» » Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

"Vağzal” ingilis sözüdür: sərnişinlərə xidmət etmək üçün dəmiryol stansiyasında xüsusi bina deməkdir. Eləcə də təyyarələrin, gəmilərin sərnişinləri və xidmət əməkdaşları üçün nəzərdə tutulmuş bina "vağzal” (hava limanı, dəniz limanı) adlanır.
Uşaq vaxtı "vağzal” deyəndə biz avtobusların rayonlara getmək üçün yola düşdüyü və ya əksinə, rayonlardan bizim rayona gələn avtobusların çatdığı son nöqtə kimi başa düşürdük. Bizim rayona gün ərzundə, əsasən, Ağdaşdan, Göyçaydan avtobuslar gedib-gəlirdi, səhv etmirmsə, Gəncəyə, Mingəçevirə, Şəkiyə isə gündə bir dəfə reys olurdu. Bakıya gedən avtobus isə keçmiş mehmanxanın yanından yola düşürdü, qayıdanda da bura gəlirdi.
Adi günlərdə bir, tələbələrin gedib-gələn vaxtı isə iki avtobus olurdu. Sonra yavaş-yavaş kəndlərə də "Alabaş”, "Paz” avtobuslar işləməyə başladı və avtovoğzal adlandırdığımız məkan genişlənməyə, məzmun və formasını dəyişməyə başladı.
Daha sonra bizim dünyagörüşümüz, şəhər təsəvvürlərimiz artdıqca "qatar”, "dəmir yolu vağzalı” da həyatımıza daxil oldu. İlkinliyində biz istər avtobusları, istərsə də qatarları təkcə insanları gedəcəkləri mənzilə aparan minik vasitəsi kimi deyil, həm də gəncləri arzularına aparan vasitə kimi baxırdıq. Sevgi, romantik hisslərin pərvəriş tapdığı klassik məkan olub vağzallar. Sonralar mahiyyətinə vulqarlıq qatsalar da, əslində, vağzallar yarandıqları vaxtdan insanları mənzilbaşına aparıb-gətirmək , yük daşımaq xidmətlərini yerinə yetirib. Çox sevgilər ilk cücərtisini vağzaldan başlayıb. Elə bizim də. Bacımı Bakıdan rayona yola salanda yanaşı oturub gedəcəyi qızla tanışlıq, beləcə, 37 ildir davam edən ailə ittifaqına çevrildi.
İnsan sevgi hissləri olmadan yaşaya bilməz. Yaşayar ey, amma məzmunsuz, məqsədsiz, körtəbii. Amma sevgidən maya tutan ailə həyatı hər zaman məsuliyyəti olur. Sevgi olmasa, kimsə saçını-saqqalını təraş etməz, qadınlar saçlarına heç günlərlə daraq yaxınlaşdırmaz. Hər kəsin sevgiyə, ruh əkizinə can atmasını bu mənada təbii və doğru qəbul etmək lazımdır. Bəs necə can atmaq, harda can atmaq? Kənd məktəbində olmaz, kəndin özündə, ailədə bir mühafizəkarlıq var. Oğrun-oğrun , uzaqdan-uzağa baxmaqla, işarə etməklə, sevgi olurmu?
Dədə-baba qaydasında bugünki kimi bir qədər sərbəst sevgi olmayıb, amma həyat daim inkişafdadır axı. Bu inkişaf eyni zamanda insanlar arasındakı münasibət və əlaqələrin də yenilənməsini zəruri edir. Məsələn, 60-70 il bundan əvvəl bir kişi qızına elçi gələn şəxsi, onun nəsil-nəcabətini özü bəyənibdisə, qızın rəyi soruşulmazdı və o gün də"hə” şirnisi içilərdi. İndi bu mümkün deyil, qız özü də razı olmaz. Valideynər isə qızlarına anladarlar ki, valideynləri gəlsin, hələ bir tanış olaq. Bax, bu tanışlıq vacib məsələdir, amma belə ani olmaya, ona imkan yaradılmalı və məsafə ayrılmalıdır. Gələcə ailə həyatının səmimiliyi və möhkəmliyi üçün bu, vacibdir: qoy özləri bu vaxtda bir-birlərini əməlli-başlı kəşf etsinlər. Bir gün ərzində oğlan özünü qız tərəfinə, qız da oğlan tərəfinə mələk kimi göstərə bilər.

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

 

Bizim dövrün gəncliyi üçün vağzallara vulqar təfəkkürlə yanaşmaq ola bilməzdi. Onda nəqliyyat bu qədər bol deyildi də. Balaca maşınlar olsa da, hər kəsin imkanı olmurdu. Həm də ona görə ki, tələbələr özləri ilə hər dəfə filan qədər ərzaq, paltar, yorğan-döşək və s. aparırdı, jiqulinin yük yeri ancaq bir tələbəyə kifayət edərdi. Avtobus və qatarla bu imkan daha böyük idi, həm də ucuz. Odur ki, avtobus və qatarlar daha əlverişli olduğundan vağzallar hər zaman qaynayıb. Sərnişinlər, onları gözləyənlər, yola salanlar baxımından həmişə izdihamlı olub. Tələbələr özləri də avtobusu daha çox seçiblər. Jiqulu rayondan Bakıya 3-4 saata çatırdısa, avtobuslar bu yolu 2 dəfə artıq vaxta qət edirdilər. Qatarlar gecə yol gedirdi və bu yol xəttinin məsafə və zamanının uzanması qatarın, avtobusun içindəki sevgili gənclər, eləcə də sevgi arayan gənclər üçün zaman-zaman arzu edilib. Ona görə də heç istəməyiblər ki , şəhərə tez çatsınlar.
Bizim gənclik illərinin düşüncələrdə olan hisslərdən danışıram: bir qızla harda tanış olmaq olar, ona sevgi hissini necə çatdırmaq olar və s. Arxasınca düşüb hər gün gedib-gəlmək qızların özlərinin də xoşuna gəlməzdi. Buna pis baxardı hamı da. Deyərdilər ki, qız dalınca düşüb. Amma vağzalda görərsən ki, qız 2-3 çamadan, çanta ilə əlacsız qalıb. Müraciət edib kömək edərsən, lap evlərinə qədər. Bu mədəniyyətdə (qır+saqqız olmaq demirəm ha)ikinci, 3-cü dəfə rastlaşanda salamlaşmaqdan, nəhayət, ürəklərə gözəl bir sevgidən qor düşə bilər. Və yaxud dilə gətirilə bilməyən sevgilər ola bilər. Qız qrup yoldaşına, həmkəndlisinə xahiş edə bilər ki, sabah rayona gedəcək.Gəlib onu qatarla yola salmağa kömək etsin . Həm də vaxtını desin ki, 10 gündən sonra qayıdacağam, qarşılamağa çıxarsan. Sevgi deyilmi bəs bu?
İndi keçək yazımızın sərlövhəsinə: "Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb.”
 

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

 

Mən öz fikrimi deyirəm, öpüşmək, bir-birinə sarışmaq müəyyən istisnaları nəzərə almasaq, bizim gənclik üçün xarakterik deyil. 5-3 gün öncə binamızın qarşısında – blokdan 15-20 metr aralı özümüzə bir "besedka ” düzəltmişik”, böyür-başı da bina sakinlərinin açıq havada olduqları, uşaqların oynadıqları yer . Liftə minəndə gözüm dəydi ki, iki qafa bir yerdədir. Dedim yəqin uşaqlardır. Həyətə düşəndə gördüm ki, qız-oğlandır. Oğlan qızın sinəsinə başını qoyub gya məhəbbətini izhar edir. Dünyasında bu oğlan həmin qızı almayacaq. Kişi sevdiyini küçənin ortasında öpməz. Bu hisslər gecənin qaranlığında belə qısqanc olmalıdır. Təbii ki, gənclərə sözümü dedim. Təkidlə buradan uzaqlaşmalarını tələb etdim. Belə meyillər, inanın, seriallardan, internet texnologiyalarından sirayət etdi gəncliyimizə.
Yazımızın mövzusu bu deyil, əlbət. Təqdim etdiyim şəkillər də tamam Avropa həyatı üçün xarakterikdir.
Bəs niyə : "Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb?”
Üslubi məqam olaraq işlənilib bu fikir. Çünki bu istiqamətdə heç bir müşahidə aparılmayıb, heç bir statistika da yoxdur. Məntiq budur ki, qənaət budur ki, bir az yuxarıda qeyd etdiyim kimi, çox sevgilərin mənbəyi vağzal olub.. Avropa həyatı üçün isə öpüşün. Bizim gənclik heç nə o vaxt, nə indi nə vağzalda, nə VVAQ şöbələrində belə addım atmamışıq.

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

Bizim gənclik, sadəcə, hansı bir qızın çantalarını aparmağa kömək edibsə, lap elə çantasız yola salmağa gedibsə, bu addımlar, niyyət sevgi vəd edib, deməyə cürət etmir, həyadanmı, qorxudanmı, dilə gətirə bilməyib. İndi qatarın, avtobusun yola düşməsinə son dəqiqə qalmış, oğlana güç, qıza isə mülayimlik hakim kəsilir. Oğlan ola bilsin ki, məktub verəcək, ya "sevirəm” deyəcək... ya da son anda xüdahafizləşmək bəhanəsilə ürəyinin, məhəbbətinin istisini qızla görüşəndə əli ilə arzuladığı əllərə ötürəcək. Sanki son anda tapır bu cürəti. Əgər vağzal olmasa idi, adi gəzinti olsa idi, bəlkə də ayrılanda deyə bilməyib sabahkı görüşə saxlayardı. Amma indiki ayrılıq ən azından 5-10 gün çəkəcək, lap uzun çəkə bilər. Həm də avtobusla, qatarla yola salmaq fürsəti hər ay olmur ki. Ümumiləşdirsək, vağzal istər qızda, istərsə də oğlanda bir ayrılıq əhvali-ruhiyyəsi yaradır. İnsan bu məqamda daha həssas və daha həlim olur. Bu fürsətdə istifadə edib avropalılar öpüşür, bizm gənclik baxşıların dili ilə SEVİRƏM deyir, ya da şanlı məktub təqdim edir ki, evdə oxuyarsan.
Niyə də sevməsinlər...Niyə də bu sevginin bütün heyranlığını yaşamasınlar..Niyə...? Yaşasınlar, qədərindən çox yaşasınlar. Amma ağılla, qarşılıqlı ehtiram və etimadla. Əndazəni aşmadan... Bu mötəbərlikdə sevgisini, öpüşləri qəpik-quruşluq etməsinlər.
 

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

 

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

 

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

 

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

Vağzallar səmimi öpüşləri VVAQ şöbələrindən daha çox görüb

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz