» » "Allahım, mənə içi kitab dolu ev və çiçək dolu bir bağça qismət elə"

"Allahım, mənə içi kitab dolu ev və çiçək dolu bir bağça qismət elə"


"Allahım, mənə içi kitab dolu ev və çiçək dolu bir bağça qismət elə"

"Allahım, mənə içi kitab dolu olan ev ilə çiçək dolu bir bağça qismət elə."
E.ə. V-VI əsrlərdə yaşamış məşhur Çin filosofu Konfutsinin kəlamıdır. Uyğun məqamlarda istifadə edirəm. İnsan nə qədər çox mütailə etsə, çox məlumatlı olsa, o qədər zəngindir, o qədər sakitdir, səbirlidir, həyatını o qədər məntiqlə idarə edə bilir və bir də o qədər gözəl müsahibdir. Kimin təfəkkürü nə qədərdir, ondan artıq danışa bilməz ki.
Kəlamın hikmətinə gəldikdə isə, kitab insanın elmi və mənəvi inkişafını təmin edən hikmət xəzinəsidir. Elmi kitablar onu cəhalətdən, bədii əsərlər nadanlıqdan xilas edər.
Ədəbi-bədii duyğulara, estetik zövqə malik olmadan mənəvi cəhətdən inkişaf etmək mümkün deyil.
Hamı elmi kitabları oxumaya bilər, amma bədii əsərlər oxumazsa, sadəcə, fiziki olaraq yaşayacaqdır, çox mətləblərdən, gözəlliklərdən xəbərsiz olacaqdır.
Bizim yeniyetməlik illərimiz keçən əsrin 70-80-ci illərinə təsadüf etdi. Biz klassiklərimizi oxuduq, Azərbaycan ədəbiyyatının çox qüdrətli sənətkarlarını oxuduq, həm də filoloji fakültə tələbəsi olduğumuzdan sərraf olaraq oxuduq. Biz həyatımızı o kitablardan öyrənə-öyrənə yola çıxdıq. Biz həyatımız üçün idealı o kitablardan seçdik. Sevməyi, sevdiyimizə heyran olmağı birbəbir oxuduğumuz kitablardan əxz etdik.

"Allahım, mənə içi kitab dolu ev və çiçək dolu bir bağça qismət elə"

Həyatda gözəl olmayan heç nə yoxdur. Ən qaba, sərt, eybəcər varlıqda belə, canlı-cansız - fərqi yoxdur, gözəl olan sirli bir nəsə var. Yetər ki, sən gözəllik axtarasan, gözəl düşünəsən, gözəl görəsən. Gözəl görmək, gözəl düşünmək, gözəl olmaq üçün gərək hikmətə baş vurasan, kitab oxuyasan axı.
"Bir qalanın sirri” filmində Həkim baba Elşənə Mətanəti tilsimdən xilas etmək üçün bütün kitabları oxumağı məsləhət görmüşdü. Elşən də təbiətin, çiçəklərin möcüzələrini kitablardan öyrənmişdi. Hər işıqlı fikir, bəşəri arzu, insani duyğu da bir çiçəkdir və insan onu yalnız kitab bağçasından dərə bilər.
Filosof bu mənada insanlara tövsiyə edir ki, mənə içi kitab dolu bir ev, çiçək dolu bir bağça qismət et. Əslində, içi kitab dolu ev toplu anlayışdır. Bir kitab həvəskarı bu evə sahibsə, başqa sözlə, hər zaman oxuyursa, həyat elə onun üçün çiçək dolu bir bağçadır. Çin filosofu insanları mütailə etməyə səsləmişdir.
Peyğəmbərimiz də buyurmuşdur: "Dünyanı istəyən elmə sarılsın, axirəti istəyən yenə elmə sarılsın”

"Allahım, mənə içi kitab dolu ev və çiçək dolu bir bağça qismət elə"

Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına,
Nur çiləyir bu kitablar.
Bəxtiyar Vahabzadə

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz