» » İnsanlar nə üçün yaşamaqdan imtina edir?

İnsanlar nə üçün yaşamaqdan imtina edir?

 

İnsanlar nə üçün yaşamaqdan imtina edir?

"İntihar edən hər insanın özünə görə dəlilləri, ya da səbəbləri var: Bunlar çox xüsusidir, bilinməz və həm də dəhşətlidir".
Key Redfield Jamison, psixiatr
"YAŞAMAQ mənə əzab verir". XX əsrin əvvəllərində Yaponiyanın tanınmış yazıçısı Ryunosuke Akutagava intihar etmədən qısa bir müddət əvvəl belə yazdı. Ancaq bu açıqlamasına bu sözlərlə başlamışdı: "Əlbəttə, ölmək istəmirəm, amma."
Bir psixologiya professoru, intihar edən insanlardan bir çoxunun Akutagava kimi həqiqətən ölmək istəmədiyini, lakin "baş verənlərə son vermək" istədiyini deyib. İntihar notlarında çox tez-tez yer alan ifadələr də bunu işarə edir. "Buna çox dözə bilmərəm", ya da "Niyə yaşamağa davam edim?" kimi fikirlər lər həyatın acı gerçəklərindən qaçmağa duyulan dərin bir niyyəti göstərir. Ancaq bir mütəxəssisin tanıdığı kimi, intihar "adi bir soyuqdəymə nüvə bomba ilə müalicə etmək kimidir".
İnsanların intihar etmə səbəbləri müxtəlif olsa da, ümumilikdə həyatdakı müəyyən hadisələr intihara yol açır.

İntihara yol açan hadisələr
Ümidsizliyə məğlub olaraq intihar edən gənclər üçün, başqalarına adi kimi görünən məsələlərin də intihar səbəbi olması nadir görülən bir vəziyyət deyil. Gənclər əzab çəkəndə və bu barədə heç bir şey et, ölümlərini özlərini incidilmiş insanlardan qisas alma vasitəsi kimi görürlər. Yaponiyada intihar etməyi düşünən adamların terapiyası üzrə mütəxəssis olan Xiroşi İnamura bunları yazdı: "Uşaqlar özlərinə əziyyət verib insanları ölümləri vasitəsilə cəzalandırmaq kimi içdən gələn bir arzu hiss edirlər".
Britaniyada yaxın zamanlarda edilən bir araşdırma sorğusunda uşaqların hədsiz zorakılığa məruz qaldıqda intihar təşəbbüsündə olma ehtimallarının təxminən yeddi dəfə artdığını göstərdi. Bu uşaqların beyinlərində, ürəklərində çəkdikləri hiss və həyəcan acı həqiqətdir. Özünü asan 13 yaşlı bir oğlan uşağı ona fiziki və emosional cəhətdən əziyyət vermiş, zorla pulunu almış beş gəncin adının olduğu bir qeyd qaldı. Qeyddə: "Xahiş edirəm digər uşaqları qoruyun" sözləri yazılmışdı.
Başqaları isə məktəbdə və ya həyatda haqlımı-haqsızmı probləmlə qarşılaşanda, bir eşq əlaqəsi sona çatanda, sınaqlar zamanı stress yaşadıqda və ya gələcəklə bağlı ümidləri qırılanda intihar etməyə cəhd edirlər. Mükəmməlçi olmağa meylli ola bilən çox müvəffəqiyyətli gənclərdə isə gerçək, ya da xəyali bir müvəffəqiyyətsizlik və ya laqeyd, intihar cəhdinə səbəb ola bilər.
Böyüklərdə ən çox intihara yol açan hadisələr maliyyə və ya işlə əlaqəli məsələlərdir. Yaponiyada iqtisadi tənəzzül illərindən sonra intiharlar ildə 30.000-i aşdı. "Mainichi Daily News” qəzetinə görə, özünü öldürən ortayaşlı kişilərin dörddə üçü "borclar, ticarət sahəsində uğursuzluqlar, yoxsulluq və işsizlikdən irəli gələn problemlər üzündən" intihar etdi. Ailəvi problemlər də intihara yol aça bilər. Finlandiyada dərc olunan bir qəzet bu xəbəri verdi: "Son illər boşanmış orta yaşlıkişilər" ən riskli qruplardan birini təşkil edir. Macarıstanda aparılan bir tədqiqatda intiharı düşünən qızların əksəriyyətinin boşanmış ailələrdən olduğu müəyyən edilmişdir.
Xüsusilə yaşlı insanlarda təqaüd və fiziki xəstəlik də intihara yol açan başlıca amillərdir. İntihar çox vaxt ağrılardan bir xilas yolu kimi seçilir. Belə vəziyyətdə bir xəstəliyin ölümcül olması şərt deyil, xəstənin çəkdiyi iztirabın dözülməz olduğunu düşünməsi kifayətdir.
Bununla yanaşı, heç də hər kəs belə stresli vəziyyətlərlə qarşılaşdıqda intihar etməz. Elə isə çox insan intiharı seçmədiyi halda, niyə bəziləri bunu yeganə həll olaraq görür.

"Beyin kimyası"
Cons Hopkins Universitetinin Tibb Məktəbində psixiatriya professoru olan Q.Redfield Jamison belə deyir: "Ölüm qərarlarının çoxu, hadisələrin necə şərh olunduğuna bağlıdır. Çox insan var ki, zehni sağlam olduqda, heç də hər hansı bir ciddi səbəb onu intihara sürükləyə bilməz".
ABŞ Milli Ruh Sağlamlığı İnstitutunun alimi K. Mocicki isə bir neçə amilin bir araya gələrək intihara sürükləyən davranışa yol açdığına işarə edir. İntihara sürükləyən bu amillər arasında ruhi xəstəliklər, asılılıq, genetik quruluş və "beyin kimyasını” qeyd etmək olar.
("Beyin kimyası" bədəni və həyatı tamamilə idarə edən beyin olduqca mürəkkəb şəbəkələr və milyardlarla sinir hüceyrələrindən ibarətdir. Bu şəbəkə və hüceyrələr bir-biriləri ilə daim əlaqə içindədir. Bir hüceyrənin belə çıxıntıları var. Bu çıxıntılar sayəsində digər hüceyrələrlə ünsiyyət yaradılır və hüceyrələrdən siqnallar alınır. Bu əlaqə anında hüceyrələri bir-biri ilə ayıran kiçik boşluqların dəf edilməsi lazımdır. Fərqli iki sinir hüceyrəsi bir-biri ilə əlaqə quracağı zaman bir kimyəvi maddə əmələ gəlir. Bu maddə iki hüceyrə arasındakı boşluğu aşaraq digər hüceyrəyə çatır. Çatdığı hüceyrə aktiv hala gətirir, ya da passivləşdirir. Sonra kimyəvimaddə göndərən hüceyrə göndərdiyini geri alır.
 

İnsanlar nə üçün yaşamaqdan imtina edir?

 

Bu mexanizmdə baş verən bəzi problemlər bipolyar pozğunluq, diqqət çatışmazlığı, hiperfunksiya, depressiya kimi ciddi sağlamlıq problemlərinə yol açır.
Bu cür narahatlıqlar beyində olan kimyəvi maddələrdə baş verən anormallıqlar, ya da ziddiyətdən ortaya çıxır. Məsələn, dopamin adı verilən kimyəvi çatışmazlığında şizofreniya, serotonin adlı kimyəvi çatışmazlığında isə depressiya açığa çıxa bilər. Bütün bu narazılıqlar beyin kimyası ilə bağlı xəstəliklərdir.)
Bunlardan bəzilərini nəzərdən keçirək.
Bu amillərdən ən başda gələnləri ruhi xəstəliklər və pis meyillərə asılılıqdır. Onların arasında depressiya, ikiqütblü psixoz, şizofreniya və alkoqol və ya narkotika asılılığı da olur. Avropa və Amerika Birləşmiş Ştatlarında aparılan araşdırmalar intiharların 90 faizdən çoxunun belə xəstəliklərlə əlaqəli olduğunu göstərir. Əslində, İsveçli tədqiqatçılar bu cür bir xəstəliyi olmayan kişilərdə intihar nisbəti 100.000-də 8,3 ikən, depressiya keçirən kişilərdə bu nisbətin 100.000-də 650-yə çıxdığını müəyyən etdilər! Ekspertlər Şərq ölkələrindəki intiharlara da oxşar amillərin yol açdığını deyirlər. Yenə də depressiya ilə intihara yol açan hadisələr bir araya gələndə də intihar qaçılmaz deyil.
Keçmişdə özü də intihar cəhd göstərmiş olan professor Jamison bununla bağlı olaraq demişdir: "İnsanlar hər şeyin düzələcəyinə inandıqları qədər depressiyaya dözə bilir, ya da dözüm edən kimi görünürlər". Bununla yanaşı, Jamison davamlı artan məyusluğun dözülməz hala gəldiyində zehnin intihar niyyətlərini mane olma qabiliyyətinin getdikcə zəiflədiyini müəyyən etmişdir.
O, bu vəziyyəti davamlı əyləcə basılması nəticəsində avtomobildəki əyləc "başmaq”larının yavaş- yavaş aşınmasına bənzədir.
Depressiyanı müalicə etmək, belə bir yanaşmanın fərqinə varmaq önəmlidir. İnsanlar intihara körükləyən amillərin öhdəsindən gələ bilsələr, çox intihara yol açan duyğusal ağrılara və stresslərə fərqli şəkildə reaksiya göstərə bilərlər.
Bəzi insanlar bir çox intiharları şərtləndirən amillərin insanın genetik quruluşu ilə əlqəli ola biləcəyini düşünür. Çünki insanın təbiətində genlərin rol oynadığı bir həqiqətdir, yəni nəsildə bu addımları atmış olubsa, kiminsə yenə qurtuluş olaraq intihar addımı seçəcəyi gözləniləndir. Lakin Jamison onu da qeyd edir ki, intihara olan genetik bir meyl heç vaxt intiharın qaçılmaz olduğu mənasına gəlməz.
Beynin kimyası da intiharın ardında yatan bir amil ola bilər. Beyindəki milyardlarla sinir hüceyrəsi (neyron) elektrokimyəvi olaraq rabitə halındadır. Kimyəvi məlumat daşıyan sinir yönəldən (nörotransmitter), sinir liflərinin sahələrə ayrılmış uc hissələrində yerləşən " sinaps” adlı kiçik fasilələrdən keçirlər. Bir sinir yönəldən olan serotoninin səviyyəsi insanın intihara olan bioloji meylində pay sahibi ola bilir. Professor Jamison yazır: " Serotoninin aşağı səviyyədə olması bir insanın öz varlığına olan marağını azaldıb, depressiya və intihar riskini artıraraq həyatdakı xoşbəxtliyi alıb apara bilər".
Bununla birlikdə həqiqətən, intihar etmək heç kəsin taleyi deyil. Milyonlarla insan emosional ağrı və stresslə mübarizə edir. Həlledici amil bəzilərinin özlərini öldürməsinə yol açan təzyiqlərə zehin və ürəyin necə reaksiya göstərməsidir. Təkcə birbaşa intihara yol açan səbəblərin yox, intihara sürükləyən amillərin də öhdəsindən gəlməlidir.

Cinsiyyət və intihar
Amerika Birləşmiş Ştatlarında aparılan bir araşdırmaya görə, qadınların intihar cəhd göstərmə ehtimalı kişilərdən 2-3 dəfə çox olmasına baxmayaraq, kişilərin bu cəhdi ölümlə sona çatdırma ehtimalı qadınlardan 4 dəfə çoxdur. Qadınların depressiya keçirmə ehtimalı kişilərdən ən azından iki dəfə çoxdur. Ona görə də onlar çox şiddətli olmayan intihar üsullarına müraciət edə bilərlər. Kişilər isə qadınlardan fərqli olaraq belə cəhdlərini başa çatdıracaqlarına əmin olmaq üçün daha güclü və dəqiq üsullardan istifadə etməyə meylli olurlar.
Ancaq Çində intihar cəhdlərinin ölümlə nəticələnmə səviyyəsi qadınlarda kişilərdən daha yüksəkdir. Əslində, bir araşdırma dünyadakı qadın intiharlarının təxminən yüzdə 56- nın Çində, xüsusilə də kənd yerlərində meydana gəldiyini göstərir. Bu ölkədəki qadınların düşünmədən intihar cəhd göstərdiyi, bu cəhdlərin ölümlə nəticələnmə səbəblərindən birinin də əkinçilikdə istifadə olunan çox zəhərli dərmanları asanlıqla əldə edilməsi olduğu göstərilir.
İntihar və tənhalıq
Tənhalıq insanları depressiyaya və intihara sürükləyən amillərdən biridir. Finlandiyada intiharlarla bağlı bir araşdırmanı aparan Jouko Lönnqvist bunları dedi: "İntihar edənlərin bir hissəsi gündəlik həyatlarında təkdi. Boş vaxtları çoxdu; Lakin sosial əlaqələri az idi". Yaponiyadakı Hamamatsu Universiteti Tibb Fakültəsində psixiatr olan Kenshiro Ohara bu ölkədəki ortayaşlı kişilərin intiharında müşahidə edilən artımın kökündə duran faktorun özünəqapanma, yaxın çevrədən və ya cəmiyyətdən ayrı düşmək olduğunu söyləmişdir.
Böyüklərdə isə intihara yol açan ən çox səbəbmaliyyə və ya işlə əlaqəli məsələlərdir
 

İnsanlar nə üçün yaşamaqdan imtina edir?

 

Qeyd: Yazı tərcümə ilə işlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Держите пожайлуста: Скачать саму прогу можно здесь. | Видео по установке и настройке смотрите тут.
Внимание!!! Данный патч позволяет играть бесплатно пять часов в сутки.
Если Вас интересует "Безлимит" то за 70 руб. в мес. обеспечу обновлние, поддержку и помогу с настройкой!
Играю уже девять месяцев на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!
Если заинтересовало пишите в форму обратной связи. Перед покупкой протестируйте бесплатные возможности.
  • Нравится
  • 0