  olurlar .  Bu cür alüdəlik  onları özləri də bilmədən "Mavi balına”,  yazımızın əvvəlində qeyd etdiyimiz ("Siniy kit" ("A blue whale”), "Tixiy dom" ("A quiet house”), "More kitov" ("A sea/a bunch of whales”), "Razbudi menya v 4:20" ("Wake me up 4.20 am”) və sair bu kimi  təhlükəki oyunlara  sürükləyir .   Bəzən   özlərindən  əvvəl  bhəmin  kompüterlərin arxasıda əyləşmiş  bəzi "böyüklər”dən qalmış erotik, porno təsvirlərinin izi ilə  bu balacalar  vaxtından qavaq  belə təsəvvürlərə yiyələnirlər. Qeyri-təbii, həm də  akselrasiya  təsiri bağışlayır  bu təsəvvürlərin uşaqlarda yaratdığı  təsirlər.


"Ən böyük dərd isə biganəlikdir..."

"Ən böyük dərd isə biganəlikdir..."

Amma  hələ bir dəfə  rast gəlmədim, görmədim, eşitmədim ki, azyaşlılarla üzrə polis əməkdaşı, sahə müvəkkili, məktəb direktoru, bələdiyyələrin   müvafiq qurumları  belə  obyektlərdə  reyd keçirsinlər və s.  Əgər ailə  və məktəb əlaqələri   yetərincə olsa, bu cürə bir çox məsələləri  yoluna qoymaq olar, dövlət də onları dəstəkləyər.

 Mətbuata istinadən, son vaxtlar əyalətlərdə də  dəhşətli çinayət hadisələri fəallaşmaqdadır. Keçən əsrin  80-ci illərində keçmiş V.İ.Lenin adına Sarayda gənclərin  asudə vaxtlarının səmərəli keçirilməsi və  mənəvi tərbiyənin aktual problemləri mövzusunda çox möhtəşəm  beynəlxalq konfrans keçirilmişdi, deyəsən, 4 gün   davam etmişdi. Onda belə məsələlər , doğrudan, aktual idi.  Bir neçə il öncə, Xətai rayonunda      oğlan sevdiyi məktəbli qızı  öldrmüşdü. Mən  məktəb rəsmilərinin  mətbuatda açıqlamalarını oxumuşdum. Onlar da  ciddi-cəhdlə vurğulayırdılar  ki,  hadisə məktəbdən sonra olub, məktəbdən kənarda olub. Yəni, bunlar məsuliyyət daşımasınlar. Yoxdur belə bəraət, yoldaşlar.

Sovet dönəmində  oktyabryat, pioner, komsomol təşkilatları vardı. Şagird özünüidarə təşkilatları vardı, bunlar çox  əhəmiyyətli işlər görürdülər. Hər təşkilatda Qadınlar şurası və ya özəyi vardı. Amma indi  bunlar yox,  bələdiyyə sədri, məktəb direktoru da  ona çalışır ki,  bir təhər baş  vermiş hadisədən   özünü  salamat çıxarsın.

   İnsanların özlərində  də bir laqeydlik  var. Onsuz da  kənddə, məhəllədə hamı bir-birini tanıyır. Hamı  hər məsələni görür, nəyin niyə baş verdiyini dərk edir. Bəs niyə hansı bir  səlahiyyətli şəxs, ağsaqqal, ziyalı, sahibkar  kənddə, məhəllədə bir özək yaradıb bu cür məsələlərin həlli istiqamətində addımlar atmırlar.

 Böyük şairimiz Şəhriyarın iki  mənalı misrası  bütün bu baş  verənlər üçün necə xarakterikdir:

Hələ çox arzular ələk-vələkdir, 

Ən böyük dərd isə biganəlikdir...

 Bu biganəlik olmasaydı, İsmayıllı məktəblisi İsmətin intiharı olmaya bilərdi. İsmətin atasın bu borc, faiz girdabından  xilas etmək olardı. Özünü qatarın altına atan ananı da, onun körpələrini də xilas etmək olardı. 

 İnsanın böyrü-başı bir balaca sərt yerə toxunanda  dözə bilmir. Heç xəyalınıza gətirdinizmi,   vaqonun altına atılmış  bir çocuq  o anda  necə qəşş edib… Heç ağıla sığışdırmaq olmur, lap  təsəvvürlə də.  Bəs hanı bizim  mahalların  sahibləri, ağsaqqalları, sözü-səsi eşidən ziyalıları? 

  

"Ən böyük dərd isə biganəlikdir..." 

 Haqqında danışdığımız hadisələrə  fikir bildirənlərin əksəriyyəti  "Mavi balina” və   bu tipli oyunların  yaratdığı  intihar meyillərinin   səbəbini   internetlə bağlayırlar.   Çünki uşaqlar həmin "ölüm sektası” nın  cənginə  məhz internetin vasitəçiliyi ilə düşmüşlər.  Azyaşlılar  üçün etiraz etmirəm.   Böyüklərin  başına gələnlər   "ağıldan  bəla”dır,  o qədər də qınamıram. Amma  uşaqların, yeniyetmə və gənclərin zərərli təsirlərdən qorunması,  onların  xəyal və fantaziyalarını,  coşğunluqlarını , istedad və qabiliyyətlərini daha sağlam məcraya yönəltmək üçün     dövlət, qeyri-dövlət  təşkilatları ilə  bərabər  hər   birimiz məsul olmalıyıq.      Bu istiqamətdə Azərbaycan dövləti, Ölkə başçısının mövqeyi aydın və məlum.  Gənclərə    etimad heç vaxt olmadığı  ucalığa yüksəlib.  Nə qədər gəncimiz   yüsək etimada layiq görülüb, irəli çəkilib. Bu gün bizim narahatçılıq keşidiyimiz  uşaq və yeniyetmələr arasında    o  gənclətin layiqli əvəzediciləri  var. onlara qayğı göstərmək, qorumaq lazımdır.

"Ən böyük dərd isə biganəlikdir..."

Təəssüf ki,  yerlərdə, xüsusi ilə  bir qədər mərkəzdən  uzaq rayonlarda  bu sarıdan problemlər  mövcuddur.

Mənim yaşadığım  Xətai rayonunun    General Şıxlinski küçəsi 47, 49, 51 sayllı  binaların, eləcə də 3   yeni istifadəyə verilmiş 16 mərtəbəli mərtəbəli binanın 

əhatəsində  (96 saylı MİS)  5-10 il öncə   uşaqların enerjisini, marağını  sərf etmək üçün  meydançalar,  park və  yaşıllıq sahələri vardı. Yaşlı sakinlər həyətə düşüb   təmiz hava alırdı,  bir-birləri ilə söhbətləşir, ünsiyyət formalaşırdı. Amma  indi eyni blokda yaşayan insanlar  həftələrlə, aylarla bəzən  bir dəfə də olsa, rastlaşmırlar. Səbəb,  belə məqamlarda  sakinlər  iradlarını bildirəndə   aidiyyəti qurumlar, MİS işçiləri  deyirlər ki,  bura sizin  deyil, siz evinizə cavabdehsiniz.  

 Bunlar hamısı hər gün rastlaşdığımız, haqqında eşitdiyimiz  xoşagəlməz hallarla  bu və ya digər şəkildə  bağlıdır.  İnsanlar asudə vaxtlarını səmərəli keçirə bilmirlər.  Belə  yanaşmanın nəticəsidir ki, həyətdə, məhəllələrdə bunun üçün imkan yoxdur. 1-2 il də belə getsə, insanlar blokdan çıxanda ancaq  ayaqla getməyə  yer olacaq. 

Uşaqların da, yaşlı insanların da asudə vaxtlarının səmərəli və mənalı keçirilməsini təşkil etməyə  borclu olanlar  bu  məsələni  səlahiyyətli  təşkilatlar qarşısında  qaldırmadılar. Əksinə, 96  nömrəli MİS hər zaman  bu cür işlərin əlaqələndiricisi qismində iştirak etdi.

Günün müəyyən hissəsini açıq havada keçirməli olan körpələrin də, yeniyetmələrin də, gənclərin də,  gəzinti və oyun yerləri   əlindən alınıb, kitabxanalarını əlindən alınıb, zorla məcbur edilir ki,   evlərindən   çölə çıxmasınlar, ya evdə, ya da internet klublarda  həyata hazırlansın, bu da   acı nəticələri.

 

"Ən böyük dərd isə biganəlikdir..."

"Ən böyük dərd isə biganəlikdir..."

İnsanlar düşünürlər ki, intihara aparan yollar  birbaşamı,   dolayı yollamı  ya  internet məkanından, ya da  məscidlərdən keçir:  internet ilişkisi "mavi balina”,  məscid ilişkisi  intiharlardan əvvəl  Peyğəmbərlərin hüzuruna  getmək niyyətini  ifadə edən son məktubdan.

Ağdaşda intihar edən İsmayıl   haqqında  qəsəbə məscidinin axundu da  açıqlamasını bir daha  xatırladım: " ...Nümunəvi, tərbiyəvi bir uşaq idi...  Bizə namaz qılmağı öyrənmək və Qurani-Kərimi oxumaqla bağlı əhali tərəfindən müraciətlər olunur. Bu dərslər adətən məsciddə həftə sonları keçirilir. Bəzən isə müraciətlər çox olanda məktəbin dərs saatlarından sonra dərslər salınır. "

Şəxsən,   mən bu deyilənlərin  səmimiliyinə inanmıram. Bu qədər hadisələr olur, intiharlar baş verir,  biz hələ nəticə çıxara bilmirik. 12  yaşlı uşaq nə bilir ki,   peyğəmbərin yanına getmək  nə deməkdir, ümumiyyətlə,  uşaqlara bu şəkildə  pərakəndə,  proqramsız , dərsliksiz  din öyrətmək nə dərəcədə doğrudur ?

 Mən balaca İsmayılın məktubunu dəfələrlə oxumuşam. Xırda-para orfoqrafik səhvləri  nəzərə almasaq,  məzmun və fikri ifadə etmək baxımından, özü də   beyində   qabarma-çəkilmə olan dövrdə  bu  cürə məktubun  yazıla bilməsinə  mən inanmıram, 12 yaşlı uşağın belə məzmun ifadə edə biləcəyinə inanmıram.   Heç   5-10 məktəbdən  ixtiyarı  40-50 şagirdə bu ruhda esse yazmağı  tapşırsaq,   onlar öz  yazılarında  İsmayılın  məktubundakı fikirlərə  gələ bilməzlər.  Digər tərəfdən, əgər    uşaq nümunəvi uşaqdırsa,  yəqin,   bilməmiş deyildi ki, dinimiz intiharı qəbul etmir? Elə isə  bəs o, dinin  bu  şərtinə  niyə əməl etmir?

    İsmayılın  intihar etməsinə   bir səbəb də ayın 10-da   gəlin köçəcək  bacısına  atasının   cehiz əşyalarını ala bilməməsi    göstərilmişdir.  Guya, atası İsmayılın yanında ağlamış, o da bundan bərk mütəəssir olmuşdur.  Bunların heç biri  ağlabatan  deyil.  Əgər belə    həssaslıqda yazılan məktubda  atasının ağlamasına  bircə kəlmə  münasibət bildirilsəydi, bəlkə də inanmaq olardı. Həm də   belə valideyn  yoxdu axı.  Çünki  indi  heç bir toy atanın qızına cehiz verə bilməməsi səbəbindən təxirə salına bilməz. Əsas şərt sevginin, qarşılıqlı etimadın olmasıdır, bunlar  olandan sonra   cehiz ləvazimatlarını  qovuşanlar özləri  də ala biərlər. Bir gənc ailə üçün 20 kq yağ qutusunda  yerləşə biləcək qab-qacaq, bir dəst də yorğan döşək  kifayətdir.  Kifayət  deyilsə, Allah qohum-qardaşın canını sağ etsin: xeyirdə-şərdə mütləq  həyan olurlar. 

 Bir də ata elə  qadınının yanında ağlayardı da, bir çocuğun yanında niyə ağlayır ki?

 

"Ən böyük dərd isə biganəlikdir..."

Əlbəttə, bütün bu məsələlərə, eləcə də bizim  müəyyən edə bilmədiyimiz   bir çox təxminlərə hüquq -mühafizə orqanları  bütün ciddiyyəti ilə  obyektiv hüquqi qiymət verəcəklər.

 Mən isə öz fikirlərimi, sadəcə,  jurnalist  kimi, pedaqoq kimi, yaşlı bir insan kimi  bildirirəm.

Mən belə hadisələrin  bu şəkildə  hər kəs  tərəfindən   xəbərləşdirilməsinin və tirajlanmasının əleyhinəyəm.   Bu cür xəbərçilik     mənəviyyata ancaq ziyan vurur.

Bu və ya digər xəbərlərin əksəriyyəti  oxunmuş, eşidilmiş  məlumatların üzərində kosmetik dəyişiklik edilərək xəbərləşdirilməsindən başqa bir şey deyildir. Bir çox informasiya vasitələri hadisə   yerində olmadan, gözləri ilə görmədən "xəbərçilik” edirlər ki,  bu cür xəbərlər isə artıq  xəbər formatından çıxıb, yəni  hər hansı  bir ictimai məzmuna malik olmaqdan uzaqlaşıb, məişətdən eşidib-bildiyimiz "xəbərçilik" formasına düşür.

Fikir  vermisinizsə,  yazını verən  xəbər müəllifi    hadisə ilə bağlı  şəxsləri danışdırır, münasibət bildirir, bir növ, hansısa tərəfə meyil edən kimi  təsir bağışlayır.

Xəbərlərin əksəriyyətində "filənkəs belə dedi”, "ata belə dedi”,  "təcavüzə məruz qalan  bunları söylədi” və s. bu kimi    fikirlər var və bunlar, əslində,  olmamalıdır. Axı hansısa bir  cinayət hadisəsində az-çox cavabdehliyi olan kəs suçunu etiraf etməz.   İstintaqa qədər belə deməyə  uyğunlaşmış adam istintaqa da  jurnalistə  verdiyi açıqlama kimi  mətləbdən uzaq  cavablar verəcək.   Məsələn,  hansı din adamı deyəcək ki, onun mədrəsəsinə azyaşlıların gəlməsi doğru deyil , yaxud hansı  bir məktrəb direktoru etiraf edər ki,   rəhbərlik etdiyi məktəbin şagirdləri dərsdən yayınıb internet klublara və ya repetitor yanına gedir? Elə bil ki,  müxtəlif sayda  verilən qeyri-peşəkar suallar, bir növ,  baş vermiş hadisə üçün az-şox  məsuliyyəti olan şəxslərə istintaqa necə ehtiyatlı cavab verməyə hazırlaşdırır.

 Qoy bu işlərlə hüquq-mühafizə orqanları məşğul olsun, istintaq suallarını qoy təhqiqatçılar versinlər. Jurnalistlər isə  mətbuatda  hadisə ilə  bağlı      xəbər formatında  5-10 cümlə məlumat   dərc etdirsinlər.

 Cəmiyyəti narahat edən hansısa meyil, eybəcərlik olarsa,  belə mövzularda ümumi olaraq jurnalist araşdırması aparmaq olar və təfərrüatı ilə yazı hazırlayarkən öz münasibətini  bildirmək olar. Jurnalist  cəmiyyətin  sözünü dilə gətirən, problemlərin həllini  ictimailəşdirən, diqqətdə saxlayan şəxsdir.  Amma bunları xəbər  formatında   ifadə etmək olmur axı.

"Ən böyük dərd isə biganəlikdir..." 

 

  Son olaraq…

   

Bir qədər öncə   qeyd etdiyimiz  kimi,   son illərdə uşaqlar arasında   kütləviləşməyə meyilli  intihar   hadisələrinin hansı səbəbdən   baş verdiyinin dindənmi qaynaqlandığının, internetdənmi qaynaqlandığnın nəticə olaraq  fərqi yoxdur. Bu qaynaqların ancaq  gələcək  intiharların qarşısını almaq, profilaktik addımlar  atmaq, eləcə də maarifləndirilmə işləri aparmaq baxımından  tədqiq edilməsi önəm daşıyır.  Uşaqlar, yeniyetmə və gənclər  arasında baş verən intihar hadisələrinin  səbəbləri, mənim fikrimcə,  birbaşa dinlə , internetlə bağlı deyil.      

  Sevgi uğrsuzluğu  ilə bağlı da  intihar hadisələri var ki, belə hadisələrin  internetə və ya dinə heç bir aidiyyəti yoxdur. Və yaxud  yazının əvvəlində  intihar xronikalarında  12 yaşlı Fərəh Yaqubova haqqında  məlumat vermişdik: "...Fərəh evdə nənəsinin dərmanından çoxlu sayda həb qəbul edib. Həb qəbul etməmişdən əvvəl Fərəh nənəsinə deyib ki, istəyirəm dərman içim, sonra məni aparsınlar xəstəxanaya, məni ayıldandan sonra hamı mənim nazımı çəksin”.  Bu intiharın da, göründüyü kimi dinlə, internetlə heç bir ilişkisi yoxdur.   Həyatda çox eşitmişik özünü yandırmağa  cəhd  edən, dənizə  atanlar haqqında. Belə intihar addımları daha çox ruhi-psixoloji  gərginlik anlarında  qəbul edilən ani qərarlardır. Məsələn, uşaq özünü yandırıb ki,  ona niyə velosiped  almırlar. Əgər evdə bu problem  düyünü varsa və o, doğru məcrasına yönəlməyibsə, uşaq bu addımı tacaq ki,  duyuq düşüb söndürərlər, sonra da qorxub velosiped alarlar. Uşaqlar çox  duyğulu, həssas olurlar.  Onlar  belə addım  atanda   sonucunun ölüm ola biləcəyini düşünə bilmirlər, onlar sadəcə,  arzuladıqlarının ödənmədiyi təqdirdə, valideynlərinə yanıq qoymaq  istəyirlər. Bu, bir növ,   heç də yaxşı olmayan ərkəsöyünlükdür.

 Ona görə də  ailələr öz övladları ilə  maraqlanmalı, məxsusi olaraq  onlara vaxt ayırmalıdırlar.  Uşaqlar  yeniyetməlik dövrünə qədər  daha çox izlənilməli, üstlərində  mehriban nəzarət olmalıdır.  Uşaqları internet texnologiyalarından,  hər  cür mənfi təsirlərdən qorumaq üçün lazımdırsa, utanmamalı, çəkinməməli psixoji xidmətə  müraciət etmək lazımdır.

Məktəblərdə, yaşayış yerlərində  uşaq və yeniyetmələrin  enerjilərini, xəyal və  istəklərini  təmin edə biləcək   kompleks tədbirlər  həyata keçirmək lazımdır. Belə yerlərdə uşaq və yeniyetmələri küncə sıxışdırmaq deyil, şərait yaratmaq lazımdır.

Bir neçə kəlmə də  dinlə bağlı  fikirlərimi bildirim. Bizim dinimiz gözəldir. Gənc nəslin əsl islam əxlaqından, əsl insani dəyərlərdən nəyi  isə  əxz etməsi heç də pis deyil,əksinə, arzuolunandır.  Amma baxır  necə, hansı  formada?  Məktəbyaşlı uşaqların məscidlərə  getməsi, mənim  fikrimcə, doğru deyildir.    Çünki  məscidlərdə  dinin azyaşlı uşaqlara  hansı formada, hansı  üsullarla və kimlər tərəfindən öyrədilməsini   özlərindən başqa kimsə bilmir, görmür. Nə valideynin, nə cəmiyyətin   bu prosesə nəzarət eməsi, saf-çürük etməsi  mümkün olmur.

Bunu orta məktəblərdə  daha  səmərəli şəkildə təşkil edə bilərlər.

Doğrudur, bir çox  pedaqoqlar,  ekspertlər    məktəblərdə şagirdlərə  din  dərsləri keçirilməsini  məqbul hesab etmirlər. Onlar iddia edirlər ki, bu, onsuz da ağır olan  məktəb proqramının bir az da ağırlaşdırılmasına səbəb olacaq.    Amma belə düşünən mütəxəssislər  bu məqsədlə "Həyat bilgisi” dərsliyindən istifadəni  mümkün sayırlar. Həm də bir çox fənlər üzrə ayrı-ayrı mövzularda  dinlə bağlı  məqamlar var ki,  yaş və psixoloji səviyyələrinə uyğun olaraq   onları şagirdlərə  öyrətmək olar.

Əlbəttə ki, bununla bağlı qərar qəbul etmək səlahiyyəti olan təşkilatlar var, alim və mütəxəssislər var.

 

Çalışmaq lazımdır ki,   məktəbyaşlı  uşaqlar  dini  şüurlu olaraq  öyrənsinlər, dərk edərək öyrənsinlər.  "Mən sevimli Peyğəmbərimizin yanında olacağam” kimi addım dini  şüurlu olaraq öyrənmək demək deyil. Görünür ki,  məscidlərdə  uşaqlara  dini əqidə, ibadət formaları  qədərindən çox və  onların yaş psixologiyası nəzərə alınmadan verilir.

"Ən böyük dərd isə biganəlikdir..."

 

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz