» » Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir (II yazı)

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir (II yazı)

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir  (II yazı)
Seçmək üçün nəticə çıxarsınlar. Sevmək üçün nəticə çıxarsınlar. Bəzən beynumizdə düşündüyümüz ideal həyat və arzular gerçəkdəki arzu və imkanlarla üst-üstə düşmür, onların üst-üstə düşməsi üçün sevən gənclərin bir-birlərini tamam-kamal tanıması lazım. Bunun üçün isə zaman lazım, səbir və təmkin lazım. 3-4 ay ərzində tanış oilub evliliyə qərar verən gəncləriumizin sevgisini nə dərəcədə etibarlı ola bilr? Odur ki, pozulan nikahlarda "xarakterimiz uyğun gəlmir" səbəbi daha çox rast gəlinir. Axı sən özün seçmisən, axı sən özün bəyənmisən, axı sən kimsəni qarışmağa qoymadın ki, hamınızı arxiv adamlarısınız, gənclərə imkan vermək lazımdır özləri seçsinlər. İmkan verildi, bəs nə oldu?
Gənclərimiz, istər oğlan, istər qızlar, ailə qurmağa çox tələsirlər. Gənclərimiz də var ki, yaş keçir evlənmək istəmir, evlənə bilmir. Bunlar başqa-başqa mövzulardır. Allah bütün evlərimizə, ocaqlarımıza toy qismət etsin. Amma bu ehtiyac qoyun təbii halında yaransın. Qoyun gənclər həyat dərsliyi keçsinlər: oğlanlar çörək qazanmağı bacarsınlar, ev-ailə saxlamaq hünərinə sahib olsunlar; qızlarımz da evdarlıq, qadınlıq, analıq öyrənsinlər.Bunları öyrənə-öyrənə, mənimsəyə-mənimsyə sevəcəyi şəxsi seçsinlər, yaxşı-yaxı kəşf etsinlər, kənardan bildirmədən, lap dost kimi, tanış kimi xarakterini öyrənsinlər, görək bunlar bir-birlərini tamamlaya bilirlərm?
Tələsmək lazım deyil. Bir qız bir oğlanındır və ya bir oğlan bir qızındır. Bu haqqı Allah verib. Kim buna qadağa qoya bilər ki? Əgər sən 3 aya yetişən tərəvəzin inkişfını cürbəcürə gübrələrlə tezləşdirib 1 ay 15 günə yetişdirəcəksənsə, vaxtında və öz təbii halında yetişən tərəvəzlə süni yetişdirdiyin tərəvəz arasında fərq olmayacaqmı?
Səbirli olun.. O qədər dəyərli bir sərvətə sahib olacaqsınız ki, heç özünüz onu 3 günə, 3 aya, 3 ilə qazanmağa can atmayın, hisslə, emosiya ilə yox, məntiqlə can atın.
Zahiri gözəllik şərt deyil. Heç Leyli də gözəl deyildi, qara bir qız idi. Di gəl ki, əsrlərlə Şərq ölkələrində sevgi simvoluna çevrilib. bütün gənclər seçdiklərini Leyliyə bənzədərlər. Məsələ burasındadır ki, lap dünya gözəli olmuş olsa da( gözəllik müsabiqələrindəki aylarla yarış qalibi olsun deyə diyet saxlayan, seans keçən "gözəllər"dən demirəm ha"), qarşı tərəf onun gözəlliyini görmürsə, görə bilmirsə, nə faydası bu gözəlliyin? Amma Qeys öz Leylisini Şərq dünyasının gözəli etməyi bacarmışdı. Çünki, onlar seçməyi, sevməyi bacarmışdılar. Atalar "könül sevən göyçək olar” misalını elə-belə deməyiblər ki.

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir  (II yazı)

Ola bilər ki, oğlan çox da eybəcər olmasın, amma ağıllı olsun, savadlı olsun, mədəni, təvazökar olsun, işi, evi, yaxşı qohum-əqrəbası (hörmət mənasında) olsun, boy-buxunlu olsun, qız bu oğlanı niyə də sevməməlidir ki?
1-ci yazımızın üzqabığında verdiyimiz şəkidəki cütlük haqında yəqin eşitmisiniz : 33 yaşlı braziliyalı top model Adriana Lima və serbiyalı 36 yaşlı basketbolçu Marko Yariç. Hər ikisi məşhurdur. Lima daha gözəldir və içtimai fikir də həmişə bunun fərqində olub. Müəyyən müddətdə elə göründü ki, bu cütlük çox xoşbəxtdir, Lima Yarişlə özünü bəxtəvər hesab edir. Onların 2 və 4 yaşlı qızları da var.
Bu yaxınlarda saytlardan oxudum ki, Marko Yariçin xanımına xəyanət edib və Lima da deyib ki, "ərim mənə iki dəfə xəyanət edib. Belə insanla yaşamağı bacarmaram. Boşanırıq". Daha sonra Adriana Limanın bu nikahdan iki qızı - 4 yaşlı Adriana Limanın Türkiyənin tanınmış prodüseri Acun İIlıcalı ilə eşq yaşadığı haqqında, Limanın 3-cü dəfə nikaha girməsi ilə bağlı yazı oxudum.
Görürsünüzmü gözəllik də, malik olduqları maddi imkanlar da bir gözəl qadını 3-cü dəfə nikaha girməkdən xilas edə bilməyib və bilməzdi də. Çünki gözəllik çox vaxt göz yaşları gətirdiyi kimi, çoxlu pulla da oynamaq da bədbəxtlik gətirir.
Andriana Lima, Ronaldonun məşuqəsi İrina Şeyk olsun ki, 3-cü, 4-cü v ə daha neçənci dəfə nikaha düşəndə adi bir notarial qaydada atılan hüquqi addımdır. Lima da, İrina da yenə həmin şöhrətdədirlər. Amma lazım deyil bizim həyat üçün Lima olmaq, İrina olmaq, belə çöhrətdə olmaq. Azərbaycan ailəsinin 1-ci dəfə dağılması ilə elə hər şey pozulur və ondan sonra kimsə heç vaxt xoşbəxt ola bilməz, orbitinə qayıda bilməz.

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir  (II yazı)

Amma bunların heç biri olmayıb, sadəcə zahiri və fiziki görkəmi ilə qızın saqqızını oğurlayanlar onu xoşbəxt edəcəkmi? Kaş elə bir imkan olaydı ki, pozulan nikahların statistikasına əsasən tərəflərin bu keyfiyyətlini incələmək olaydı.
Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevdiyi kimi, elə hallar da olur ki, bir çin atalar sözündə deyildiyi kimi, bəzən də "hamıdan ağıllı qadın hamıdan axmaq kişini sevir”
Niyə bəs, bunları həqiqi sevgi hesab etmək olarmı, belə seçimlər ailəni məsud edə bilərmi?
Təbii ki, ağıllı və gözəl qadın heç vaxt ömür yolunu nadanla, kobud birisi ilə qoşa addımlamaq istəməz. Qadınlar o qədər duyğulu, sadəlövh olur ki, ürəklərində o qədər hüdudsuz arzular olur ki, hər duyğulu, sözə vədə inanır. Ər evinə köçəndən sonra məlum olur ki, yanılıbmış. Qadın yenə nələrəsə ümid edir, başını aşağı salıb ocağını isidir, balalarını böyüdür, qadınlığını edir. Fəqət, təəssüf yaşları da kimsənin görməyəcəyi, hiss etməyəcəyi şəkildə dəmadəm içinə axtarmaqda davam edir.

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir  (II yazı)

Hz. Əlinin təbirincə, "Yuvasını sevən bir qadın üçün dözə bilməyəcəyi çətinlik, atılmadığı fədakarlıq yoxdur. "
Amma qadının o qədər də gözəl olmayan, belə deyək kobud bir oğlana könül verməsi, həyat yoldaşı olması doğrudan maraqlı, sirli bir məsələdir.
Kişilər də gözəlliyə meyillidir, qadınlar da. Amma bu mövzuda kişilər daha daha "öndə” gedirlər. Belə ceyək, onların "standartlarında” 1-rinci estetika gəlir, daha sonra etika. Kişilər bunu həm özlərində, həm də qadınlarda vacib sayırlar. Özləri yaraşıqlıdırsa, ucaboy, enlikürəkdirsə, qorxusu yoxdur, özü ağılda estetikası birinci, etikası daha sonra gələn sevgi həmdəmi tapacaqdır. Bəzi hallarda əksinə də ola bilir: oğlan boy-buxunu, qızı yaraşığı ilə digər keyfiyyət göstəriciləri uğrunda səy göstərməkdən azad ola bilirlər.
Burada fərqli bir yanaşmanı da qeyd etmək lazımdır: bütün seçimlərdə əvvəldə qeyd etdiyimiz kimi kişilər hər seçimdə yaraşıqlı, ağ bəniz qadın xəyal edərkən, qadınlar bu və ya digər çatışmazlıqlarını yaraşıqlı olmaq üstünlüyünün arxasında gizlətməyən kişiləri üstünlük verirlər, yəni
qadınlar digər incə mətləblərlə malik olmaq vacibliyini yaraşıqlı olmaq üstünlüyünə görə unutmayan kişilərə üstünlük verirlər.
Çünki bu cür kişilər estetikası, intim fantaziyaları ilə digər nöqsanlarını gizlətmək üçün istifadə edirlər, ən azından, belə düşünürlər. Qadın isə seks köləsi deyil. 

Hörmətlə tamamlanmayan məhəbbət yüksəyə qalxa bilməz; o tək qanadlı mələk kimidir.
A. Düma

Şəhvət məhəbbət kontekstində, məhəbbət isə həyat kontekstində dəyərlidir.
Əbu Turxan

Əgər bu amili nəzərə almayacaqlarsa, çin atalar sözündəki kimi "hamıdan ağıllı qadının hamıdan axmaq kişini sevməsi” labüd olacaq.

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir  (II yazı)

Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.