» » Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Bu yaxınlarda bir neçə informasiya portalında rast gəldim ki, yanvar ayında Küveytdə az da olsa qar yağıb və bu, ölkə tarixində ilk qar hesab olunur. Aydınlıq üçün bidirək ki, bu Küveytdə yayda 50, qışda isə 20 dərəcə istilik olur.
2011-ci ilin aprelində Türkiyədə keçirilən Uşaq bayramına gələn 40 malaziyalı uşaq ilk dəfə idi ki, burada qar görmüşdülər.
Braziliya da belə. Bu ölkə üçün pafoslu olaraq belə bənzətmə işlədirlər ki, " Braziliya” deyildiyində ağıla ilk olaraq günəş, yay fəsli və bikini gəlir, yaxud da "bikini, yay və günəş” deyildiyində ağla ilk gələn Braziliya olur.Çünki burada hər zaman günəşli günlərdir.. belə gəzirlər. Günəş həyat deməkdir, sevgi, hərarət deməkdir. Amma qarsız da olmaz ki.
Elə məkanlar da var ki, örada heç Günəş olmur - kömür şaxtasını demirəm ha. Məsələn, ərazisinə görə dünyanın 5-ci ən böyük materiki Antarktida. Cənub yarımkürəsində yerləşən bu materikin ərazisi 14,4 milyon kv.km-dir. Bu səthin 98%-i həmişə orta qalınlığı 1,6 km olan buz layı ilə örtülü olur. Antarktidanın daimi məskunları yoxdur, amma müxtəlif elmi, hərbi məqsədlərlə Antaraktidada ekspedisiyalar qısa və uzunmüddətli fəaliyyət göstərməkdədirlər. Daimi sakinləri isə pinqvin və suiti kimi soyuğadavamlı canlılardır. Yəni, burada Günəş olmasa da, həyat mövcuddur.

Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Olsun ki, həyat mövcud olmayan yer yox: harda bir yoxluq yaşayırsa, mövuddursa, bu da bir həyatdır.
Dünyada mövcud olan bütün canlılar bioloji varlıq hesab edilir. Amma insanlar həm də ictimai varlıqdır. Ondan sonra yerdə qalan canlı-cansız nə varsa, hamısı insanın yaşaması üçün, ən əsası da fiziki olaraq yaşaması üçün bir vasitə kimi var olmaqdadır.
Fəqət, Allahımız insanlığı, dünyanı yaşatmaq üçün proletariata başı üstündə Günəş bəxş etdiyi kimi, yerdə də Qadın/Günəşi yaradıb. Braziliyada " Braziliya” deyiləndə kimin ağlına nə gəlirsə, bu, həmin kəsin öz münasibəti, amma "Azərbaycan” deyəndə, " Azərbaycan qadını” deyəndə ağıla ilk gələn sədaqətə , vəfaya güvənli ailə, qürurlu Azərbaycan kişisi, məğrur bir ər – Ata gəlir. Bu mənada Qadın yaşamaq üçün istifadə etdiyimiz qidaları təpərli edən və özü də bu təpərə qoşulub mənəvi həyatımızı yaşadan, qoruyan bir qüdrətdir. Əbəs yerə deyil ki, Ana/Qadın haqqı Tanrı haqqına bərabər hesab edilir .

Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Qadınsız həyat necə mövcud ola bilər, necə davamlı ola bilər? Elə düşünək ki, həyat dünyada mövcud olan gözəl nə varsaŞ, bunların ən yaxşıları ilə ağzına kimi dolu bir saraydır, fəqət, nizamsızdır. Lazım olan hər şeyin bu sarayda olduğuna əminsən, amma yerini bilmirsən, llazım oldanda tapmırsan: Ay yerində deyil, Günəş yerində deyil, çiçəklər layiq oldğu təbəssüm və məmnunluqla qarşılana bilmir, hər şey qatmaqarışıq üst-üstə qalqlanmış bir anbar təsiri bağışlayır. Görkəmli şairimiz Nəbi Xəzri demişkən:

...Qadınsız ev-ulduzsuz kainatdır,
Həmdəmindir sükut ilə qaranlıq...

Ey kişilər!
Sevginizi əzizləyin cahanda,
Qadınlığın sədaqətdir ilk adı.
Vay o gündən-ömrün axır anında,
Gözünüzü qapayan da olmadı!

Qadına bu münasibət birdən-birə yaranmayıb. Nə qədər mübarizələrlə dolu yol keçib. Üzü gələcəyə doğru addımladıqca qadının taleyimizdəki, həyatımızdakı/cəmiyyətimizdəki statusu daha böyük əhəmiyyət kəsb edib. Elə folklorumuzdan başlamış müasir dövrümüzədək olan ədəbiyyatımızı izləmək kifayətdir ki, qadına rəğbətin, dəyərin şahidi olaq.
Şifahi xalq ədəbiyyatının elə bir nümunəsi yoxdur ki, qadın və ya ona aid hansısa bir bağlılıq olmasın.
İlk folklor nümunələrindən hesab edilən atalar sözü və məsələlərində saysız-hesabsız nümunələr var ki, bu nümunələrdə dünyaya göz açan qız yavrunun taleyi ailə üçün, ata/ana üçün bir məsuliyyət, cavabdehlik yaratdığını təsdiq edir.
Qızı olan hələ beşikdə ikən onun cehizi hazırlanmağa başlayır. Əlbəttə ki, illərlə yüz cürə vasitələrə bu borcu gerçəkləşdirən valideynlər, xüsusən, ana sevgi olmasa, qızına xoş gün arzulamasa, buna ümid etməsə, heç vaxt həyatı boyu ağzından, əynindən kəsib, çehiz tədarükü görməzdi. Qız böyütmək çətindir, məsuliyyətlidir. Nigaran ana/ata qız övladlarını əsən küləkdən, yağan yağışdan, qardan belə qoruyur. Yatanda da bir gözünü yumsa da, biri həmişə oyaq qalır, balasını, qızını müşayiət edir.

Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Qızlar elə balacalıqdan geyimə, bəzək-düzəyə meyilli olurlar. Ünsiyyətə meyilli olurlar. Böyüdükcə, özləri də bir barmaq uzanarlar ki, daha tez böyüsünlər. Deyərlər ki, yeddi yaşından sonra qızın ayağı yerə dəyər, onbeşindən sonra ərə. Evlənərkən, bir ailənin qızını seçərkən qızın uzunsaçlısı seçim edərdilər. tək saşı yox, hər cəhəti dərindən ölçüb-bişərdilər. Bəzən ailənin uğurlarını da gəlinin ayağının düşməsi kimi də qəbul edərdilər və ya nadir hallarda əksinə də olurdu. Hamı bu fikirlərlə yekdil idilər ki:

Qadın kişinin həyatıdır, uğurlarının təminatçıdsı və hifz edəndir.
Qadın kişisinə olan sevgisini başqalarının yanında deyil, yalnız qalınca göstərməlidir, hər zaman göstərməlidir.
Qadın da kişi qədər güclü və ürəklidir.
Qadın sadiqdir, həm də sədaqətlidir.
Qadın başqasına əmanət edilməz.
Qadın evin həm quruçusu, həm də uçuranıdır.
Qadın kişini vəzir də edə bilər, rəzil də.
İş bilməyən qadın dilə düşər.

Qadının ömrünün əhəmiyyətli qismi mətbəxdə keçir, buna görə qadın evinin həm xanımı, həm də xidmətçisidir.
Ərini saymayan qadının nikahından imtina edilər. Gözəl qadın əri üçün təhlükəlidir.
Ailədə qız çoxsa, hansısa saçını kəsmişsə, hansısa bir az "dəli” (şıltaq) qızsa, o, seçilməz, lap axıra qalardı. Çünki o dövrlərdə indiki kimi deyildi: o vaxtlar oğluna qız alan ananın bacıları olurdu, baldızları, digər qohum-əqrəbası və s. Onlara da "xüsusi tapşırıq”lar verilərdi ki, evləniləcək qızın xüsusiyyətlərini "biccə-biccə” araşdırsınlar: məktəbə, işə necə gedib-gəlir, yolda özünü necə aparır, necə oturub-durur, dostları kimdir, hansı özəl xüsusiyyətləri var və s. "Dəli” qıza yaxın durmazdılar ki, onun dəli də gəlinliyi olacaq.
Bütün bunlardan da öncə da qızın soy-kökü 1-ci şərt idi, yəni necə ailəyə mənsub olması həlledici hesab edilirdi. Başqa sözlə, evlilik qayda-qanunları ənənə olaraq belə davam etdirilirdi. Evliliyə hazırlığın başqa digər qayda-qanunları da var idi. Məsələn, elçi gediləcək qızın qız olması digər əsas şərtlərdən də vacib idi. Seçilmiş qız oğlandan yaşca kiçik olmalıdır, amma daha uşaq yox da. Ağbirçəklər, ixtiyarlar belə düşünərdilər ki, evlənmyə tələsiklik ediən və oğlanı da məcbur edən qız xoşbəxt olmaz. Eləcə də oğlan tələsməməlidir. Ailə həyatı üçün tam yetişmək lazımdır.
Peşə məsələsi ciddi rol oynayardı, bu, daha çox oğlana problem yaradardı. Qızın oxumamışını hamı istəyı bilərdi, hamı ala bilərdi. Amma oxumamış oğlana hər qızı verməzdilər.
İşsiz olan kimsəyə qız verən çətin tapılardı.
Bununla belə sürücüyə, musiqi sahəsinin adamına qızların da, valideynlərin də isti münasibət bəsləməsi hiss olunurdu. Biz heç də insanları sürücü, müğənni, çoban deyə kateqoriyalara ayırmaq istəməmişik, sadəcə, meyillərdən yazdıq. Mən, şəxsən, uzun zaman sevib, təkidlərə, etirazlara baxmayaraq, sevdiyi traktorçu oğlana gedən qız da tanıyıram ki, xoşbəxt evlilikləri bu gün də davam edir.
Dövrün diqqəti cəlb edən bir qaydası da vardı ki, qız seçən, eləcə də gələn elçilərə qızın meylini o qədər də gözləməyib qərar çıxarmaq üstünlük təşkil edirdi və heç də pis nəticə vermirdi. Qızı sevdiyi oğlana da verirdilər, amma həmin oğlan və ailəsi haqqında qız valideynlərinin müsbət fikirləri olardısa.
Heç bir ata-ana istəməz ki, övladı bədbəxt olsun. Gənclər yanlışlıq edə bilərlər, amma valideynlər illərin ailə və həyat təcrübəsinə malikdirlər. Onlar nadir hallarda yanlışlıq edə bilərdilər.

Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Valideynlər öz həyatları nümunəsində, onları əhatə edən digər ailələrin nümunəsində ən kiçik detala belə nəzrdən qaçırmazdılar: nə etmək olar, necə olsa, ailədə mehribançılıq olar, qızının yeri isti olar; xırda-para incikliklər yarananda hansı mövqesə olmalı və sair bu kimi həyati məsələləri daim düşünüb, qızlarına öyrədbiblər. Analar daha çox. Atalar da bu mövqedə olub, amma atalar ciddi olduğundan demək istədiklərinin analar dili ilə çatdırıb. "Anası gəzən budağı balası budaq-budaq gəzər” deyimi el-obanın yaxşı qəbul etmədiyi qadınlar haqqında söylədikləridir. Amma bunun yaxşı tərəfi də var, yəni yeni gələn köçən qızın ağayana qadın olması, evdar, ailəcanlı, əlindən hər iş gələn qadın olması da məhz zəmanəti hələ ər evinə gəlməzdən anasının adına görə alardılar: "anasına bax qızını al”. Və qız da bütün bu gözlənilnləri, doğrudan da, anasından alardı, anası ona hər gün bu hyatı öyrədərdi. Qız ata evində bunları həm anasının timsalında görərdi, həm də anasından eşidərdi. Qız da ərə gedəndən sonra ər evində eynilə anasının həyatı əks etdirərdi. Qız halasına çəkər deyiblər, xalası varsa, bir az da xaladan öyrənərdi.
Evlilik həyatına belə hazırlanrdılar. Hamı çalışardı ki, yeni mühitə, yeni ailəyə düşən qızı "oturuşmiş arvad” olununcaya ədər dəstək olsunlar, etimad göstərsinlər. Və yavaş-yavaş da onlar özləri öz çəmlərini tapırdılar. Yoxsa, indi bir balaca problem olan kimi qız bir taksiyə oturub mamasının yanına qaçır, qardşı, əmisi, xalasının oğlanları ərinə hərbə-zorba gəlirlər, döyənləri də olur. Belə olandan sonra onların baş-başa qala bilməsi mmkünsüzdür, olsa da artıq bu cütlükdə səmimiyyət itmişdir.
Qızlar, sadəcə, sevirlər. Ürəklərinin birləşmə ehtiyacından başqa heç nəyin fərqində olmurlar. Təbii ki, elə bir sevgi addımı, arzusu ola bilməzdi ki, orada kobudluq, adamı sıxan hal və hərəkət olsun. toy edib gəlin gətirənə kimi, adətən, sevən oğlan da, qız da, onların adamları da çox səmimi görünür, mehriban olurlar. Qızlar da emosional olduqlarından hər müraciəti, addımı qarşı tərəfin həyat/əxlaq tərzi kimi qəbul edirlər. Bəzən bunlar özünü doğrultmur. Toy olur, davam etsə 1 və ya 2 ildən sonra tərəflrə arasında anlaşılmazlıqlar, xarakter uyğunsuzluqları, etimadsızlıq və s. üzə çıxmağa başlayır. Qəribədir ki, indiki bir çox valideynlər bu məqamda prinsipiallıq göstərmək əvəzinə, yaxalarını kənara çəkirlər.Mən şəxsən, öz fikrimi deyirəm:mən 30-40 il bundan əvvəlki ailələrin, ailə tərəflərinin ailəyə münasibətlərində çox ciddi fərqlər görürəm. Son onillərin sevgi ölçüləri, ailə-nikah münasibətləri aşınmaya çox məruz qaldı.
Məsələn, qadının uşaqsız olması xoş qarşılanmaz, dünyaya uşaq gətirməyən qadınların böyük əksəriyyəti boşanılar.
Bir qadının qız doğması istənilməyən, kişi doğması isə istənilən və öyünülən vəziyyətdir. ata doöum evində "qızın oldu" xəbərini eşitsə, üz-gözünü turşudacaq, oğlu olubsa, çaparaq ğzünü dostlarına çatdıracaq, süfrə açacaq, qürrələnəcək... bu qürrələndiyi oğlu, inşallah, böyüyəcək, atası bəyınmədiyi qızların həcinslərindən birini gəlin gətirməkdən ötrü özünü oda-alova yaxacaq. Amandı, hər ataya bu, qismət olsun. Fəqət, dünyaya qız gələndə qəmə batmaq yox, şadlanmaq gərək.

Sevgi hər zaman lazımdır, məncə, onu müasirləşdirməyək

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz