» » Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir

Çox ağıllı qadının bəzən çox axmaq kişini sevməsi ancaq bizim zamanda olmayıb ki.. Gözəl bir qızın (qadının ) eybəcər bir oğlanı(kişini) sevməsi dünənin-srağagünün anomaliyası deyil ki. Bu, həmişə olub, olmuş və olacaq da. Görünür, insan özünü hələ, doğrudan da, tam dərk edə bilmir. 20-25-30 yaşlarında bir qızın/qadının 50-60-70 yaşlarında ahıl bir kişyə sevgi tərəfi olması nə qədər təəccüb doğurursa, gözəl, yaraşıqlı bir qızın yanaşı gedəndə hər kəsin diqqətini çəkəcək eybəcərlikdə birinə ərə getməsi də o ədər təəccüb doğuracaq və əksər hallarda da bu, doğru deyildir.
Biz də sevmişik və biz də sevəndə gözəllərin içində daha diqqətə gələni, belə deyək, gözəlini seçmişik ( o dövrün qızları, elə indikilər də bağışlasın) gözəllər arasında üçüncü, dördüncünü, yaddan çıxıb qalmışı seçmədik ki. Əlbəttə, "ən"dən başladıq. "Ən" də göydən gedəndə Sənəm yada düşdü.
Əvvəlki fikrimdə qalıram ki, yaşla bağlı uyğunsuzluqda tərəflərdən nə kişiyə, nə də qadına haqq qazandırmaq olmaz, bu barədə yazmaq da istəmirik. Abır-həya yaxşı şeydir. Həyatın, insanlığın mahiyyətini heçə endirmək olmaz. Amma gözəl xanımın və ya yaraşıqlı bir kişinin diqqəti cəlb edəcək qədər eybəcər, qüsurlu birini seçməsi bir qədər fərqlidir. Eybəcər, qüsurlu deyəndə hamı nəzərdə tutulmur ki. Belə olsa, onda insanlara sayğısızlıq etmiş olardıq ki. Zahiri görünüşünə görə insanları kateqoriyalara bölmək olmaz. Axı insan heç də həmişə gözəl qalmır ki, axı istənilən təsadüf nəticəsində insan bu gözəlliyi hər zaman itirə bilər və o zaman bu sevgililər ayrılmalıdırmı?
Qız və ya oğlan arasında müəyyən gözəllik fərqləri ola bilər ki, bunun sevgiyə təsiri ola bilməz və olmamalıdır da. O qədər belə oğlan, qız tanıyıram ki, elə bir-birlərinə də bu dəyərdə yanaşıblar. Onlar heç belə şeyin fərqində olmayıb, bir-birlərini ürəkdən, candan seviblər. Sevgi münasibətlərində yaraşığa görə tərəddüd edənlər varsa, atsın belə fikirləri beyinlərdən: ürək geniş olmalıdır, qəlb təmiz olmalıdır. Sevdiyin, seçdiyin şəxsi əza uyğunlaşması üçün seçmirsən ki. Sevdiyini, seçdiyini gözəl-gözəl arzularını onula birgə həyata keşirmək üçün seçirsən, sevirsən. Gözəl bir oğlanla ailə həyatı qurmuş bir qız üçün bu gözəlliyin bir qəpik dəyəri olmaya bilər, amma xarakter, xasiyyət gözəlliyi zahiri görünüşcə qızdan aşağı olan oğlanı ən dəyərli edə bilər. 
2-ci yazımızdakı manşet şəklində verdiyimiz kişini mən heç də pis görmədim. İnternetdən bu mövzuya aid seçsəm də, ona eybəcər demək doğru deyil. Bu müqayisə özü yanlışdır. İstənilən halda kişilərin qadınla birlikdə çəkilən şəkillərində qadın daha assosiativlik yaradır. Axı əvvəlcədən beynimizdə qadın varlığının, qadın təbəssümünün yaratdığı emosionallıq var. Və mənim fikrimcə, bu cür müqayisədə heç bir kişi qadını üstələyə bilməz. Gözəllikləri eyni olan 100 nəfər qadın və kişi şəklinin yüzündə də deyəcəklər ki, qadın gözəldir. Həqiqətdə də belədir.
Gözəl, yaraşıqlı kişi özü də adi bir xanım haqqında danışanda "gözəl bir xanım deyə” təqdimat edir.
Kişi məfhumunun yartdığı anlayış tamam bir müstəvidə önə çıxır: xarakterlidir, işgüzardır, qadına qarşı diqqətlidir, ailəsi- uşaqları üçün çalışır, səmimidir, səliqədir, təvazökardır və s. Bəli, kişinin gözəlliyi bu hüdudlarda meydana çıxır. Qadınını döyüb gözünün altını qapqara qaraldan bir gözəl oğlan anormal bir gözəlliyə malikdir, Kimə lazımdır, nəyə lazımdır bu gözəllik?

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir

Ümumiyyətlə, kimsə gözəldir, kimsə eybəcər söhbətlərini dilə gətirmək doğru deyildir, kiminsə haqqında eybəcərsən demək olmaz. Qayıdar deyər ki, səndən 10 dəfə yaraşıqlıyam. Biz heç kimə belə demədən, sadəcə, bu mövzuda fikirlərimizi paylaşırıq. Heç kimə demədən, heç kimin qəlbini qırmdan insanlar özləri bu cür məsələləri nizamlamalıdır. Seçim, addım uyğun olmalıdır, eyni olmalıdır, bərabər olmalıdır, bir qədər o tərəf-bu tərəflik ola bilər ki, bu da ya heç nəzərə çarpmır, ya da adicə bir xətir-könül görməklə yolq vermək olur.
Biz əvvəlki yazılarımızda yaşlı kişilərin cavan qız almasını, cavan qızların ataları, babaları yaşlarında kişiyə ərə getmələrinə münaibət bildirdik: bu, bir anomaliyadır. Haqq qazandıracaq bir tərəfi də yox. Sadəcə, çox vaxt tənha qalmış, boşanmış, əri vəfat etmiş qadınları ancaq yaşlı adamlar ala bilər ki, onlar da bu evliliyi qəbul etmək məcburiyyətindədirlər. Amma heç ailə qurmayan qızların özlərindən qat-qat yaşlı kişilərə getməsi məqsədlidir, niyyətlidir.
İnsanların mənəvi cəhətdən tam yetkinləşməsi zamanla, dünyagörüşü və təcrübə ilə bağlı bir prosesdir. Bu baxımdan yeniyetməlik yaşlarında oğlan və qızların seçmək, qiymətləndirmək meyarları hələ yetərli olmaya bilər. Çünki emosional və sosial yetkinlik bu yaşlarda onlarda fərqli surətdə olur.
Onların qarşı cinsdə nə axtardıqlarını həqiqətən hiss etməsi ancaq 30 yaşdan sonra başlayır. Kişi/ər belə olduqda qadın zəkasından xəbədar olmalıdırlar.
Xsrici saytlardan birində oxudum ki, ümumiyyətlə, bəzi qadınların çirkin adamlarla nikahlı və ya nikahsız yaşaması onların məmnuniyyət duduqları bir əlaqədir. Guya çirkin kişi qadını daha çox xoşbəxt edirmiş.
Daha məharətli olduqlarına görəmi, daha romantik, daha anlayışlı, daha ağıllı olduqlarına görəmi? Yox, sadəcə, yalnız çirkin olduqları üçün.
Xarici ölkə mütəxəssisləri maraqlı bir araşdırma aparmışlar : onlar bu məqsədlə 82 evlilik nümunəsi götürmüşlər. Müşahidə 5 il üçün nəzərdə tutulubmuş və sonda məlum olub ki, bütün evliliklərdə həyat yoldaşları özündən çirkin olan qadınlar özlərini daha xoşbəxt hiss edirlər.
Çünki bəzi qadınlar fikirləşirlər ki, cazibədar və imkanlı birinə getsələr, o heç də evdə oturub onu müşayiət etməyəcək, hər gün öncəki gündən fərqli geyinib iş adıyla haralara gedəcək. Evə də ancaq yatmağa gələcək və gələn kimi də yerə uzanmağı ilə halsız tənini yuxu aparması bir olacaq. Bu, əlbəttə, qadının rahatlığını və xoşbəxtliyini əlindən alacaq. Elə isə özümdən eybəcərinə gedim ki, hər gün evə öncəki gündən də tez gəlməyə can atsın.
Buna sevgi demək olarmı: biri gözəlliyi, digəri rahatlığı seçir.
Bəlkə bu qadın həmin kişi ilə həqiqəqtən bir-bilərini sevib evlənmiş olaydılar, onda xoşbəxt olmayacaqdımı? Və yaxud bu qadın digər bir yaraşıqlı kişi ilə ailə qursa idi, bədbəxt olacaqdımı?
Anormal bir yanaşmadır: guya çirkin biri ilə xoşbəxt olmaq olur, gözəl biri ilə isə bədbəxt.
Bunların heç biri məhəbbət deyil, bunların heç biri xoşbəxtlik, belə deyək məmnunluq gətirə bilməz. Elə yazımızın 2-ci bölümündə səthi də olsaq toxunduq: Andriana Lima ilə serbiyalı məşhur idmançı Yariç cütlüyündən 2 qız doğulub. Çoxları həmişə çaş-baş qalıb ki, braziliyalı top model Adriana Lima hara, bu uzunluqda basketbolçu aşiq hara? Bir müddət cütlük belə düşünənləri xoşbəxt həyatları ilə etirafa vadar etdilər də. Və birdən Andriana bildirdi, ərim mənə xəyanət edib, artıq mən onunla yaşaya bilmərəm. Lima özü də deyilənlərə görə 3-cü dəfə nikaha girməyə hazırlaşırmış.
Onda gərək Yariç Limaya xəyanət etməyəydi.Ya da gərək Lima acından ölənin biri ilə evlənə idi ki, avtobusa verməyə pulu olmayayadı. Nə həyat oldu, nə eşq oldu bu?Onda hər iki tərəfin gözündə əks tərəf digərinin anatomik həzzini təmin edən tərəf imiş ki. Amma hislər, məram və məqsədlər əsl sevgi əyarları üzərində mövcudlaşsaydı, birlikdə arzularının təntənəsi üçün səy edib, zəhmət çəkib tər töksəydilər, evə qayıdanda üzlərinə elə səmimi bir süfrə açılacadı ki və bu səmimiyyətin axarında səhər oyananda da görəcəkdi ki, ağ ipək çarşabın üzərində nəfis bir məxluq hələ yatır.

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Народ на ютубе нашла способ как играть в современные игры без скачивания и установки на компьютер
через сервис Playkey, а так же нашла Генератор промокодов для сервиса Playkey ТУТ видео.
А сам Генератор промокодов ТУТ. Кто тестил сервис и Генератор отпишитесь стоит ли заморочки :)

Lyanna: Генератор промо-кодов не знаю, я пользуюсь патчем
Патч для бесплатного пользования сервисом скачивай здесь.
Видео по установке и настройке патча смотри тут.
Всё работает! А за ссылки в коментах админ anaveusaq.az может Забанить.
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Отличная статья - это действительно информативный и инновационный материал,который мы публикуем с новыми обновлениями.это было действительно ценно.спасибо большое.реплики часы очень хорошие.
  • Нравится
  • 0