» » Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər

Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər

Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər

"Məhəbbət insanların bir-birinə bağışladığı xoşbəxtlikdir" (C.Sand); "Məhəbbət – bizim ikinci doğuluşumuzdur"(O. Balzak); "Məhəbbət – məhəbbətə cavabdır" (İngilis atalar sözü); "Məhəbbət – sevilmək arzusudur"(Platon). 

Və bu arzu məskən salmadığı,  göyün yeddinci qatına qaldırmadığı  kimsə yox. 

Mənbəyini saf niyyətlərdən, ülvi hisslədən başlayan  sevgilər sonu şirin vüsalla tamamlanan yeni və daha məzmunlu bir mərhələyə qədəm qoyur. Sevən ürəklərdən, gözəl sevgilərdən  daha gözəl arzular  pərvaz edir. Bir böyük eşq daha neçə  eşqə  nümunə olur. İnsanın istinad nöqtəsi  dünya adlandırdığımız  coğrafi məkan olsa da,  o,  daha çox sevgi dünyasında  püxtələşir, kamilləşir. Sevgi hissi insana yaşamaq öyrədir, yaşatmaq öyrədir, cavabdehlik öyrədir, məsuliyyət öyrədir.  

Bəzən  böyük sevgilər  gerçəkləşməyə də bilir. Çox ilk məhəbbətlərin nəsibi ayrılıq, əli yar əlinə yetməmək, gözüyaşlı qalmaq olub. Mənə belə gəlir ki, "ilk məhəbbət" anlayışı məhz , hansı səbəbdən olursa-olsun, vüsala  qovuşa bilməyən sevgililərin  boyuna biçilibmiş:

 

Bu dərdə neyləsin loğmanın əli,

Əlimə dəyməmiş cananın əli,

Döydü qapımızı hicranın əli.

Budurmu mənası ilk məhəbbətin?

 

Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər


 Deyə bilərsiniz ki, mən çox sevənlər tanıyıram ki, kimi sevibsə, onunla da ailə qurub. Bu, hamımızın arzusudur. Fəqət, bu bəxtəvər aşqilər "lilk məhəbbətim" desə, sevgilərinə bir qədər şək-şübhə gətirməzlər ki? Məgər  kimsə sevərkən hələ ilk addımı atmamış  2-ci, 3-cü, iraq-iraq, n-ci  məhəbbət variantını da göz alna alırmı? Yox, "ilk məhəbbət " anlayışı yalnız  sevənlərin  birləşmək imkanları tamam mümkünsüz olanda və tərəflər    nə vaxtsa toxtayıb ikinci dəfə sevməyə  başlayanda yaranır.  "İlk məhəbbət”  bir anlayış olaraq nakam  məhəbbətlərin  kədər  ovqatını ifadə edir.

N.Həsənzadə gözəl demişdir:

Məhəbbət! Nə deyim bu ülvi ada...

Bir gözlə baxmayır hamıya o da.

Birinə ömür-gün yoldaşı verir,

Birinə əbədi göz yaşı verir...

 

İlk məhəbbətlər ayrılıqla,  puç olan niyyətlərlə sonuclansa da, yaratdığı assosiativlik  sevgililəri daha sədaqətli olmağa, daha mübariz olmağa səsləyir.  Bu sevginin  pərvazlanmasına az-çox təsiri olan hər kəsi  müdrikliyə, şəfqətli olmağa dəvət edir. Sevgilərin baş tutması üçün bəzən bunlar da kifayət etmir. Sevənlərin özünün də fəal olması  lazımdır. Bu diqqət və cavabdehlik  evvlilik baş tutandan sonra da davam etdirilməlidir.

 

From  adlı bir filosof yazır ki, məhəbbət incəsənətdir, onu mənimsəmək lazımdır. Çox doğru müşahidədir. Məhəbbəti hansı bir sənət əsərinə: simfoniyaya, xalıya, tabloya bənzətsək, burda hər ilmə, hər çalar bir bütüövə(tama) xidmət edir. Bunlar bir-birini tamamladıqda mükəmməllik, kamillik yaranır. Sevgi də tərəflərin bütün hiss və duyğularının üst-üstə düşməsi, bir-birini tamamlaması, səadətin, xoşbəxtliyin zəmanətidir.
Sevgi də bir ruzidir və aclıq, susuzluq ehtiyacı kimi bütün həyat boyu özünü daim doydurmaq istəyən insanın ruhi-mənəvi ehtiyacıdır. 
Təəssüf ki, ömür yaşandıqca sevgi  bəzi gənclərimizin nəzərində ilk sevməyə başladığı  günlərdə olduğu kimi əzəmətli  olmur. Bir çox gənclər sevgiyə daha çox  əza ehtiyacı  kimi can atırlar.
"İnsanlar eşq axtarmır, eqoist duyğularına kölə axtarır. Kölə tapır, amma eşqi tapa bilmirlər”.
Şəms Təbrizi
Bəlkə də uğursuz aillərin, pozulan nikahların, intihar cəhdlərinin çox ciddi səbəblərindən biri, bəlkə də birincisi, məhz, budur. Və yeni əsrdə, yeni dünyada bu cür yanaşmalar, meyillər getdikcə dərinləşməkdədir.
 Sevən tərəflərdən biri intəhasız  sevgi bəxş etdiyi kimi, qarşılığı olaraq  da belə sevgi ummaq haqqı vardır.  Sevgi nə dəqiqəbaşı öpüşmək,  nə də gecə-gündüz avropasayağı həzz dünyası yaşamaqdır. Sevmək  gündə dəfələrlə uşağın üz-gözünü, "dalını” yumaqdır, , gecələr onun üçün, atası üçün yuxusuz qalmaqdır, hələ nələr, nələr. Bunları da unutmamalısan?

 

Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər


Bütün bu və ya bu kimi suallar həmişə olub və həmişə də olacaq. Sivilizasiyalar dəyişdikcə, cəmiyyət, insanlar inkişaf etdikcə, bunlar insanların münasibət və davranışlarına da təsirsiz ötüşmür. Məsələn, 40-50 il bundan əvvəl adət- ənənəmiz belə idi ki, qızın atası elçilərə "hə" cavabını verdikdən sonra bir- birini sevmək olardı, telefonda danışmaq olardı. Oğlan gizli-gizli qızı məktəbə/işə aparıb- gətirə bilərdi. Nişanlanandan sonra da belə. Kinoya, teatra və s yerlərə aparmaq ancaq ərə gedəndən sonra olardı.
Oğlanlar qızların zərif məxluq olduqların dəyərləndirə bilirdi və ruh sağlamlığı baxımından onların baxışlarına, münasibətlərinə ehtiyac duyurdu. Ünsiyyət qurmaq, tanışlıq üçün  məkan və şərait baxımından indiki kimi əyləncə mərkəzləri, McDonaldslar, xarici ölkələrə turist səfərləri yox idi. Onda gənclər rayonlardan Bakıya daha çox oxumaq üçün üz tuturdular, ya da işləməyə.  O vaxt  valideynlər, yaxınlar deyərdi ki,  sizin sevgiliniz kitablar olmalıdır, ali məktəbi bitirəndən sonra qız seçməyə də, sevməyə də zaman gələcək. Daha indiki kimi deyildi tələbəlik:  gündə görüşmək, sevdiyinin "arabası" varsa, 6-cı-bazar gününə salıb,   rayonlara səfər etmək,  dondurma yemək, kofe süfrəsi, karnavallar və sairlər  

 

Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər


5-10 "sərhəd pozucusu”  bizim gənclik dövrümüzdə də vardı, amma bu 5-10 nəfər ümumi mənzərəni ləkələyə bilməzdi. Qız onu sevən oğlana  deyərdi ki, semestri bitirək, tətilə gedəndə elçiləriniz gəlsin, valideylər qərar versinlər. Belə də davam edərdi axar. Elçi gedərdi, qız nişanlanardı, üzük taxılardı və yalnız bundan sonra hər ikisi ürəklə görüşə bilərdi, danışa bilərdi, arzularını, xəyallarını bölüşərdilər. Əks halda, Allah etməmiş, kimsə  hansısa  qızı küçədə bir oğlanla söhbət edən, qoluna girmiş və ya girməmiş haldagörən olsaydı və gedib kənddə desəydlər ki, filənkəsin qızı Sarayın  qabağıda saçı çiyinlərinə tökülən bir oğlanla skamyada yanaşı oturmuşdu, qurtardı, o qızın kitabı bağlanacaqdı. Beləcə, hamıda bir məsuliyyət və cavabdehlik vardı.
Necə yəni, sən elçi getməyəsən, qızın "hə”si alınmayıb, nişan taxılmayıb, sən də qızın sadəlövhlüyündən istifadə edib sevmək adıyla gün keçirəsən. Məhəbbət yox, guya "məhəbbətə oxşayan” yaxınlıq edəsən. Oğlan ağayanalıq göstərməlidir. Özünə, sevdiyinə və sevgisinə hörmət qoymağı bacarmalıdır. Hörmət göstərilməyən , hörmət qoyulmayan sevgi,əslində, sevgi deyil. 
Biz gənclər sevməyi qadağan etmirik, belə bir haqqımız yox. Amma o haqqımız var ki, bütün gənclərimizə mənalı həyat, çox ibrətli sevgi həyatı arzulayaq. 

 

Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər

 

Dünyada gözəl nə varsa, birinci olaraq gənclərimizə yaraşır və hamısının qisməti olsun, halalı olsun. Amma elə sevmək lazımdır ki, ata-anaların, nənə-babaların üzünə ağ çıxa bilsinlər. Gənclərimiz  elçilik olmadan sevə bilər, çünki bu gün pozulan nikahların ciddi bir hissəsi üçün gətirilən arqument budur ki, xarakterimiz uyğun gəlmədi, yola getmədik və s. Bu isə gənclərin seçiminin yanlış olduğunu, tələsdikləri, bir-birlərini tamam-kamal kəşf etmədən ailə qurduqlarından, hələ ailə özəlliklərindən kifayət qədər məlumatlı olmadıqlarından xəbər verir: iki gün əvvəl tanış olub, 3-cü gün elçi gedir, bir həftə, 2 həftə sonra isə toy edirlər. Var belələri.Hətta elçilikdən, toydan əvvəl izdivaca girənlər də var. Bu isə bəzi gənclərimzin sevgiyə, ailə həyatına hələ tam hazır olmadıqlarından xəbər verir. Digər tərəfdən indiki zaman və məkan da əvvəlki dövrlərin zaman və məkanından fərqlidir. Hədsiz informasiyalaşma var, televiziyalar, bir çox digər informasiya saytları maarifləndirmək əvəzinə , əyləndiricilik xəttinə üstünlük verirlər. Söz yox ki, bu amillərin hər biri ailənin keyfiyyətinə, dayanıqlılığına bu və ya digər dərəcədə təsir edir. Gənclərimiz öz  şəxsiyyətlərini, eləcə də karyeralarını müəyən edən hər bir addımlarına ciddi yanaşmalaıdırlar. Sevsinlər, ədəb hüdudlarında lapgörüşsünlər, bir tamaşaya, filmə baxıb bir-birlrininfikirlərini incələsinlər də, amma  dost kimi. Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyl etməsinlər. Tamam-kamal bir-birlərini incələsinlər, həyati məsələlərə münasibətlərini, davranışlarını, baxışlarını, maraqlarını və s. əməlli-başlı saf-çürük etsinlər. Görsünlər ki, bunlar gələcəkdə bizim arzu etdiyimiz ailə saədətini yaşaya biləcəklərmi? Bu mənada   mən  gənclərin ailə qurana qədər tanış olmasına, söhbət etmələrinə heç də pis baxmıram, Qoy özləri  bir-birlərini tamam-kamal kəşf etsinlər. Məhəbbətə bənzəyən hisslərlə qızları aldatmağa edilən cəhdlərə qarşı isə qızlarımızn özlərinin dünyagörüşlü olmasını arzu edirəm. 

 

Nə oğlanlar qızları aldatmasın, nə də qızlar sadəlövh olub, su kimi hər tərəfə meyil etməsinlər

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz