» » Peşman deyilsən ki?

Peşman deyilsən ki?

Peşman deyilsən ki?

Müdriklər buyurub ki, fikirləşmədən atılan addımın, edilən hərəkətin son ucu peşmanlıqdır. Elə bir insan yoxdur ki, peşmanlıq hissini yaşamasın. biz nə edirik i sonda peşman oluruq və biz nə etməliyik ki, sonda peşman olmayaq?
Təbiət başdan-ayağa sirlərlə doludur. Niyə bütün fəsillər bahar olmasın, niyə günümüz təkcə gündüzdən ibarət deyil, niyə nemətlərin hərəsi bir daddadır, olmazdımı ki, hamısı şirin olaydı?! Apaydın gündüzlü günlər varkən, bu qar nədir, bu külək, yağış, bu nəfəsi təntidən isti niyə olur? Və təbiətdə olduğu kimi, insan həyatında belə müəmmalar doludur. Məsələn, niyə bir mahnıda deyildiyi kimi:

Yay dağda, qış aranda,
Dincəlməyir bir anda.
Həyatı anlayan yerdə,
Həyatdan gedir insan..

Peşman deyilsən ki?

Olmazdımı ki, insan əbədilik yaşayaydı və yaxud bu mümkün deyilsə, anlayacağı mətləbləri həyatdan köçəndə deyil, 20-25 yaşında anlayaydı? Peşmanlıq da belə bir sirr: insan nəyisə edib də peşman ola bilər, etməyib də. Ağlıma sığışdıra bilmirəm ki, hər gün ətrafımızda gəlib-keçən insanlardan kiminsə peşmanlıq keçirmədiyi məqam olmasın. Ən azından, ruhunu sarımış "peşman olaram” deyə peşman olanlar olacaq peşmançılığı olmayanlar. Peşmanlıq hissi olmasa, kimsə atacağı addıma, deyəcəyi sözə məsuliyyət hiss etməz, bir ideal seçmək, uğrunda mübarizə aparmaq keyfiyyətlərimiz olmaz. Şekspir deyir ki, çox geç peşman olanın vay halına. Yəni, çox gec peşman olan yanlışlıqlarını etməkdə davam edəcək, hansı ki, əvvəldən bilib istiqamətini dəyişə bilərdi. Özümə gəldikdə isə, mənim peşmanlıqlarım olmayıb. Səhvləri peşmanlıq kimi qəbul etmirəm. Təəssüflərim var amma: ah-aman edirəm ki, "mənim ürəyimin anası ölsün…”

Məhəbbət sonsuzdur, ömürsə qısa,
Nə olar, sədaqət əbədi qalsa!
Kimin ürəyində bir tel qırılsa,
Mənim ürəyimdir, mənim ürəyim.

Sizə səadət bəxş edə bilən nemətlərdən ancaq birini təklif etsəydilər, nə götürərdiniz

Peşman deyilsən ki?

Sosial şəbəkələrdən birindən mənimlə həmsöhbət oldular. Sualar büsbütün bizim saytın məramına uyğun suallar idi. Əslində, bizim saytda bu sualdakı məsələyə biz çox-çox əvvəl toxunmuşuq. Amma əhəmiyyətini nəzərə alıb, bir az daha başqa formada Ana və uşaq.azda yenidən təqdim etməyi qərara aldlım. Sual belə idi ki, sizə dünyada səadət bəxş edə bilən nemətlərdən ancaq birini təklif etsəydilər, nə götürərdiniz?
Doğrudur, sual bir qədər mücərrəddir, amma cavabını axtarmaq, ideya baxımından çox təsirlidir.
Nədir həyatda o nemət ki, tək onunla insan özünü xoşbəxt hiss etsin… Cansağlığımı? Heç olmurmu canısağ adamı ömrü yarı yolda qırılmasın, arzuları bu qıırılmış ömrün məşumluğuna qarışıb səssizcə qeybə çəkilməsin? Uzun ömürmü…? "Təqaüdçü”, "əlil” yarlıqları adama hansı səadəti gətirə bilər ki? Pulmu, yox! Bəs onda səadətin formulu nədir? Yadınızdadırsa, saytımızda bu mövzuda maraqlı bir yazımız olmuşdu: "Bir hökmdar ölkəsinin rəssamlarına səadətin ən yaxşı rəsmini çəkməyi tapşırır və qalibə çox yüksək də mükafat vəd edir. Eşidib- bilən rəssamlar məşhurlaşmaq üçün gecə-gündüz məharətlərini nümayiş etdirib çoxlu sayda rəsm əsərləri çəkirlər, amma münsiflər bu əsərlərdən hökmdara təqdim etmək üçün yalnız ikisini seçirlər. Rəsmlərin birində dağların arasında bir göl təsvir olunmuşdu.

Peşman deyilsən ki?

Peşman deyilsən ki?

Hər tərəf yaşıllığa, gül-çiçəyə bürünüb, sanki yerə çiçəklərdən xalı sərilmişdi. Quşlar ağaclarda nəğmə oxuyurlar. Səmadakı buludlar dumduru suyu olan göldə əks olunaraq adamda xoş bir ovqat yaradırırdı. Hansı tərəfə boylansaydın, hansı tərəfə baxsaydın, qarşında yeni bir aləm canlanacaqdı. Adamlar da fikirləşir ki, hökmdar elə bunu seçəcək. Amma hökmdarın ikinci tablo daha xoşuna gəlmişdi. Burada da dağların arasında bir göl təsvir olunmuşdu: axşamdır, göy guruldayır, şimşək çaxır, ildırımlar toqquşaraq çılpaq qayalarda qorxunc bir əks-səda doğururdu. Yerdən-göydən sanki ələm yağır. Ətrafda yaşıllıqdan bir əlamət yox, hər yer vahimə saçır…Bəs niyə hökmdar bu tablonu seçmişdi? Sən demə, hökmdar diqqətlə baxanda uzaq qayaların arasında qurumuş bir ağac görübmüş. Ağacın haça budağında bir quş özünə yuva qurmuş və balasını qanadlarının altına yığaraq yağışın dayanmasını gözləyir. Hökmdara xoş gələn də elə bu olmuşdu ki, bu qədər təhlükələrin, uyğunsuz şəraitin olmasına baxmayaraq, həmin quş öz səadətini məhz burada tapmışdır. Çox ibrətamiz nümunədir. Bəli, səadət budur, həyat budur….”
Bir də səadət formulu üçün qədim inklərin bir and-amanını ölçü bilərdim: "İlahi, mənə qəlb rahatlığı göndər ki, dəyişdirmək mümkün olmayan şeylərə alışa bilim. Mənə güc-qüvvət göndər ki, mümkün olan şeyi dəyişə bilim. Mənə müdriklik göndər ki, birincini ikincidən fərqləndirə bilim.”

Peşman deyilsən ki?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz