» » Düşüncələrim (I yazı)

Düşüncələrim (I yazı)

Düşüncələrim (I yazı)

Neçə müddətdir ki, lap dəqiqləşdirsək, sosial şəbəkələr həyatımıza daxil olandan ailə, mənəviyat, şəxsi tale və s. bu kimi yazıları diqqətlə oxuyuram. Qəzet və jurnallarda, radio və televiziyada da bu mövzuda yazılar saysz-hesabsızdır. Yanaşmalar da müxtəlifdir, fikirlər də müxtəlifdir. Bunların içində kiminsə əlindən tutub həyat yolunda bələdçilik edə bilən faydalı məsləhət və tövsiyər də var, hissə, emosiyaya aparan cığırlar da. Fəqət, sosial şəbəkələrdə tam sərbəstlik olduğundan buradakı fikirlər, yazılar təbii halındadır. Sanki hər kəs öz taleyini yazır. Bir növ, bura eyni cürə düşünənlərin, eyni cürə yaşayanların dərdləşdiyi, dərdləşib sakitləşdiyi ünsiyyət məkandır.
Qadın bizim fizioloji əksimizdir, yaşamımızı, həyatımızı şərtləndirən ən əsas şərtdir, qüvvədir.
Qadın anadır, bacıdır, dostdur, sevgilidir... Qadın Günəşdir. Hamısı bizim üçün çox gərəkdir. Elə bilin ki, həyatımızda hər şey var, amma bunlar hamısı yöndəmsiz və kobuddurlar..Gərək bunlara qadın nəfəsi, qadın əlləri dəysin ki, bir yön-yöndəmə, abıra düşsünlər.
İnternetdə Avropa alimlərinin maraqlı bir qənaətinə rast gəlmişdim. Deməli, eyni ərazidə 3 müxtəlif sahədə pomidor şitilləri əkirlər. Bu sahələrin birinə qadınlar, birinə kişilər qulluq edir, birini isə öz təbii halına buraxırlar. Maarqlı nəticələr alınır: qadınlar qulluq edən sahə daha məhsuldar olur, pomidorlar da ətli, qırmızı. Kimsənin baxmadığı, özbaşına yetişən pomidorlar bir qədər fərqlənir, kişilərin qulluq etdiyi şitillər isə daha az məhsuldar olur.
Bunlar həqiqətdir... Qadın qənirtisi gələn, əlləri dəyən hər yerdə həyat var. Allah bu qüdrəti qadınlara verib. Qurban olduğum bizə də qüdrət verib, amma hamımız, dünya özü qadın qüdrətinə möhtac.
Bəs bu qadınlar niyə küskündürlər, nə istəyirlər onlar?
Qadınların içi sevgi ilə doludur. Qadınlar bu sevgiyə cavab axtarırlar. Qadınlar bir şirin sözə möhtac, bir sevən gözə möhtac... Qadınlar bir doğma üzə möhtac, bir isti nəfəsə möhtac.. Qadınlar bu adı daşımaq üçün layiq olduqları haqqa möhtac....
Beləçə, qadınlar öz səadətlərini gəzirlər. Onların öz ərlərindən umduqları yalnız budur. Bu umulanlar gözlə görünə biləcək yer tutmur, qiymətdə daşınmasına karvanlar da lazım deyil, bir qarışqanın apara biləcəyi qədər əziyyətsizdir.: Diqqət!!! Bilirsiniz umulan nədir: QADIN KİMİ XOŞBƏXT OLMAQ!
Bəs nə üçün sosial şəbəkələrdəki əksər xanımlar öz həyatlarından gileylidir? Açıq şəkildə deməsələr də, ad çəkməsələr də bunu sezməmək mümkün deyil. Sadəcə, öz talelərini hekayələşdirib bildirməkdən, sakitləşməkdən başqa çarələri yox. Elə düşünürlər ki, bəlkə, bu səssiz haraylar necəsə, hansı yollasa diqqətli olmalı qəlblərə gedib çata bilər, onları yumşalda bilər.

Sevgi nədir ?
Sevgi - dəyər verməkdir,
Sevgi – qiymət bilməkdir.
Sevginin dilənçiliyi olmaz, 
Sevgi - əmək istər, 
Sevmək -ürək istər ...
Sevgi - sevgi istər...

Düşüncələrim (I yazı)


Qadınlar hər səhər, hər axşam bu sevginin yolunu gözlər. Əllərini üzəndə axşamın düşməsinə gözlər, buz soyuqluğu duyulan yataqlarına çəkilib səssiz-səmirsiz ağlayarlar. "Sevənlərin sirrini gecələrdən xəbər al " bunlar üçün deyilməyib, fəqət, bunlar da geçələri xoşlayarlar. Çünki axşam düşəndə gerçəkdə qovuşa bilmdikləri bəxtlərinə, gecənin səssiz-səmirsiz ağuşunda xəyallarında qurduqları nakam gəlinlik taxtlarına çıxarlar, ta səhərəcən ağlayarlar. Axıtdıqları yaşlar çölə tökülsəydi, yuyub aparardı bu taxtı, onlar buna da qıymayıb içlərinə axıdarlar yaşlarını:

Bir kəsə verəcəyi sevgisi –
qəlbdə dustaq,
Bir kəsə deyəcəyi sözləri –
dildə dustaq.

Düşüncələrim (I yazı)

 

Onlar artıq inana bilmirlər ki, bir də taleləri üzlərinə gülə bilər. İnana bilmirlər ki, bir vaxt "canım”, "bitanem” deyən, 5 dəqiqə onu görməyəndə dünya–aləm başına dar olan can sirdaşı bu sevgiyə yenidən nəfəs verə...İnanmır...Sevgilər bu qədər ucuzlaşdı deyə, daha sevgi nağıllarına inanmır xanımlar...
Nəhayət, "qismətin beləymiş", "özü yıxılan ağlamaz" kimi fikirləri alın yazısı qəbul edərək taleləri ilə barışar, gücləri yalnız özlərinə çatdığından göz yaşlarını yeganə həmdəm seçər xanımlar. Gündüzlər guya bəzənib-düzənsələr də, deyib-gülsələr də, daim içlərində elegiya (noktürn).
Niyə belə oldu? Sevgi bir içim su imişmi, içəndən sonra qəlbindəki yanğı, atəş öləziyə...?! Sevgi bir içim su imişmi, harda susadığında, harda tapdığında başına çəkib, bir də növbəti susamağa saxlayasan.
Bu suallara bir kəsdən başqa kimsədən cavab gözləməz, kömək ummazlar qadınlar . Onlar dərk edirlər ki, sevgini həkim sağalda bilməz, sevgini dost-tanış yeddi bina uzaqlardan tapıb gətirə bilməz. Sevgini sevgi ilə sağaltmaq, sevgini sevgi ilə yaşatmaq olar.

Biz öldük!
Axırıncı o gündə
Çox düşünüb, daşınıb
Günah görəndə sevgidə
Biz öldük!
Ağlamaq yalan olarmı?
Ağladıq yalandan.
Ayrılmarıq demişdik,
O anddan, o amandan
Döndük, Gülüm!
Biz öldük!

Ölməmək üçün ölümsüzlüyə, bəli, sevgidə qovuşmaq lazım. Qu quşları kimi....Biri öldümü, o birisi də dərhal cannı tapşırar. Onlar ölməyə də hazır, sevgilərinin və sevgililərinin yanında....
Mən qadınların iç dünyasını belə duydum. Mən bu duyduqlarımı həyatda da belə gördüm. Sevinməlisinə sevindim, açısına kədərləndim. Kədərləndim ki, bu boyda sevgi yuva salan ürəklərə inamsızlıq hardan yol tapıb belə? Qadınlar, ümidsiz olmayın. Beş-üç istisnanı saya almasaq, heç kişi ola bilməz ki, həyat yoldaşını sevməsin. Unutmayın ki, ərləriniz də gözlədiklərinizdən daha çox sizdən gözləyir. Amma onlar fikirləşdiyiniz qədər də secgisiz və ədalətsiz deyillər, vicdan mühakiməsində özləri sizi müdafiə edirlər. Etiraf etməyi şənlərinə sığışdırmasalar da, bu etirafı ürəklərində, beyinlərində gəzdirirlər, Nüsrət Kəsəmənli kimi:
 
...Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının 
Yarısını özgəyə verib gəlirəm.

Bu elə duyğu ki,bu elə qəm ki,
Min olsa yenə də əyməzdi səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdi sənin...

Düşüncələrim (I yazı)

 

Bəlkəsiz də dəyməz... Amma gerçəyi budur ki, bu addım atılıb. Mən bu yaşıma çıxıb elə bir kişi də fikirləşə bilmirəm ki, bu etirafı doğuran addımı atmamış olsun. Əgər varsa, etiraf edənlərlə nisbətdə barmaqla sayılacaq qədər ola bilər.
Kaş etiraflar, hansı mənada olursa-olsun, başqalarının bizim sevgimizə sevgi etirafı olsun.... həsəd etirafı olsun.. Sevgi sevgidisə, ona göz dəyməz...Qoruyan qoruyacaq .... Sevginizi qoruyun və yaşayın.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz