» » Yol verin, qudam gəlir

Yol verin, qudam gəlir

Cəmi 3 gündən sonra bütün dünyada Atalar Günü qeyd olunacaq. Lakin Atalar günündən əvvəl də, yəni iyun ayının 15-də Dünya Qayınanalar Günü qeyd olunacaq.
1970-ci illərin sonlarında Amerikada elan edilən Qayınanalar Günü 28 Oktyabrdan qeyd olunmağa başlandı. Amerikalıların bu gün üçün hazırladıqları şüar isə belə: "Gəlinlər, hər qayınananın iki üzü olduğunu, pis üzü qədər yaxşı üzünün də olduğunu da unutmayın. Qaynanalar günündə qayınananızın yaxşı tərəflərini düşünərək ona bir gözəl buket çiçək verin. Bu onun hər zaman xatırlayacağıq bir jest ola bilər. "
Türkiyədə isə qayınana-gəlin arasındakı bu tarixi addım 1989-cu sonlarından atılmışdır. Bu tarixdən sonra Dünya Qayınanalar Günü 15 İyun olaraq təyin olundu. Qaynanasından doya bilməyən gəlinlər bir günlə kifayətlənməyib, günü həftəyə yayaraq, qayınanaları ilə bir olmaq arzularını ortaya qoydular. Yəni, həftəboyu qayınanalarına rəğbətlərini ifadə etdilər. Biz indiyə kimi, qayınanalarla bağlı çoxlu yazılar vermişik vemişik. Qayınanalarınızı düşünüb duyğulanmaq istəsəniz, buyurub saytın axtarışına "qayınana" yazsanız kifayətdir, başlıqlardan seçib oxuya bilərsiniz.
Sonda isə gəlinlərə qayınanalarına doğru çağırış edirik:
- Gəlin, ay gəlin, çox təcrübəzsizsiniz. Qayınananı sevmədən, rəğbətinizi aşkarlıq şəkildə nümayiş etdirmədən sevginin dadını dadmaq olmaz. Yoxdu belə təcrübə... Etməyin, eləməyin bildiyiniz kimi... Siz gələcək günüünzü görürsünüz. Yazıq analar bu məqamla da Sizə nümunə olur..Nümunə olur sizin gələcəkdə bşınıza gələcəkləri əyan edir.Kim bu həyat imtahanından üzüağ çıxır, eşq olsun... Bəxtəvər o prolearın başına ki, bəxtinə anasına onun özü kimi ehtiram bəsləyəcək gəlin düşüb..

Hörmətli gəlin anası, bəy anası, Qayınanalar Gününüz mübarək... Eviə, ocağına gətirdiyin gəlin bu ocaqda şövkətini davam etdirsin
İnsan həyatının çox hissəsi ailədə keçir. O, yetkinlik yaşına çatdıqdan və həyatı dərk etməyə başlayan andan ailə qurmaq haqqında düşünür, arzular qurur, bu arzuları həyata keçirmək üçün səy edir. Arzusunu gerçəkləşdirir və sonra da bütün şüurlu həyatını bu arzularına həsr edir. Ən əhəmiyyətlisi də budur ki, bu arzular gerçəkləşməsi bir nəfərin istək və əməlləri deyil, başlanğıcda bir-birinə ehtiyac duyan iki tərəfin - ər və qadının birgə səy və mübarizəsi ilə mümkün olur, gündən-günə bu münasibətlər şaxələnir, daha çox insanlarla, qohum-qardaşla, cəmiyyətlə münasibət və əlaqələrə şaxələnir. Bu mənada ailəni əbəs yerə kiçik dövlət hesab etmirlər. Hətta ailəni idarə edə bilənlərin dövləti də idarə edə biləcəyini söyləyirlər. Bir dövlətin mövcud olub davam etməsi üçün lazım olan ictimai-iqtisadi, siyasi-mədəni münasibətlərin hamısı bu "kiçik dövlət”in mövcudluğu üçün də şərtdir.
Bəs ailə özü nədir?
Ailə dünyaya yeni insan gətirmək, cəmiyyət üçün sağlam vətəndaşlar yetişdirmək niyyəti ilə qurulan bir ittifaqdır. O, insan cəmiyyəti mövcud olandan ümumi məqsəd və məişət birliyinə, həmçinin birgə yaşayış şəraitinə görə bir-biri ilə sıx bağlı olan insanların mənəvi tələbatları əsasında yaranmışdır.
Tarixin bütün mərhələlərində istər çəmiyyət üçün, istər insanların özü üçün qadına hər zaman ehtiyac duyulmuşdur. Kişilər gün çıxandan qaş qaralanadək ovda, əkində-biçində olanda qadın uşaq doğmaq, onu böyütmək, odu qorumaq, yemək bişirmək vəs. qadınlıq qayğıları ilə məşğul olmuşdur.
Mağara dövründə (ellinizm) ailə, qadın-kişi münasibətləri bir qədər fərqli olub, amma zaman keçdikcə ictimai-iqtisadi münasibətlərin xarakter və xüsusiyyətləri insanların dünyagörüşünə, həyata baxışlarına təsir etmiş, ailə münasibətləri getdikcə zənginləşmiş, insanlarda ev, ailə qurmağa meyil yaranmış, nəticədə ailə münasibərləri daha əxlaqi mahiyyət kəsb etmişdir.
Azərbaycan ailəsi də qədim zamanlardan bəri bəşəriyyət üçün səciyyəvi olan bu əsaslar üzərində qurulmuşdur.
Azərbaycan ailəsi və ailə münasibətləri haqqında XI-XVIII əsrlərə aid şifahi xalq ədəbiyyatını nümunələrində, XIII əsr böyük Azərbaycan alimi Nəsirəddin Tusinin, eləcə də Azərbaycan ədəbiyyatı klassiklərinin bir çoxlarının əsərlərində maraqlı və əhəmiyyətli
materiallar vardır. Etnoqrafik məlumatlar da Azərbaycan ailəsini mənşəyi haqqında fikir söyəmək üçün dəyərli mənbələrdir. Bütün bunlar Azərbaycan ailəsinin izlərini Eneolit dövrünü sonlarına aparıb çıxarır.
Azərbaycan xalqı dünyanın əxlaqi cəhətdən ən təmiz, sədaqətli və möhkəm varislik əsasında qurulmuş ailələrindən biridir.
Bizim həyatımızın, arzularımızın, gələcəyə ümidimizin yalnız və yalnız bir məramı var: gözəl ailəmiz olsun, sağlam və ağıllı balalarımız olsun. Heç təsadüfi deyil ki, ata-ana haqqımızın özülündə üç vəzifə dayanır: dünyaya övlad gətirmək, onlara tərbiyə və təhsil vermək, bir də evləndirmək.
Bu borcumuzun uğurlu həlli özümüzün də, balalarımızın da quracağı ailənin keyfiyyətindən asılıdır. Oxuduqlarımızdan, gördüklərimizdən, eşitdiklərimizdən belə demək olar ki və bu, əslində də belədir, dünyanın heç bir ölkəsində ailə-nikah münasibətləri bizdəki kimi yaranıb formalaşmır. Bu münasibətlər bizdəki kimi xüsusi mərhələlərdən keçmir: gənclər tanış olur, sevişir və günlərin birində toy edib ailə qururlar. Amma Azərbaycan ailəsində qız dünyaya gəldiyi gündən ana hazırlıq görür, qızına cehiz toplayır, qızının üstündə əsir ki, adı-şanı üstündə gəlin köçürsün. Oğul anası isə oğlu evlənmək yaşına gələndən ürəyində qız seçir: əsilli-köklü olsun, ağıllı olsun, evdar, ailəcanlı olsun, yaraşıqlı olsun və s...Ta gəlini evinə gətirənə kimi analarımız "şıldırım-şabaş” (bizim tərəflərdə bu söz əldən-ayaqdan düşmək, edəcəyi hansı iş başa gələnəcən özünü oda-alova vurmaq, təlaş-həyacan keçirmək kimi mənaları ifadə edir) olurlar.
Hamınız bilirsiniz, bu işlər nə qədər vaxt və məsləhətləşmələr, səy tələb edir: qız seç, qız tərəfin "ağzını gör”, elçi getmək üçün razılıq al, elçi get, toya kimi bayramlarda gəlinə xonça düzəlt, toya hazırlıq gör, toy elə, yengə yola sal, "gəlin üzəçıxdı”sı, "bəy üzəçıxdı”sı elə, ilk uşq dünyaya gəlincə fırfıra kimi gəlinin başına dolan və körpə dünyaya gələndən sonra da ömrünün sonuna kimi nəvə qayğıları ilə yaşa.
Bu mərhələlərin hər biri özü də müəyyən vaxt tələb edir, fərqi yoxdur qız evi və yaxud oğlan evi olsun, hər iki tərəf özünü oda-alova vurur ki, balalarını arzu etdikləri kimi, həm də ən əsası, el adəti ilə evləndirsinlər.
Evləndirdilər, qız tərəf qızını gəlin köçürdü, oğul tərəf də evinə-ocağına gəlin gətirdi. Məsələ bununla bitirdimi, bitirmi, yox, bu tərəflərin mehriban yaşaması, yön-yöndəm bilməsi, "kişişləməsi”, "arvad olması” üçün hər iki tərəfin hər zaman diqqət göstərməsi, kömək etməsi lazım gəlir. Bu qaynayıb-qarışma nəticəsində gənc ailə cilalanır, sanballaşır, onların arasındakı səmimi münasibət qohumlar arasında istiliyi daha da gurlaşdırır.
Hələ bir qohumluq münasibətləri ilə əlaqəli yaranan sözlərə fikir verin: "qayınata” , "qayınana”,"baldız” , "qayın”,"kürəkən”,"gəlin”,"yeznə”"gəlinbacı”,"şirinbacı, "böyük gəlin”,"yengə”, "sağdış-soldış”, "baba” , "nənə”,"dayı” , "əmi”, "xala” , "bibi” və sair: hamısı da şirin... Hər bir kəsə ürək dolusu qismət olsun. Amma bu qohumluq münasibətlərində, həm də bu münsibətlərin hamısını bir yerdə özündə ifadə edən bir missiya da var: Qudalıq...
Elə, əslində, bu yazını yazmaqda məqsədim də gənc ailələrin xoşbəxt yaşaya bilməsi üçün qohumluq münasibətlərində zəruri olan mehribançılığın rolunu göstərməkdir.
İzahlı lüğətdə "quda” sözünün mənası gəlin ilə oğlanın valideynləri arasnda olan qohumluq münasibəti kimi izah edilir. İstər gəlin, istərsə də bəy üçün bu söz, bu sözə layiq görülən şəxslər – ata-ana "qayınata”, "qayınana” adlandırılır, amma bu "qayınata” və "qayınana”, bütövlükdə gəlin tərəfi ilə oğlan tərəfi arasındakı qohumluq münasibəti "qudalıq” kimi hörmətli bir mənsəbdir. Fikir verirsinizmi, oğlan tərəflə gəlin tərəfi arasında bu adlar üçün fərqləndirici heç bir əlavə söz deyilmir: hər ikisinə də "quda” deyirlər.
Qudalıq , mənim fikrimcə, qohumluğun çox hörmətli bir mənsəbidir. Hətta o dərəcədə hörmətlidir ki, hər iki tərəfin qohum-əqrabası öz qudası xüsusi bir ehtiramla yanaşır. Mənim iki qudam var, hər ikisini də belə qəbul edirik. Niyə də olmasın: min bir arzu-diləklə övlad böyüdüb mənim oğluma veriblərsə, bu qədər arzu-niyyəti saya almamaq olmazmı? Axı hər hansı oğul atası, qız atası övladı üçün bu məqam gələndə ilk olaraq qohum olacağı ailənin ata-anası ilə maraqlanır. Oğluna qız istəyərkən fərqinə getmədən kiminlə quda olmaq istəiir. "Anasına baxıb qızı, qırağına baxıb bezi alırlar” məsəli öz yerində, hər bir oğlan atası evinə gəlin gətirərkən gələcək qudası ilə öz arasında daha çox sosial və mədəni bənzərliyin olmasını arzulayır. Eyni ilə qız atası da qudasının öz əsl-nəcabətinə uyğun ziyalı, mədəni, qohumcanlı biri olmasına diqqət göstərir.
Beləcə, ortaq dəyərlər, sosial və mədəni səviyyəcə bənzər olan iki ailə günlərin birində Allahın izni və el-obanın, qohum-qardaşın iştirakı ilə qudalaşırlar. Kənardan bu bəxtəvərliyə həsrət çəkənlər də olur, paxıllıq edənlər də olur.. .Amma artıq siz qudasınız. Bir müddətdən sonra bir-birinizin xeyir-şərində özünüzü qabağa verirsiniz, çünki siz daha bu evin ən əziz bir adamısınız...
Bəzən əksinə də olur.Bu çür hörmətlə qohum olan tərəflər arasında bir də görürsən soyuqlaşmaq başladı. Niyə, nədən oldu bu soyuqluq, kim günahkardır, yoxsa gözəmi gəldilər?
Gözə gəlmədilər, kimsə küfr etmədi, qarğımadı, sadəcə, hansısa məqamda diqqətsizlik etdilər, səhv də bəzən ola bilər. bu, həyatdır, birincisi, çalışmaq lazımdır ki, belə halların yaranmasına səbəb olmasın, ikincisi isə, artıq olub deyə arada səngər qurub "atışma”sınlar. Hər ailədə söz-söbət olur və yaxud ola bilər. Lazımdır ki, məhz belə məqamlarda tərəflər laqeydləşməsin, seyrçi olmasın.Qarşılıqlı etimad və güzəştlə incikliyi aradan qaldırsınlar.
Bir xeyli müddət bundan öncə qəzetlərin birində təzə gəlin köçmüş bir qızın psixoloqa ünvanladığı suala rast gəlmişdim. Yeni gəlin gəlmiş bu qız yazmışdı: " Evləndiyimizdən 9 ay keçməsinə baxmayaraq, yoldaşımın ailəsi nəinki adi günlərdə, heç bayramlarda da bizi axtarıb soruşmadı. Nişanlılıq dövründə qaynatamgilin bizimlə isti , səmimi bir əlaqələri vardı . Amma toy zamanı yaşanan çox cüzi bir problem iki tərəfi bir-birindən uzaqlaşdırdı. Mən oğlan tərəfinin toydan sonra da qız tərəfini daim itirib-axtarmalı olduğunu düşünürəm. Həyat yoldaşım isə bu vəziyyətə heç narahat olmur, vecinə də deyil. Deməyə də çəkinirəm. Çünki dərhal öz ailəsini müdafiə mövqesinə keçəcəyindən əminəm. Qayınatamgilə bu umu-küsümü özüm danışsam necə olar və onlarla nə cür danışım?
Suala verilən cavab da maraqlıdır: "istər toy zamanı, istərsə də toydan sonra belə çətinlik yaşanmış ola bilər. Amma belə çətinlikləri böyütməyə meyilli olmayın. Toy zamanı olan vəziyyəti bu gün yaşanan problemə qoşmayın. Çünki yaşadığınız problemin bir çox səbəbi ola bilər .
Tərəflərin bir-birlərini tez-tez axtarması sizin səmimi yaşamağınız üçün çox da həyati əhəmiyyətə malik deyil . Siz , yoldaşınızın ailəsi ilə gözəl dolanmaqda davam edin. Hələlik kimsəyə bu vəziyyəti açmanıza ehtiyac yoxdur. Yoldaşınız ailənizə getmirsə, amma hörmətsiz sözlər işlətmirsə, onun sizin ailənizə qarşı hörmətində problem yoxdur.
Yoldaş, dost, can sirdaşı olaraq sizə düşən vəzifə ikinizin də bir-birinizin ailəsinin könüllərinə girə bilməkdir. Şəxsən sizin özünüzün də hörmət və sevgi dolu bir yanaşma ilə yoldaşınızın ata-anası ilə ünsiyyətinizi davam etdirməkdir. Siz buna məsulsunuz .
Ailələrinizə bir-birləri ilə ünsiyyətin artmasında sizin səyiniz olduqca əhəmiyyətlidi. əgər eyni məkanda yaşayırsınızsa, yoldaşınızla birlikdə iki tərəfi də tez-tez ziyarət edib könüllərini xoş edin . Ailələrinizin daha da mehribanlaşması üçün fürsətkən bir-birləri ilə əlaqədar xoş sözlərini çatdırın.
Hətta bu iki ailəni bir-birinə yaxınlaşdırmaq üçün yoldaşınızın ailəsinə öz ailəniz göndərmiş kimi , hədiyyə də verə bilərsiniz və.s.

Tələsməyin. Zamanla hər şey daha gözəl olar. Beyninizdəki "Qız evi ilə işimiz bitdi " düşüncəsi sağlam deyil.
Unutmayın ki, qohumlar arasında bir müddət üçün unudulan gediş-gəliş heç də o demək deyil ki, soyuqluq var . Allah qatında ən xeyirli olan tərəf , "sıla - i rəhmi" (qohumluq bağını ) davam etdirəndir. Qohumunu qoruyub , güdən tərəfdir. Bir də, baxışlarınıza bu pəncərədən baxın.”
Mən də bu cavabla razılaşa bilmirəm. Olsun ki, hər hansı bir ailədə müəyyən problem yaşanır. Problem o demək deyil ki, hə, baş verdi, göründü, o saat kəsib atmaq lazımdır. Öyrəncəli olarıq axı. Çalışmaq lazımdır ki, problem yaranmasın, yaranıbsa , onu birlikdə həll etmək lazımdır. From adlı bir filosof çox haqlı olaraq yazır ki, sevgi istirahət yeri deyil, birgə əmək, əbədi mübarizə deməkdir.
Qayınata və qayınanaya münasibətdə isə bütün oğullar və gəlinlər sevgilərini itiləməlidirlər. Axı onlar özü də sabahın qayınata və qayınananalarıdır. Elə isə onlar necə qayınata və qayınana olacaqlar, quda olacaqlar? Bəs sən qayınata və qayınananı bəyənməmisənsə, sevməmisəsə, gələcəkdə özün də sevilməyəcəksən: nə əkmisən, onu da biçməlisən. Həyatın formulu belədir.
Qayınata və qayınanaların qudalıq etməsi, mehriban münasibətdə olmaları oğul və qızlarının mehriban yaşamalarından çox asılıdır. Belə olanda qudalar da istəyirlər tez-tez görüşsünlər. Onlar da istəyirlər ki, məclisləri, yığıncaqları tez-tez olsun. Quda da şəstlə gəlib otursun məclisin yuxarı başında. Zarafat deyil: qızımın qaynatasıdır, oğlumun qaynatasıdır...Qudalar bu dərəcədə mehribandırlarsa, bu, onların övladlarının çox mehriban və xoşbəxt yaşamasından xəbər verir.
Bilirsiniz, hər bir ata-ananın haqqıdır fərəhlənmək, öyünmək, ömürlərinin ixtiyar çağlarında gəlinin gətirdiyi armudu stəkanda, yanında da zoğal mürəbbəsi ilə çay içmək. Nəvəsinin qolundan tutub gəzmək, qucağına almaq, "baba”, "nənə” sözlərini eşitmək onları həyata bağlayır...
Əziz Ana və uşaq.az gəlinləri, evinizdə, ailənizdə sevgini, mehribanlığı gurlaşdırın...Biz demirik, döyüşən cəbhədə partizanlıq edin. Sevgi də elə cəbhədir, qarşıya çıxan hər cür problemlərlə burada mücadilə edin, burada qalib olun...
Onda hər birinizin atası, anası öz evində könül xoşluğu ilə deyəcək:

-Yol verin, qudam gəlir...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz