» » Düşüncələrim... (VIII yazı)

Düşüncələrim... (VIII yazı)

Düşüncələrim... (VIII yazı)

Ailə həyatı istər ictimai, istərsə də şəxsi baxımdan insan həyatının birinci şərtidir. İnsan yetkinlik yaşına çatandan özünü sevgiyə, daha sonra bu sevgi əsasında qurduğu ailəyə həsr edir. Ailə insanın sevgi yolu, taleyidir. Sən ruh oxşarınla içindəki arzuları yaşayırsan. From adlı bir filosof çox haqlıdır ki, sevgi bir məktəbdir, o, əyləncə məkanı deyil, birgə əmək, birgə mübarizə meydanıdır. İnsanlar yaşamaq üçün, arzularını həyata keçirmək üçün onsuz da bu mübarizə meydanındadırlar. Amma bəzən ailə həyatı üçün, xüsusən, xanımlar üçün arzu edilməyən hallar baş verir və yaxud xanım o qədər qısqanc olur ki, hər zaman ərindən şübhələnir. Başa düşüləndir, heç kim öz səadətini, ona məxsus olanı heç kimlə paylaşmaq istəməz. Bəz nə etməli, necə etməli ki, ailə münasibəti sədaqətə, vəfaya, etibara söykənmiş olsun. Necə etməli ki, ailə münasibətlərində şübhələr olmasın? Görəsən ərindən şübhələnən qadınlar ərlərini cəlb etmək üçün nə addımlar atırlar? Görəsən, belə problemlər ayrı ölkələrdə də varmı, bəs ordakı xanımlar nə siyasət işlədirlər?

Düşüncələrim... (VIII yazı)

Qadının ərini cəzb edə bilməsi üçün əsas şərt şirin dilidir, gülər üzüdür, təbəssümüdür. Hər dəfə yoldaşı ilə rastlaşanda, nə qədər yorğundusa da, bütün yorğunluqlarını gizlədib ərini təbəssümlə qarşılamlıdır.
Kişini qadına bağlayan ən güclü sirr qadının analıq xüsusiyyəti, qadınlıq baxışları, xoşagəlimli bir xanım kimi görünməsidir. Belə etsəniz, yoldaşınız sizinlə vaxt keçirməyə hökmən zaman ayıracaqdır. Şirin, mehriban danışanda isə hərdən " sən evdə olanda özümü dünyanın ən xoşbəxt insanı kimi hiss edirəm" deyin. Bütün bunları etmək üçün evi həmişə səliqə-sahmanda saxlayın. Dadlı yeməklər bişirin. Arada arzuladığı yeməyi soruşun və bişirin. Çalışın süfrə arxasında şənlik olsun. Yemək qurtaran kimi durub çay, qəhvə, çərəz kimi şeylər gətirin. Elə edin ki, yoldaşınız yeməyini yeyən kimi harasa getməyə, uzanmağa cəhd etməsin. Çox böyük məharətlə fikirləri televizora yönəldin. Çalışın, həmişə eyni proqramlara, eyni verilişlərə baxasınız. Arada yeri gəldikcə verilişlə bağlı suallar soruşaraq yoldaşınızın şərh etməsini istəyin. Evlilik, ailə münasibətləri ilə məşğul olan aliə sosioloqları və psixoloqları bu qənaətdədirlər ki, qadın və kişinin eyni televiziya tamaşasına və ya eyni musiqiyə birlikdə baxması ailədəki, eləcə də onların arasındakı sevgi və yaxınlıqdan xəbər verir. Siz də yoldaşınızı beləcə, əvvəlcə proqrama bağlayın, sonra da öz içinizə çəkin.

Düşüncələrim... (VIII yazı)

İstirahət və bayram günlərində yoldaşınızın köməyinə ehtiyacınızın olduğunu bildirin və bütün bunları münasib vaxtda bildirin. Mehriban bir şəraitdə evdəki əşyaların yerini dəyişdirin. Məqsədinizə çatdınızsa, daha digər uyğun işlərdə yoldaşınız yaxın dostunuz ola bilər. Əgər bunu bacarmırsınızsa, deməli, yoldaşınız üzərində işləmirsiniz və yaxud bir az ciddisiniz, ailə münasibətləri siz çox da maraqlandırmır.
Yoldaşınızın valideynlərinə, qardaş- bacılarına qapılarınızı həmişə açıq saxlayın. Yoldaşınıza hərdən onları qonaq gətirməyi təklif edin. Özünüzü hər zaman yoldaşınızın xoşbəxtliyinə həsr edin. O, xoşbəxt olsa, siz də xoşbəxt və dinc olarsınız. O, xoşbəxt olsa, hökmən görəcək, düçünəcək, xəyal edəcək ki, ailədəki, şəxsi həyatındakı bütün xoşbəxtliklər sizinlə bağlıdır.
Bir problem olanda, məsələn, nəsə almaq lazım gələndə bunun da uyğun zamanını tapın. Unutmayın ki, hər dəfə müvəffəq olmayacaqsınız.. Zarafat deyil, sizin hər həmlənizdə kişinin pul kisəsi yüngülləşir. Amma buna baxmayaraq, siz davam edin. Elə münasib vaxt seçin və elə münasib vaxtda deyin ki, dediklərinizi çox asanlıqla qəbul etsin.
Günlər keçdikcə daha fərqli, daha cazibədar, evə bağlayıcı məşğuliyyətlər tapa bilərsiniz. Və bir də görəcəksiniz ki, arzu etdiklərinizi artıq o özü siz demədən edir.

Düşüncələrim... (VIII yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz