» » Düşüncələrim (VI yazı)

Düşüncələrim (VI yazı)

Düşüncələrim (VI yazı)

Hansısa bir çətinliyi, problemi olmayan ailə yoxdur, ola da bilməz. Əsl həyat elə bu çətinliklər içərisində öz səadətini qura bilməkdədri. İnsan gərək öz taleyinəə sahib çıxa, onu bədbinliyə deyil, mübarizələrə istiqamətləndirə. Olub ki, mən də xanımımdan incimişəm, hətta 1-1-zi xeyli vaxt söylətməmişik. O bir otaqda, mən də bir otaqda yatmışam. Amma mən bilsəydim ki, o, mənim yoxdur, olsun ki, çoxdan ölmüşdüm . Mənim nə qədər həssas, incik, bir az şıltaq, bir az da "cığal” olduğumu bilsəydiniz, onda fikirlərimə heç şübhə etməzdiniz. Məsələn, xətrinə dəyəndə də istəmişəm ki, səhərisi gün məni mehribanlıqla yola salsın. Axı bu, çox çətindir. Heç olmasa üstündən 1-2 gün keçməli, xanımımın xətir-könlünü alıb barışmalı, sonra iltifat gözləməliyəm. Bu, yazılmamış qanundur. Amma bir şey də var ki, qadın ailəni hifz edəndir, obrazlı desəm, tarzəndir. Tarzən hirslənəndə tarı, mizrabı qırmalıdırmı? Axı kişi evdən elə ovqatla çıxmalıdır ki, işdə, küçədə, kiminləsə ünsiyyətdə özünü sakit və təmkinli apara bilsin.
Anlaşılmazlıq da ola bilər. Usanmaq lazım deyil. Yenidən yolun əvvəlinə qayıtmaq, cəhdə doğru yenidən addımlar atılmalıdır. Heç bir qadın ərə 1-ci qadın qədər yaxın ola bilməz. Eləcə də 2-ci ər 1-ci ərin ən pisinə belə dəyməz. Müəyyən səbəblərdən taleyin zərbəsinə tuş gəlmiş ağıllı, gözəl xanımlarımızı, əlbəttə, bu dediklərimə aid etmirəm.
Bu mənada qadının öz ərini kökləməyindən çox şey asılıdır. Ər də diqqətli olmalı, xanımına sevgi və ehtiramını əsirgəməlidir.
Hamınız, yəqin ki, əksəriyyətiniz fəlsəfə kursu keçmisiniz. Bilirsiniz ki, Demokritdən Aristotelə kimi, yunan filosoflarının etikasında səadətə çatmağın əsas şərtlərindən biri "orta həddə” ("qızıl hədd”) əməl etməkdir. Bu, kainatdakı və insan həyatındakı qayda və nizamın, əxlaq normaları və prinsiplərinin ölçüsüdür.Bu ölçüyə əməl etməyəndə kainatda da, insan həyatında da ciddi dəyişikliklər yaranır. Sanki bu ölçüyə əməl etməyəndə insan və təbiət nizamının ziddinə gedirsən.

Düşüncələrim (VI yazı)

Bizi əhatə edən bitki aləmi Günəşə möhtacdır, hərarəti az olarsa,yaxşı inkişaf etməz, çox olarsa, nəinki bitkini, hətta aləmi yandırar. Su da olmasa, bitki cana gəlməz: çoxdusa əkini yuyub aparacaq, azdırsa, quruyacaq. Insan həyatı da belədir. Deyək ki, qənaətcil olmaq insan üçün vacib keyfiyyətdir, həddini aşsa, xəsislik, az olarsa, israfçılığa aparacaq.
Bu xətt naqisliklə şərafəti, eybəcərliklə gözəlliyi, xoşbəxtliklə bədbəxtliyi ayıran sərhəddir. Təbiət bu nizamı özü tənzimləyir. İnsan isə özü nizamlamalıdır. Azərbaycan klassik şair və yazıçılarının əəsrlərində nə qədər nümunələr var ki, burada insanlara "orta həddə” əməl etmək tövsiyə olunur. Nizami "Artıq içiləndə dərd verir su da” deyəndə məhz insanları bu həddi gözləməyə çağırır.
Biz xoşbəxt yaşamaq istəyiriksə, bu nizama mütləq əməl etməliyik. Əməl edə biləcəyiksə, bu nizam da bizim əməllərimizi nizamlayacaq, səadətimizi problemlərlə rastlaşanda tufanlara təslim etməyəcək.
Ən vacibi ailə quracaq gənclərimizin bir-birlərini düzgün seçməmələridir. Qızlar da, oğlanlar da eyni səhvi edirlər. Şöhrətə meyillilik, zahiri gözəlliyə önəm vermək, ailə həyatına hazır olmadan evliliyə can atmaq və s. bu kimi hallar əksər hallarda ailə nifaqına səbəb olur:talelər qırılır, ailələr dağılır. Belə hallarda qızlar oğlanlara nisbətən daha çox ağrı çəkirlər. Çünki Azərbaycan ailəsi üçün 1–ci ölçü qızın adıyla bağlıdır. Qızlar zərif olduqları kimi, duyğulanmağa da çox meyilli olurlar. Hər deyilən vədə, sözə inanırlar. Bəzən onlar böyük-kiçiklə, valideynlərlə, həyatın göstərdiyi təcrübələrlə hesablaşmılar. Heç bilmirsən harda tanış oldular, necə sevişdilər və günlərin birində oğlan öz evində, qız da öz evində "2 ayağını bir başmağa” dirəyib hökm edir ki, evlənirik, vəssalam. Bir müddət sonra məlum olur ki, bunların heç xarakterləri də uyğun deyilmiş. Amma bu məsələ çox vacibdir. Əgər yeni evliliyə başlayan gənclərimiz həyati münasibətlərdə fərqli baxışlara malikdirlərsə, onların eyni məxrəcə gəlməsi mümkün ola bilməz.

Düşüncələrim (VI yazı)

Tutaq ki,oğlan iqtisadçıdır, qız piano müəlliməsidir. Oğlan həyatı bir qədər iqtisadi baxışda, qız isə kövrəklik, zəriflik hüdudlarında qəbul edir, fikirlər toqquşacaq, hansı məsələlərdəsə tez-tez əks qütblərdə dayanacaqlar. Mən demirəm ki, iqtisadçı iqtisadçı, musiqiçi də hökmən musiqiçi ilə evlənməlidir. Fərqli ixtisas sahibləri ola bilərlər, amma gözəlliyi eyni cürə qavrayırlarsa, problemləri yəqin ki, olmaz.
Qız var ki, zahiri gözəlliyinə güvənib, hansısa sadə oğlanı rədd edib, bir kafe sahibinin xarici avtomobili olan oğluna üstünlük verir. Toydan 3-4 ay keçməmiş qızın günləri göz yaşlarıyla keçməyə başlayır: oğlan bəzən günlərlə evə gəlmir, kafelərdə gecələyir, ya da içkili olub dava-dalaş salır. Qıza ən adı şeylərə belə qadağa qoyur: anangilə gedə bilməzsən, mobil telefonla danışma, pəncərədən baxma, həyətə düşmə, iş sözü ağzına gətirmə və s.
Bəs sən bu oğlanı necə seçdin? Hansı məntiqlə qonşu binada yaşayan, ailəsini tanıdığınız, dilini-sirrini bildiyiniz bir ailənin oğlunu rədd edib, buna üstünlük verdin?
Ona görə də sonradan peşman olmamaq üçün,ailəyə göz yaşları bəxş etməmək üçün düşünüb-daşınmaq, seçimdə çox ehtiyatlı olmaq lazımdır. Bir şeirdə deyildiyi kimi:

Sevmə səni sevməyəni Misirdə sultan olsa da,
Sev səni sevəni qapında fərman olsa da...


Düşüncələrim (VI yazı)

PS:Həyat bəzən onu yaşayanların arzuladığı kimi yox, öz axarı ilə nizamlanır. Taleyinə hər şey yazıla bilər. Lap səhv edə bilərsən də. Əsas məsələ odur ki, belədə özünü itirməyəsən. Taleyinə sahib çıxıb ümidlə yaxşılığa doğru can atasan. Mən elə düşünürəm ki, qadın xoşbəxtliyinin nüvəsində ana olmaq arzusu dayanır.
Bütün subay oğul və qızlarımıza ata-ana olmaq diləy ilə...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz