“Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Müəllif: Anaveusaq.az от 21-04-2017, 21:30
Aprelin 21-də "Hilton Baku” otelində "Aydınlığa doğru” Milli-mənəvi Dəyərlərin Qorunması İctimai Birliyinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə layihəsi olan "Ailə Akademiyası” və "Ailə dəyərlərinin inkişafı proqramı” çərçivəsində "Ailə sevgi, sədaqət, həmrəylik məktəbidir” mövzusunda şeir və hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Daha sonra təşkilat haqqında videoçarx nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə "Aydınlığa doğru” İctimai Birliyinin sədri Solmaz Əmirli təşkilatın məqsəd və vəzifələrindən, gördüyü işlərdən, ailə dəyərlərindən danışıb. O deyib: "Ailə kiçik cəmiyyətdir. Cəmiyyətin inkişafı üçün bütün vacib amillər ailədə yaranır. Bu layihə ailə dəyərlərinin qorunmasına yönəlmiş uğurlu bir işdir. Layihə çərçivəsində ailə dəyərlərinin məktəblilərə aşılanması üçün yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib, onlar arasında müsabiqə elan olunub. Müsabiqəyə 31 məktəb qatılıb və seçilmiş 67 iş münsiflər heyətinə təqdim edilib”.
S.Əmirli münsiflər heyətini təqdim edib, göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Milli Məclisin deputatı Qənirə Paşayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Anar Qədiməliyev, Ombudsman Aparatının məsul işçisi Yeganə Cəfərova və başqaları güclü və sağlam ailə dəyərləri, ailə məsuliyyəti, örnək ailə nümunələrindən söhbət açıb, sosial təbliğatın vacibliyini vurğulayıblar. Natiqlər bu müsabiqənin şagirdlər tərəfindən müasir ailə modeli və xoşbəxt ailə sirlərinin araşdırılması istiqamətində mühüm addım olduğunu qeyd ediblər.
Seçilmiş on yazının müəlliflərinə yazıçı-dramaturq, Əməkdar İncəsənət Xadimi Əli Əmirli tərəfindən mükafatlar təqdim olunub.
Tədbirdə "Ailə xoşbəxtliyin açarıdır” mövzusunda videosüjet, "Ailə bir ağacdır” adlı videoçarx nümayiş etdirilib.
Müsabiqənin qalibləri mükafatlandırılıblar.
Qaliblərin yazıları "Bizim ailə” jurnalında, birinci yerin sahibinin yazısı isə həm də "Ulduz” jurnalında dərc olunacaq.
Mənbə:http://azertag.az/xeber/Aile_sevgi_sedaqet_hemreylik_mektebidir_musabiqesinin_qalibleri_mukafatlandiriliblar-1053484
Oxşar postlar:
- “Mən həyatı seçirəm” layihəsi çərçivəsində maarifləndirici tədbirlər
- İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan inşa yazı müsabiqəsi keçirilib
- “Naxçıvan: dünən və bu gün” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
- “UNESCO-da Azərbaycan irsi-10" layihəsi çərçivəsində növbəti tədbir Göyçayda keçirilib
- Oxunub: 2 248
- Şərhlər: 0
- Bölmə: Mənəviyyat / Sevgi
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Şərhlər:
Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Ən çox oxunanlar
Yazarlar