» » İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

 

İnsan həyatının vacib bir ehtiyacı da fizioloji ehtiyac, yəni əks cinsə olan intim meyildir. Bu meyil nizmlı və ya nizamsız, ixtiyari və ya qeyri-ixtiyari olmasından asılı olmayaraq, hər zaman olmuş və hər zaman da olacaqdır: Adəm-Həvva zamanından belə ünsiyyət həyati məsələ kimi var idi.Ulu yaradan həyatda, təbiətdə canlı deyilən nə varsa, çiçəkdən tutmuş ali varlıq olan insanadək hamısının cüt – erkək və dişi olmasına önəm ermişdir. Və bu əks cütlərin qarşılıqlı ünsiyyətində həyatın, təbiətin davamlılığı təmin edilmişdir. Sonralar insan cəmiyyətinin inkişafı, sivilizasiyaların bir-birini əvəz etməsi ilə müşayiət olunan inkişaf axarında insan münasibətlər də təkmilləşmiş, cəmiyyət tərəfindən qəbul edilən əxlaq, ədəb və qanun hüdurlarına uyğunlaşdırılmışdır. Məsələn, İbtidai insanların yaşadığı dövrlərdə , konkret olaraq mağara dövründə ailə-nikh münasibətləri yox idi: ta Orta və ya Üst Paleolit dövrünə kimi. Buna kimi heç yerdə, heç kimdə "bu, mənim qadınımdır”, eləcə də " bu, mənim kişimdir” anlayışı olmamışdır.Belə davranış heç kimin hisslərinə toxunmurmuş da. Amma Orta və ya Üst Paleolit dövründən başlayaraq əvvəlcə qrup nikahlar, sonra da qoşa nikahlar formalaşmışdır. Təbii ki, bunlar Ailə və qohumluq sistemlərində ali formalar deyildi, fəqət irəliyə doğru atılan addımlar, dünyəvi inkişafa doğru başlanan yol idi.
Artıq əks cinslərin bir-birinə meyil etməsi getdikcə daha sosial mahiyyət kəsb edirdi: getdikcə o, təkcə fizioloji ehtiyacı təmin etməkdən daha əfzəl ailə, nəsil davamlılığı üçün qarşılıqlı cütləşmə münasibərinə çevrildi, daha sonra bu münasibətlərə romantik çalarlar əlavə edilməyə başladı və s.

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

 

Qadın və kişi yaranışdn bir-birilə sirli tellərlə bağlı olmuşdur, hətta onların bir bədəndə yerləşməsi haqqında rəvayətlər də mövcuddur. VII əsrdə yaşayan məşhur ərəb filosoflarından biri dünyanı quşa, qadın və kişini onun qanadlarına bənzətmişdir. Qış təkqnadla uşa bilmədiyi kimi, dünya, insanlıq da bu iki qanaddan hər hansı biri olmasa irəliyə doğru davam edə bilməz. Qadın kişi ülfəti, ünsiyyəti, birlikdəyi, təması həyati məsələ olmuş, amma təəssüf ki, getdikcə yad meyillər də bu münasibətlərə surayət etmişdir. Başqa sözlə, qadınla birlikdəliyə ailə təməli üçün yox, dünyaya övlad gətirmək üçün, nəsil artımaq üçün yox, sadəcə, cismanı həzz almaq üçün can atılıb.
Bu cür meyillər bizim həyatımıza qeyri-islam ölkələrindən yol tapırdı. Bizim ailə -əxlaq münasibətləri, qız-gəlin namusu, kişi qeyrəti kimi məsələlər əxlaqi-mənəvi dəyərlərimizin hər zaman canını təşkil edib. Biz bütün digər məsələləri də bu çevrədə qurmağa can atmışıq. Uca dinimizin, babalarımızın buyurduqlarını hifz edə bilsək, tarixdə var oacağıq, inşallah, yabançı təsirlərə qapılsaq, onda gec-tez bu ailə institutu dağılıb gedəcək, öz-özünə aradan çıxacaq: kimsə ailə qurmaqda maraqlı olmayacaq, hər gün eyni ocağa, eyni süfrəyə can atmayacaq, kişimizin də, qadınımızın da səsi "gah Avropadadan gələcək, gah Asiyadan”.
Biz həmişə bu mövzuda insanları məşğul və narahat edən məsələlərə müraciət etmişik və bu yazımız da onların mabədidir. Son dövrlərdə həyatda rast gəldiyimiz, eşitdiyimiz, televiziya kanallarından seyr etdiyimiz, müxtəlif informasiya vastələrindən oxuduğumuz, başqa sözlə, dövrümüz üçün çox ciddi problem yaradan məsələlərdən biri də elə yuxarıda bəhs etdiyimiz intim həyatla bağlıdır. Eyş-işrət hərisliyi , bəzi insanların intim alüdəiliyi artıq sosial bəlaya çevrilməkdədir. Bu mövzuda elmi-tibbi biliklərin yetərincə olmaması, bəzi gənclərin mənəvi səbatsızlığı, bu cür hallara qarşı cəmiyyətin özünün təsir vasitələrinin səmərəli olmaması bu bəlanı daha dərinləşdirməkdədir. Nəticədə bundan gəncliyimiz də və cəmiyyətin, insanlığın etibarlılığını və davamlılığını müəyyən edən ailə də, ailə institutu da sarsılır.

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

 

Məsələ burasındadır ki, statistik göstəricilərə görə, cinsi zəiflikdən kişilərin sayı artan xətt üzrə yüksəlməkdə davam edir. Məsələn, Milli.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərdə belə məlumata rast cəldim ki, apteklərə cinsi hərəkətliliyi artıran yeni "Stendra" adlı preparat daxil olub ki, təsir gücünə görə "Viagra" ilə müqayisədə xeyli üstündürr. Və o da vurğulanır ki,
"Stendra"nın illik satış həcmi 300 milyon dollara çata bilər. Otən il "Viagra"nın satışı 2 milyard dollar təşkil edib. Məniqlə belə çıxır ki, bir ildə "Viagra"nın satışı 2 milyard dollar təşkil edirsə, "Stendra"–nın hələlik bu qədərdirsə, digər vasitə və üsulların rəqəmini də buraya əlavə edə bilsəydik, hələ utandığından başqalarının bilməsini istəməyənlərin sayı da məlum olsaydı, vəziyyətin heç də adi hal olmadığını düşünə bilərdik.
Hindistan ərazisində Himalay dağlarının ətəklərində - Hindistanla Pakistan sərhədindən 2000 metr yüksəklikdə, təbiətin gözəl bir guşəsində Xunza adlı bir kənd var. Gənc pakistanlı həkim Əli Əxtar burada 8 çarpayııq xəstəxana açmış, amma heç kim öz səhhətinə görə həkimə müraciət etməmişdir. Bu halda heç bir rəqəm statistik göstərici kimi istifadə ediməsə də, olmayan rəqəm əslində buradkı sağlamlıq durumuna şəhadət edə bilir. Amma cinsi zəiflik iqtidarsızlığından kimyəvi dərmanlara bu qədər tələbat diqətdən yayına bilməz.
Xüsusən internet şəbəkələrində, sayt və portallara daxiul olan kimi, reklam afişaları əhatəsinə düşürsən. Daha çox cinsi aktivliyi artıran dərmanlar reklam edilir, ağızdolusu təriflənən dı daha çoxbu dərmanlar və bu məqsədə xidmət edən qida məhsullarıdır (balıq yağları, fil sümüklərinin tozları və s. u kimi məhsullar).

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

 

İllərlə öncə bu cü məsələlər heç nəzərə çarpmazdı, bu qədər populyar deyildi. Çinsi problem ancaq "toy gecəsi sindromu” kimi meydana şıxırdı və yaxud kiminsə toy etdikdən sonra qadını hamilə qalmırdısa, övladı olmurdusa, onda üzə çıxırdı. Problemi ya elə türkəçarə aradan qaldırmağa çalışardılar, ya da heç kim bilməsin deyə, yaxın-qohum bir həkimdən əlac istəyirdilər. Olsun ki, toydan illər keçəndən sonra da ailədə bu itidarsızlıq yaşanıb, fəqət, bunu anacaq ər-arvad ikisi bilib, dünya dağılmayacaq ki, vacibdirmi ki, hər gün bu fəaliyyətə zərurət yaransın? Elə bir yorğanım altında nəfəsləri qarıdırıb sinəyə çəkmək də, bir-birlərinin hənirtisni hiss etmək də kifayətdir. Təki ailənin övladı olmuş olaydı. Maşallah, o vaxtın istənilən ailəsində də azından 5-6 uşaq olurdu.
Haqqında söhbət etdiyimiz problem daha çox keçən əsrin sonlarından ciddiləşməyə, dərin sosial bəlalar törətməyə başladı.
Biz həkim deyilik və elmi izah verməkdən uzağıq, sadəcə, bəzi sosial tərəflərinə toxunmaq istəyirik.
Yaddaşımızın, yaşımızın, anlayışımızın qədərincə, ta öncəki həyatda ziffaf gecəsi uğursuzluğu da bəzən stresdən, digər psixoloji səbəbdən ola bilirdi, bunlar toy gecəsindən sonra da olacaqdı və b ertəsi gündən belə gənclərə şəbədə qoşub bir qədər də vəziyyəti gərginlə.dirmək, hörmətsizlik yaratmaq lazım deyil. Keçmiş arvadlar, yengələr, qudalar belə ağayana idilər. Hər şey tədricən axarını tapırdı.

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

 

Xəstəlik olmasın, ciddi olmasın, amma mən müəyyən dərəcədə bunu milli əxlaqımıza eyib yox, bir qəədr yumşaq hal hesab edirəm. Utancaqlıq, təcrübəsizlik kimi keyfiyyətlər , əksinə, əxlaq ımızın keyfiyyətindən xəbər verir. Bura Avropa deyil ki.. hara deyil ki.
Biz Avropaya yaxın getmədik, Avropa özü yol tapdı bizə müxtəlif formatlarda. Çox da uzun olmayan keçən müddət ərzində (30-40 il) Qərbin gərəksiz anlayışları, bu anlayışlarla birlikdə onların doğurduğu hərəkətlər yer aldı həyatımızda. Yenə müqəddəs hisslərlə qurulan ailələrimiz var.
Amma çox baş tutan ittifaqlar da var ki , onun nüvəsində təmiz sevgi arxa plana keçir. İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var.
Internetin, televiziyanın səpkilədiyi senzurasız intim macəralar bu və ya digər şəkildə gəncləri özünə çəkir, secgi, ailə həyatı, dünyaya övlad gətirmək qayğıları haqqında düşünmək yox, heç ağla gəlmir, amma əksəriyyət , bu cür münasibətləri axtarır.
İnternetdə azyaşlı uşaqların, hətta məktəbyaşlı uşaqlrın bu mövzuda elə narahatedici yazıları var ki, adam dəhşətə gəlir. Bunlar belə başlayıblarsa, cinsi zəiflik (erektil disfunksiya, impotensiya) probleminin bir səbəbni də burada axtarmaq lazımdır. Hələ etdiklərinin mahiyyətini anlamayan oğlanın (daha çox aldadılan, hörmətsiz səviyyəyə endirilən qız/qadın olur) içində qadın zərifliyinə, şərafətinə ehtiram yaranmadan əza hissi baş qaldırıbsa, qaldıracaqsa, onların özlərinin quracağı ailənin səmimiliyi inandırıcı deyil. Kifayət qədər internetdən, televiziyadan "ayılmış” gənclər, belə deyək, "kükrəyən hissləri”ni cilovlaya bilməyəndə, idarə edə bilməyəndə, ya yaşlarını, əxlaqlarını qabaqlayıb çox erkən cinsi həyata atılırlar, ya da atıla bilməyəndə iqtidarsızlıq yol başlayır.

İndi əksər sevgilərdə romantiklikdən daha çox əza həzzi var (I yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz