» » Tort kəsmək adətini şouya çevirmək yox, mahiyyətinə tapınmaq lazımdır

Tort kəsmək adətini şouya çevirmək yox, mahiyyətinə tapınmaq lazımdır

 


Zaman-zaman toy adətlərimiz də ictimai-syasi və mədəni həyatımızın digər sahələrində olduğu kimi, bu və ya digər şəkildə yeniliklə qarşı-qarşıya qalmışdır. Əlbəttə, bu meyillər milli dəyərlərimizə uyğun olmadıqda xalq onları qəbul etməmişdir. Amma həyat irəliyə doğru inkişaf etdikcə, istər cəmiyyətdə, istərsə də şüurlarda müəyyən yenilənmələr, saflaşmalar təbiidir. Məsələn , toy adfət-ənələrimizdə zaman-zaman elə münasibətlər olmuşdur ki, insanlar artıq belə məqamları nə toy fəlsəfəsinə, nə övladlarının, nə də özlərinin adlarına yaraşdırmamışlar. Məsələn, uzun illər valideynlər qız övladlarını ərə verərkən qarşı tərəfdən analıq haqqı üçün "süd pulu" alması bu gün etimadsızlıq hesab edilir və artıq ailə həyatı quracaq gənclərin ailələri arasında belə bir öhdəlik yoxdur.
Yaxud da toy gecəsi gəlinin bakirə olmadığı hallarda ona və yengəsinə qarşı atılan addımlar heç bir ölçüyə sığmırdı və s. Belə hallarda artıq yaranmış ziddiyyət üçün ancaq hüquq-məhkəmə orqanlarına müraciət edilir.
Bu cür təmizləmələr, saflaşmalar hər bir zaman olacaq, adət və ənənələrimizdə vaxtını keçirmiş, artıq dövrü üçün utanc sayıla biləcək məqamlar tədricən aradan qaldırılacaq. Bununla belə, ölkələr və xalqlar arasında əlaqə və mədəni münasibərlərlə, eləcə də inkişaf və intellektual səviyyə ilə bağlı hər zaman yeniliklər də ola bilər .
Məsələn, bu gün toylarımızda icra edilən elə səhnələr var ki, onlar digər xalqların mədəniyyətlərindən götürülmüşdür.
Məsələn, "tort kəsmək" səhnəsi, bəy-gəlinin rəqsi; mələk libasında kiçik qızların bəy-gəlinin əhatəsində dumanlı səhnədə rəqs etməsi, guya gənclər və yaxud sevgililər üçün sayrışan işıqlarda ikilikdə rəqs, buna bəzən müasir rəqs də deyirlər; toyun sonunda gəlinin arxaya gül dəstəsi atması, toyun ertəsi gün gənclərin "bal ayı" üçün arzu etdikləri ölkəyə səyahət etmələri və s. bu qəbildəndir.
Əgər cəmiyyət , mövcüd ölçü və hədəflər bu yenilikləri qəbul edəcəksə, bəyənəcəksə, onda adət-ənələrimizə daxil ola biləcək, qəbul etməyəcəksə, qərarı zaman özü verəcəkdir. Şəxsən, mən azyaşlı qızların toy mərasimlərinin müəyyən məqamlarında hər hansı formada iştiraka cəlb edilməsinə qəti etirazımı bildirirəm.

Tort kəsmək adətini şouya çevirmək yox, mahiyyətinə tapınmaq lazımdır

Dünən saytların birində toylarımızda son illər rast gəldiyimiz tort kəsmək səhnəsi ilə bağlı bir yazı oxudum. Qısaca desək, yazıda " tort qaşığı ilə bədbəxt olan gəlinlər" ətrafında, istər sevgililər, istərsə də yeni ailə həyatı qurmuş gənclər arasında hamımızın gündəlik həyatımızda rast gəldiyimiz, eşitdiyimiz bir az diqqətsizlikdən, bir az sevgisizlikdən, bir az etimadsızlıqdan, bir az kobudluqdan bəhs edilir. Əslində, internet resurslarında bu mövzuda fərqli-fərqli məlumat və süjetlərə əvvəllərdə də rast gəlmişəm. Amma iş burasındadır ki, bu cürə məqamlara həyatın özündə rast gələndə ona jurnalist nəzərləri ilə baxmaq adamın heç ağlına gəlmir, heç yazı mövzusu ola bilər deyə düşünmür də. O da ola öz övladının, dostunun, əzizinin toy məclisi . Bir həqiqət də budur ki, biz həyatımızda baş verən əlamətdar günlərdə həmin anda nəyin necə baş verdiyinin, hansı ardıcıllıqda baş verdiyinin deyil, sadəcə, baş verdiyinin fərqində oluruq. İndi oxuduğum yazı isə artıq fikirlərimi cəm edərək bir məqalə şəklində paylaşmağa vadar etdi. İlk olaraq özümüzdən başladım. 6-7 il bundan əvvəl 2 toy etsəm də, övladlarımın-gəlinlərimin öz toylarında tort kəsib-kəsmədiyini göz önümə gətirə bilmədim və nəvələrimin nənəsindən soruşdum. Sonra internetdən bu mövzuda başqa yazılar da aradım, nəhayət, son olaraq oxuduqlarımı, izlədiklərimi ümumiləşdirərək məhz bu mövzuda məqalə yazmağa başladım.
Oxuduğum yazılarda və izlədiyim süjetlərdə Azərbaycanın toy adət-ənələri haqqında müxtəlif mənbələrdə icra edilmiş və edilən 50-yə yaxın ayinin adı çəkilir. Amma heç bir mənbədə tort kəsmək ayini haqqında məlumata rast gəlmədim.
Təəssüflə olsa da qeyd edirəm ki, biz müxtəlif kütləvi informasiya vasitələrində istər toy adət-ənələrimizlə bağlı, istərsə də ictimai həyatımızın digər sahələri ilə bağlı yazılarda təsvirdən başqa heç nə görmürük. Elə bil ki, dünyanın müxtəlif ölkələrindən gətirilmiş ən keyfiyyətli, ən bahalı tikinti materialları ilə bir yaşayış evi tikilib. Amma bu kamfortlu mənzildə heç kim rahat ola bilmir, elə bil nəsə çatışmır. Bəs niyə belədir? Ona görə belədir ki, nadir materiallarla tikilən bu evin içində insanları məmnun edə biləcək məzmun, ahəng çatışmır. Bu gün müxtəlif informasiya vasitələrində rast gəldiyimiz yazıların əksəriyyətinin mahiyyəti də belə məqsədsizdir, sadəcə, hansısa kriminal və ya intim mövzunun təsvirini veriblər. Əgər qələmə aldığınız məsələnin, hadisənin köklərini doğru araşdıra bilmirsinizsə və ya yazınızı ümumiləşdirə bilmirsinizsə, sizin yazdıqlarınızın səhv addım atanlara, tərəddüd edənlərə, eləcə də sadə bir oxucuya yaxşı mənada təsir etmək haqqı yoxdursa, onda, sadəcə, özünüzü xəbər və reportaj hazırlamaq sahəsinə həsr edin.
Toylarda tort kəsmək məqamını kiçik istisnaları nəzərə almasaq, gələcəkdə toy edəcək bütün gənclərimiz , əlbəttə, arzu edir. Fakt da budur ki, bu gün toylarımızın heç biri bu səhnəsiz ötüşmür, ötüşməsin də. Tort kəsmək , niyə də pis olmalıdır ki, əgər onun cövhərində gələcək ailə səadətinin şirinliyinə bəslənən ümid və arzular, niyyət və dualar varsa. Bu niyyətlə həm də gənclərimiz valideynlərinin, qohum-qardaşın, yaxınların gözləri qarşısında gələcəkdə də hər şeyi belə birlikdə böləcəklərinə vəd verirlər. Elə isə bəs niyə gənclərimiz real həyatda by qədər məna və hikmətdən, məcazdan, simvoldan xəbərsiz qalıb, hər şeyə bir əyləncə təfəkkürü ilə yanaşmalıdırlar?
Sirr deyil ki, bəzi imkanlılar "dünyanın ən məşhur ulduzları gəlmişdi", "ən bahalı şadlıq sarayında edilmişdi", "ən bahalı tortlarından biri kəsilmişdi, üstündə qiyməti 130 000 000 dollar yazılmışdı" kimi dillərdə söylənilsin deyə, toylarını həm də özlərinin reklam vasitəsinə çevirirlər. Hələ 75 milyonluq da tort var... Axı bu cür təmtəraq səadət, ailə şirinliyi gətirə bilməz.
 

Tort kəsmək adətini şouya çevirmək yox, mahiyyətinə tapınmaq lazımdır

Bir insanı 75 milyonluq tortun 5-10 manatlığı da məmnun edə bilirsə, lap hamı üçün nəzərdə tutulursa, olsun 5-10 min, 1 milyon. Bəs bizim 20 minlik adi toylarda yol verilən israfçılıq kimi, məclis başa çatandan sonra 74 milyon dollarlıq tort toydan sonra masaların üstündə tökülüb qalacaqsa, nəyə lazım imiş bu "fərqlənmək", aləmə səs-soraq salmaq istəyi.
Keçən yüzilliyin 80-90-cı illərinin toylarını xatırlayıram. Kənd toylarında tort nə gəzirdi: oğlan anası əvvəlcədən hazırladığı şirniyyat-noğul xonçasını gəlin maşının üstünə qoyardı: içində qovrulmuş düyü, qoz-fındıq ləpəsi olardı, kim istəsəydi götürərdi. Bu, dədə-babalardan günümüzə gəlib çıxan bir inanc idi: gəlinin ayağı sayalı, ruzi-bərəkətli olsun. Ya da oğlan anası, bibisi, xalası havaya kağız və ya qəpik pullar atardı. Uşaqlar yerdən yığdığı pullarda xeyli sevicək olardılar.
Bu adətin ilkinliyi Roma imperiyasına qədər gedib çıxır və 5 000 ildən artıq tarixi var. Yazılanlara görə, guya arpa və ya buğda çörəyini gəlinin başı üstündə parçalayıb toya dəvət edilmiş insanlara paylayırlarmış. Sonda isə bəy gəlinin saçlarına tökülmüş qırıntıları toplayıb yerinə əyləşir və birlikdə yeyirmişlər. Bu ayin qadının ərinə tabe olacağını nümayiş etdirirmiş.
Tort kəsmək adətinin əsası isə 19-cu əsrdə qoyulub. İlk toy tortunun müəllifi Bob Smit adlı bir ingilis olub.
Azərbaycanda tort kəsmək ayinin mövcudluğu rəsmi olmasa da, çox uzaq da deyil, yəqin ki, 40-50 ildən artıq olmaz. İndi maraqlı olan budur ki, biz niyə qədim inanclarımızın atributlarını və icrasını modernləşdiririk. Gənclər bu ayinin mahiyyətini dərk etmədən, dərk etmək istəmədən öz baxışlarına uyğun icra edir, toy adamlarının, ümumilikdə cəmiyyətin rəyləri ilə hesablaşmaq istəmirlər. Oxuduğum yazıdakı kimi, bu, bəzən adamların gözləri qarşısında qaba davranışlarla nəticələnir: bir neşə saatdan sonra ziffaf otağına aparacağı həm rəsmən, həm də dini cəhətdən halalı olacaq gələcək həyat yoldaşına kobud ifadələr işlədir, zəhmli baxışlarla nəzər salır, hətta, əl qaldırır. Kim inana bilər ki, belə gənclər bir-birlərini tamam-kamal kəşf ediblər. Axı hələ sevgidolu günlərə ilk addımlarını atdıqları bu dəqiqələrdə bir şirinliyi bölə bilməyən gənclər gerçəkdə, Allah etməmiş, bir çətinliyə düşsələr, bax, bunu necə bölüşəcəklər.
From adlı bir alman filosofu ailənin məramı və məqsədlərindən bəhs edərək yazmışdır ki, sevgi istirahət məkanı demək deyil, birlikdə mübarizə aparmaq, səadətə birlikdə qovuşmaq istəyidir.
Xarici seriallar, bir çox kütləvi informasiya vasitələri, internet, bəzi telekanallar gənclərimizi səbirli, təmkinli olub dədə-baba qaydalarından miras qalmış ailə əxlaqına sahib çıxmağa, uyğunlaşmağa deyil, onların həyat tərzinə, dünyagörüşlərinə Avropanın maskarad tamaşalarının, ziyafətlərinin, ailə- məişət özəlliklərinin yaramaz elementlərini gətirməkdədir.
Bilirsiniz, mən də qəbul edirəm, indi dövr başqadır. Proletarlar daha amansız zərbə ala bilərlər. Artıq seksual inqilab təsəvvür deyil, gerçəkdir: robotlar və virtual partnyorlarla münasibət cinsi əlaqənin ekvivalenti olmaqdadır.
 

Tort kəsmək adətini şouya çevirmək yox, mahiyyətinə tapınmaq lazımdır

Buyur nənə, bu da sənin İntellekt əsrin. Avropadan sirayət edilən illüziyanın sərməstliyi mənəvi dünyamızı artıq cənginə almaq üzrədir. Bu eyforiyanın təsirindən ayılmaq istəmirik niyə?
Sənin, mənim, qohum-qardaşımızın anası, nənəsi, fərqi yoxdur, atası, babası toy şənliyində bütün adamların gözləri qarşısında bu qədər açıq-saçıq durub-oturublarmı? Heç utana-utana örtüyünün altından bir konfet də olsa çıxarıb aralıdan da olsa, proletara tərəf qoyublarmı? Heç başlarından örtüyü götüblərmi? Özü də 10-15 metrdən o tərəfi sezilən parçadan olan örtük yox, paltar yox, ağırlığı başını getdicə əyən örtüyü, paltarı. Bu, nə geyimdir? Əksər gəlinlərimizin gəlinlik libasının fərqindəsinizmi, heç bizə yaraşırmı? İbadətli gəlinlərimiz necə pak, müqəddəs, ehtiramlı görünürlər. Niyə onları hədəf seçməyək?
 

Tort kəsmək adətini şouya çevirmək yox, mahiyyətinə tapınmaq lazımdır

Sizin xəbəriniz varmı, 2017-ci ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub. İnanın, bəlkə də bu boşananların 80-90 faizi ailə həyatına hələ hazır olmayan, ailəlik həyatına serialların, xarici ölkələrdəki sərməstliyin təsiri ilə can atıb; bir qədəri də rəfiqələrinə, acığı tutanlara sevdiyinə necə əyləncəli tort təqdim edəcəyini göstərmək üçün. Bu toy məclisi məgər 4-5 saat çəkəcək? Gəlib evinizdə göstərə bilmirsinizmi bu oyununuzu? Bəzi toylarda nikah mərasimi keçirilir, evlənən gənclərimiz 1-1-lərinin barmaqlarına bütün toy adamlarının şahidliyi ilə üzük taxırlar, gözəl deyilmi? Tutaq ki, tort kəsmək səhnəsində olduğu kimi, bu məqamda da eynən 2-3 dəfə onu təkrar edələr: üzüyü barmağa salmaq istəyib geri qaytaralar. Olarmı? Bax, "toy qaşığı ilə bədbəxt olan gəlinlər"imiz belə etdikləri üçün "öz əlləri ilə öz çıraqlarını söndürmüş kimi görünmələri" gözləniləndir.
Adıçəkilən yazıda "kişilərin avtomobilə minərkən və ya düşərkən qadınlar üçün qapını açmamaları" məsələsi haqlıdır. Mən bunu yüksək dəyərləndirirəm. Tutaq ki, ailəvi ziyafətə, bayram və konsertlərə gedirlər. Ərin nəzakəti onun şəxsiyyətini bir qədər də sanballı edər.
Amma bu, hər gün olan şey deyil ki. Hər gün ediləsi təzim olsaydı, şit olardı. Elə şeylər var ki, onların ailəşməsindənsə, gözlənilməsi daha pak, daha iyi..))
Qadınlar niyə arzu edirlər ki, ərləri davranış etiketlərini onlara serialda , xaricdə səfərdə olarkən gördükləri kimi təqdim etsinlər, bu, təbəddülat yaratmaqdan başqa bir şey deyil. Həyat yoldaşları qoy bunları öz daxili hisslərinin çağrışı, istəyi, təşviqi ilə etsinlər.
Filmlərdə hansısa bir kişi qadın üçün , hətta, şlyapasını belə çıxarıb təzim edirsə, başına fırlanırsa, mən bunu səmimi hesab etmirəm. Fransızlar Hatəmxan ağanın sözü olmasın, dünyanın ən mədəni xalqlarından hesab edilir. Mən eşitmişəm ki, orada nikah kəsdirmək tələb olunmur da. Nə qədər təzim edə bilirlər, bir yerdədirlər, Adiləşəndən, usanandan sonra isə daha başqa bir şlyapa çıxaranı axtarırlar.
Mən düşünürəm ki, bizim tarixən mövcud olmuş və bu əsasda formalaşmış ailə-əxlaq məcəlləsini yenidəın bərpa etməli və onu əməldə yaşatmalıyıq. Qələm dostlarımız bu mənada yazdıqlarına bir qədər məsuliyyətlə yanaşmalıdırlar.
  

Tort kəsmək adətini şouya çevirmək yox, mahiyyətinə tapınmaq lazımdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz