» » Yaxşılığın yüzü, mini, milyonu az; Yamanlığım beşi, üçü, biri çoxdur...

Yaxşılığın yüzü, mini, milyonu az; Yamanlığım beşi, üçü, biri çoxdur...



Yaxşılığın yüzü, mini, milyonu az; Yamanlığım beşi, üçü, biri çoxdur...Mərhəmət əxlaqi kateqoriya, insanı uca edən nəcib bir keyfiyyətdir. Cövhəri xeyirxahlıq, yaxşılıq kimi hislərdən yoğrulub. Bəs xeyirxahlıq, yaxşılıq nə deməkdir, bunlar hər ikisi eyni anlayışdırmı? Məncə, bu iki məram bir-birlərinə nə qədər yaxın olsalar da, müəyyən incə fərqləri də vardır. Deyərlər ki, xeyirxahlıq lalların danışa, karların eşidə, korların görə bildiyi dildir. Xeyirxahlıq elə bir hisdir ki, nəinki karın, korun, hər bir bəşər övladının ona ehtiyacı var.  "Düşüncələr ” şeirində  bu misralara fikir verin:

Deyirəm ki, uzaq yolda susuzluq çəkən,
Bir insanın yollarında bulaq olaydım.
Bütün məslək dostlarımın bu dünyada mən,
Hər qəminə, nəşəsinə ortaq olaydım…

Fikir verdinizmi, böyük şair hətta öz səviyyəsində olan məslək dostlarının, bütün insanların dərdlərinə şərik olmaq istəyir.
Xeyirhxah olmaq üçün , sadəcə, böyük ürək lazımdır…aydın baxış lazımdır. Amma yaxşılıq etmək üçün bir qədər maddi imkanın da olmalıdır. İnsan ola bilər ki, xeyirhax olsun, amma onun xeyirxahlığı bu baxışda kara gəlməyəcək. Məsələn, bir ailənin övladının xaricdə müalicəsi üçün böyük vəsait tələb olunur. Mən arzulamaqdan başqa nə edə bilərəm ki?! Bunu ancaq iş adamları, sahibkarlar edə bilərlər. Kimlər necə qazanır, hansı bir yetimə, imkansıza əl tutub özü bilər, Allahı bilər. Amma heç bir təmənna güdmədən, reklam niyyəti olmadan kiminsə harayına yetən yaxşı oğullarımız da var, xanımlarımız da.. Mən  öz həyati müşahidələrimdə bunu dəfələrlə yəqin etmişəm. Gəldiyim qənaət də bu olub ki, Uca Allahımız səxavəti bu səxavəti etməyi bacaran insanlara bəxş edir…Onda səxavət, həmin səxavətin qaynaqlandığı mənbə də ruzili olur..Allahımız hər şeyi görür…


Yaxşılığın yüzü, mini, milyonu az; Yamanlığım beşi, üçü, biri çoxdur...

 


A.Bakıxanov "Təhzibi-əxlaq” əsərində yazır ki, heyf o adama ki, yaxşılığı bacarır, amma etmir.
Siz mənəviyyatımızın, milli varlığımızın guşə daşı olan "Kitabi- Dədə Qorqud” dastanlarından bilirsiniz ki, Oğuz xanları ildə bir dəfə xanımlarının əlindən tutub evdən çıxar, bütün var-dövlətlərini kasıb-kusuba paylayardılar. XI-XV əsrlərdə Azərbaycanda "Əxilər” (qardaşlar) cəmiyyəti varmış, ölkəmizə gələn, yolu burdan keçən insanları qonaq saxlayarmışlar, onlar üçün xüsusi evlər varmış və qəriblər burada geçələyib səhərisi gün yollarına davam edirmişlər. Məqsəd mənəviyyat sahəsində pozulmuş nizamı bərpa etmək idi.
Dünyanın heç bir bir tərəfində Azərbaycanda olduğu qədər mərhəmətlilik nümunəsi ola bilməz. Dünyanın heç bir xalqında bizim xalğımıza məxsus qonaqpərvərlik yoxdur. İki otağımız varsa, birini həmişə izzət-ehtiramla qonaq üçün saxlamışıq. Evimizə qonaq gələndə süfrəmiz qonağa məxsus olsun deyə olmayanımızı da qonşudan tapıb süfrəyə düzmüşük ki, adına layiq olsun.
Fəxri şairimiz Səməd Vurğunun məşhur  misralarını xatırlayıram:
Sən bizim ellərin ruhuna bir bax,
Bizdən inciməmiş bir əziz qonaq.
Nişanlı qızların görüşdən qabaq,
Telini saymağı yadıma düşdü.

Bunlar hamısı bizin qürur, güvənc duyduğumuz milli adət-ənələrimizdir. Amma bəzən adam elə "yaxşılıq” nümunələri ilə də qarşılaşır ki, Yaxşılığın yüzü, mini, milyonu az; Yamanlığım beşi, üçü, biri çoxdur...təəssüflənməməyə bilmirsən. Bəziləri yaxşılığı tanınmaq üçün, müəyyən maraqları üçün edirlər, təmənnalı edirlər. Artıq bu, xeyirxahlıq deyil, yaxşılıq deyil. Məsələn, bir sahibkar hansısa bir ehtiyacda yaşayana 300-500 manatlıq pul və ya natura şəklində yardım edir. Bunu 1000-1500 manat da xərc çəkib qəzetdə, televiziyada reklam etdirir. Halbuki həmin reklam xərcini daha 2-3 imkansıza sərf etmək olardı. Yaxşılıq elə olmalıdır ki, onu heç kim bilməməlidir, heç kim hiss etməməlidir. Axı sənin yardım etdiyin adam, sadəcə, imkansızdır, məndən də, səndən də qürursuz deyiıldir. Bu qürura hörmət etmək lazımdır. Əslində əsl xeyirxah insan yaxşılığı ehtiyacı olmadığı bir insana etməlidir.
A.Bakıxanov "Təhzibi-əxlaq” əsərində bununla bağlı deyir ki, xeyirxah adam kiməsə bir anbar qiymətli gövhər bağışlayırsa, onun minnət yükü qarışqanın belə belini qırmağa qadir olmamalıdır.
Xeyirxahlıq, yaxşılıq hissi olmayan insan gərək özünü insan saymaya. Biz bu hissi içimizdə, əməllərimizdə yaşatmaqla mənən gözəl olduğumuz kimi, mənsub olduğumuz xalqın dəyərlərini qoruyub gələcək nəslə ötürmüş oluruq.
Vəzəifəsindən, malik olduğu imkandan, yaşından, cinsindən asılı olmayaraq hər kəs hər zaman xeyirxah olmalıdır, yaxşılıq etməlidir….
 
Yaxşılığın, yamanlığın sonu yoxdur,
Donu növ-növ, donu rəng-rəng, donu çoxdur.
Yaxşılığın yüzü, mini, milyonu az,
Yamanlığım beşi, üçü, biri çoxdur...

…Bir kora yolu nişan vermək xeyirxahlıqdır…bir ahılı küçənin o biri tərəfinə keçirmək xeyirxahlıqdır… bir ağaçın dibinə su tökmək xeyirxahlıqdır… bir təbəssüm xeyirxahlıqdır….
Ayaz dəymiş yanaqları qızdırın,
Şaxta vurmuş barmaqları qızdırın.
Buza dönmüş otaqları qızdırın,
Ocaq olun, ay Allahı sevənlər…

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz