» » " Bir almanın iki üzü "

" Bir almanın iki üzü "


Bir bulağın iki gözü, 
Biri sənsən, biri mən.
Bir almanın iki üzü, 
Biri sənsən, biri mən.

Qoşa simin titrəməsi, 
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi, 
Biri sənsən, biri mən.

Açıq səma, göy qurşağı, 
Biri sənsən, biri mən.
Dan ulduzu, səhər çağı, 
Biri sənsən, biri mən.

Bu həyat da iki rəngdir, 
Bir sevinc, biri qəm.
Sevinc kimdir, kədər kimdir?
O həm sənsən, həm də mən.

Bu dünyaya biz gələli
Həm qəmik, həm də sevinc.
Sən məndəsən, mən səndəyəm,
Gözəldir qəmdə sevinc.

" Bir almanın iki üzü  "

Hamıda olmadı ki bunlar. Çox azında oldu. 60 ildən çox "payi-piyada, əlimdə dəmir əsa, dəmir ayaqqabı” cəlayi-vətən oldum. Sevən-sevişən oğlumuzu-qızımızı gördüm. Lilparlı bulaqdan su gətirən pəri gördüm, arxasınca bir igid oğlan sevda yolunu gedirdi. Neçə yerdə toy karvanına rast gəldim, qırmızı lent bağlanmış maşınlar gördüm, nişan aparırdılar…
Hər kəsin bir sevmək haqqı var və hər kəs də bu haqq uğrunda mücadilə aparır. Ata-analar istəyinə çatır, amma bu muraddan da yeni murada keçid alır, o biri övladının büsatına yönlənir. Toy-toya calanır:
 
Bir evdən bir evə səadət gedir, 
Biri yola salır, biri səsləyir. 
Bir ana qızını burda ləngidir,
Bir ana həsrətlə gəlin gözləyir.

Hamı minbir həsrətlə gözləyir: qızını gəlin yola salsın, evinə gəlin gətirsin… Gəlin olmayan ev çoxxxxxxxxxxxxxx kasad görünür, məzmunsuz görünür………gündüzün günörta çağında lap qaranlıq görünür.
Hamı belə düşünür, hamı belə görür, belə duyur və bu həqiqətdə can evində, həyətində bir toy büsatına çadır qurur, gəlin otağı hazırlayır…. Bu otaq bu kişinin mülkündə muzeyə dönür: 2-ci, 3-cü oğlunun toy vaxtı çatanda böyük gəlini yeni evə köçürüb, kişik oğlunun büsatına hazırlıq başlayır.
Beləcə, ümidlərə sığınıb hamı sabahlara gedir. Olsun ki, dolanışıq baxımından çətinlik çəkənlər də var. Amma heç kim bunu söz etmir, dərd etmir. İmkanı olmayan da özünü oda-alova çaxıb tədarük görür, qızının cehizlərini toy gününə qədər sanılı qoz kimi bir-bir tapıb hazırlayır. Qohum-qardaş, dost-tanış da dəstək olurdu. Cehiz əşyaları (stol, yataq dəsti, yorğan-döşək, tikiş maşını, qaz peçi və sair) verən kimi, pul kömək edən kim. Hələ toya bir ay qalmışdan qonşu arvadları səhər gəlib axşam gedərdilər: yun didən kim, yorğan salan kim, pərdə-tül hazırlayan kim.
Bunlar məktəbdə öyrənilməmişdi və yaxud o vaxt kənddə briqadirlər çağıran kimi çağırıb tapşırıq verməmişdi. Elliklə həyan olmaq, təüssüb düzmək kimi bir əxlaq vardı, hər kəsə dədəsindən, babasından, anasından, nənəsindən irsən keçmişdi. Onda bəy də, gəlin də həyatlarının sonrakı dövrlərində bu insanların üstlərində haqq-saylarını hiss edirdilər. Bu, həm də məsuliyyət, hörmət borcu yaradırdı..
Bunlar keçən əsrin 80-ci illərinə qədər belə idi… Amma əsrin sonlarından başlayaraq mənəviyyatda da qlobal dəyişmələr – qabarma və çəkilmələr başladı. Elə bil ki, bizim soyumuz-kökümüz yox imiş, mayamızda bir naqislik var. Yox…Belə deyil… bizim qadınlar stol altından başqa kişinin ayağına qəsdən toxunaraq "povod verən” qadın olmayıb. Bizim qadınlar " kimi tutsa, gözü kimi seçsə” ona da əl uzadan qadın olmayıb.
"…..Bu yanda Şöklü Məlik keyfi kök, kafirlərlə yeyib-içib oturmuşdu. Dedi: "Bəylər, bilirsizmi, Qazana necə heyif vurmaq lazımdır? Boyuuzun Burla xatununu gətirdək, badə paylasın!”.

" Bir almanın iki üzü  "

Boyu uzun Burla bunu eşitdi, ürəyinə-canına od düşdü. Qırx incəbelli qızın içinə girib, məsləhət verdi, dedi: "Qazan bəyin xatunu hansınızdır?”-
deyə hansınıza yapışarlarsa, qırx yerdən səs verərsiz”. Şöklü Məlikdən adam gəldi: "Qazan bəyin xatunu hansınızdır?”deyə soruşdu. Qırx yerdən səs gəldi. Hansıdır, bilmədilər. Kafirə xəbər verdilər: "Birinə yapışdıq, qırx yerdən avaz gəldi. Bilmədik, hansıdır”,– dedilər.
Kafir dedi: "Ədə, gedin Qazanın oğlu Uruzu dartıb çəngəldən asın. Ağ ətindən qıyma-qıyma çəkin; qara qovurma bişirib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil, hər kim yemədi, odur. Götürün-gəlin,şərab paylasın!”.
Boyu uzun Burla xatun oğlunun yanına gəldi. Çağırıb oğlunu soylayır, görək, xanım, nə soylayır:

Oğul, oğul, ay oğul!
Bilirsənmi, nələr oldu?
Söyləşdilər xısın-xısın,
Duydum işini kafirin.
Qızıl tağlı uca evimin dirəyi oğul!
Qaza bənzər qız-gəlinimin çiçəyi oğul!
Oğul, oğul, ay oğul!
Doqquz ay dar qarnımda gəzdirdiyim oğul!
On ay deyəndə dünyaya gətirdiyim oğul!
Bələyini beşikdə bələdiyim oğul!

" Bir almanın iki üzü  "

Kafirlər fikirlərini dəyişiblər; deyiblər ki, Qazan oğlu Uruzu həbsdən çıxarıb, örkənlə boğazından asın. İki kürəyindən çəngələ sancın, qıyma-qıyma ağ ətindən çəkin. Qara qovurma edib, qırx bəy qızına aparın. Hər kim yedi, o deyil. Hər kim yemədi, o Qazanın xatunudur; çəkin-gətirin, döşəyimizə salaq, şərab paylatdıraq! "Sənin ətindən, ay oğul, yeyimmi? Yoxsa iyrənc dinli kafirin döşəyinə girimmi? Ağan Qazanın namusunu tapdayımmı? Neyləyim, ay oğul?!” – dedi.
Uruz deyir: "Ağzın qurusun, ana! Dilin çürüsün, ana! "Ana haqqı –Tanrı haqqı” - deyilməsəydi, qalxıb yerimdən durardım, yaxanda- nboğazından
tutardım. Qaba dizimin altına salardım. Ağ üzünü qara yerə çırpardım. Ağzından-üzündən qan şoruldayardı. Can şirinliyini sənə göstərərdim. Bu nə sözdür? Saqın, xanım ana! Mənim üzərimə gəlməyəsən! Mənim üçün ağlamayasan! Qoy məni, xanım ana, çəngələ sancsınlar! Qoy ətimdən çəksinlər; qara qovurma edib, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki dəfə ye. Kafirlər duymasınlar, səni tanımasınlar. Təki murdar dinli kafirin döşəyinə düşməyəsən. Onlara şərab paylayıb, atam Qazanın namusunu sındırmayasan.
Saqın!”.
" Bir almanın iki üzü  "

Oğlan belə deyəndə gözünün yaşı gildir-gildir axdı. Boyu uzun, beli incə Burla xatun boyun-qulağını tutdu, yıxıldı. Payız alması kimi
al yanağını yırtdı-dağıtdı. Qarğı kimi qara saçını yoldu. "Oğul!”,"Oğul!” deyib, zar-zar ağladı. Uruz deyir:

Xanım ana! Qabağımı kəsib nə inləyirsən?
Niyə zarıyırsan, niyə ağlayırsan?
Bağrımı, ürəyimi nə dağlayırsan?
Keçmiş günlərimi nə andırırsan?
Ay ana! Ərəb atları olan yerdə
bir qulunu tapılmazmı?
Qızıl dəvələr olan yerdə
bir köşək tapılmazmı?
Ağca qoyunlar olan yerdə
bir quzusu tapılmazmı?
Sən sağ ol, xanım ana! Atam sağ olsun!
Bir mənim kimi oğul tapılmazmı?!

Belə dedikdə anası dözə bilmədi. Ana gedib, qırx incə belli qızın arasına girdi!!!”
Bunları oxumusunuz, ən azından filmnə dəfələrlə baxmısınız. Bəli, "Kitabi-Dədə Qorqud" dastanlarındandır, ilkinliyimiz olan Dədə Qorqud cəmiyyətindəki həyatın inikasıdır. "Kitabi-Dədə Qorqud" XI-XII əsrlərdə Azərbaycanda baş vermiş hadisələrlə uyğun gəlir, amma kökləri bir az da dərinlərə gedir.
XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari , eləcə də Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər (ə.s) dövründə yaşadığını, hətta türklər tərəfindən elçi sifətilə Məhəbbət peyğəmbərn(ə.s) yanına göndərildiyindən də bəhs tmişlər. Dastanın müqəddimə hissəsindən məlium olur ki, Dədə Qorqud Məhəmməd peyğəmbər zamanında yaşamışdır. Məhəmməd peyğəmbər(ə.s) isə 6-7-ci əsrlərdə yaşamışdır.
Bunu bizim mayamızın, kökümüzün hardan qaynaqlandığını göstərmək üçün yazdım. Burla xatun göz yaşı içində oğul dağını şərəfsizlikdən üstün tutur. Dünyada yoxdur belə əxlaqi dəyəri olan xalq.

" Bir almanın iki üzü  "

"Bir gəncin manifesti” əsərindki Sona arvad, "Böyük dayaq” romanındakı Səkinə arvad, "Mehman” povestindəki Xatun xala və s Azərbaycan bu əxlaq konsritusiyasınının ölçüləridir. Əsrin qovuşuğunda acı da olsa Fərizə qızımız əslər arasındakı əxlaqi dəyərlərimizə vəsilə oldu.
Biz bir neçə dəfə bu haqda söyləmişik, amma yeri gəldikcə dəfələrlə deməkdən də qürur duyacağam. İntiharı dinimiz qəbul etmir. Bir insan olaraq mən də bu hadisələrin hər birinə acıyıram. Allah məzarlarını nurla doldursun. Amma Fərizənin mənəviyyatı qarşısında baş əyirəm. Fərizə intihar etməyə bilərdi. Bəlkə də zaman üstündən pərdə çəkdirib acıları ona qaytaracaqdı. Fərizə saçının birini ağ, birini qara bağlayıb qəbr evinə kimi heç kəsi qəbul etməyəcəkdi, elə təbii yolla dünyadan köçəndə də İlhamını özylə aparacaqdı: Onu heç kimə verməyəcəkdi, özünü İlhamından başqa kimsəyə təslim etməyəcəkdi.. Belə məhəbbətlər ancaq ilahi eşqlərdə (Platonik eşq) olur...

" Bir almanın iki üzü  "

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz