» » 29 aprel Dünya Arzu Günüdür

29 aprel Dünya Arzu Günüdür


29 aprel Dünya Arzu Günüdür. Bir balaca bu günün necə yaranması , məramı barədə qısa tanış olaq:
Make-A-Wish Foundation (ing. Make a wish "ürəyində arzu tut", "arzusunu yerinə yetir ") ölümcül xəstə uşaqların istəyini yerinə yetirməyə kömək edən beynəlxalq xeyriyyə fondudur. Fond 1980-ci ildə yaradılıb, bu müddət ərzində 240 mindən artıq uşağın istəyi yerinə yetirilmişdir.
30 mindən çox könüllü fondun işlərinə kömək edir.
Fondun mənzil-qərargahı ABŞ-ın Arizona ştatı, Finiks şəhərində yerləşir və 35 ölkədə regional şöbələri var.
1977-ci ildə 4 yaşlı Kris Ceyms Qreyçus (James Christopher Greicius) leykoz xəstəliyinə tutulmuşdu. Anası Tommi Ostin adlı bir gömrük işçisi ilə tanış olur. Tommi uşağın anasından eşidir ki, Krisa polis zabiti olmaq, polis vertolyotu ilə macəra yaşamaq istəyir.
 
29 aprel Dünya Arzu Günüdür

1980-ci ildə Krisanın vəziyyəti pisləşir. Tommi Arizona İctimai Təhlükəsizlik Departamentinizn zabiti Ron Koksla əlaqə yaradaq uşağın arzusunu ona çatdırıb.
29 aprel 1980-ci il Ron ilə birlikdə Kris helikopterlə Finiks şəhərinə uçublar- İctimai Təhlükəsizlik Qərargahı buradadır. Hava limanından Kris Ron, üç patrul maşını və motosikletçilərin müşayiəti ilə və departamentin ofisinə gedərək həmin günü orada keçirib və sonda o, Arizona polisinin ilk və yeganə fəxri üzvü adı ilə təltif olunub. Beynəlxalq Arzu Günü də 29 aprel 1980-ci ildə bu arzunun reallaşdığı günün şərəfinə qəbul olunmuşdur.
Ertəsi gün Ron "Uniforms Johns” şirkəti ilə əlaqə saxlayıb departamentinin əməkdaşlarına, eləcə də Krisa patrul forması tikilməsi ilə bağlı razılı əldə edir . Mayın 1-də zabitlərə və Криsa departamentin forması təqdim olunub və Ron bu fəxri polisə izah edib ki, motosikletlə patrul çıxmaq üçün test vermək lazımdır. Ona görə oxumaq və idmanla məşğul olmaq lazımdır.

29 aprel Dünya Arzu Günüdür

29 aprel Dünya Arzu Günüdür

Ron və digər həmkrları bundan sonra belə qərara gəlirlər ki, digər xəstə uşaqların da arzusunu yerinə yetirmək imkanı olmalıdır. Beləliklə, Make-A-Wish Foundationun əsası qoyulmuşdur.
Əvvəlcə fondu ABŞ-da uşaqlara kömək edirdi, onun ilk xarici nümayəndəliyi sonradan 1983-ci ildə Kanadada açılmışdır.
Fond 2,5 yaşından 18 yaşınadək uşaqlara və yaşadıqları ölkənin irqi, milli, dini mənsubiyyətindən asılı olmayaraq kömək edir. Dostları və qohumları, tibbi və sosial işçiləri, uşaq özü fonda ərizə verə bilərlər. İstək icrası üzrə tibbi göstərişlərə müalicə edən həkim tərəfindən təqdir edilməlidir.
2010-cu ildə 38 ölkə ilə birlikdə Turkiyə də Beynəlxalq Arzu Gününə qoşulmuşdur.
Türkiyənin 7 müxtəlif regionunda -7 şəhərdə (Adana, Ankara, Ərzurum, İstanbul, İzmir, Samsun və Siirt) eyni gün 7 uşağın arzuları həyata keçirilmişdir.
Harda keçirilməsindən, kim və ya kimlər tərəfindən keçirilməsindən asılı olmayaraq insanlıq adına yaraşan həe bir əməl alqışlanmalıdır. Bəzən elə bilirlər ki, dünyanı, həyatı qorumaq üzərində yaşadığımız Yer kürəsini, Günəşi, havanı və suyu qorumaq deməkdir. Əlbəttə ki, bunların dördü də zəruri həyat ünsürürüdür. Amma fərqində olmuruq ki, Günəş də, yer də, hava da, su da Yer üzünün şərəfi olan insan üçündür, insan olmayandan sonra dünya cənnət olsa, hər yerdən zəmzəm suyu axsı, nə faydası. İnsan varsa və bu 4 ünsür də mövcuddursa, yenə həyat düsturu tam deyil, tənliyi yenidən qurmaq lazımdır. Çatışmayan bir insanlıqdır. İnsanlıq deformasiyaya uğrayınca hər çey heç nədir.Yetər ki, tk insanlıq olsun, insanlar bir-birini sevsin, səhərləri xoş arzularla açsın, axşamları xoş niyyətlə gözləsin. Şəxsən, mənim qənaətimcə, gözəl olan nə varsa, ağlım ilk dəfə onu necə kəsib, necə qəbul edibsə, bu gün həmin təsəvvürlər nə qədər güzəştə getsəm də, əvvəlkinin 50 faizində deyil. 30-40 il əvvəl sevgi belə deyildi, qonşuluq belə deyildi, qohumluq belə deyildi, dostluq belə deyildi, düşmənlik özü belə deyildi, nifrət belə deyildi.
Mənim gücüm çatsa idi, tarixin təkərlərini geri döndərərdim...
Mənim gücüm çatsa idi sənəti, incəsənəti ittiham edərdim. O dövrlərin ədəbiyyatında, sənətində nə arzulayırdıq, xəyal edirdik hamısı vardı. Nə vardı , insanları cəlb edə bilirdi, arxasınca apara bilirdi.
S.Rəhimov sağ olsa idi, gedib yanında oturub doyunca söhbət edib durulanıb gələrdim. M.İbrahimov, , R.Rza, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Muğanna, M.Araz və daha neçəneçə qüdrətli qələm sahibimizin , müəllimimizin, incəsənət xadimlərimizin hər an yeri görünür.
Bütün bunların arzu gününə aidiyyəti varmı desəniz, əlbəttə, deyirəm. Arzu da bir dəndir, torpağa düşən taxıl kimi. Beynimizə, ruhumuza onu səpən müəllimlərimiz, yazıçı və incəsənət xadimlərimizdir.
"İnsan yem dalınca qaçmasın gərək”, arzu dalınca qaçsın... Gözəl arzular gözəl niyyətlər deməkdir. Hamı bu arzu və niyyətləri birlikdə saflaşdırmalıdır. Hər kəsin çatdığı xoşbəxtlik onda əsl xoşbəxtlikdir.
Hər günü qorxunc xəbərlərlə qarşılayırıq, hamı sərhədə silah daşıyır...uşaqları barmaqlarına, boynuna, gülüşünə, duruşuna qorxa-qorxa baxırıq...Birdən Kim Jong Unun qəzəbi tutar, birdən Tramp onu qabaqlayar...
Canını qurtarmaq üçün dənizlə başqa ölkələrə keçmək istəyən və dənizdə batıb ölənlər bilirsinizmi nə qədərdir? İSİD Trampdan da qorxmur, çəkinmir, Kim Jong Undan da. yağmaladıqları hər yerdə günahsız insanları ən dəhşətli üsullarla qətlə yetirirlər, qoyun kimi başını kəsirlər...

29 aprel Dünya Arzu Günüdür

Bu, təkcə İSİD-lə və İSİDin ayaq basdığı ölkə ilə bağlı xaos deyil, dünyanın başı üstünü almış kabusdur.
Lap qədimlərdə yol kənarında sığınacaq, karvansaralar olarmış. Bu sığınacaq və karvansaralar yoldan keçən qərib adam sığınsın deyə, yatıb səhəri gün yoluna davam etsin deyə salardılar... Qərib üçün deyirəm ha...yolçu üçün deyirəm ha... Bəs bizi bu dəyərlərdən insan qanına susayan, özümüzdən gücsüzə zülm edən, küçəmizi, məhəlləmizi abırsız hala saldığımızın fərqində olmadığımız hala nə gətirdi?
Dinimizdən, dəyərlərimizdən uzaq düşməmiz, xudbinlik, paxıllıq, hərislik.. Qayıq batırkən avarçəkəni kimsə sahilə çıxarmayacaq. Ya qayıqdakılar hamısı məhv olmalıdır, ya da hamısı birlikdə nicat tapmalıdır.
Elə yazımı da dünyamızın, insanlığın nicatı naminə dualarımla tamamlayıram:
Dünyamıza sülh arzulayıram, firavanlıq arzulayıram. Ölkələr arasında sərhəd olsa da, ürəklər arasında srhəd olmasın. Dünyanı bütün insanları dünya adlı bir qayıqdaymış kimi, bu qayığın avarını birlikdə çəksinlər.
Torpaqlarımızda atəşkəs elan olunsa da, müharibə vəziyyətindəyik.Bu müharibə sana çatsın, Əsgərlərimiz oz evlərinə, əzizlərinə sağ-salamat qayıtsınlar. Onların toy xəbərlərini eşidək. Eşitməsək də olar, təki toyları olsun.
Bütün övlad diləyən gənclərimizi Allah bu muradlarına yetirsin. Bütün ata-analar baba-nənə olsun. Dünyanın bir şirinliyi də bu nəvələrdir..

29 aprel Dünya Arzu Günüdür

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz