» » Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)

 

Ruhən, qəlbən bu xalqa bağlı olan hər bir kəsin yaşadıqlarına, görüb-götürdüklərinə rəğmən çıxardığı nəticə budur ki,
ayrı-ayrı insanların həyatdakı davranışları, mövqeləri cəmiyyətin hədəfləri ilə nizamlansa da, əslində, daha çox onların əsl-nəcabətləri ilə, özlrinin səviyyələri ilə bağlıdır.
İnsan intellektual və mədəni olmalıdır, oturuşu-duruşu gözəl olmalıdır, ədəb-ərkanı gözəl olmalıdır. Uğurlu və xoşbəxt ailənin gözəllik düsturu budur. Əbəs yerə deməyiblər ki,
gözəl üzdən 40 gün doyarsan, gözəl xasiyyətli can sirdaşından isə 40 il belə doymazsan...
Mən demirəm ki, gənclərimiz gedib , "Daş və Çiçək” hind filmində xatırlayırsınızsa, burnu əyri, gözü çəp Şanti kimi birini ( əslində kişi obrazıdır, polislər gözəl Mina Kumarinin ardınca Şakanın evinə gələndə bu oğru dostu Minanı gözlədib , qadın paltarı geyinərək onun yerində əyləşmişdi ha) alasınız və yaxud "Bir qalanın sirri” filmindəki Göygöz kosa kimi birisinə versinlər sizi.

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)

Qətiyyən. Kiməsə xoşbəxtlik, səadət arzulamasan, özün xoş günə çata bilməzsən. Biz böyüklər, ziyalılar, ailə, həyat təcrübəsi olanlar bu kimi məsələlərə münasibət bildirməliyik.
Hər dövrdə, formasiyada qadın, ailə məsələsi insanları düşündürən ilk məsələlərdən biri olub. Amma yanaşmalar da müxtəlif olub. Son 70--80 ilə qədər zərbaycan qadının social-mədəni inkişafı, qadınlıq haqqı bugünkü kimi olmayıb.
M.Ə.Sabirin məşhur "Qoyma, gəldi!” satirasını orta məktəbdən hamımız bilirik:

….Оl gün ki, adaxladız, utandım,
Оğlandı, dеdiz, ərin, inandım, 
Ər bоylə оlurmuş?! Indi qandım; 
Xandоstu, amandı, qоyma, gəldi!
Kirdarı yamandı, qоyma, gəldi! 

Dudkеş kimi bir papaq başında, 
Ağ tükləri bəllidir qaşında, 
Gərçi qоcadır – babam yaşında, 
Amma sоrağandı , qоyma, gəldi! 
Kirdarı yamandı, qоyma, gəldi!

İyrənmişəm ağzının suyundan,
Qətran qоxusu gəlir buyundan, 
Lap dоğrusu qоrxmuşam xuyundan, 
Bir əfi ilandı, qоyma, gəldi! 
Kirdarı yamandı, qоyma, gəldi!

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)
Və yaxud:

"Zeynəb indi bu saat qalmışdı iki divarın arasında: biri o tərəfdən sıxırdı, biri də bu tərəfdən. Nə qədər çalışırdı bu iki divarın arasından bir tövr ilə, bir fənn ilə çıxıb qaçsın, əsla mümkün olmurdu. Bu divarların biri Xudayar bəyə getməkdi, biri də getməməkdi.
Xudayar bəyə getmək fikri Zeynəbi o cəhətə divar kimi sıxırdı ki, Zeynəb Xudayar bəydən elə irgənirdi, necə ki, insan qurbağadan irgənər. Pəs necə ki, insana qurbağanı elə alıb qoynuna qatmaq nagüvara gələr, elə də, bəlkə bundan artıq, Zeynəbə Xudayar bəyin iri burnuna və kifir sifətinə baxıb, ona ər demək nagüvara və naxoş görünürdü…”
Tanış gəlirsə, bu səhnələr də böyük ədibimiz Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları” əsərindəndir.
Bizim qadınların 70-80 il öncə qadınlıq nəsibi belə idi. Zeynəb tək biçarələrdən buri deyildi. Azərbaycanda danabaş kəndi kimi kəndlər çox idi, Zeynəblər çox idu. Onların taleyi göz yaşları içində keçirdi. Əri Kərbəlayı Heydərin sağlığında - 12 il bundan qabaq Zeynəbin adı o mahalda gözəllikdə tək idi. İndi əri öləndən sonra ağlamaqdan, qara geyinməkdən belə hala düşmüşdü. Buna baxmayaraq amma yenə Xudayar bəy kimi ağzının suyunu yığa bilməyən, əyin-başından qətran qorxusu gələn , qurbağadqan iyrənilən kimi iyrənilən yekəsaqqal kişilər qollarının, pullarının zoruna qadınlara, qızları, nəvələri yaşda qızlara tamah salırdılar.
Xudayar bəy Zeynəbə əvvəllərdə elçi göndərmişdi. Amma Zeynəb Xudayar bəyin elçisinə cavab vermişdi ki, qoy Xudayar bəy anqırsın tayını tapsın; Zeynəb onun tayı deyil, onu qapısında heç nökər də saxlamaz. Siz fikir verin, belə bir nadürüst zor gücünə Zeynəbi gətirib arvad etmək istəyirdi.
Hər iki nümunəni ona görə çəkdim ki, fikrimi izah edə bilim.
Artıq o dövr deyil: intibajha gedən insan cəmiyyəti qadına, qadınlığa millətin, xalqın gələcəyi kimi baxır. Eybəcər təzahürlər şüurlarda müəyyən qədər qalsa da (bu da nadanlıqdan, hüququnu anlamamaqdan, bəzən də insanın öz taleyinə laqeyd yanaşmasından irəli gəlir), istər qızlarımızın, istər oğlanlarımızın xoşbəxt ola bilməməsi üçün elə bir əsas yoxdur.

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)

"Kişi meymundan bir qədər fərqləndi bəsdir” düşüncəsi haqqında fikirlərimizi son olaraq belə ümumiləşdirək ki, bu, mənim fikrimcə, kişilərdən daha çox qadınlara aid münasibədir. Çünki qadınlar deyəndə fikrin ifadə etdiyi məna daha məntiqi olur. Kim deməsindən asılı olmayaraq, bu ibarəni yumoristik qarşılasam da, mimikalarım təbəssümlərə köklənsə də, bu yumorlu ifadənin nüvəsində dərin bir məna da var. Nədir bu məna? Ümumiyyətlə, bu fikrin yarandığı leksik mühit haqqında demək istəyirəm. Onun nə vaxt yaranması haqqında dəqiqi məlumat olmasa da mən keçən əsrə aid edirəm.
Təxminən keçən əsrin 60-70-ci illərinə qədər Azərbaycan həyatı üçün evlilik-ailə məsələləri bugünki kimi olmayıb. Ailənin övladı həddi-büluğa çatanda, nəsli davam etdirmək üçün, həyət bacada gəlinbaçı olması üçün ata-analar övladlarını evləndirərdilər. O illərdə mən 1 ailə xatırlamıram ki, toy edib gəlini ayrı, təzə salınmış həyətə gətirib. Müəyyən vaxt keçəndən sonra, əlbəttə ki, ailə toplaşıb yeni evlənən gənc ailəni ayrıca təsərrüfat edirdilər. Bu cür evliliklər üçün vacib şərtlər oğlanı və ya qızın sağlam olması, həddi-büluğa çatması, bir peşə sahibi olması, çörək qazana bilməsi idi: arvadbaz olmasın, içki düşkünü, qumarbaz olmasın, ailəcanlı olsun və s. Və bu keyfiyyətlər də daha çox ağayana ailələrdə, əvvəldə qeyd etdiyum kimi, ədəb-ərkanlı, soy-köklü ailələrdə olurdu. Əsl-nəcabətli ailələrdə olurdu. Daha burada qərar qəbul edəndə indi restoranlara, mağazalara işçi axtarmaq elanlarında yazdıqları kimi, "boyu belə osun, çəkisi bu olsun” və s düşünməzdilər. Bunların ailə səadəti üçün bir qəpiklik önəmi yox idi. Artıq 60-70-ci illərdən başlayaraq həyat dəyişir, düşüncələr dəyişir, bu da məişət adət-ənələrdində öz əksini tapırdı: təhsilli olsun, ayrıca evi olsun, maşını olsun, imkanlı ailənin qızı/oğlu olsun, gözəl olsun və s... Əlbəttə ki, bunlar insan həyatı üçün zəruri keyfiyyətlərdir. Onda sevgi, eşq dərəcəsi heç vaxt ılçü, məqsəd olmurdu. Nədir axı bu eşq: qol-boy küçəlri-parkları gəzməkmi, istirahət məkanlarında sayrışan işıqların eybəcər musiqilərin gurultusu altında siluetlərini əcaib hala salmaqmı, nikah kəsilmədən bir yerdə qalmaqmı( nə olsun sevirlər, nişanlıdırlar): yox idi belə düşünmək. Ailə üçün , əsl sevgi üçün bunlar heç gərək də deyildi. Qəz ailəsini də, oğlan ailəsini də düşündürən bu idi ki, oğlan ağıllı olsun, pis vərdişləri olmasın, əlinin sənəti olsun, evi olsun və s. Məgər pisdirmi?

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)

Bütün qız ailələri məhz övladlarını belə ailələrin oğluna vermək istəyirlər. Razılığa gəlməyən, ipə-spa yatmayan etiraz edən qızlar o qızlar olurdu ki, onlar ailə ittifaqının məğzini, mahiyyətini yox, onun daha çox macəralı tərəflərini xəyallarında bayraq edirdilər, belə oğlanlar da vardı, əlbəttə. Onda ana qızna öyüd-nəsihət verir, lap

"Leyli və Məcnun”dakı kimi:
Key şux! Nədir bu göftgulər, 
Qılmaq sənə tənə eybculər? 
Nəyçün özünə ziyan edirsən? 
Yaxşı adını yaman edirsən? ....

Və deyir..deyir... və sonda da gəlirdi əsas məqsədin üstünə ki, uşaq olma, ağlını yığ başına. Ağıllı uşaqdır, evin tək oğludur, yaxşı həyət-bacaları var, əlinin sənəti var. Kişi bir az meymundan fərqli oldu bəsdir.
Yəni, fikrin məna siqlətini bu vacibatda incələmək lazımdır. Ulular ailə üçün, evlilik üçün ağıl-kamalı, sənəti, ürək genişliyini, könül xoşluğunu ölçü qoyublar. Sifətdən də gözəlini də olar , lap yaxçı, boylu-buxunlu da almaq olar, lap yaxşı. Amma sonuncular olub, ağıl-kamal, peşə omayanda 90 faiz hallarda valideynər, daha çox atalar bu qohumluğu inkar ediblər. 10 faizində qızlar analarla birləşib proletar ataya üstün gəliblər.
İnsan ömrü çox qısadır. Onun sevgi payını qətrəsinə qədər dadaraq yaşamaq lazımdır, qarşılıqlı, könül xoşluğu ilə yaşamaq lazımdır.
Bu da "Ana və Uşaq” jurnalının arzusu, mənim arzum:

İnsafdırmı yaxşı ata yaxşını,
Yaxşı gərək yaxşı tuta yaxşını.
Bir arzum var, yaşı tapa yaxşını,
İki könül bir-birinə tay ola...

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? – II yazı)
Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
  • LTS

  • 23 may 2019 12:38
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
replica gucci shoes, combining elegant style and cutting-edge technology, a variety of styles of replica gucci top handle bags, the pointer walks between your exclusive taste style.
  • Нравится
  • 0
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.