» » Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? I yazı)

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? I yazı)

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? I yazı)

"Kişi meymundan bir qədər fərqləndi bəsdir”. Bilmirəm, bu fikri ilk dəfə kim ortaya atıb, nə məqsədələ atıb, amma mən ilk dəfə , deyəsən, "O olmasın, bu olsun " filmində Məşədi İbadın dilndən eşitmişəm. Zaman-zaman danışıq dilində özünə  leksik mühit qaznıb,  qismətiylə razılaşmağa məcbur olan hansısa  qadına, bəlkə də,  ”kişi meymundan fərqlənsə, kifayət edər” deyib,  təskinlik də veriblər, yola gətiriblər.  Maraqlı olan tərəfi isə budur ki, bu ibarədəki fikrin nə demək olduğunu heç də hamı birmənalı şəkildə qəbul etmir.
Gəlin,  birlikdə danışıq dilində xeyli dərəcədə fəal olan "kişi meymundan bir qədər seçilsə, bəsdir" "təskinliyinə" izah tapmağa çalışaq.

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? I yazı)

 

"Kişi meymundan bir qədər fərqləndi bəsdir” fikri hansı mənada deyilib? Məlumdur ki, məişət üslubunda, xalq danışığında "kişinin arvadı gözəl olmaz” yanaşması var. Gözəl olmamalıdırsa, eybəcər olmalıdırsa, dolayısı ilə meymundan bir qədər fərqlənməlidir demək deyilmi?
Bəlkə bu fikirlər bu vəziyyətdə seçim qarşısında qalan insanların, bir az sözün həqiqi mənasında, həyatı bu cür qəbul edən insanlrın düşüncəsidir: özlərinə bu yolla təsəlli vermişdir. Ya da qısqanclığın pik zirvəsi kimi, elə bu cür kəsin gözüylə desək, "meymuna oxşayanın birini” özünə baş yoldaşı seçmişdir. Həyati müşahidələrimizdə hər iki cürə evliliyi gördük: zahirən gözəl bir qız eybəcər oğlana , özündən çox-çox böyük kişilərə ərə gedən də, ucaboy, enlikürək bir oğlanın "dıqqıdım" (eybəcər) qızla ailə qurmasını da. Yenə deyirəm, mən öz fikirlərimi deyirəm, təki düşündüklərimizn əksi olsun. Fəqət elə görünür ki, bu münasibətlərdə sevgidən daha çox mal-dövlətə hərislik, bəzən də ictimai statusu məşhur olan birinə getməklə məşhur olmaq məqsədi dayanır. Gözəl oğlan eybəcər qızı alırsa, bu da ya qızın imkanlı ailədn olması ilə bağlıdır, ya da oğlan , belə deyək, qədərsiz qısqancdır: fikirləşir ki, yoldaşı da çılə-bayıra meyilli olmaz, oturub evində uşaqlarına baxar, həm də kimsə ona fikir verməz.

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? I yazı)

 

Qiymət verəsi olsaq, hər ikisi uyğunsuz ailədir. Gözəl olub eybəcər oğlana və ya yaşlı kişiyə ərə gedən bu halları təkrara edə-edə gedəcək. Oğlan gözəl olub eybəcər qız alıbsa, bu evlilikdə ailə davamlılığı nisbətən uzunömürlü olacaq. Oğlan əgər ifrat qısqanc deyisə, bu ailə davam edə bilər, amma ifrat qısqanc və vasvasaçıdırsa, bu evlilikdə yaşanan ömür cariyəlikdən başqa bir şey deyil.
Elələri var ki, zahirən bütün parametrləri, bədən quruluşu idealdır, amma üz-gözü tüklü, geyimi natəmiz, nimdaş. Yanında tər qorxusndan 3-5 dəqiqə durmaq olmur. Rəftarı, davranış tərzi, etiketləri də heç xoşa gələn deyil. Bu cür insana ancaq gözəl olduğuna görə kim yaxin gedər? Təəssüf ki, bəzən gözəlliyi və ucaboyu varsa, qalan əyər - əskikliyi seçim edən özü də aradan qaldırır.
Bəzi kişilər də var var ki, yuxarıda qeyd etdiyimiz kimi, qarşı tərəfin yaşı, gözəlliyi, digər xüsusiyətləri, hətta əvvəllər də ailəli olması fərq etməz, evi, maşını, pulu varsa, heç nəyə baxmadan onunla nikaha girir, Hətta bunun üçün əvvəlki evliliyindən imtina edənlər də olur.
Biz, sadəcə, fikrimizi deyirik və tərəfsiz olaraq deyirik. Eşitdiklərimizə, gördüklərimizə əsasən münasibət bildiririk.
Söhbətlər olub eşitmişəm, deyiblər ki, belə deməyin, "kişi meymundan bir qədər fərqləndi bəsdir” deyilməsindən kişilər inciyə bilər. Qayıdıb özləri də açıqlama verirlər də ki, bu fikir kişinin zahiri gorünüşünün vacib olmamağını başqa tərzdə ifadə etmək deməkdir..Məntiqə bir baxın, bəs onda vacib olan nədir? İstər-istəməz, variantlar demək olur, fəqət yanaşmanın özü yanlışdır. İnsanın gözəl olana, fərqi yoxdur, insana, meyvəyə, paltara və s.. meyil etməsi təbiidir. Amma neynəyəsən ki, sizin vitrindən seçib aldığınız gözəl almalardan yanındakı qurdlu almalar daha şirin imiş.
Bəzən elə gözəl geyinmiş oğlan ola bilər ki, beş dəqiqə bir yerdə olmaq kifayətdir ki, "qalstuklu odun parçası” olduğuna şəkk-şübhən qalmasın. Yaxşı geyinmiş axmaq məclisdə ağzını açana qədər parlayacaq. Bunusa hind müdrikləri deyib, deməli, insanlıq, əxlaq ölçüləri dillərə, dinlərə, irqlərə görə deyil, sambalına, ehtiva etdiyi dəyərə görədir .
Sevgi təkcə iki şəxs arasında yaranan bağlılıq deyil. Saf, dəruni hisslərlə yaranan sevgi əvvəl ailənin, daha sonra da cəmiyyətin keyfiyyətini müəyyən edən amillərdən biridir.

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? I yazı)


Ailənin pozulması, müasir həyatın psixoloji və maddi şərtləri narahat bir nəslin yetişməsinə səbəb olur. İnsanlar uşağa narahatlıq və bəla kimi baxır; Artıq Qərb öz- özünü belə bitirir.
Alexis Carrel
Hər cür inkişaf evdən başlayır: yaxşı da olsa, pis də olsa, cəmiyyətdə riayət edilməsi lazım olan qaydalar, bu qaynaqdan gəlməkdədir.
S. Smiles
Ailəsinə bağlı olan, vətəninə da bağlı olur.
Bethoven

Məşhurların söylədiyi bu kəlamlar təxəyyül kimi ortaya çıxmayıb, illərin müşahidələrinin ümumiləşmiş sonluğudur. Sevgilər ucuzlaşdıqca, ailələr öz sosial mahiyyətini itirdikcə cəmiyyət getdikcə süquta doğru gedir. Sevgi-ailə hr kəsin öz şəxsi işidir, kimi istəyir gedib alsın, xoşu gəlməyəndə yenə özü bilər, getsin ərizə verib boşasın və yaxud evi-uşaqları qoyub özü baş götürüb getsin. Cəmiyyət belə hallara laqeyd qalmamalıdır. İctimai qınaq olmalıdır.
Maarifləndirilmə işləri aparılmalııdr və bu işlərin davamı olaraq bu maarifləndirilməyə cəlb olunmuş insanlar cəmiyyətdə bunun təzahürlərini görməlidir. Konkret yazımızın mövzusuna gəlincə, mən də istəyirəm həyat gözəl olsun, bütün sevgilər çiçək açsın. Gənclərimiz ağıllı olsunlar, ən vacib məslələri önə çəksinlər, sevginin də vədəsi gələcək. Kişinin və ya qadının zahirən gözəl olması kimsə paxıllıq etməməlidir, sevinməliyik. Sevinməliyik ki, bizim aillələrdə təpgözlərcinlər, əcinnəlr yox, Basatlar, Uruzlar, Selcanlar, Gültəkinlər, Aytəkinlər doğulur.
Bunlar gözəl olduğu kimi, həm də ağıllı olsinlar, soyumuza-kökümüzə bağlı olsunlar. Ammgələcək həyat yoldaşını seçrkən gözlərinin hökmü ilə yox, ağılları ilə qərar versinlər. Güntəkin, Aytəkin kimi doğulmayanlar ola bilər ki, Aytəkin və Güntəkin kimi doğulanlardan ucada dayansınlar.

  

Kişi meymundan bir qədər fərqləndi bəsdir (Niyə belə deyirlər? I yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.