» » Kimsə belə hadisələrə “bizdən uzaq olsun” deyə keçməməlidir

Kimsə belə hadisələrə “bizdən uzaq olsun” deyə keçməməlidir

Kimsə belə hadisələrə  “bizdən uzaq olsun” deyə keçməməlidir

Bu yaxınkarda saytların birində öz altıgünlük qız nəvəsinii öldürən nənə haqqında yazı verilmişdi.: guya nənə nəvəsini öldürüb 6 metrlik su quyusuna atıbmış. Amma indi digər bir mənbənin bildirməsinə görə, körpəni nənəsi yox, əmisi arvadı olubmuş.
"Müsavat”onlayn ictimai -siyasi qəzet yazır ki, "kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.
Bildirilir ki, hadisə baş verdikdən sonra polisə ilk olaraq məlumat verən körpənin atası Şaiq Nurullayev olub. Araşdırmadan sonra ilk şübhəli olaraq isə istintaqa körpənin əmisi F.Nurullayevin həyat yoldaşı cəlb edilib. Ancaq daha sonra bütün şübhələri körpənin nənəsi A.Nurullayeva öz üzərinə götürüb və hadisəni özü törətdiyini etiraf edib.
Ancaq darqubalılar iddia edib ki, ilkin araşdırma zamanı həmin gecə evdə olan hər kəsdən qan analizi götürülüb. Analizin nəticələrinə görə, evdə gecələyən hər kəsin qanında yuxu dərmanı aşkarlanıb, bircə öldürülən körpənin əmisi F.Nurullayevin həyat yoldaşından başqa.
Şayiələrə görə, hadisə baş verən gecə körpənin əmisi arvadı evdəkilərin yeməyinə yuxu dərmanı qataraq, hamını yatırdıb və hadisəni törədib.
F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb.
Xatırladaq ki, A.Nurullayevanın hər iki gəlini öz qohumudur. Körpəsi öldürülən gəlini bacısının, körpəni öldürdüyü iddia edilən gəlini isə baldızının qızıdır. Gəlinlər arasında qısqanclığa səbəb də A.Nurullayevanın öz bacısı qızı olan gəlininə qarşı daha qayğıkeş olması olub.
Prokurorluqdan bildirdilər ki, baş vermiş hadisə ilə bağlı araşdırma davam etdiyi üçün heç bir məlumat verə bilməzlər.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən də bildirildi ki, məlum hadisə ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq.
Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib”.

Kimsə belə hadisələrə  “bizdən uzaq olsun” deyə keçməməlidir

Nə deyəsən, necə ad verəsən? Bu necə insanlıqdır, necə qadınlıqdır? Mən bir körpənin ağlamasından sarsılıram: tanıdım-tanımadım. Bəs sən necə qıyırsan əl bpyda körpəni iynələyə-iynələyə öldürməyə. Allah səbir versin... Amma bu cür hadisələr soyuqqanlıqla unudula bilməz. Psixoloqların hansısa açıqlaması ilə üstündən keçilə bilməz.
Havanın, təbii hadisələrin proqnozunu sinoptiklər, zəlzələlərin proqnozunu seysmoloqlar verir və s. Əlbəttə ki, bunun üçün xüsusi müəssisələr, stansiyalar, laboratoriyalar, müvafiq sahə üzrə təhsili olan mütəxəssislər var. Amma illərin sınağından çıxmış xalq müşahisə və təcrübələri var. Məsələn, quşlar səmada yüksəkdən uçarsa, bu, hava gözəl və aydın olacağından, alçaqdan və yerə yaxın uçursa, fırtına və şiddətli yağışdan xəbər verir. Əgər ətrafınızda arı və kəpənəkləri görünmürsə, hava pisləşəcəyinə hazır olun.
Məsələn, Yaponiya kimi ən seysmik ölkələrdə ev şəraitində məxsusi olaraq bəzi heyvan və quşlar, balıqlar saxlayırlar. Çünki onlar yaxınlaşmaqda olan zəlzələni insanlardan tez hiss edir və bunu müxtəlif şəkildə büruzə verirlər. Bəlkə də minlərlə insan öz həyatını dağıdıcı zəlzələlərdən buy olla qorumuşlar.
Niyə bu cür müşahidələri insan həyatına, insandan yarana biləcək təhlükələrə aid etmirik? Axı binamızda, məhəlləmizdə, kəndimizdə, ölkəmizd baş verən bu cür hadisələr birdən-birə yaranmayıb: xəstə və yanlış təsəvvürlər, nələr-nələr bu hadisəni öncədən büruzə verən izlər buraxıb. Amma ətrafdakı insanlar ya laqeyd olub, ya vecinə almayıb, inanmayıb və ya ötüb keçib.
Sirr deyil ki, yaşadığımız dövr elmi-texniki nailiyyəri, quruculuq nə qədər sevindiricidirsə, mənəviyyatımızda baş verən aşınmalar və bu aşınmalarla müşayiət olunan intiharlar, insan həyatına edilən qəsdlər, zorlama hadisələri, düşkün həyat, zəhmətsiz sərvətə sahib olmaq meyilləri ciddi narahatçılıqlar doğurmaqdadır. Internetdə bu barədə çoxlu sayda faktlar var: bu hadisələrin bir çox indiki insanların yaxından görüb-eşitdikləri hadisələrdir. Bu hadisələr kütləvi informasiya vasitələrində diqqətə çatdırılanda narahatçılıq keçirirlər ki, guya bəzi qüvvələr dezinformasiya yayır, insanlar arasında çaşqınlıq yaratmağa çalışırlar.
Mən belə qəbul etməzdim. Hər bir kəs bu cəmiyyətin bir fərdidir və onun cəmiyyətdə yaşayıb buradakı yaxşıya-pisə laqeyd qala bilməz, biganəliik göstərə bilməz. Axı biganəlik göstərilən
belə hadisələr getdikcə dərinləşib daha sosial bəlalara yol aça bilər. Əgər onun doğru-düzgün etiologiyası müəyyən edilməzsə, bu gün olmasa, sabah olmasa, 2 ay sonra da olmasa, nə vaxtsa daha qartımış sifətiylə yenə qarşımıza çıxacaq.
 

Kimsə belə hadisələrə  “bizdən uzaq olsun” deyə keçməməlidir

 

Belə hadisələrin heç biri diqqətdən kənarda qalmamalı, ərazilər üzrə, yaşlar üzrə, cinslər üzrə və s. qruplaşdırmalı, nəticəyə gəlinməli və həmin nəticələrə uyğun maarifləndirmə işləri aparılmalıdır: amma kampaniya xatirinə deyil, qrant xatirinə deyil, həmin eybəcər halın mənəviyyatlardan təmizlənməsi üçün, daha beş, dörd, üç, iki, bir naqisliyin nacinsliyin qarşısını almağa yetərli olsun deyə.
Zorakılıq xarakterli seksual cinayətlərin artım tendensiyası hər kəsi narahat etməlidir. Məsələn, son günər ətraf əyalətlərin birində 4 yaşlı qız uşağının zorlanması, Bakıda 35-40 yaşlı kişinin 8 yaşlı oğlan uşağı zorlaması və s. digər hadisələr ölkə mediasının diqqət mərkəzindədir. Millət vəkillərindən Qənirə Paşayevnın, Fazil Mustafanın bu hadisələrə münasibət bildirməsi məsələnin aktuallığından xəbər verir. Bizim ölkə üçün xarakterik olmasa da v bunlar var və bunların aradan qaldırılması üçün səylər birləşdirilməlidir.
Haqqında bəhs etdiyim eybəcərliklrin Azərbaycanda baş verməsini şərtləndirən sosial şərait mövcud deyil. Keçid dövrünün, müharibənin gətirdiyi problemlərin nəticəsini həyatımızda yaşamaqdayıq. Amma bunlar bilavasitə intihar hadisələrinə, fahişəliyə, seksual pozğunluğa səbəb ola bilməz.
Əgər lap etsək ki, iqtisadi çətinliyə görədir, axı bu çətinliyi yaşayanların heç də hamısı intihara cəhd etmir. Qərb dünyasının təsirlərinə heç də hamı təslim olmur. Sadəcə, hər kəsin fərdi psixologiyası ilə bağlıdır. İntihr hadisəsini seçən kəs ola bilsin ki, bu addımı affekt halında törədib, ola bilərdi ki, həmin anda kimsə intihar etmək istəyən kəsi bu admı atmaqdan çəkindirə bilərdi. Bu yaxında bizim mənəviyyatımız üçün utqnc olan daha bir hadisə baş vermişdi. Bir ana 3 azyaşlı övladını evdə qoyub digər kişiyə qoşulub qaçmışdı. Uşaqları ictimai sığınacaöa vermişdilər. Onların səyi ilə ana tapılmış və sığınacaöa dəvət edilmişdi. 2-3 foto verilmişdi onların görüşdükləri məqamı əks etirən. Qalın-qalın kitabların verə bilməyəcəyi məna vardı bu cansız şəkillərdə. Ana da ağlayırdı, həm də yana-yana. Mən şəkildən hiss edirdim bunları. Bəs onda ana niyə bu addımı atıb? Bax, ananı bu addımı atmaqdan çəkindirən nümunələr yoxdu ədəbiyyatımızda, sənətimizdə (müəyyən istisnalarla), varsa da çox azdır. Mən qadənlar bilirəm gecə-gündüz Allah əl açıb yalvarır ki, ona bir övlad payı versin. Bəs bu ana 3 gözəl balanı necə taleyin ixtiyarına buraxa bilərdi? Psixoloqlar, sosioloqlar bunları əsaslandırmalı və həlli yolları üçün fikir və tövsiyələrini bildirməlidir.
3 övladı olan anaya artıq ər lazım deyil. Bu balaları böyüdüb xeyirli ərsəyə gətirə bilməyə təkan verəcək, pasiban olacaq ata lzımdır.
Dilə gətirilə bilən eşq mükəmməl olmadığı kimi, ölçülə bilən eşq də dəruni eşq deyil. Bizim həyatımızın dadı, canı, gözəlliyi arzularımıza çatmaq uğrunda mübarizədir, çatan kimi hər şey geriyə yol başlayır, zirvəyə çatdınsa, daha hara can atacasan ki. Odur ki, daim can atasan, yaxınlaşasan, amma çatmayasan. Bu düşüncədə 3 övladı olan ananın sevgi, ailə, xoşbəxtlik haqqında düşüncələrini qınayıram. Biz mənalı həyatımızla bir-birimizin həyatını , daha böyük mənada həyatın özünü mənalandıra bilərik.
Bu və ya bu kimi  digər hadisələr kütləvi olmasalar da, mənəviyyatda gedən anomaliyalardan, simasızlıqdan, harınlıqdan xəbər verir ki, bu eybəcər hallar cəmiyyətdə xof, ümidsizlik yaradır.
İstər dövlət qurumları, istər qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, elm və mədəniyyət xadimləri, hər bir kəs bunların fərqində olmalıdır.
Fikir verirsinizsə, bir çox mətbuat vasitələri( daha çox onlayn), bəzi özəl tele-radio kanalları insanı səbirə, mükəmməlliyə, mərhəmətə bağlaya biləcək yazılardansa şou mövzularına, ancaq xəbər kimi təqdim edilən cinayət hadisələrinə daha çox yer verirlər. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmovun dünən belə bir fikrinə rast gəldim: "...Mən təxminən saat 12:00-dan saat 18:00-dək efirmizdə baxmağa normal veriliş tapa bilmirəm. Çünki daha çox mətbəx və sağlamlıqla bağlı verilişlər olur".
 

Kimsə belə hadisələrə  “bizdən uzaq olsun” deyə keçməməlidir

Hansı informasiya vasitəsinə nəzər salırsan 5-3 adamın tnıdığı şou adamlarından, onların plastik əməlliyyatlarından, kimlərinsə bağışladığı avtomobillərindən, imarətlərindən, geçənin möhrünü vuran bikinilərindən , dekoltelərindən
yazırlar. Belə önəçıxarmalarla köklənən zəiflər, təcrübəsizlər, zavallılar təbii ki, mənəvi gözəlliyi formalaşdıran başla, ürəklə deyil, gözlərinin qurdunu, əza həzzini təmin edəcək hisslərlə yaşayacaq və addım atacaqlar ki, bunlar da yaxşı nəticələnə bilməz.
Bəzi telekanallarda bu qədər şit, bayağı verilişlər, seriallar nümayiş etdirilir: nə məzmun var, nə mahiyyət, nə də bu mahiyyəti yarada biləcək aktyorlar.
Bu kimi hadisələrin qarşısını almaq üçün "xalq içərisinə getmək” lazımdır, maarifləndirmə hərəkatına başlamaq lazımdır və bunların təsirli olması üçün cəmiyyətin özünün hədəfi qorunmalıdır. İnsanlar özləri ətraflarına həssas olmalıdır. İnsanlar özləri səbirli olmalıdır.
Əgər qonşunda həftədə , on gündə bir ət yeməyən varsa, sən iki gündən bir kabab çəkirsənsə; ətrafında olan birinin övlad niskili varsa, sən də onun yanında uşaqlarını hədsiz əzizləyirsənsə; əgər həkimə gedəndə rastlaşdığın rəfiqən, məktəb yoldaşının ailə münasibətlərində soyuqluq varsa, sən də onun yanında yoldaşına zəng edib "canım, bitanem, gəl məni mamamgilə apar” deyirsənsə, həyat yollarındakı acılara aparacaq ziqzaqlar heç azalmayacaq.
Kimsə belə hadisələrə "bizdən uzaq olsun” deyə keçməməlidir. Bax, bizim faciələr onda başlayır. Hər kəs bu acını öz acısı kimi qəbul edərsə, içindəki insanlıq hissləri onu nizamlayacaq, həssas edəcək, hansısa bir körpəni, ananı xilas edəcək xilaskara çevirəcək.

Kimsə belə hadisələrə  “bizdən uzaq olsun” deyə keçməməlidir

Cabir Novruz demişkən:

....Tələsin, tələsin tələsir zaman,
Düzəlməz işə də düzəldi deyin,
Hərdən qocaya da gəncsən cavansan,
Hərdən kifirə də gözəldir deyin.
***
Səs salın səmaya, suya, torpağa
Bu yola çağırın nəsilləri də,
Tələsin,adamlar əldən tutmağa,
Fəqət ev yixmaqda qalın geridə.
***
Nə olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun,
Siz günah yumaqda birinci, ilkin,
Günah işləməkdə mininci olun....

Kimsə belə hadisələrə  “bizdən uzaq olsun” deyə keçməməlidir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 30.09.2017
  • Status: offline
  • Şərhləri: 22
  • Məqalələri: 0
^
Появился в интеренете российский кинофильм Крым. классный, искренний, нужно глянуть всей семьёй, вот гиперссылка скачать кинокартину КРЫМ ТУТ

--------------------
  • Нравится
  • 0