» » El-aləm kişi obrazını necə düşünür?

El-aləm kişi obrazını necə düşünür?


El-aləm kişi obrazını necə düşünür?

Analar övlad arzular: hələ sevməyə başlayandan, nişanlanandan. Ürəklərində, fikirlərində dünyaya bir çözəl bələk gətirərlər: adın seçərlər, laylasın, oxşamasın oxuyarlar və səbirsizliklə gözləyərlər ki, arzuları gerçəkləşsin. Əvvəllər fərqi yoxdur, olan övlad qız oldu, oğul idi. Allah göndərən paydır deyərdilər. Amma sonra çaşan çaşdı, qızlar bir qədər arzu olunmadı. Hamı daha çox oğlan arzuladı:

Oxşasın dilim səni,
Böyütsün elim səni.
Meydanda at oynadan
Bir igid görüm səni.

Və bu gün doğrudan dünyaya gələn qız uşaqlarının sayı azalmağa doğru gedir. Hamı həyatında, ömür bağçasında gül istəyir, amma əkmir, özü bitəni də istəmir. Niyə? Mənim qızım yox, amma 3 qız nəvəm var. necə ola bilər ki, mən oğul nəvəmi qız nəvəmdən çox istəyəm., ola bilməz. Mənim ailəmdə kimsə bu yanaşmanı cürət edib dilinə gətirə bilməz. Bir görsəniz bu qız nəvələr məni nə qədər əzizləyirlər... Şeytan niyə çaşdırdı bəzilərimizi, niyə çaşmayanlar da kirimişcə baxır...

El-aləm kişi obrazını necə düşünür?

Saytımızda bu mövzuda yazı gedib, onda qadınlar haqqında idi söhbətimiz. İndi isə el-oba düşüncəsində olan kişi obrazını çatdırmağa çalışacağıq.
Oğlan uşağı xasiyyət və xarakterdə dayısına bənzəyir. Yaradılış olaraq oğlan uşağı, qız uşağına görə daha mütəhərrik və dəcəldir : dağıdıb-töksün, sındırsın, hökm etsin və s. Buna baxmayaraq, övlad olaraq yenə də daha çox oğlan uşağı seçim edilir.
Belə demək mümkünsə, atalıq haqqı, kişilik haqqı məsuliyyət olaraq atadan oğula mirasdır, qadınlıq, ana şəfqəti də anadan qıza. Oğlan yaşa dolduqca kişi kimi formalaşır, xarakter və xüsusiyyətləri, daşıyacağı borc və vəzifələri atasından, babasından əxz edir.
Qız uşağı üçün deyərlər ki, anasına bax qızını al, anası gəzən ağacı qızı budaq-budaq gəzər və s. Eynən bunu oğlan uşağına da aid etmək olar. Hələ bir bayatıya baxın:

Əzizim, mərd atası,
Mərd oğlun mərd atası.
Heç oğul mərd olammaz,
Olmasa mərd atası,


və yaxud görkəmli şairimiz B.Vahabzadənin məşhur şeirlərindən birində belə bənd var:

Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən aŕtıq cilovladım,
Mən atamı ötmüşəm, ötür məni övladım,
Bu, belə də olmalı, axı dünya fırlanır.


El-aləm kişi obrazını necə düşünür?

Beləcə, qızlar analarından, oğullar atalarından irsən keçən xarakter və xüsusiyyətləri götürərək nəslimizin, soyumuzun digər üzvünə estafet olaraq ötürürlər.
Təbii ki, belə bölgü yoxdur ki, qız təkcə ananın adınadır və yaxud oğul da atanın. Qız və ya oğlan olmasından asılı olmayaraq, hər bir övlad ata-anaların birgə könül meyvələridir. Uşağın sağlam və xoşbəxt böyüməsi üşün hər iki valideynin birlikdə olması, zəhmət çəkməsi, qayğı göstərməsi lazım. Övladların böyüyüb boya-başa çatmasında, ərsəyə gəlməsi məhz ata-ana sevgisinin bir-birini tamamlaması ilə idealdır. Və bu ideal həm də ata-ananın birgə idealıdır. Xalq ədəbiyyatındakı:

Qorxağa oğul deməz,
Qoçaq ata, mərd ana,


- niyyəti bunu ifadə etməkdədir.
Sadəcə yaranışdan qız dha çox evdə olduğu üçün, anasının yanında olduğu üçün anasına, oğlan uşağı da çöldə-bayırda olduğu üçün anasına məxsus xüsusiyyət və cizgiləri ğzlərində təcəssüm etdirirlər.El danışığında deyərlər ki, kişi səhər evdən çıxar, bir də axşam yatmağa gələr. Evdən çıxandan yatmağa qədər olan dövr kişi üçün çox ciddi və məsul bir dövrdür. Bu dövr bayram və istirahıt günlərindən və istisnalardan başqa hər gün təkrar olunur və kişi/ata bu dövrdə fiziki əmək sərf edir, özünü oda-alova yaxır, çörək qazanır. Zəhmətinə müqabil də xarakter və keyfiyyəti, əzəməti olur. Yaşa dolsa da, bu xüsusiyyətlər qalır, üstünə gəlir. Kişini qadınlardan ayıran maraqlı bir xüsusat da budur: "qadının yaşını soruşmazlar” deyərlər. Bu, qeyri-etik davranış/münasibət hesab olunur və qadına bu sorğu etsələr, heç də ürəyincə olmur. Amma, kişidə, əksinə, qocalmaq ağayanalığı bir az da artırır. Kişilər yaşını gizlətməz də, utanmaz da. Kişilər qadınlardan yaşlarının soruşulmasına özləri də yaxşı baxmır. Heç bir kişi bilmək istəməz, qəbul etmək istəməz ki, qadını qocalıb. Hər bir qadın sevən kişinin nəzərində hər zaman gəncdir, gözəldir. Çünki göZəllik qadınlar üçündür: kimsə gözəl kişi axtarmaz.

El-aləm kişi obrazını necə düşünür?
Kişilər üçün düşünülən, yarayan, layiq olan və ən çox da qadınların/qızların görmək istədikləri təməl xüsusiyyətlər isə cəngavərlikdir, dözümlülükdür, əməksevərlikdir. Qadın da hünərli ola bilər, cəngvər ola bilər, amma bu keyfiyyətlər kişiyə nisbətən qadında sərtidir. Çünki qadını güc, cəsarət simvolu kimi indi də, sonra da heç kim görmək istəmir, arzulmayacaq. Qadın gözəllik, şəfqət, sevgi simvolu olaraq qalsınlar, qorxusu yoxdur.
Dədə-babalar sözündə mərd olublar, sözü bütöv olublar.
Belə adamlar həyatlarını dəyişəndə onlarda yaxşı ad və şöhrətləri qalıb və indi də belədir.
Amma heç də kişilərin hamısı belə olmur ki. Tüfeyli olmasalar da, adi, laqeyd həyat yaşayan kişilər də var. Cəmiyyətin, əsl-nəcabətlərinin ənənələrini, ölçülərini gözləməyən, həyatlarını ağıllarına necə gəldi qurmaq istəyən kişilər də var. Kişilərin yanlışlaqları daha çox qadına, sevgiyə münasibətlə baölı olur. Ələbaxımlılıq, tənbəllik də bu suçlarla eynidir. Sevgiyə və qadına həqiqi və kişi kimi yanaşan gənc onu sevə bilir, həqiqi sevgi sahibi dünyada tənbəl olmaz, tüfeyli olmaz: o, ailəsini dolandırmalıdır. Amma bir də görürsən, budur, kişi önündən keçən bir qızdan xoşu gəlir və o saat da ona aşiq olur. Heç soruşub araşdırmadan imkan olsa, elə həmin gün də evlənmək istəyər. Halbu ki, istər oğlan, istərsə də qız, bir-birlərini tamam-kamal kəşf etməlidirlər ki, sonra xarakterimiz heç uyğun gəlmir deyə boşanmağa qərar versinlər.
Bir 20-30 il əvvəl dünyagörmüş kişiləri, kişiliyi şərtləndirən iki cəhəti vacib sayıblar: ağıllı olsun, əlinin sənəti olsun. Ay ucaboy olsun, ay gövdəli olsun, ay qəşəng olsun, pullu olsun, evi olsun və s... bunlar elə də vacib deyildir.
Kişilər var ki, evlənəcəyi qızın varlı-karlı olmasını istəyər, lap meymun olsun, lap dul qadın olsun, lap əvvəl bir və ya 2 dəfə ərdə olmuş qadın olsun. Keçmişdə belə şeylər olmazdı. Dul kişi ancaq dul qadın alardı. Qadını dünyasını dəyişmişsə, bu ailəyə övladlar analarından sonra digər qadının gəlməsini qəbul edə bilməzdilər, deyərdilər ki, bu qədər qız-gəlin olan evdə, atamızı əldə-ayaqda qoymayacaq ki. Mən övladları anlayıram, hörmət edirəm düşüncələrinə, amma 100 qız ola, gəlin ola qadının yerini verə bilməz. qara-qura şeyklər fikirləşməyin ha..Sadəcə , o işiyə otaqda hənirti, nəfəs lazımdır.Yoxsa, tənhalıq onun ölümünü tezləşdirə bilər.

El-aləm kişi obrazını necə düşünür?

Kişini həyatda xoşbəxt edən, müvəffəqiyyətli edən qadındır. Qadın ev iqtisadiyyatını kişidən bacarıqlı idarə edir, qadın evin maliyyə vəziri olduğu təqdirdə ailə büdcəsi hər zaman artmaqda davam edir.
Yaxşı kişilər: ailcanlı, zəhmətkeş, əxlaqlı, hünərli kişilər hamı tərəfindən rəğbətlə qarşılanar. Bu cür kişilərin qızlarına elçi gələn çox olar, belə evin oğulları elçi getdiyi qapılardan "məğlub” qayıtmazlar. Keçmişdə kişinin cəmiyyətdəki stausunu müəyyənlədirən simvollar qadını/ailəsi, atı olub: sonralar papaq da, bığ da kişilik xüsusiyyətlərini ifadəetmə simvoluna çevrilib. Bu yerdə Dədə Ələsgərin bir qoşmasını xatırlayaq:

Bu dünyada üç şey başa bəladı:
Yaman oğul, yaman arvad, yaman at.
İstəyirsən qurtarasan əlindən,
Birin boşla, birin boşa, birin sat.


Şeirdəki "bəla” və "yaman”sözləri müstəqim mənasında deyilməmişdir. Kişi qürurunu, şəxsiyyətini daha təsirli etmək üçün bu üç varlığın qürurdan yamana, bəlaya çevrilə bildiyini ifadə etmişdir. Kişini cəmiyyətdə xar edən, başını yerə soxan ailəni, uşağını atacaq həddə gəlib çatması faciəvilikdən daha çox ailə müqəddəsliyinə, namusa diqqətli olmağa, daha cavabdeh olmağa çağırır.
Tarix boyu kişinin atına, bığına, itinə və s. alçaldıcı addım atmaq, söz demək kişi qürurunu sındırmaq kimi qəbul olunub. İsmayıl Şıxlının "Dəli Kür ” romanında, Seyid Hüseynin "Bir küçənin tarixi” hekayəsində bununla bağlı matraqlı epizodlar var.
Mən yaşlı bir kişidən eçitmişəm ki, keçən əsrin əvvəllərində Bakının kəndlərində bəylər vardı, şəhərə gələndə iki faytonla gələrmiş: birində papağı, birində özü.
Amma son onillərin anomaliyaları mənəviyyatlara da təsirsiz ötüşmədi. Bu gün el-aləm düşüncəsində kişi obrazına yüklənən mənfi dəyərlərin mühakiməsi də elə buradan qaynaqlanır. Canlı-cüssəli kişilərimizi heç bir qüvvə tələb etməyən, peşə-ixtisas tələb etmyən yerlərdə işləməsi, macəra-əyləncə həyatrına meyilli olmaları, ailəsinə-qadınına laqeydliyi, bəzilrinin heç bizim əxlaqa yğun olmayan geyim tərzləri, ictimai yerlərdə davranış mədəniyyətləri haqlı olaraq narahatlıq yaradır.
Son günlər Qarabağ cəbhəsində davam edən 3 günlük döyüşdə əsgərlərimiz sözün əsl mənasında kişi adına bir ehtiram yaratdılar, qürur mənbəyinə çevrildilər. Əsgərlərimizin, eləcə də dinc həyatımızda gənclərimizdə buna qarşılıq olaraq yaranan coşqunluq adamı qürurlandırır. Hamızı bu xalqın övladlarıdır. Bu xalqın sipəridir. Eşq olsun onlara.
Amma adi günlərimizdə həyatımızda gənclər, xüsusən kişilər tərəfindən törədilən bəzi əməllərə hər birimiz məyus oluruq. Biz bir xalqın övladlarıyıq.belə şəhidləri olan xalqın məmuru bu xalqa qənim kəsilməməlidir: bütün sahələrdə. Bizim biri-birimizdən başqa kimimiz var ki.. son günlərin dərslərindən ibrət götürməli, bir-birimizi qorumalıyıq.

El-aləm kişi obrazını necə düşünür?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz