» » Bir itin insanlığa dərs verən hekayəsi

Bir itin insanlığa dərs verən hekayəsi

Bu hekyə öz hərəkətləri ilə insanlığa sədaqət və dostluq mənasında dərs verən bir itin gerçək hekyəsidir.
1924-ci ildə Tokio Univer sitetində işləyən yapon professoru Doktor Hidesabura Ueno kiçik bir it balası alır. Professor bu itə bir ad da seçir: "Haçiko".

Bir itin insanlığa dərs verən hekayəsi

 

"Akta" cinsindən törəyən "Haçiko" ağ rəngdə idi, erkək idi. Hər səhər sahibini universitetə gedəndə evdən metroya qədər müşayiət edirdi. Metronun xarici qapısına qədər gətirdiyi sahibini yola saldıqdan sonra da evə qayıdır. Bir il ərzində "Haçiko" hər səhər sahibini metroya qədər aparır, hər axşam işdən qayıdan da metronun önündə qarşılayırdı.

Bir itin insanlığa dərs verən hekayəsi


Amma bir axşam ( 1925 may) professor bu vəfal heyvan sahini qarşılamağa gəlir, amma sahibi metrodan çıxmaz . "Haçiko" gözünü metro qapısından ayırmaz və gecə boyu meto bağlanana qədər onu gözləyər. Növbəti axşam yenə gəlməz professor. Üçüncü axşam "Haçiko" yenə metronun qarşısılndadır, profersa yox. Sən demə, professor universitetdə ürək böhranı keçirib dünyasını dəyişmişdir .
Bu acı itkidən sonra professorun xanımı başqa şəhərə köçməli olur və "Haçikonu" şəhərdəki qohumlara tapşırıb gedir. Amma "Haçiko" hər axşam sahibim metrodan çıxır - deyə inadla qaçar və qapının ağzında gözləyər. Həftələr, aylar, illər boyu hər axşam Tokio metrosunun "Shibuya" stansiyanın qapısına gedər, gedər..gözləyərmiş. Bu şəkil də "Haçiko"nun sahibini gözlədiyi zaman çəkilmişdir və çarəsizliyini açıq-aydın göstərir.

 

Bir itin insanlığa dərs verən hekayəsi

 

İsrarla sahibini gözləyən bu itin hekyəsi 1932-ci ildə bütün medianın diqqətini çəkir və bütün ölkə "Haçiko"dan xəbərdar olur. Yaşayarkən bir əfsanə olur "Haçiko" və həqiqi dostluq ilə sədaqətin simvoluna çevrilir.
1934-ci ildə ("Haçiko" hələ yaşayırmış), heykəli iri seremoni ilə metro stansiyasının qarşısında hər zaman gözlədiyi yerə qoyulur.
İşin faciəli tərəfi isə, "Haçiko"nun da orada olub hələ də sahibini gözləməsidir. Bu itin baxışları heç nə danışmadan, ormadan da bu qəmli hekayəti ifadə etmişdir.
Tam 9 il boyunca sahibinin gəlməsini gözləyən "Haçiko", 11 yaşında (1935-ci ildə) metronun qapısında ölür və ölüm xəbəri bütün TV kanallarında ölkəyə yayılır. Minlərlə insan stansiyaya axın edir.
 
 "Haçiko"nun son rəsmi
 

Bir itin insanlığa dərs verən hekayəsi

 


Hər il "Haçiko"nun ölüm ildönümü olan 8 Martda da bir çox heyvansevər insanlar heykəlin qarşısında görüşürlər. "Haçiko"nun mumyalanmış cəsədi isə Tokioda yerləşən Milli Elm Muzeyində nümayiş etdirilir.

Bir itin insanlığa dərs verən hekayəsi


"Haçiko"nun hekayəsi bütün dünyaya yayıldı və təxminən 80 il əvvəl baş vermiş bu hekayənin bir Hollivud versiyası da çəkilib. Filmdə "Haçiko"nun sahibini (Professor Hidesabura Ueno) Riçard Gere canlandırıb. kim baxıbsa, dönə-dönə təkrar baxıb və dönə-dönə təkrar-təkrar göz yaşları öküb.
Bir sıra ölkələrdə heyvansevərlər, hətta, "Haçiko" adında dərnəklər yaradırlar.
Hər kəsin arzuladığı qarşılıqsız sevgi və sədaqətin nə olduğunu öyrəndiyimiz bu itin hekyesi insanı çpox təsirləndirir.
Bu vəfanın yarısı insanlarda olsaydı, dünya heç şübhəsiz daha yaşanılacaq yer olardı...

Mənbə:
Vikipediya

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz