» » Əsl sevgidə intim həyat özü zamanını və yerini bilir

Əsl sevgidə intim həyat özü zamanını və yerini bilir

Əsl sevgidə  intim həyat özü  zamanını və  yerini bilir

Məhəbbət elə bir ismət evidir,
Onun qapıları bağlı gərəkdir.
Onun sığındığı etibarlı yer
İnsan sinəsində adi ürəkdir.
R.Rza

"Seksuallığın indiki mənada inkarı günahdır. Seksuallıq günah deyildir." Bu fikirlər Vasif həkimin "Görəsən, cinsi münasibətlər ayıb şeydirmi?" yazısının (Mənbə:http://qafqazinfo.az/news/detail/goresen-cinsi-munasibetler-ayib-seydirmi-184637 ) son cümlələridir. Şəxsən, mən bir oxucu kimi bu yazını, həkimin fikirlərini qəbul etmirəm. Yaxşı olardı ki, həkim insanın cinsi münasibətlərinin tibbi baxımdan idarəsi, nizamlanması barədə rəy bildirəydi. Dövrümüz akselrasiya dövrüdür. Bir qədər də hədəfdən, ölçüdən çıxan davranış normaları, seksual fantaziyalar insanın fizioloji tələbatını təmin etmək vasitəsindən tam uzaqlaşıb, ona əza həzzi üçün stimul verir. 30-40 il öncə qızlar başıaçıq gəzməyi özlərinə utanc davranış hesab edirdilər, amma indi yöndəmsiz şalvar geyinirlər, mini yubkalar, sinəsi açıq koftalar müasirlik hesab olunur, belə geyinənlər diqqətə daha tez tuş gəlir. Sevgi əşyalaşıb, maddiləşib. Qadınlıq cizgiləri sanki (dönə-dönə üzr istəyirəm, əlbəttə, hamıya aid edilmir)əmtəədir. Kimsə almasını silib parıldadan kimi, belə qızlar da 100 ölçüdə-biçidə özlərini sevdiyi, sevəcəyi oğlana təqdim edir. Oğlanlar özləri də belə. Bax, seksuallıq belələri üçü günah deyil, ayıb deyil. Amma bizim nənələrimiz, analarımız öz halalları ilə özlərinəməxsus məkanda bu cür geyinməkdən, bu cür münasibətlərdən küz alması kimi qıpqırmızı qızarıblar. Elə əza hərisliyinin bu cür israfçılığıdır ki, son dövrlər qurulan nikahlar davamlı olmur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bu ilin fevral ayında mətbuata verdiyi bir açıqlamasından oxumuşdum:"İl ərzində 15-17 yaşlı qızlar 3 minə yaxın uşaq dünyaya gətirirsə, bu, bizi narahat etməlidir". Və yaxud Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, cari ilin ilk ayı ərzində qeydiyyat şöbələri tərəfindən 4,3 min nikah və 1,1 min boşanma halları qeydə alınıb.
Bir ayda 1100 nikah pozulma halı baş verirsə, demək, bu ailə müqəddəs sevgi təməlləri üzərində qurulmayıb. Çox güman ki, bu gənclər ailə qurmağa, sadəcə, fizioloji ehtiyaclarının təminatı baxımından etibarlı bir vasitə kimi baxıblar.

Əsl sevgidə  intim həyat özü  zamanını və  yerini bilir

Gənclər müəyyən qədər tibbi biliklərə yiyələnsinlər, maariflənsinlər. Amma bunun üçün elə auditoriya seçmək, elə mühazirəçi seçmək lazımdır ki, müəyyən səviyyələr, hədlər gözlənilsin. Seksual münasibətlərin ən yüksək səviyyəsi belə insanı xoşbəxt edə bilməz, əksinə, əsl xoşbəxtliyi yaşayacaq ailə tərəfləri arasındakı hisləri, hörmət-izzəti cılızlaşdıracaq. Seksual münasibətlərdə də bir ağayanalıq lazımdır. Əsl sevgidə intim həyat özü öz yerini bilir
Belə yazılarla biz, əksinə, bu gün əsl sevgiyə, qadına doğru yanaşmayanlara dəstək vermiş olarıq.
Kim bilir ki, kiminsə seksual həyatında uyğunsuzluq, nizamsızlıq, gücsüzlük, istəksizlik var və ya kimlərsə lap Don Juanlardır ki. Bu hiss elə baş qaldırmalıdır, elə yaşanmalıdır ki, həmin anlara qədər, eləcə də həmin anlardan sonra yaşanacaq həyat axarından seçilməsin, fərqlənməsin. Guya insalar elə bu hisslər üçün yaşayır, bu hiss üçün evlənirlər?
Hərdən saytlarda cinsi fəaliyyəti fəallaşdıran dərmanlar haqqında yazırlar. Yazının aşağısında guya bu sarıdan əziyyət çəkənlər cani-dildən həmin preparatın tərifinə keçirlər. Acınacaqlıdır ki, əksəriyyəti də qadınlar: onlar həmin dərman haqqında zəmanət verirlər ki, dünyada belə dərman yoxdur...
Bunlar şəxsi həyata müdaxilədir. Həkim belə onu sirr kimi saxlamalıdır.
Hər şeyin bir ölçüsü olsa yaxşıdır.
Mən İsmayıl həkimi bir çox yazılarını oxumuşam, haqqına müəyyən məlumatım var:savadlı həkimdir, alimdir. Hörmətli alim bu mövzuda fikirlərini daha başqa ampulada təqdim etsə idi, düşünürəm ki, şəfası daha təsirli olardı.

Əsl sevgidə  intim həyat özü  zamanını və  yerini bilir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Народ кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0