» » Uzun və xoşbəxt bir evlilik üçün nə etməli (Müzakirə)?

Uzun və xoşbəxt bir evlilik üçün nə etməli (Müzakirə)?

Uzun və xoşbəxt bir evlilik üçün nə etməli (Müzakirə)?

İnsan ömrü boyu xeyirli sabahlara can atır. İnsan ömrü boyu axtarır, qurur, yaradır, yaratdıqlarını qoruyur, açıları dəf edir, şirinləri toplayır. İllər üst-üstə gəldikcə əlimizdən çıxdıqları olur, üstünə gələnlər də. Odur ki, dəyərli olanları vaxtında qorumağı bacarmalıyıq.
Ailə xoşbəxtliyiniz üçün araya hədəflər qoymayın
İnsan özünə motivasiya seçəndə hədəfi nə ola bilər: ali təhsil, iş-karyera, ev , avtomobil almaq və s.. , Bunlar insanların xoşbəxtlik hədəfləridir həm də. Bəziləri ailə həyatını da bu motivasiya divarında görsələr də, xoşbəxtlik hədəf deyil, uzun bir səfərdir və hər an yaşanacaq bir duyğudur. Digər hədəflərdən tamam və ya bir müddət üçün vaz keçilə bilər, amma ailə yolu çətinliklərlə müşayiət olunsa belə, birlikdə dəf oluna-oluna keçilməlidir.
Evlilik , canlı bir orqanizm kimidir. O da daim bəslənməyə ehtiyac duyar. Müşahidələr göstərmişdir ki, 2,3 ildən sonra romantik münasibət minimuma enir, bu da ailə əlaqələrinin zəifləməsinə, sonda isə bağların tamam qırılmasına səbəb olur. Ailə müdafiəçiləri, psixoloqlar bunun üçün eşitmə, dinləmə və anlama şəklindəki empatik paylaşma, ünsiyyətdən vacib sayırlar. Bunların bəziləri haqqında fikirləri sizin diqqətinizə təqdim edirik.

Qadın çalışırsa, boşanma riski artır

Sirr deyil ki, əksər ailələrdə ər də, qadın da işləyir, belə deyək, səhər evdən çıxıb, axşam dönürlər.
Cütlüklərin hər ikisinin də çalışması onların həm fiziki baxımdan , həm də evlilik baxımdan yorğunluğuna gətirib çıxarır. Hansısa dövlət işində və ya istehsalat sahəsində çalışan qadına kişinin ev işlərində köməkçi olmaması bu yorğunluğun xarakterini daha da pis səmtə çəkir . Mütəxəssislərin isə qənaəti belədir ki, çalışan qadınların professional sahədə və evində iki fərqli rola sahib olmasının yoruculuq keyfiyyətini artırır.
Çalışan qadın evinə vaxt ayırıb səliqə-sahmanla, ərinin və uşaqlarının qayğıları ilə məşğul olduğu zaman karyerası unudulur , karyerasına ayrılanda isə evdə-aildə laqeydlik yaranır, proletarlar bunu anlayıçla qarşılamaya bilir və mən hesab edirəm ki, Azərbaycan ailəsi özəlliklərinə, dədə-babalardan qalan ailə Konstitusiyasına görə ərin bu cür qəbul etməsi də əsaslıdır. Statistik məlumatlarda bu səbəbdən içləyən qadınlarda içləməyənlərə nisbətən 6 qat daha çox boşanma hadisəsi qeydə alınmışdır.
Texnologiya nə qədər inkişaf etsə də, evliliyi qayğılardan tam xilas edə bilmir

Uzun və xoşbəxt bir evlilik üçün nə etməli (Müzakirə)?

Gündəlik həyatımızı asanlaşdıran texnologiya , məişət şəraitimizi yaxşılaşdırsa da , həyatımızı təhlükəyə atır. Çoxotaqlı evlər, hər mövsümə uyğun al-əlvan geyimlər, fərqli televiziya və kompüterlər, cütləri bir-birindən qoparır və yalnızlaşdırır. Bunlar qadınları romantik təəssüratlardan istər-istəməz ayırır, proletarı düşünməli olan qadın günün sonuna kimi elə ancaq 3-4 otağın tozun-torpağın təmizlyə bilir, vanna otağı, mətbəx, balkon. Qadınların əli, gözü küncdə-bucaqda qaldığı kimi , fikirləri də bu işlərin sabah da, o biri gün də davam edəcəyinə təslim olacaq və proletar da işdən qayıdanda onu xanımı bu təslimiyyətdə qarşılayacaq.
Mütəxəssislər ev işlərinin çoxluğunun da boşanmalara səbəb olduğunu qeyd etmişlər.

Evdə xidmətçi , dayə saxlamaq da boşanma riskini artırır

Evlərində xidmətçi və ya dayəsi olanlarda olmayanlara nisbətdə boşanmaların daha çox rast gəlinir.
Bəzən bu bir vasitə kimi ərlərin özləri tərəfindən düşünülür, bəzən xidmətçi, dayə özü az aşın duzu olmur.Amma çörək üçün , dolanışıq üçün məcburən bu işləri görən çox ağıllı, sədaqətli qadınlarımız da var. Söhbət firoonlardan gedir.
 
Uzun və xoşbəxt bir evlilik üçün nə etməli (Müzakirə)?

Qohum və qonşu ziyarətləri əlaqəni canlı tutur

Bununla belə ailə əlaqələrini daha qırılmaz tellərlə bağlayan vasitələr də tükənməyib və onlar da az deyil.
Dünya dağılmaz ki, proletar bir dəfə könül xoşluğu ilə desə ki, gedək qayınanamı-qayınatamı ziyarət edək, hal-əhval tutaq. Filənkəs qonşugilə gedək. Vallah, yaxşı olar və yorğunluğun əlin-qolun bağlayıb bir də sizə yaxın durmayacaq uzaqlığa tullayar. Bəs əbəs yerə demirlər ki, sevdiyin qadının çiçək olmasını istəyirsənsə, ətrafında cənnət yarat. Bu hal da mütəxəssislər tərəfindən uzun müşahidələrdən sonra gəlinən qənaətdir. Ayda ən az iki dəfə qohum ya da dostlarına qonaq gedənlər və heç getməyənlər arasında boşanma sayı ikincilərdə daha çox olmuşdur. Belə ziyarətlər sevgililər arasında paylaşma hissini artırdığı kimi, həm də monotonluğu yox aradan qaldırır.
 
Müsbət düşünmək evliliyi sağlamlaşdırır

Qarşılıqlı rəğbət və səmimiyyət də evlilik yorğunluğunu önləyən əhəmiyyətli faktorlardan biridir. Özünü yoldaşının yerinə qoyaraq hərəkət etmək çox vaxt problemlərin başlamazdan həll ilə nəticələnər. Məsələn, qapının zənginə gəldiyində qarşında işləməkdən yorulmuş, saçları necə gəldi paylanmış xanımından bu görkəminə görə dərhal otağa keçib qapını çırpmaqdansa, o anda düşünsən ki, sənin yorğun mələyinin qayğıları çoxdur, o, bunu dərhal impulsiv olaraq qəbul edəcəkdir.Gərək sevgini olmayan yerə qoyasan ki, hər zaman əl uzatdığında qarşına çıxa.
Yemək sonrası çay - qəhvə söhbətləri evliliyi gücləndirir
Ünsiyyətin, səmimiyyətin "donu növ-növ, donu rəng-rəng, donu çoxdur.” Biri də elə yemək qurtardıqdan sonra süfrəni dəyişib sevgi-təbəssüm aurası ilə yeni süfrə açmaq, konfet qabı qoymaq, özünə və proletara çay və ya qəhvə gətirib şirin axarda söhbətə tutmaq evliliyi gücləndirir. Lap bu arada Flora xanımın "Sevdiciyim” şərqisini zümzümə etsəniz sizi həbs edəcəklər, yox, siz musiqili təbəssümlə evliliyinizin bağlarına proletar hiss etmədən möhkəm bir bənd vurmuş olacaqsınız.

Uzun və xoşbəxt bir evlilik üçün nə etməli (Müzakirə)?

Cütlər bir-birini tənqid edərkən diqqətli olmalı

Bu, çox önəmli məsələ, çox həssas yanaşmadır. Evlilik yorğunluğunu önləmək üçün cütlər tənqid və təklifləri "sən” təkəbbürü ilə deyil, "mən” cavabdehliyi və təlaşı ilə etməlidir .
Məsələn, "bu evin vəziyyəti niyə belə olur? Sən nə tənbəl qadınsan” demək yox, "sənin ev qayğıların çox, mən narahat oluram, mən nə edim” kimi düşüncədə olmaq hər iki tərəfi daha məsuliyyətli, bir-birlərinə daha həssas hərəkət etməyə sövq edəcək.
Ən az 5 dəqiqə bir-birinizi izləyin ...
Elmi bir araşdırma aparılmış: 100 adama təklif olunmuşdur ki, qarşı cinsdən birinə 5 dəqiqə heç tərpənmədən baxsınlar. Maraqlı bir nəticə çıxır. Bir-birinin üzünə baxan cütlərdən bəziləri aşiq olub evlənməyə qərar verir. Odur ki, mütəxəssislər evli cütlərə hər gün ən az 5 dəqiqə bir-birinin üzünə baxmalarını təklif edir. İnsanlar bunun psixolji təsirinə vara bilmirlər. Çalışın nə gözünüz gözündən, nə könlünüz könlündən gen düşməsin.

Hər tənqidə qulaq verməyin

Ətrafınızdakı insanların tənqidlərinə və təkliflərinə görə yaşasanız , özünüz üçün yaşaya bilməzsiniz. Buna görə xətalarınıza deyil, şəxsiyyətinizə istiqamətli tənqidlərə əhəmiyyət verməyin.
Səhvlərə həssas olmayın

Həyatda səhvsiz insan yoxdur.Elə bir ailə olmaz ki, onun özünəməxsus problemləri olmamış-olsun. Heç kim mükəmməl doğulmayıb. Odur ki, həyat yaşandıqca, problemlərlə qarşılaşdıqca onu təmkinlə dəf etmək, şişirtməmək, dillərə düşəcək sözə çevirməmək lazımdır. Belə olarsa, həm problemi tez unudarsınız, həm də bir də təkrarlanmayacaq bu nəsnə üçün yoldaşınızı incitməmiş olarsınız.
Yəqin "ağlıma gələn başma gəldi”atalar məsələni eşitmisiniz. Psixologiyada bu, " özünü reallaşdıran ön qəbul” qanunu kimi məlumdur, yəni toxunan bir insanın hər hansı bir mövzuda ön mühakiməsi varsa , ağlına gətirirsə ki, bu belə olsa, filənkəs yazıqdır və s., bir müddət sonra həmin şey özünü reallaşdırmağa başlayır.
Odur ki, belə psixologiyadan uzaq olun, pozitiv olun. Hər zaman nikbin görün.

Evliliyinizə zaman ayırın

Yoldaşların bütün zamanlarını birlikdə keçirmələri, xüsusilə çalışan ailələrdə müşkülə çevrilir. Müxtəlif qrafikləır, müxtəlif rejimlər ola bilər. Fəqət, cütlər evdə və ya ictimai yerdə olsun, fərqi yoxdur, axşam yeməklərini birlikdə yeməyə səy göstərməlidir. Bazar günləri isə həmişə birlikdə nahar sevinclərinə birlikdə baş vurmalıdırlar. Diqqət! Mütəxəssislərin fikrincə, əxşam yeməkləri bir yerdə həftədə 2 dəfədən az baş tutursa, təhlükə başlamış deməkdir.
Ayda bir neçə dəfə konsertə, kinoya, teatra və s. gedilməli səyahətlərdən həyat yoldaşına hədiyyələrlə dönülməlidir .
Birlikdə hobbilər əldə edin
Müxtəlif idman ya da sənət sahələrində ortaq zövqlərə yönəlmək evliliyi gücləndirər. Məsələn, evdə eyni verilişə baxmaq, sonra eyni məsələ ətrafında həmsöhbət olmaq, ortaq nöqtəyə gəlmək nəticə olaraq cütlərin bir-birini qəbul etməsini, evliliyin hörmət və sevgi yoldaşlığında irəliləyən bir karvan olduğunu tamamlayar.

Uzun və xoşbəxt bir evlilik üçün nə etməli (Müzakirə)?

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz