» » Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir ( I yazı)

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir ( I yazı)

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir ( I yazı)

 

Xatırlayırsınızsa, Şahmar Ələkbərovun 1989-cu ildə yazıçı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılmış "Sahilsiz gecə ” filmi ekrana çıxdığı gündən böyük ziddiyyətlər yaratməşdı. Filmin məzmunu belə idi ki, müharibə iqtisadi həyata səfalət gətirdiyi kimi, insanlara da faciələr gətirir. Ailələr başsız qalır, gənc qızlar pis yola sürüklənir... Çahmar müəllim bu obraz (Zibeydə) üçün aktrisanı (Oğuldurdı Məmmədquliyeva) Özbəkistandan dəvət edir. Hələ film ekrana çıxmayıb, filmin yaradıcıları baş qəhrəmanı canlandırmaq üçün aktyor tapa bilmirdilər. O, fahişə obrazını ifa etməli idi. Əslində digər əsas obrazların ifaçılarını tapmaq da o qədər asan olmur. Çünki o zaman üçün hər hansı bir Azərbaycan aktrisası nın - qadınının fahişə obrazı yaratması xalq tərəfindən birmənalı qəbul edilməyəcəkdi.
Guya "qadın haqlarının keşiyində duranlar Şahmar Ələkbərovu da, onun son ekran işini də"daşqalaq etdilər”, hə, lap hörmətsiz etdilər. Kimlərsə özləri kimi çoxlu sayda insanları başlarına cəm edib kinostudiyanın qarşısında piket keçirirdilər. Rəhmətlik Xalq artisti Nuriyə Əhmədovanı (əxlaqsız erməni fhişəsi Rozanı oynadığı üçün) hətta yolda döyüblərmiş. Həmin vaxtlar Şahmar Ələkbərov da bərk xəstə idi. Məlum hadisələr də ola bilsn ki, onun dünyadan vaxtsız köçəsini bir qədər də tezləşdirdi.
Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir ( I yazı)

Halbuki ədəbiyyat, səhnə bizim həyatımızı əks etdirir də, insana və insanlığa xidmət edir də. Keçən əsrin əvvəllərində C.Cabbarlının "Sevil” pyesinin tamaşası göstərilirmiş. Tamaşa zalında iştirak edən bir partiya işçisi Sevilin başına gətirilənlərə dözməyərək silahını çıxararaq səhnəyə atəş açmaq istəyirmiş..Bunu ani olaraq görən, duyan rejissor səhnənin işıqlarını söndürür, güllə hədəfə dəymir. Maraqlı məqam burasıdır ki, obrazlar rolu çox inandırıcı ifa edirlərmiş. Və yaxud S. Rəhimov xatirələrində yazırdı ki, "Mehman” filmi ekranlarda göstəriləndən sonra  rayonların birindən bizə  gənc prokuror gəlmişd, qonaq kimi həm dəi. Minnətdarlığını bildirmiş və soruşmuşmuş ki, siz mənim həyatımı hardan bilirsiniz?
Belə nümunələr çoxdur. Yəni bunlar yazıçının, kino müəllifinin, rejissorun həyat həqiqətlərinə, qələmin müdrikliyinə sədaqətli olması ilə bağlıdır. Burada Şahmar Ələkbərovluq, Nuriyə Əhmədovalıq nə var ki? Əksinə, ədəbiyyat, sənət həyatımıza, mənəviyyatımıza mənfi təsir edən, insanların dünyagörüşlərini, baxışlarını zəhərləyə bilən meyilləri sezməli, duymalı, onları ədəbi əsərlərdə, eləcə də səhnə-kino yaradıcılığında meydana çıxarmalı, ən gur proşektorla işıqlandırmalıdır ki, insanlar bütün təfərrüatı və çılpaqlığı ilə eybəcərlikləri, meyilləri, bu halları yaradan antipodları görsün. Bəs ictimai qınaq yoxsa, necə formalaşa bilər? Belə olmayacaqsa, mənfiliklər, eybəcərliklər, yeni fərqli formatda daha dərinliklərə işləyəcək. 
Yazıya başlamazdan əvvəl bu qədər izah etməyim səbəsiz deyil. Beynimdə bu cür mövzular haqqında fikir demək, münasibət bildirmək istəklərim olub ki. Saytımızın auditoriyası olsun ki, demək istədiklərimizi bu baxımdan doğru qəbul edəcək, amma əksi kimi qəbul edənlərin olacağı da həmişə ehtiyatlanmağa vadar edib. Nə dediksə, nə yazdıqsa dəfələrlə incələşdirib,    xəyalımızdakı kimlərin xətir-könlün görüb, "qradus”unu aşağı salıb dedik. Hörmətli oxucularımızdan, qonaqlarımızdan, bizi oxuyacaq hər kəsdən rica edərdik ki, burada dərc olunan yazıları, fikirləri, münasibətləridaha doğrusunu, daha yaxşısını arayıb tapmaq səyi kimi qəbul etsinlər. Bizim dediklərimiz , sadəcə, marifləndirmək məramı daşıyır. Bir məsələ haqqında 10 fikir söylənibsə və 10 fikirdən yalnız biri doğrudursa, fikir söyləməyənlərin də, fikir söyləmiş digər 9 nəfərin də doğru olan bir fikri ümumi olaraq qəbul edə bilmək mədəniyyətini formlaşdıraq və bu şəkildə qəbul etdiklərimizə uyğun da həyat yolu seçək. Belə olmayacağıqsa, belə etməyəcəyiksə, onda qarşımıza çıxanları, başımıza gələnləri qəbul etmək borcumuz və ya məcburiyyətimiz də olacaq.
Bugünkü yazımızın mövzusu maraqlı bir məsələyə həsr olunub: bir də görürsən gözəl bir qızı göz yaşları içərisində istəmədiyi eybəcər bir oğlana ərə verirlər və yaxud 20-25 yaşlarımda qəşəng, növcavan bir qız 50-60 yaşlarında bir kişinin maşınında yanından keçdi, lap maşınsız. Elə qızlar da olur ki, nə qədər gözəl oğlanlar sevir, ürək açır, valideynləri təkid edir, qız hamını rədd edir, beləcə illər keçir, bu inadkar qız gəlib eləsinə gedir ki (və 1-2 ilə uzaqbaşı geri qayıdır) adam çaşıb qalır, az qalırsan ürəyini də döş qəfəsini aralayıb çıxarıb atasan, gözlərini də. Sevgini də... hər şeyi... Sevgi həyatən ritmidir. Şeytanlar bacarıb bu ritmi oğurlaya bilsələr, iraq-iraq, dünyada ən böyük Antaraktida yaranacaq...

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir ( I yazı)

Kimsə kimsənin şəxsi işlərinə, arzu və istəklərinə qarışa bilməz, istiqamətləndirə bilməz. Olsun. Amma yaşamamız üçün vacib və əhəmiyyətli olan, xalq tərəfindən formalaşdırılan elə kriteriyalar var ki, hər kəs, hamı bu ümumi ölçülərə tabe olmalı, onu qəbul etməlidir. Əgər kimsə və kimsələr mənim şəxsi işimdir deyə, istədiyi kimi hərəkt etsə, anomaliyaların sayı getdikcə artacaq və son nəticə də belə meyillər kütləviləşib, tipikləşib cəmiyyətin, xalqın ümümi prinsiplərini zədələyəcək. 60-70 yaşlarında bir imkanlının 20-25 yaşlarında qız alması necə davam edəcək, belə də sevgi olurmu?
BMT-nin insan inkişafına dair illik hesabatında da Azərbaycan orta ömür müddətinə görə, 187 ölkə arasında 125-ci yeri bölüşür. Hesabatda Azərbaycanda orta ömür müddəti 67 göstərilir.
Dövlət Statistika Komitəsində isə bununla razılaşmayıb öz qənaətlərini hasil ediblər. Komitənin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti 73, 8-dir.
Olsun, lap 75 olsun. Bəs bu 60-70 yaşlarında bir kişiyə ərə gedən qızın taleyi necə olacaq? Bu arzu olunmayan nikah tərəfləri, özü də hər ikisi xalqın əxlaq ölçülərini onsuz da pozublar. İndi ərin vəfatından sonra bu qadın ərsizmi qalacaq, inandırıcı deyil. Ya ola bilər ki, zəngin qoca (zəngin olmasaydı bu qəşəng, novcəvan qız ona getməzdi də) ona xidmət və qayğıları müqabilində ayrıca bir ev, maşın alıb ki, ölənə kimi bu qayğı və xidmətlərin əhatəsində olsun, öləndən sonra necə olur-olsun. Ya da bir müddət sonra, belə deyək, "gözlərinin qurdu" öləndən sonra artıq özü də soyumağa başlayır və 1 bəhanə tapıb səs-küy salmasın deyə 2-3 min də pul verib salır yola.Ya da 3-cü variant: ailəlik davam edir və kişi də Allahın verdiyi ömür müddətini yaşayıb gözlərini qapayır. Həmin növcavan gəlin də dərin hüznlə yas saxlayır, kişinin puluyla hörmətli-izzətli dəfn mərasimi keçirir və çanından çox sevdiyi "aşk”ını aparıb qara torpağa tapşırıb gəlib öz həyatını yaşayır..İnandınızmı?
Bütün bunlar xalqımızın ailə-əxlaq anlayışarına zidd olan yanaşmalardır və zəncirvari davam edərək ailə institutunun əsaslarını sarsıdır. Bu mənada anormal hallara, sevgilərə də həmçinin dövlətin, xalqın nüfuz etməsi lazımdır. Bəzən elə olur ki, gözəl qızın ilk sevgisi uğursuz olur (Allah iraq etsin, (uşağı olmur, əri vəfat edir, ər narkoman olduğundan boşanır, qız özü ərinə xəyanət edir və s), dili qısa olan bu binəva ata evinə qayıda bilmir, ya da məcbur olub kiməsə möhtac olmamaq üçün, kiminsə tənəsini götürməmək üçün, hər kəsə getməyə razı olur (xəstə, qoca, eybəcər və s.).

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir ( I yazı)

Burada cəmiyyəti də qınamamaq olmur. Həyatda be cür vəziyyətlər çox görmüəm, eşitmişəm. Ağıllı, qəzşəng bir qız hisslərinə, ürəyinə yanılıb onun eşqinə layıq olmayanın birinə kğnül verib. 1-2 il sonra əri başqa eşqə düşüb, guya pul qazanmaq üçün xaricə gedib, təbii ki, orada dinc də oturmayıb, bir növ subay kimi olub. Ailəsi, gənc xanımı qalıb başsız, bu da burda eyş-işrətlə günlərini bada verməkdə. Ailədə soyuqluq yaranıb və son anda ya qadını boşayıb, ya deyib ki, özün bilərsən istəyirsən qal, istəyirsən get atan evinə. Ya da evlənib gəlini gətirib bir aydan sonra da çıxıb gedib və o gedən də olub. Üstündən 10-15 il keçib, ər dönməyib, heç xəbər bilməyib və s. Mən saytlarda, kütləvi informasiya vasitəlrində o qədər belə məlumatlara rast gəlmişəm ki, Rusiyanın müxtəlif şəhərlərinə gedən və ailəsini aparan soydaşlarımız da olub ki, evdə xanımı ola-ola məşuqə də gətirirmiş, xanımını gündə söyüb-döyüb təhqir edirmiş. Dözə bilməyən bu qadın ya intihar edir, ya boşanır, ya da geri dönüb qalan ömrünü göz yaşları içində keçirərək öləcəyi günü gözləyir. Boşanmaq ölümdən də betərdir. Belələrinə nəinki ətrafda, heç öz ailəsində yaxşı baxmırlar. Bunların arasında elə gözəl, ağıllı qadınlar var ki, fəqət, bu vəziyyətlərində kimsə bunu görmək istəməyəcək, nəinki görmək istəməyəcək, hətta tənə vuracaq ki, ağılı olaydı bu günə düşməyəydi. Ailəsinin, ətrafdakıların yaxşı qəbul etmədiyi bu cür zavallılar kaş intihar etməyydilər, çünki pis nümunə olur, " olumla-ölüm" dilemması qarşısında qalan daha digər biçaələr də "nümunə var" deyə intihar yolunu seçirlər. Ən yaxşı halda, deyirlər ki, kim olur-olsun, necə olur-olsun, təki kimsə gəlib onu aparsın, canı bu tənələrdən qurtarsın. Onlar bir deyil, üç deyil, beş deyil.. Bunlar ömürləri boyu tikanlıqda şərqi deməyə məhkum edilən bizlərdən biridir, indi bizim aramızda olmalı idi, Allah etməsin, sabah biz də onların arasında ola bilərik.
Kaş həyatda bu cür vəziyyətlər, şəraitlər yaranmasın. Xüsusən qızlarımız, sağı-solu, hər tərəfi insanlar tənha, köməksiz, müdafiəsiz qalmasın. Onları səhv etmiş, yanılmış kimi qəbul etmək olar, amma onlar cinayətkar deyillər, içlərində yenə o qədər gözəl qadınlıq şəfqəti və duyğuları qalır ki. Bu cür hadisələrin şahidi olan, görən, eşidən qızlarımız isə ağrı onun canından keçmir deyə, laqeyd qalmasın. Yaşanmışlardan, baş verənlərdən ibrət alsın, özü üçün nəticə çıxarsın.

Bəzən hamıdan gözəl qadın hamıdan eybəcər kişini sevir ( I yazı)

Davamı var

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.