» » Düşüncələrim (IV yazı )

Düşüncələrim (IV yazı )

Düşüncələrim (IV yazı )

 

Azərbaycan ailəsi tarixin bütün dövrlərində sədaqətli olmaq baxımından, eləcə də namus məsələsində qibtəedilən bir ailə olub. Kifayət qədər nümunə də göstərmək olar. İstər şifahi, istərsə də yazılı ədəbiyyatımızda qadın vəfası və ailə haqqında istənilən qədər başımızı göylərə ucaldacaq faktlar var.  Saytların birində oxumuşdum ki,sabiq  Fransa prezidentinin xanımı uzun müddət eməni nazirlə gizli sevgi yaşayırmış və ya digər bir saytda isə oxumuşam ki, Ermənistanda gözəl qızlardan xarici diplomatlarla əlaqə yaratmaq məqsədi ilə istifadə edirlər. Amma bizim "İtə ataram, yada satmaram” konstutisiyamız var. Öz gəlinlik xalısını satmaq istərkən Sona xanımın bir misterə dediyi bu sözlər bütövlükdə, milli-mənəvi qürurumuzun simvoluna çevrilib. Bizim sadəmiz də belə olub, zadəganımız da. Hələ "Xosrov və Şirin” poemamızda Şirin onunla əylənmək istəyən şahzadə Xosrova sərt cavaba bir baxın: "Olsam, olacağam halal bir arvad.
Xosrov öləndən sonra Şirin halal həyat yoldaşı olduğunu sübut etmişdi də. Sevdiyi qətlə yetirildikdən sonra onun şərəfini tapdalamasınlar deyə,  Şirin Xosrov hansı nahiyəsindən yaralanmışdısa, əlindəki xəncəri o da məhz həmin nahiyədən öz ürəyinə sancmışdı. Nizami bu ölümü alqılamışdı:

Alqış bu ölümə, əhsən Şirinə,
Öldürın Şirinə, ölən Şirinə.
Məhəbbət yolunda ölüm budur, bax,
Canana belədir canı tapşırmaq...
 

Düşüncələrim (IV yazı )

 

Hələ də dünən olubmuş kimi qəlbimizi göynədən 20 Yanvar hadisələrində Fərizə də canını İlhamına belə tapşırmadımı? Amma Qərb həyatında bu, adi bir şeydir. Belə vəziyyətdə qadın istədiyinə gedə bilər. Lap sağ ikən də istədiyi zaman evi-eşiyi,uşaqları başlı-başına buraxıb yeni "adaxlı”sıına qoşulub gedə bilər. Fərizə ərə getməyə bilərdi. Dünyaya Farizdən övlad gətirməli idi, evdə oturub sədaqətlə övlad böyüdəcəyinə də ölümü ilə yəqinlik yaratmışdı. Fəqət, kiminsə murdar baxışları ona zillənəcəkdisə, kimsə ona mənhus niyyətlə yanaşacaqdısa, lap kimsə həqiqi mənada ailə qurmağı təklif edəcəkdisə, Fərizə bunları qəbul edə bilməyəcəkdi. Çoxlari bunu intihar kimi qəbul edir... Mən isə intihar üçün müəyyən səbəb və heç bir günahı olmayan Fərizənin addımını sevgi şəhidliyi kimi qəbul edirəm. Namus da bizim sərhədimizdir. Fərizə öz bu sərhədin toxunulmazlığını qurban verdiyi həyatı ilə əxlaq tariximizə həkk etdi.
 
Çöllərəmi düşmək gərək ?
Aramaq üçün..
Dağlarımı dəlmək gərək ? 
Qovuşa bilmək üçün..
Yoxmudur ?
Yalansız sevdalar ?
Sadəcə, yaşamaq üçün...

Var belə sevgilər. Fərizə bizim qadın və qızlarımızın bu sevgi pərvanələri olduğunu sübut etdi.

Düşüncələrim (IV yazı )

 

İstərdim ki, çətinliklə üzləşəndə ümidsizliyə qapılmayasınız, sevgidən, sevdiyinizdən aralı düşməyəsəniz. Sevgi yaşanmasa, tükənəcəyi qaçılmazdır. Onu tükənməyə qoymayın. Hesab edirəm ki, son dövrlər bizim sevgi gövhərimizə yeni-yeni yad meyillər ayaq açıb. Əksər gənclərimiz sevginin mənəvi tərəfindənsə fiziki tərəfinə daha həssaslıq göstərirlər. Olsun ki, bu hal seriallardan doluşdu naqis ruhumuza, xarici ölkələrdəki həyat tərzindən siryət etdi bizə. Mən belə düşünürəm ki, gecə-gündüz bir yerdə olmaq sevgi deyil..Belədə sevgi də, qadın da öz zərifliyini itirir.Qadın əza duyğusu üçün əşyaya, sevgi isə bu duyğunu reallaşdırmaq üçün vasitəyə çevrilir.
 
Sevgi tək öpüşlər deyilmiş,
Toxunmadan sevmək varmış....
Hislərini pıçıltıyla,vərəqlərə, güzgülərə,
İnsanlardan gizlədərək
Qaranlığa, gecələrə demək varmış...

Sevmək qəlbində aradığın parana dəruni hislər yaşatmaqdır, bu hislərə sahib çıxmaqdır, bu hisləri sevgi kimi yaşamaqdır. Həyatda çox şey var ki, onlar insanın hansısa anında istifadə üçün lazım olan əşyadır, varlıqdır. Ürəyin dondurma istəyər, gedib ala bilərsən, avtomobil istəyərsən, alarsan, mənzil də həmçinin....Amma sevgini almaq olmur. Amma sevgi birdəfəlik deyil.. Çiyələk yediyin anda ağzını dada gətirirsə, sevgi bütün həyatın boyu ömrünü, həyatını mənalandırır. Sən sevdiyinin yanında olmayanda, lap zaman və məkan ayrılığı uzun və uzaq olanda belə, sevgi var olur, nəinki var olur, hətta əvvəlkindən daha hərarətli olur. Sən ona ehtiyac hiss edirsən. Fiziki yaxınlıq, əza həzzi sevgi hislərində heç vaxt əsas olmamalıdır. Əsas olan sevginin özüdür.
Heç həyatda fikir vermisinizmi, bir şeyə o qədər alüdə olursan ki, getdikcə özəlliyini itirir, adiləşir. Gərək müəyyən həddi keçməyəsən. Bu həddi gözləyə bilmək, ər-arvad arasındakı intim münasibətlərə yaranan ehtiyacı da tənzimləyər.
Həddindən artıq alüdəçilk həmin tərəflərdən birinin uzun müddət ayrı düşdüyü hallarda xoşagəlməz ehtiyaclara səbəb ola bilər. Seriallarda, Qərb həyatı haqqında eşitdiklərimiz və gördüklərimiz bizim ailə, ər-arvad münasibətləri üçün model ola bilməz. Onlar qadına gözlərinin qurdunu öldürən seks mələyi kimi baxırlar. Biz isə xanımlara uşaqlarımızın anası kimi dəyər veririk. Biz qadınlarımıza qaynana və qaynatasına qayğı göstərən gəlin kimi baxırıq…seriallardakı "xanımlar” kimi qadınların bizim valideynlərin qabağına çıxması hörmətsizlikdir.

Düşüncələrim (IV yazı ) 

Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz