» » Düşüncələrim (II yazı)

Düşüncələrim (II yazı)

 Düşüncələrim (II yazı) 

İnsan doğulur, yaşa dolur, bu ömür yollarında özünü  ifadə və təsdiq etmək üçün daim irəliyə doğru  can atır. Mübarizlər, zəhmətsevərlər, təmkinli olanlar  hər zaman hədəflərinə çatırlar Amma  elə  gənclər də olur ki, ömürdən hər gün  bir yarpağın  düşdüyünün heç fərqində olmurlar... Hər şey  guya həmişə belə qalacaq kimi düşünür, arzu və sevgilərinə  laqeyd və biganə qalırlar...

 Elə hey beynində özünə yer eləmiş  ideal sevgi axtarırlar.

Gəncliyin ilk illərində, əsasən, 25 yaşlarından sonra,  çox vaxt gənclər heç kimi bəyənmir, ana-bacı da  onlara heç kimi bəyəndirə bilmir, fərqi yoxdur: oğlandır və ya qızdır.  Zaman isə su kimi axıb  keçir, onlar bir də görürlər ki, yaşları 35-i keçib, az qala qırxı haqlayıb. Həmişə  bir süfrənin ətrafında toplaşan  bacılar  daha  yoxdur: durnalar kimi, daha "isti ölkələrə” uçub gediblər.  Qardaşlar kim bilir hansı ölkədə, hansı şəhərdədir.  Yurd yerində qalan  tənha valideynlərdir , bir də özləri. Daha nə oldu ki, bu? Bəs bu valideynər gəlin açdığı süfrədən çay içməməlidirlərmi, nəvələri ilə həyət-bacanı gəzməməlidirlərmi? Bir vaxt sən balaca olanda bu duyğuları yaşadırdın onlara. Onlar sən böyüdükcə, arzularını da böyüdürdülər. Bir az irəli qaçıb,  yanlarında nəvələri gəzirmiş kimi dolanırdılar bağ-bağçanı.   Bəs bu ana min bir əziyyətlə böyüdüb ərsəyə gətirdiyi, birinci sinifdən cehiz tədarükünü gördüyü qızını gəlin libasında görüb "oxxay” etməməlidirmi?   Bir insan  həyətində ağac əkirsə,   bunu məşğuliyyət olsun deyə əkmir ki. İstəyir ki, ona qulluq edib barından dadsın.Övladlar da könül meyvələridir. Hər kəsin qisməti olsun, hər kəsin məqsədi də bu şirinliyi dadmaqdır.

Düşüncələrim (II yazı)

 

  Övladlarımız bu haqqı  hər zaman üzərlərində hiss etməlidirlər.  Övladlarımız karyea ilə bərabər,  şəxsi səadətləri üçün də ağılla, məntiqlə hərəkət etməlidirlər.  Qızlarımız daha məsuliyyətli olmalıdır.

Müasir dövrdə kütləvi informasiya vasitələri  o qədər  çoxdur ki, bu informasiya bolluğunda baş verən hər bir xoşagəlməz hallardan  hamımız xəbər tuta bilirik. İntihar halları,  evliliyin ilk illərində dağılan ailələr , atasız doğulan uşaqlar və s.  hər bir kəsi  haqlı olaraq narahat edir

30-40 il   bundan əvvəl qızın ailədə, cəmiyyətdəki yeri çox  hörmətli idi. Tutaq ki, kənddə hansı kişinin aı çəkilsəydi, məsələn, desəydi ki, kəndin aşağısındakı  Cəlil kişi, o saat  ilk olaraq Cəlil kişinin qızı düşünülürdü. Hamı arzu edirdi ki, həyətinə, ailəsinə Cəlil kişinin qızları kimi mehriban, ailəcanlı, evdar, ağıllı və gözəl bir gəlin qismət olsun.

 Düşüncəlrdə " gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir.” kimi bir inam yaşayardı və bu cürə düşünən ailələrdə, doğrudan da, gəlinin ayağı həmin ocağa düşərli olurdu .

 Bəs nədən dəyişdi bu qənaətlər, səmimiyyət, etimad? Niyə davam etmədik ki, bu varisliyə?!

 

Düşüncələrim (II yazı)

Uzaq düşdüyümüz  bu varislikdə  diqqəti cəlb edən ən  vacib məsələ  elə qızlarla bağlı münasibətlərdir . Statistik rəqəmlər artıq bu münasibətlərin mövcudluğundan əbər verir. Bu gün doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayını üstələmək üzrədir. Niyə, guya, bu ata-analar, gecə-gündüz Allahdan oğul diləyir, arzuları qəbul olunur?! İnanmıram. İnsanlar ətraflarında baş verən naqisliklərdən, qadınlara, qızlara münasibətdən qız övladı böyütməyin məsuliyyətini öz üzərlərindən atırlar. Oğlan uşağı qız götürüb qaçırsa, bunu qəbul edirlər, amma qız qoşulub qaçarsa, bunu böyük müsibət kimi qarşılayırlar. Oğlan hər ay birilə gəzib-dolana bilər. Amma qız uşağının yanında oğlan görmək biabırçılıq hesab edilir. Televiziyada gecə barlarında, məxsusi istirahət məkanlarında əcaib siluetlərini nümayiş etdirən qızları görən digər valideynlərin keçirdiyi narahatçılığı da başa düşürəm. Hörmətə layiq bir xanım ailə qayğıları ilə baş-başa qaldığı halda, hansı xanımlarsa dəbdəbəli həyat yaşayır, bahalı paltarlar geyir, xarici maşınlarda gəzir , hər il turist səfərlərində dünyanın ən gözəl yerlərini gəzirlər. Belə bərabərsizliyi görüb "Dəbdəbəli həyat, yoxsa ləyaqət?” sərhədində qalan çoxları birinciyə təslim olurlar. Səbəblər çoxdur. Bunları görən bəzi valideynər də son məqamda "Qoy mənim xoruzum özgə çəpərdə banlasın” düşüncəsi ilə razılaşırlar. Amma nə yaxşı ki, gözəl nümunələrimiz daha çoxdur.
20 Yanvar hadisələrində sevgilisi öldürüləndən sonra özünə qəsd edən Fərizənin addımını qınayanlar, dinimizə zidd olduğunu, ən nəhayət, hamilə olduğu üçün bu addımı atmamalı idi deyənlər var...
Mən isə hadisəyə bir başqa cür yanaşıram: Allah rəhmət eləsin hər iki balamıza, nakam taleli xoşbəxtlərimizə...Təkcə torpağımız sərhəd deyil, milli əxlaqımız, mənəviyyatımız da sərhəd dirəkləridir. İlham torpaq, Fərizə qızımızsa, məhəbbət şəhidi oldu. İntihar etməmişdən öncə yazdığı məktubun sonuncu cümləsi: Sən mənsiz ölməyi bacardın, amma mən sənsiz yaşayamam...

Düşüncələrim (II yazı)

 

Əlbəttə,  kimsə intiharı dəstəkləyə bilməz. Amma məqsədin mahiyyəti baxımından bu vəfa nümunəsi bir örnək nümunəsi qəbul edilə bilər.Gənclərimiz  bu örnəyi həyatda yaşamalıdırlar. 
Bu gün dünyada elə ölkə var ki, qadın xoşu gəlmirsə, ərini atıb,   2-si, 3-sü ilə izdivaca gira bilir.  Elə ölkə var ki, heç bir  nikah münasibətləri olmur. elə ölkələr var ki, kim hara gedir, kiminlə ailə qurur, valideynlərin heç xəbəri də olmur. 

Bir tanışım var.  Müxtəlif xarici ölkələrdə işləyiblər. Deyir ki, Monqolustanda işləyəndə qaldığımız yataqxanada   keçmiş qardaş respublikaların hət birindən nümayəndələr vardı və əksəriyyəti də evli idi. Biz bu illərdə, demək olar ki, keçmiş sovet ölkələrinin  ailə, ər-arvad münasibətlərinin  vəziyyətini də  öyrəndik. Deyir ki, bir dəfə iş yoldaşalarımız (ancaq kişilər) bazar günü  maraqlı bir səfər müəyyənləşdirmişdik.  Bazar günü vədələşdiyimiz yerdə toplaşdıq.  Digər millətlərdən olan bir dostumuz gəlib çıxmamışdı.Məndən xahiş etdi ki, səninlə daha yaxındır, bir  baş çək, gedə bilməyəcəksə,  onsuz gedək. Tanışım deyir ki, gəldim qapını döydüm.İçəridən səs gəldi ki, gəl. İçəri girəndə gördüm ki, dostumuz  uşaqlarının birini  hamamda çimizdirir. Dedim ki, niyə gəlmirsən,  yoldaşlar səni gözləyir. Divarın küncündə su trubasına maqnitlə yapışdırılmış kağızı göstərdi. Alıb baxdım.Gördüm ki, xanımı harasa gedin və bu kişinin  bazar günü görəcəyi işləri qeyd edib ki, mən gələnə kimi, bu işləri görməlisən. Bilirsinizmi, qərib ölkədə  mən öz qadınlarımızı düşündüm, öz həmcinslərimi düşündüm: biz nə bəxtəvər bəylərmişik.

 Bizim ailə dəyərlərimizdə belə naqisliklər olmayıb, indi də yoxdur axı.

Təsadüfi deyil ki,  əleyhdarlarımız indi bu cinahımızı hədəfə alıblar....  Cürəbəcürə yollarla  ailə-əxlaq  mədəniyyətimizə  yabançı təsirlər göstərməkdədirlər. Amma yanılırlar, türk xalqları tarix boyu qəhrəmanlıqda olduğu kimi, ləyaqətdə də həmişə öndə olub və həmişə də öndə olacaqlar. Nə qədər məkrli planlar qurulsa da, əxlaqımıza qəsdlər edilsə də, bu xalqın əxlaq etolonu yabançı olanı qəbul etməyəcək. Lap bir müddət sapınmalar olsa da, bunlar bizim ümumi əxlaqımızı müəyyən etmir.
Bizim ümumi əxlaqımızı Azərbaycan Qadını müəyyən edir. O qadın ki, dünya ərləri səf-səf düzülsə, onların ən qürurlusu Azərbaycan əridir. Azərbaycan kişisinə bu haqqı siz vermisiniz, əziz qadınlarımız.

 Əhsən Sizə. 

Düşüncələrim (II yazı) 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz