» » Düşüncələrim (IX yazı)

Düşüncələrim (IX yazı)

Düşüncələrim (IX yazı)

Bu fikirlər saytların birində çoxdan rast gəldiyim bir yazıya əsasən qələmə alınmışdır. Həmin yazıda yüksək əhvali-ruhiyyə haqqında müəyyən təəssürat yaratdıqdan sonra romantik görüşlərlə bağlı test formasında məsləhətlər verilmişdi. Məsləhətlər də bundan ibarət idi ki, romantik görüş üçün məxsusi geyimlərdən (dar mini don və tanketkalar, dalğalanan ətək, enli bluz və burnuaçıq dikdaban, cins, V-şəkilli kəsikli top və altıyastı ayaqqabılar) birini seçmək, gözlərə smoky-eyes makiyajı çəkmək, nude çalarlı və ya pastelrəngli dodaq boyası ilə təravətlənmək, üzərinə də sevimli bronzant, ya da bir qədər tuş və şəffaf dodaq parıltısı əlavə etmək işin başlanğıcıdır, ram etməyin təminatıdır.
Ətirlər də xüsusi seçilməlidir. Əgər istəyirsən ki, qarşıda səni gözləyən gecə (görüş, ziyafət) unudulmaz keçsin, ətrin cəzbedici və məlahətli olsun, o zaman səni enerjiyə bürüyən qızılgül çalarlı freziya və ya giləmeyvə qoxularını paylayan ətir görüş üçün şox idealdır.
Bunları yerli-yerində etsən, sevgilinlə rahat bir restoranda şam edəcəksən. Sevgilin yoxdursa, bara daxil olsan, getdiyin barda cazibədar oğlanlar sənə diqqət kəsiləcək, bəlkə də bu axşamkı cazibədarlığın səni bir əyləncə gecəsindən digərinə qonaq etdirəcək. Daha sonra axşamın mükəmməl sonluğu....

Düşüncələrim (IX yazı)

Öz fikirlərimə keçməzdən əvvəl qeyd edim ki, indi yazacaqlarım, sadəcə, mənim şəxsi düşündüklərimdir. Ola bilsin ki, siz də tamam fərqli düşünürsünüz. Yaşadığımız zaman, inkişafın bugünkü səviyyəsi böyük üstünlüklərlə yanaşı, ciddi əksliklər də gətirmişdir. Bunlar adi məsələlər deyil, ciddi aşınmalara aparan bəlaların simptomlarıdır. Əgər fikir vermisinizsə, mətbuat səhifələrində, televiziya kanallarında təqdim olunan kriminal hadisələrin müəyyən hissəsi də belə düşüncə sahibləri tərəfindən törədilir. Bu cür insanlar "mükəmməl sonluqlu cecələr" dən sonra isə özlərini və yaxınlarını olduqca xəcalətli vəziyyətlərə salırlar.
İnsan yer üzünün əşrəfidir. Dünyada gözəl nə varsa, elə bu insanlar üçündür. Sevginizi ikiniz içinizdə axtarın... İnsan üçündür deyib, necə gəldi yaşamaq olarmı? Siz gözəlsiniz deyib buna da əlavə çalar qatıb nümayiş etdirməlisinizmi? Siz imkanlısınzsa, dəbdəbəli həyat üçün imkanlarınız varsa, özünüzü elə əza həzzi yaşamağa sərf etməlisinizmi?
Sizin nəyinizə lazımdır dar mini don və tanketkalar...pastelrəngli dodaq boyalar, hələ dodaqlarınızda da sevimli bronzant, ya da bir qədər tuş və şəffaf parıltı....
Sizin nəyinizə lazımdır ki, bu qədər bəzənib-düzənib hər cür insanın olduğu məclisə gedəsiniz... Əriniz sizə orada baxmayacaq…baxan başqa göz olacaq...
Mən elə bilirəm ki, hansı bir ailə quracaq, özünə, ailəsinə, əsil-nəcabətinə yaraşan qadın və ya ər seçən hər bir oğlumuz, qızımız bunu testlərlə müəyyən etməməlidir, baxdığım filmlərdən, jurnallardan, qonşu blokdakı qızdan öyrənməməlidir.
Mən elə bilirəm ki, gələcək ömür yollarını birgə qət edəcəyimiz xanım bizdən savayı heç kimin burnuna çatmayacaq ətirdən istifadə etməlidir. Bu, onun öz ətridir:

Ənliyi kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri...

Düşüncələrim (IX yazı)

Siz evi gözəl saxlamağı öyrənin, övlad böyütməyi öyrənin, dadlı yemək bişirməyi, şirələr hazırlamağı öyrənin. Elə bildiniz ki, mən Sizi ancaq (üzr istəyirəm) ev qulluqşusu kimi görürəm. Yox, bacılarım var, xanımım var, gəlinlərim var, qız nəvələrim var, Siz varsınız.
Axı hər biriniz mənim kimi düşünən bir həmcinsimin can sirdaşısınız. Bəlkə sabah hansınızınsa oğlu mənim nəvəmi alacaq. Bəlkə oğul nəvəm hansınızınsa, qızını alacaq, həyatda o qədər təsadüflər olur ki... Siz elə bilirsiniz ki, ərə gedənlər kef çəkməyə gedir? Guya kişi qadınları ancaq axşamdan-axşama sevirlər? Nə olsun ki, sizin gözlədikləriniz olmadı? Nə olsun ki, biz hələ sizin düşündükləriniz kimi deyilik. Sizdən də, bizdən də asılı olmayan səbəblər də var. Hansımızınsa günahı da var. Dağıdaqmı ailəmizi, sevgimizi? Yox, biz arzuladığımız həyatı özümüz qurmalıyıq, birlikdə qurmalıyıq. Siz ərlərinizlə, ailəliklə gəzməlisəniz də, qonaq da getməlisiniz də....Sadə, gözəl və zövqlə də geyinməlisisiniz və s. Amma nəyin necə olmalı olduğunu həyat yoldaılarınızdan soruşmadan onu gözü və qəlbi ilə qəbul etməyi bacarmalısınız.
Mən də Sizinlə bir test keçirmək istəyirəm. Elə bu gündən ərinizi hər gün gözləyirsiniz, amma ürəkdən. Zahiri olaraq etsəniz, elə testə qoşulmayın.
Pəncərədə, qapıda gözləyin.Səmimi çöhrəylə çıxın qarşılarına, əlindəkini alın. Hal-əhvalını bilin. Kimsə görməyəcəksə, barmaqlarınızı daraq kimi saçlarına çəkin. Halını soruşun. Nə yeyəcəyini soruçun, məxsusi olaraq onunçün hazırladığınızı deyin. Hələki beləcə davam edin. Səhər işə gedəndə hökmən yola salın. .
Deyəcəksiniz ki, etmişik axı. Mən də deyirəm: etməkdə davam edin. Əgər kimsə istədiyi cəhdə ilk əl atdığında çatırsa, nə vardı ki yaşamağa. Bunu əldə etmək üçün sevgi cəfakeşi olmaq lazımdır.

Düşüncələrim (IX yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz