» » 25 may Dünya Etika Günüdür

25 may Dünya Etika Günüdür

  
Heç bir xalq yoxdur ki, etik əsaslara söykənmədən yüksələ bilsin.
Atatürk
"Etik" yunanca "ethos", yəni "adət" sözündən törəmişdir. Yunan dilində istifadəsi "etika"dır: eynilə siyasət (siyasət elmi), poetika (şeir nəzəriyyəsi) kimi. Fəlsəfənin dörd ana budağından biridir. Səhvi birbaşa ayırd edə bilmək məqsədi ilə əxlaq anlayışının təbiətini anlamağa çalışır.
Fərqli sözlərlə ifadə edilən dəyişik mədəniyyətlərdə etik anlayışı, əlbəttə, mövcuddur. Necə ki, Qədim Yunanıstanda olduğu qədər Çin sivilizasiyasından da etika müzakirə edilən bir mövzudur. Bizim mədəniyyətimizdə isə daha çox "əxlaq" anlayışı kimi başa düşülür. Ancaq yunan fəlsəfəsi etik məsələləri, ümumiyyətlə, söz və düşüncə olaraq ehtiva edən fəlsəfə olaraq bilinməkdədir. Necə ki, etik anlayışının bütün dünyada qəbul edilən ortaq bir anlayış olması da bunu göstərir.
Ancaq tarixi müddətdə tətbiq baxımından sistematik etik tətbiqlərinin Səlcuq mədəniyyətinin ünsürlərindən olan Əxilik təşkilatında rast gəlindiyini qeyd etmək lazımdır. Bilindiyi kimi, Əxilik XIII əsrdə Anadoluda yaşayan türklərin, biznesmen və sanatkârlarının birliyini, iş prinsipləri və üsullarını meydana gətirən, çox yönlü bir sosial-iqtisadi türk təşkilatıdır. Əxi təşkilatına üzv olan biznesmen və sənətkarlar üçün lazım olan bir sıra əxlaq və iş qaydaları vardı. Bunlar edilməyincə, onlar üçün ağır cəzalar da nəzərdə tutulmuşdu.
Etik sahəsi elə geniş bir mövzudur ki, nə olduğu və ya nə anlama gəlindiyini hər hansı konkret bir sahə üzrə məhdudlaşdırmaq olmaz. İndiki vaxtda fərqli etik sahələr var: abort, qanuni və əxlaqi məsələlər; heyvan hüquqları; bioetika, iş etikası, kriminal ədalət, ekoloji etika, feminizm, insan hüquqları, jurnalistika etikası, tibbi etika, texnoloji etika və s. Bunların yanında, fərqli bucaqlardan qəbul edilən etik sahələr də var: meta etika, normativ etika və tətbiqli etik (yuxarıda sayılanlar tətbiqli etikaların alt başlıqlarıdırlar.
Yaxın dövrdə elm və texnologiyanın irəliləməsi, dövlət qurumlarının həddindən artıq güc qazanması və s. səbəblər etik prinsiplərinin yaradılması və mənimsənilməsini lazımlı etmişdir. İlk tətbiqli etik dəyərlərin tibbi, genetik və s. sahələrdə təsirləri maraqlıdır. Çünki digər insanların üzərində müəyyən bir təsir gücünə sahib adam və ya peşə qruplarının nəzarət-təftiş edilməsi zəruri hala gəlmişdir. Əks təqdirdə, digər insanlara böyük zərərlər verilməsi riski müəyyən olunmuşdur.
İlk əvvəl Qərb dünyasında məlumat və gücü daxili yoxlamaya qovuşdurmaq üçün etik qaydaları yaradılmağa başlanmışdır. Bu etik qaydaları, bəzən qanun gücündə, bəzən də bir peşə qrupunun daxili nəzarət qanunları olaraq meydana çıxmışdır. Hər iki halda da, etik dəyərlər / qaydalar bir başqa insana və cəmiyyətə qarşı şəxsi məsuliyyətləri daxildir.
Ancaq bu sahədə tam bir müvəffəqiyyət təmin edildiyini söyləmək çətindir. Çünki insanların yaxşı və pis tərəfinin da inkişafı sonsuzdur. Etik dəyərlərin xatırladılması, bir şüur yaradılması üçün də, məhz 25 May tarixi Etika Günü olaraq qəbul edilmişdir.

25 may  Dünya Etika Günüdür 


Dövlət qulluqçuları üçün etik Normalar:

- dövlət xidmətinin hər cür şəxsi mənafedən üstün olduğunu və məmurun xalqın xidmətində olduğunu şüur və dərrakə ilə qəbul etmək;
-xalqın gündəlik həyatını asanlaşdırmaq, ehtiyaclarını ən sürətli və səmərəli şəkildə ödəmək, xidmət keyfiyyətini yüksəltmək və cəmiyyətin məmnuniyyətini artırmaq üçün çalışmaq;
- vəzifəni insan haqlarına hörmət, şəffaflıq, dürüstlük, cavabdehlik, kommunal haqlarını qorumaq və hüququn aliliyi prinsipləri əsasında yerinə yetirmək;
-dil, din, fəlsəfi inanc, siyasi düşüncə, irq, yaş, fiziki qüsurlu və cinsiyyət ayrı-seçkiliyi etmədən, fürsət bərabərliyini maneə törədən davranış və tətbiqlərə meydan vermədən obyektivlik içərisində xidmət tələbinə uyğun davranmaq;
-vəzifə imkanlarına görə heç bir həqiqi və ya hüquqi şəxsdən hədiyyə almadan, maddi və mənəvi fayda və ya bu xarakterdə hər hansı bir mənfəət təmin etmədən, hər hansı bir şəxsi mənfəət gözləntisi içində olmadan yerinə yetirmək;
- dövlət mallan və mənbələrini şərti məqsədlər və xidmətləri xaricində istifadə etməmək , həm də israf etməmək;
- şəxslərin ərizə, məlumat alma, şikayət və dava açma haqlarına sayğılı davranmaq; xidmətdən istifadə edənlərə, iş yoldaşlarıma və digər dinləyicilərimə qarşı diqqətli, nəzakətli, ölçülü və hörmətli hərəkət etmək və sair.

25 may  Dünya Etika Günüdür

Şəxsi etik normalar

Şəxsi etikanın qaynağının fərdin içindən gələn səsdir (vicdan) . Şəxsi etika adamın cəmiyyət içərisindəki fərdi duruşunu təyin edər. Bu etik anlayış fərdin əxlaqi alt quruluşunu əsas götürür.
Şəxsi etika fərdin yaşadığı və ətrafında yaşanan hadisələr qarşısında göstərdiyi reaksiyalar və ya qoyduğu davranışlardır. Fərdin özünü qüsursuzlaşdırmaq üçün ehtiyac duyduğu gücü öz vicdanından almalıdır və bu onun doğru qərarlar verməsi faydalı ola bilər.

Şəxsi etikanın xüsusiyyətləri:

Ø Şəxsi etik, həqiqətin doğrunun yalnız zəkadan deyil fərdin içindən gəldiyini
müdafiə edər.
Ø Düzgünlük və etik davranışlar hər kəsin içində var.
Ø Şəxsi etik fərdin özünə dönməsini təmin edər.
Ø Fərdin qarşılaşdığı vəziyyətlərdə doğru və yanlış qərarlar verməsi öz vicdanına bağlıdır.
Ø Fərdi öz məqsədinə çatdıracaq davranış etikası olmalıdır.
Ø Fərd bir qrupda yer aldığı üçün haqsızlığa göz yummaz.
Ø Fərd azad olduqca, öz etik standartlarını inkişaf etdirər.
Ø Fərd yalnız öz səyləri ilə qüsursuzluğa çatar.
Ø Fərdlər həyatları boyunca inkişaf etdikləri üçün, yeni dəyərlər əldə edərlər.

Sosial etika və onun prinsipləri
Sosial etika adamın ictimai həyat içərisində qurduğu əlaqələrdə uyğun gəlməsi lazım olan qaydalar məcmusudur.
Heç kim dünyada yalnız yaşamır . Təbiətdəki hər canlının yaşamaq üçün digər canlılara ehtiyacı vardır. Şübhəsiz ki, bu ehtiyacı ən çox hiss edən canlı elə məhz insan özüdür.
İnsanların öz aralarındakı münasibətlərdə, istərsə də insanın təbiətdəki digər canlılarla qurduğu əlaqələrdə lazım olan qaydalar vardır. Bunlara ictimai həyat etikası deyirik. Onun prinsipləri aşağıdakılardır:

25 may  Dünya Etika Günüdür

Ø İnsanlar bir-biriləri ilə olan əlaqələrini qarşılıqlı hörmət və nəzakət qaydaları çərçivəsində aparırlar.
Ø Bütün tərəflər vəzifələrinin tələb etdiyi hüquq və öhdəliklərin şüuru içində davranırlar.
Ø Nüfuz və güc istifadəsi kimi təzyiq üsullarından istifadə edilməz.
Ø Həmkarlar, tələbələr və çalışanlar heç bir maraq əsasında İdarə edilməz.
Ø Cəmiyyətin bütün üzvləri uyğunsuz kimi qiymətləndirilən davranışlardan çəkinir.

25 may  Dünya Etika Günüdür
Qeyd: Yazı türkcədən tərcümə ilə iuşlənilmişdir.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz