» » İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (II yazı)

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (II yazı)

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (II yazı)

Bir aptek işçisi ilə cinsi fəaliyyəti artıran dərmanlar haqqında söhbət etdik. Söhbətimiz baş tutdu deyə, bu mövzuda xeyli söhbətləşdik. Söylədi ki, çox-çox əvvəllərdə də bu kateoriyadan dərmanlar alırdıq, təsadüfdən-təsadüfə satılırdı. İndi belə dərmanları alan çoxdur: gənc, qoca, hətta qadın da.
Həkim bunları da söylədi ki, indi zaman da başqadır. İnsanların özünün də əks cinsə münasibəti bu yönümdə inkişaf edir. Kimsə hansı filmdə qəhrəmanlıq, döyüş epizodları üçün izləmək üçün kinoteatr aramaz və ya televiziya kanalı dəyişməz, çox az belə adam olar. Amma intim mövzuda olsa, izləyicisi daha çox olacaq: kişisi də belə, qadını da belə. Televiziya da xəbərlərdə bu mövzuda baş vermiş cinayət hadisələrinin dinamikasına, cinayətə səbəb olmuş motivin məzmununa fikir verin : təcavüzdür, ərli qadınla münasibətdir, azyaşlılara təcavüzdür. Belə hallar , doğrudur, bizim mühit üçün xarakterik deyil, amma az sayda olan hadisələr də ciddi qarşılanmalıdır.
Xarici ölkələrin təsiri daha çox oldu. O ölkələrdə belə şey ayıb sayılmır, belə şeylərə qadağa yox, eynicinslilərin nikahına icazə verirlər. Bizdə isə belə həyat tərzi olmayıb axı. Dinimiz də belə naqislikləri rədd edir.
İnsanlar nəfislərinə tabe olmağı bacarmalıdırlar. İnsanlar sağlam həyat tərzi keçirməlidirlər. Əslində, gənclər ailə qurana qədər özlərində belə patologiyanın olmasını bilməlidir, testdən keçməlidirlər. Zifaf gecəsi üçün problem varsa, müalicəyə həkimin təyinatı əsasında, həm də zifaf gecəsindən çox-çox əvvəldən başlamaq lazımdır. Bu dərmanların yerli-yersiz qəbulu ciddi fəsadlara, ölümə də səbəb ola bilər: infarkt riski yarada bilir, xüsusən qadınlarda. Bir neçə vaxt olar, mətbuatda yazmışdılar: Türkiyədə bir azərbaycanlı müğənni belə dərmandan dünyasını dəyişmişdir (bu yazını yazmaq haqqında düşünərkən mətbuatda Nərimanov rayonunda daha bir gəncimizin həyatını itirdiyi haqqında yazıya rast gəldim. Onun ölümünə ürəyinin partlamasının səbəb olduğu ehtimal edilir. Çünki hadisə yerinin baxışı zamanı "Viaqra” qutusunu aşkar edən kriminalistlər gənc oğlanın ölməmişdən öncə bu həbləri qəbul etdiyini ehtimal ediblər.) Belə dərmanlar cinsi aktivliyi fəallaşdırır : əvvəlcə qan təzyiqini aşağı salır, sonra sürətlə artırır. Ürəyində problemi olan insanlar bunun fərqində ola bilmirlər.
Bunları da həkim dedi.

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (II yazı)

Həkimin dedikləri sağlam məfkurəli hər bir insanın narahatçılığıdır. Çünki lap incələsən Azərbaçcandakı insanların 70-80 faizi uzaq-yaxın əlaqələrlə bir-birinə bağlıdır və bu 20-30 faiz də eyni dərəcədə bu çevrənin içindədir. Qismətdir: qız da verə bilərik, qız da ala bilərik. Yəni, biz özümüz özümüzü qoruyuruq və qorumalıyıq. Dar mənada istənilən fərdi ailədə ailə üzvlərinin hamısı eyni olmur ki: mülayimi də olur, aqressivi də, qalmışdı cəmiyyət adlı ailəmizdə. Müəyyən dərəcədə belə məsələlərə tutduğu rəsmi statusuna, cavabdehliyi nə görə olsun ki, belə məsələləri, meyilləri söhbə mövzusu etmək həmin cavabdehlik daşıyabn adamların xoşuna gəlməsin, amma güzgünü sındırmaq lazım deyil, çalışıb, birləşib xəstəliyin etiologiyasını üzə çıxarmaq, onu müalicə etmək lazımdır.
Cinsi münasibətlərdə sevgi cütlükləri arasında fəallıq çox önəmli faktorlardan biridir, amma birinci deyil. Bəzən bu fəallığı artırmaq üçün tərəflərdən biri digərindən xəbəriz müxtəlif preparatlardan istifadə edir. Digər bir halda isə, hər ikisinə aydın olan bu patoloji hal tərəflər arasındainamsızlıq, etmadsızlıq, laqeydlik formalaşdırır, soyuqluğa , hətta ayrılığa da səbəb ola bilir. Ən azından , iqtidarsızlıq hansındadırsa (qadınlarda da cinsi istəksizlik, soyuqluq ola bilir), digərinin qarşısında özünü utanc hiss edir, psixoloji travma alır. Belə hallarda tərəflər özləri vəziyyətdən çıxış yolu tapmalıdır, dərmn vasitələrindən də daha çox əlahəzrət sevgi ilə. Sevən sevdiyini (dönə-dönə üzr istəyirəm) təkcə yatıb-durmağa almayıb ki...Bu, sevgi həyatının sonu üçün işə yarar.

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (II yazı)

Sevgi həyatının bu özəl məqamı da lazım, bu da təbii bir ehtiyac. Amma biz bu ehtiyacın da gözəlliyini qorumalıyıq, özəlliyini qorumalıyıq. Adiləşdirməməliyik. Adiləşsə, hərdən internetdə rast gəlirik: xarici ölkələrdə harda gəldi, ətrafda kim var - kim yoxdu hesablaşmadan, istədikləri hərəkəti edirlər, onda bizdə də eynən xaricdəki kimi olar: Axı sevgi hislərini belə cılızlşdırmq olmaz.
Hansısa insanın tibbi göstəriş olarsa, cinsi fəaliyyətə dəstək vermək baxımından cinsi aktivliyi artıran tibbi vasitələrə üz tutmasını anlayışa qəbul edirəm. Amma sağlam adamın pirat reklamçıların internet şəbəkələrində xəstə, cılız təxəyyülləri ilə tərif etdiklərinə uyub sağlamlığını, eləcə də ruh sağlamlıqlarını risk qarşısında qoymalarını başa düşmək olmur.
Əsəb, stress, yorğunluq, sosial-məişət probləmləri, gərgin iş rejimi, düzgün qidalanmama, qidalrın keyfiyyəti, çirkli ekologiya bir çox hallarda kişilərdə və qadınlarda cinsi zəifliyə səbəb olur. Tibbi baxımdan normal cinsi fəaliyyət üçün bunlar şərtdir . Tibbi baxımdan normal intim həyat kişi və qadın sağlamlığı üçün ən vacib şərtlərdəndir. Amma bu, sağlam olmaq üçün cinsi fəaliyyətə ayrılmaq kimi qəbul edilməməlidir. Yaşaya bilməmiz üçün su, hava, qidalar daha birincidir və onlar da nə qədər saf olarsa, keyfiyyətli, sağlam həyat deməkdir.
Bir vacib məsələ də budur ki, bütün bu həyati vacib ünsürlərə sağlam əqidə, saf niyyətlə yanaşa biləsən.
Daha xarici filmlərdən, televiziyadan, mətbuatdan yanlış idealizə edib yox. Bizim əxlaqda, ailə-ər münasibətlərində axı "uğurlu və keyfiyyətli seks”, "orqazm”, " vəhşi seks”, "uzunmüddətli seks” və s. bu kimi əttökən , qadını, kişini alçaldan ifadə, münasibət olmayıb. Əgər bir ailədə, ailə tərəfləri arasında sevgi yoxdursa, bir-birlərinə ehtiyac yoxdursa, birtərəfli sürən bu fəaliyyət nəyə lazım, adətən, birtəflilik göstərən qadınlar olur. Onda bu qadın seks köləsi təəssüratı yaratmırmı? Bəli, cinsi əlaqənin meyarı da müddəti deyil, qarşılıqlı sevgi, qarşılıqlı ehtiyacdır. Sevgi olmayan yerde nəhayətsiz dəqiqələrin, saatların mənası yoxdur, yox. Qarşılıqlı ülfət, ünsiyyət yarada bilirsənsə, onda düşünməyə də dəyməz: hisslər öz hərəkət yollarını bilirlər.
Bəzi gənclərimiz , bir çox hərdəmxəyal insanlar da (*həm kişilər, həm də qadınlar) elə bilirlər ki, elə dünyadan kam alanlar Meksikadadır, Venesiyadadır, Romadadır, Parisdədir, Hollandiyadadır... Elkranın bu üzündən seriallrdakı həyata, kişi və qadınlara qibtə etməyə başlayırlar. Bu cür düşünən kişilərimiz fikirləşir ki, elə xaricin qadınları belə "ponyatkalı”dır, bu cür düşünən qadınlarlmız elə cəngavər kişilər xarici kişilərdir. Unutmaq olmaz : biz serialda gördüyümüz həyatı idealizə etməməli, doğrunu seçib, müəyyən edib onun uğrunda mübarizə aparmalıyıq. Elə cinsi fəallığı artıran dərmanlar bu filmlərin yaratdığı təəssüratlarla birbaşa əlaqəlidir.
Bəzən eləyanlış təsəvvür var ki, uzunmüddətli seks, dəfələrlə orqazma çatmaq qadın xoşbəxtliyidir. Guya cinsi əlaqəni bu cür davam etdirən kişilər əsl güc simvoludur. Belə deyil axı. İnternetdə, o seriallarda göstərilən təsvirlər, sadəcə, haqqında danışdığımız dərmanların əmələ gətirdiyi keçici effektləridir. Azərbycan qadını buna rəvac verə bilməz, Azərbaycan kişisi Azərbaycan qadınına belə yanaşa bilməz, biz dədə-babalardan qalan abır-həya, ismət örnəklərini qorumalıyıq, dinimizi unutmamalıyıq.

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (II yazı)

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz